×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.11.2004
QEYDİYYAT NÖMRƏSİ
177
ADI
"Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2004, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 965)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.11.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"ı

"Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş , həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"ın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasında dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadəni təmin etmək məqsədilə və müəssisələrin balansında olan köhnəlmiş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi prosesinin nizamlanmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [1]

"Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar" təsdiq edilsin (əlavə olunur).

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. Rasi-zadə

 

Bakı şəhəri, 6 noyabr 2004-cü il

                     № 177


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə [2]

 

QAYDALAR

 

I ÜMUMİ MÜDDƏALAR [3]

 

1.1. Bu Qaydalar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Milli Mühasibat Uçotu Standartlarına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. [4]

1.2 Bu Qaydalar dövlət əmlakının qorunub saxlanmasının , ondan səmərəli istifadə olunmasını təmin etmək məqsədilə tabeliyindən asılı olmayaraq dövlət müəssisə, idarə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin (bundan sonra - təşkilat və ya təşkilatlar) balansında olan oğurlanmış, naməlum şəraitdə itmiş və yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) silinməsi, habelə yararsız hala düşmüş vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışı qaydalarını müəyyən edir. [5]

 

II. DÖVLƏT MÜƏSSİSƏ VƏ TƏŞKİLATLARININ, HABELƏ NİZAMNAMƏ KAPİTALINDA DÖVLƏTİN PAYI OLAN MÜƏSSİSƏLƏRİN BALANSINDA OLAN YARARSIZ HALA DÜŞMÜŞ ƏSAS VƏSAİTLƏRİN (FONDLARIN) SİLİNMƏSİ

 

2.1.    Müəssisələrdə iqtisadi baxımdan məqsədyönlü sayılmayan, təmiri və ya bərpası səmərəsiz hesab edilən, əvəzsiz olaraq verilməsi və satılması mümkün olmayan əsas vəsaitlərin (fondların) tərkibinə daxil olan fiziki cəhətdən tam köhnəlmiş (aşınmış), fiziki və ya mənəvi cəhətdən istifadəyə yararsız hala düşmüş binalar, qurğular, ötürücü qurğular, maşınlar və avadanlıqlar, nəqliyyat vasitələri, istehsalat alətləri (ləvazimatları), təsərrüfat inventarları və digər əsas vəsaitlər (fondlar), eyni zamanda yeni obyektlərin tikintisi
ilə əlaqədar olaraq uçurulmuş binalar və qurğular, həmçinin təbii fəlakət za
manı dağılmış əsas vəsaitlər (fondlar)
habelə oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlər (fondlar) bu Qaydalar əsasında ləğv edilərək balansdan silinir. [6]

2.2.    Yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) istifadəyə yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün təşkilat rəhbərinin əmri ilə ən azı 5 nəfərdən ibarət müvafiq ləğvetmə komissiyası yaradılır. Həmin komissiyanın tərkibinə təşkilatın rəhbərinin müavini, baş mühasibi, habelə təşkilatın aidiyyəti struktur bölmələrinin rəhbərləri daxil edilir. Komissiyanın sədri təşkilatın rəhbərinin müavini, sədrin müavini isə baş mühasib olmalıdır.

Baş idarəetmə orqanı olan təşkilatlarda komissiyanın tərkibinə baş idarənin nümayəndəsi də daxil edilməlidir.

Komissiya öz işinə qiymətləndiricilər, müstəqil auditor, səlahiyyətli qurumların mütəxəssislərini cəlb etmək hüququna malikdir.

