AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.02.2000
QEYDİYYAT NÖMRƏSİ
809-IQ
ADI
Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2000, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 144)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının aşağıdakı rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilsin:

BAKI ŞƏHƏRİ

Sabunçu rayonu üzrə

Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Ramana qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Ramana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Əzizbəyov rayonu üzrə

Buzovna qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zuğulba qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Gürgən qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki İkinci Qala və Xandan qəsəbələri rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Şüvəlan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Cənubi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Türkan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Türkan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Dübəndi qəsəbəsi və Qoşaqışlaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Ağcabədi rayonu üzrə

Göyük kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Göyük kənd inzibati ərazi vahidi yaradılsın.

İmamqulubəyli kəndi Hindarx kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi vahidi yaradılsın.

Qiyaməddinli kəndi Arazban kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidi yaradılsın.

Arazbarı kənd inzibati ərazi vahidinin Mirzəhaqverdili kəndi Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Qiyaməddinli kəndi Gələbədin kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qiyaməddinli kənd inzibati ərazi vahidi yaradılsın.

Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Mehrablı kənd inzibati ərazi vahidi yaradılsın.

Pərioğlular kəndi Hacıbədəlli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Pərioğlular kənd inzibati ərazi vahidi yaradılsın.

Rəncbərlər kəndi Hüsülü kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Rəncbərlər kənd inzibati ərazi vahidi yaradılsın.

Şərəfxanlı kəndi Kəhrizli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şərəfxanlı kənd inzibati ərazi vahidi yaradılsın.

Kəhrizli kənd inzibati ərazi vahidinin Şahmalılar və Şotlanlı kəndləri Şərəfxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Şahsevən Təzəkənd kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şahsevən Təzəkənd kənd inzibati ərazi vahidi yaradılsın.

Bərdə rayonu üzrə

Qaradəmirçi kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qazıqurdalı kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.

Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Ərəblər kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.

Qax rayonu üzrə

İlisu kənd inzibati ərazi vahidi tərkibindəki Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılsın.

Lerik rayonu üzrə

Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılsın.

Züvüc kəndi Osyedərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Züvüc kənd inzibati ərazi vahidi yaradılsın.

Osyedərə kənd inzibati ərazi vahidinin Arta, Çeşman və Zövnə kəndləri Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Əliabad kəndi Nüvədi kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əliabad kənd inzibati ərazi vahidi yaradılsın.

Nüvədi kənd inzibati ərazi vahidinin Camanşəir, Kürdəser və Soru kəndləri Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Masallı rayonu üzrə

Böyük Kolatan kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Kolatan kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.

Birinci Səmədxanlı kəndi Şərəfə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd inzibati ərazi vahidi yaradılsın.

Şərəfə kənd inzibati ərazi vahidinin Alışanlı, Ətcələr və İkinci Səmədxanlı kəndləri Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılsın.

Miyanku kəndi Hişgədərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Miyanku kənd inzibati ərazi vahidi yaradılsın.

Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin və Nəzəroba kəndləri Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Neftçala rayonu üzrə

Aşağı Surra kənd inzibati ərazi vahidi tərkibindəki Xoşçobanlı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatdan çıxarılsın.

Zaqatala rayonu üzrə

Əli Bayramlı kənd inzibati ərazi vahidi tərkibindəki Qass kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

Babək rayonu üzrə

Qoşa Dizə kənd inzibati ərazi vahidi tərkibindəki Qızılvəng qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Ordubad rayonu üzrə

Vənənd kənd inzibati ərazi vahidi tərkibindəki Çapayevka kəndi Xanağa kəndi adlandırılsın.

Şərur rayonu üzrə

Şərur rayonunun tərkibindəki yaşayış məntəqəsi Yeni Kərki kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.

Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd inzibati ərazi vahidi yaradılsın.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 8 fevral 2000-ci il
              № 809-IQ

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status