Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğunun yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanması məqsədilə və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 17-ci maddələrini rəhbər tutaraq qərara alıram:
1.
Azərbaycan Respublikasının Samux rayonu inzibati ərazisinin əlavə olunan xəritədə göstərilmiş 1686 hektarlıq sahəsində Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılsın.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2004-cü il
№ 550