2.3. Əsas vəsaitlərin (fondların) silinməsi üzrə komissiyanın vəzifələri aşağıdakılardan ibarətdir:

təşkilatın balansından silinməli olan əsas vəsaitlərin (fondların) baxışını keçirmək, onun yararsızlığını müəyyən etmək;

təşkilatların balansında olan yararsız hesab edilən xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) mövcudluğunu, miqdarını müəyyən etmək;

əsas vəsaitlərin (fondların) balansdan silinməsi zərurətini yaradan səbəbləri (köhnəlmə, normal istismar şərtlərinin pozulması nəticəsində vaxtından əvvəl sıradançıxma, təbii fəlakət, qəza) araşdırmaq;

balansdan silinən əsas vəsaitlərin (fondların) ayrı-ayrı hissələrinin, detallarının və digər materialların mövcudluğunu, miqdarını və istifadəyə yararlılığını müəyyən etmək, onları bazar dəyəri ilə qiymətləndirmək;

əsas vəsaitlərin (fondların) balansdan silinməsi üçün əmlakın (qiymətlilərin) ləğvi aktmı tərtib etmək.

oğurlanmış və ya naməlum şəraitdə itmiş əmlaklar üzrə təşkilatın mühasibat uçotu sənədləri, o cümlədən əmlakın inventarizasiyasına dair sənədlər, texniki pasport, əsas vəsaitin (fondun) oğurlanması və ya naməlum şəraitdə itməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, nəqliyyat vasitələri üzrə isə əlavə olaraq Baş Dövlət Yol Polisi İdarəsinin təsdiqedici sənədi və inventarizasiya komissiyasının rəyi əsasında əmlakın (qiymətlilərin) uçotdan çıxarılması aktını tərtib etmək (aktın nümunəvi forması Qaydaların 3 nömrəli əlavəsində verilir). [7]

2.4.      Əsas vəsaitlərin (fondların) silinməsi üzrə komissiya tərəfindən təşkilatın mühasibat uçotu sənədləri, o cümlədən əmlakın inventarizasiyasına dair sənədlər, əsas vəsait obyektlərinin texniki pasportu, qüsur (defekt) aktı, inventarizasiya komissiyasının rəyi əsasında əsas vəsaitlərin (fondların) silinməsi barədə əmlakın (qiymətlilərin) ləğvi aktı tərtib edilir (aktın nümunəvi formaları 1 və 2 nömrəli əlavələrdə verilir). [8]

2.5.   Vahidinin (dəstinin) ilkin balans dəyəri 25,0 milyon manata qədər olan əsas vəsaitlərin (fondların) silinməsinə dair komissiyanın aktları təşkilatın rəhbəri tərəfindən təsdiq edilir və bundan sonra bu əsas vəsaitlər (fondlar) balansdan silinir. Bu halda həmin əsas vəsaitlərin (fondların) silinməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi tələb olunmur. [9]

2.6.   Vahidinin (dəstinin) ilkin balans dəyəri 25,0 milyon manatdan yuxarı olan əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatda yaradılmış komissiya tərəfindən tərtib edilən əmlakın (qiymətlilərin) ləğvi aktı Əmlak Məsələləri Dövlət Komitəsindən müvafiq rəy alındıqdan sonra (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü tərəfindən) təsdiq edilməklə, bu əsas vəsaitlərin (fondların) silinməsi həyata keçirilir. [10]

2.7.      Bu Qaydaların 2.5-ci və 2.6-cı bəndlərində avtomobil nəqliyyatı vasitələri üzrə əsas vəsaitlər (fondlar) təşkilatın balansından Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi əsasında silinir. [11]

2.8.   Təşkilatın balansından əsas vəsaitlərin (fondların) bu Qaydaların 2.6-cı və 2.7-ci bəndlərində göstərilmiş hallarda silinməsinə dair rəyin alınması üçün həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü tərəfindən) Əmlak Məsələləri Dövlət Komitəsinə aşağıdakı sənədlər təqdim edilməlidir:

təşkilatın müraciəti;

əsas vəsaitlərin (fondların) silinməsi üzrə komissiyanın yaradılması barədə təşkilatın rəhbəri tərəfindən verilmiş əmrin surəti;

müvafiq qaydada tərtib edilmiş əmlakın (qiymətlilərin) ləğvi aktı;

əsas vəsaitlərin (fondların) silinməsinə dair digər sənədlər (texniki pasport, qüsur aktı, səlahiyyətli dövlət təşkilatlarının və inventarizasiya komissiyasının rəyləri).

2.9. Əsas vəsaitlərin (fondların) silinməsinə dair təşkilatlardan təqdim edilən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq əsas vəsaitlərin (fondların) silinməsi barədə yazılı rəy verilir.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkilata müvafiq olaraq əsaslandırılmış bildiriş göndərilir.

Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) müəyyən edilməsi üçün meyar göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2.11.    Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəyin verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir. [12]

2.12.    Əsas vəsaitlər (fondlar) silinən zaman təşkilatda yaradılmış komissiyanın tərtib etdiyi əmlakın (qiymətlilərin) ləğvi aktı bu Qaydaların tələblərinə əsasən təşkilatın rəhbəri və ya baş idarəetmə orqanının rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin əsas vəsaitlər (fondlar) sökülə, hissələrə ayrıla və hesabdan silinə bilər.

Komissiyanın aktı müvafiq qaydada təsdiq edilməyənədək obyektin sökül-məsinə, ləğv edilməsinə və hesabdan silinməsinə yol verilmir.

2.13. Mövcud qanunvericiliyə əsasən ayrı-ayrı əmlak növlərinin qeydiyyatını və istismarına nəzarəti həyata keçirən dövlət orqanları bu növ əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatlar tərəfindən müvafiq qaydada məlumatlandırılmalıdırlar.

2.14. Oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlər (fondlar) 10 (on) il müddətində tapılmadıqda və aparılmış əməliyyat-axtarış tədbirləri heç bir nəticə vermədikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, nəqliyyat vasitələri üzrə isə əlavə olaraq Baş Dövlət Yol Polisi İdarəsinin bu barədə məlumatı nəzərə alınmaqla, həmin əsas vəsaitlər (fondlar) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi əsasında (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) təşkilatın balansından silinir. [13]

 

III. ƏSAS VƏSAİTLƏRİN (FONDLARIN) SÖKÜNTÜSÜNDƏN ƏLDƏ EDİLƏN MATERİAL QİYMƏTLİLƏRİNİN SATIŞI

 

3.1.    Əsas vəsaitlərin (fondların) silinməsi nəticəsində onların söküntüsündən əldə edilən mal-materiallar, o cümlədən yararlı ehtiyat hissələri, detallar, aqreqatlar, əlvan və qara metal qırıntıları, digər materiallar cari bazar dəyəri ilə bu Qaydaların 2.2-ci bəndinə əsasən yaradılmış komissiya tərəfindən qiymətləndirilərək mədaxil edilməklə müvafiq hesabda uçota alınır.

3.2.    Əsas vəsaitlərin (fondların) söküntüsündən əldə edilən yararlı material qiymətlilərinin satışından əldə edilən gəlir qüvvədə olan mühasibat uçotunun müvafiq hesabında uçota alınır.

3.3.        Satışa yararlı olmayan material qiymətliləri təşkilat tərəfindən tərtib olunmuş məhvetmə aktı əsasında məhv edilir.

3.4.        Dövlət mülkiyyətində, habelə nizamnamə kapitalında dövlətin payı 25,5 faizdən çox olan kommersiya təşkilatlarında material qiymətlilərinin satışından əldə edilən vəsait onların gəlirlərinə aid edilir.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əsas vəsaitlərin (fondların) söküntüsündən əldə edilən material qiymətlilərinin satışından daxil olan vəsaitlər hə-min qiymətlilərin satışı ilə bağlı xərclər çıxılmaqla, bütünlüklə dövlət büdcə-sinə köçürülür. Büdcədənkənar dövlət fondlarında isə əsas vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışından daxil olan vəsaitlər onların gəlirinə aid edilir.

 


 

"Dövlət müəssisə və təşkilatlarının, habelə

nizamnamə kapitalında dövlətin payı olan

müəssisələrin balansında olan yararsız hala düşmüş

əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin

söküntüsündən əldə edilən material qiymətlilərinin

satışı üzrə Qaydalar"a

 

1 nömrəli əlavə

____________________________________                                                             "   Təsdiq edirəm" 

(Müəssisənin, idarənin və təşkilatın adı)

______________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

___________

(imza)
”_____”
______________200___il

 

ƏMLAKIN (QİYMƏTLİLƏRİN) LƏĞVİ AKTI

 

"____"__________200____il

__________________________________________________________________________________

(müəssisənin, idarənin, təşkilatın adı)

Əmlakın (qiymətlilərin) istismar vəziyyətini müəyyən etmək üçün "___"_______200__il tarixli           №-li əmrlə təyin edilmiş daimi fəaliyyətdə olan komissiya üzvləri:

 

Sədr______________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

Üzvlər____________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

__________________________________________________________________________________

 

__________________________________________________________________________________

 

__________________________________________________________________________________

Maddi-məsul şəxs____________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

___________________________________________________öhdəsində olan aşağıdakı əmlakın

(qiymətlilərin) istismar vəziyyətini yoxladıq.


 

 

Sıra

№-si

Əmlakın (qiymətlilərin) adı və nişanələri

İstismar müddəti

Ölçü vahidi

Miqdarı

Qiyməti

Məbləği

Yararsızlığının səbəbi

1

2

3

4

5

6

7

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekunu

 

 

 

 

 

 

 

Məbləğ ________________________________________________________________________

(yazı ilə)

Yuxarıda göstərilən əmlakın (qiymətlilərin) istismar vəziyyətini yoxlayarkən, komissiya belə qərara gəldi ki, bu əmlaklar (qiymətlilər) köhnəlmiş, istismar müddətini bitirmiş, tamamilə yararsız hala düşmüş və gələcəkdə istifadəsi mümkün olmadığı üçün ləğv edilsin və maddi-məsul şəxsin öhdəsindən silinsin.

Silinən əmlakın (qiymətlilərin) tərkibi: qızıl _______ kq, gümüş ________ kq, platin ______ kq, əlvan metal _______ kq, qara metal ______ kq, cında ______ kq, yanacaq (odun) ________ kub metr, ehtiyat hissələri ______ ədəd.

Qəbul-təhvil qaimələri akta əlavə edilir.

Əlavə qeyd _________________________________________________________________

Qeyd. Akt üç nüsxədən ibarət tərtib edilir və birinci nüsxə mühasibatlığa təhvil verilir.

Vahidinin (dəstinin) ilkin balans dəyəri 25 milyon manatadək (25 milyon manatdan yuxarı olduğu halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi əsasında) olan əsas vəsaitlər (fondlar) bu aktla silinir.

Əsas vəsaitlərin (fondların) ləğvindən əldə edilən qiymətli metalların, material qiymətlilərinin və ehtiyat hissələrinin qəbul-təhvil sənədləri bu akta əlavə edilir.

 

Sədr _________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, tarix)

 

Üzvlər _______________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, tarix)

 

Maddi-məsul şəxs ______________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

(imza, tarix)

 

 


 

"Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə

kapitalında dövlətin payı olan müəssisələrin balansında

olan yararsız hala düşmüş əsas vəsaitlərin (fondların)

silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən

material qiymətlilərinin satışı üzrə Qaydalar"a

 

2 nömrəli əlavə

______________________________                                                                         " Təsdiq edirəm "

(Müəssisənin, idarənin və təşkilatın adı)

___________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

____________________________________

(imza)         


                “____”_______________200____il

 

AVTOMOBİL NƏQLİYYATI VASİTƏLƏRİNİN LƏĞVİ AKTI

 

"____"_____________200____il

 

_________________________________________________________________________________________________

(müəssisənin, idarənin, təşkilatın adı)

Nəqliyyat   vasitələrinin   istismar   vəziyyətini   müəyyən   etmək   üçün “___”______200 ____il tarixli    №-li əmrlə təyin edilmiş daimi fəaliyyətdə olan komissiya üzvləri:

 Sədr___________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

 

 Üzvlər_________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

 

_______________________________________________________________________________________________

Maddi-məsul şəxs_______________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

öhdəsində olan avtonəqliyyat vasitəsinin istismar vəziyyətini yoxladıq:

Buraxılış ili_____ , markası____ , modeli_____ , tipi______ , qabariti ______m, yük tutumu_________________ ton, yer tutumu___________ nəfər, mühərrik №-si ________, şassi №-si   , dövlət nişanı______ ,texniki pasportu ________________________"_______"

                                                                                                                  (seriyası, nömrəsi, tarixi)

olan hissələrini, bloklarını, mexanizmlərini, sənədlərini və s. nəzərdən keçirərək qeyd edirik:

istismar tarixi_______ , ilkin balans dəyəri_______ man., köhnəlmə hesablanmışdır_____________________ man, qalıq balans dəyəri___ man, əsaslı təmirə sərf olunmuşdur_____________________ man., istismara verildiyi gündən bəri getdiyi yol __________km, istismara verildiyi gündən işlənmiş motosaatların sayı; son əsaslı təmirdən sonra getdiyi yol_____________________ km, istismara veriləndən bəri görülən əsaslı təmirin sayı    son görülən əsaslı təmirin tarixi______________________ , xarici görkəmi___________________  

(xarici görkəmi haqqında məlumat)

 

çatışmayan hissələri, qovşaqları, mexanizmləri_________________________________________

 

Əsas hissələrinin texniki vəziyyəti

 

Sıra

№-si

Adı

İstismar vəziyyəti (yararlı və ya yararsız)

Təmirə ehtiyacı (var və ya yox)

Yararsız-lığının səbəbi

Yararlılar mədaxil edilir

 

 

 

 

 

 

 

 

 

 

miqdarı

mümkün istifadə qiyməti

məbləği

1

2

3

4

5

6

7

8

 

 

 

 

 

 

 

 

 

Məbləğ_______________________________________________________________________

(yazı ilə)

 

Yuxarıda göstərilən əmlakın (qiymətlilərin) istismar vəziyyətini yoxlayarkən komissiya belə qərara gəldi ki, əmlaklar (qiymətlilər) köhnəlmiş, istismar müddəti bitmiş, tamamilə yararsız hala düşmüş və gələcəkdə istifadəsi mümkün olmadığı üçün ləğv edilsin və maddi-məsul şəxsin öhdəsindən silinsin.

Silinən əmlakın (qiymətlilərin) tərkibi: qızıl________kq, gümüş_______kq, platin _______kq əlvan metal_______kq, qara metal_______kq, cında______kubmetr, ehtiyat hissələri_____ədəd

Qəbul-təhvil qaimələri akta əlavə edilir.
Əlavə qeyd ________________________________________________________________________

 

Qeyd. Akt üç nüsxədən ibarət tərtib edilir və birinci nüsxə mühasibata təhvil verilir.

 

Vahidinin (dəstinin) dəyərindən asılı olmayaraq, avtomobil nəqliyyatı vasitələri üzrə bütün hallarda əsas vəsaitlər (fondlar) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi əsasında (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) bu aktla silinir. [14]

Əsas vəsaitlərin (fondların) ləğvindən əldə edilən qiymətli metalların, material qiymətlilərinin və ehtiyat hissələrinin qəbul-təhvil sənədləri bu akta əlavə edilir.

 

Sədr_____________________________________________________________________________

(vəzifəsi, adi, soyadı, atasının adı)                                (imza, tarix)

 

Üzvlər___________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)                                (imza, tarix)

 

Maddi-məsul şəxs_______________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)                                (imza, tarix)

 

 

 


 

“Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə

kapitalında dövlətin payı olan müəssisələrin balansında olan

yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum

şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu

vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin

satışı üzrə Qaydalar”a 3 nömrəli əlavə

 

 

 

 

  Təsdiq edirəm 

_____________________________________

(müəssisənin, idarənin və təşkilatın adı)

_________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

 

 

 

                                           ________________

                                                        (imza)

 

 

                          "____"____________20___il

 

ƏMLAKIN (QİYMƏTLİLƏRİN) UÇOTDAN ÇIXARILMASI AKTI

 

  "____"____________20____il

 

 

_____________________________________________________________________________

(müəssisənin, idarənin, təşkilatın adı)

 

 

Əsas vəsaitlərin (fondların) balansdan silinməsi üzrə "__"________20__ il tarixli _____________________ nömrəli əmrlə təyin edilmiş daimi fəaliyyətdə olan komissiya üzvləri:

 

Sədr_________________________________________________________________________

                                                                          (vəzifəsi, adı, soyadı, atasının adı)

 

Üzvlər_______________________________________________________________________

                                                                             (vəzifəsi, adı, soyadı, atasının adı)

 

Maddi-məsul şəxs_____________________________________________________________

                                                                                    (vəzifəsi, soyadı, adı, atasının adı)

        Oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) sənədlərinə əsasən aşağıdakıları müəyyən etdik:

 

        Nəqliyyat vasitələri üzrə:

 

Əmlakın (qiymətlilərin) göstəricilərinin adı

Göstəricilər

Qeyd

Nəqliyyat vasitəsinin adı

 

 

Buraxılış ili

 

 

Markası

 

 

Modeli

 

 

Tipi

 

 

Qabariti

 

 

Yük tutumu

 

 

Yer tutumu

 

 

Mühərrikin №-si

 

 

Şassi №-si

 

 

Dövlət nişanı

 

 

Texniki pasportun №-si və tarixi

 

 

İstismar tarixi

 

 

İlkin dəyəri (manatla)

 

 

Qalıq dəyəri (manatla)

 

 

Əsaslı təmirə sərf olunmuş məbləğ

 

 

Silinmənin əsası

 

 

 

Nəqliyyat vasitələri istisna olmaqla əsas vəsaitlər (fondlar) üzrə:

 

Sıra №-si

Əmlakın (qiymətlilərin) adı və nişanələri

Alış tarixi

İstismar müddəti

İlkin dəyəri

(manatla)

Qalıq dəyəri

(manatla)

Silinmənin əsası

Qeyd

1

2

3

4

5

6

7

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YEKUN

 

 

 

 

 

 

 

Yuxarıda göstərilən əmlakın (qiymətlilərin) mövcudluğunu yoxladıqda komissiya belə qərara gəldi ki, əmlaklar (qiymətlilər) oğurlandığı və ya naməlum şəraitdə itdiyi üçün maddi-məsul şəxsin öhdəsindən silinməklə uçotdan çıxarılsın.

 

Əlavə qeyd ________________________________________________________

 

Qeyd. Akt üç nüsxədən ibarət tərtib edilir və birinci nüsxə mühasibatlığa təhvil verilir.

 

Vahidinin (dəstinin) dəyərindən asılı olmayaraq, oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlər (fondlar) bütün hallarda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) və bu əmlakların oğurlanması və ya naməlum şəraitdə itməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, nəqliyyat vasitələri üzrə isə əlavə olaraq Baş Dövlət Yol Polisinin təsdiqedici sənədi əsasında bu aktla silinir. [15]

 

 

 

Sədr_______________________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)                                     (imza, tarix)

Üzvlər____________________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)                                           (imza, tarix)

 

___________________________________________________________________________________________

 

Maddi-məsul şəxs__________________________________________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)                                   (imza, tarix)

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076)

2.       31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59)

3.       27 aprel 2009-cu il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 290)

4.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

5.       28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942)

6.       17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 793)

7.       22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942) ilə adında və 1-ci hissəsində “əsas vəsaitlərin” sözləri “, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076) ilə "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"ın 2.5, 2.6, 2.7, 2.8, 2.9 və 2.11-ci bəndlərində, habelə həmin Qaydalara 1 və 2 nömrəli əlavələrin mətnində ismin müvafiq hallarında verilmiş "İqtisadi İnkişaf Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilmə-si üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942) ilə Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın adında “əsas vəsaitlərin” sözləri “, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942) ilə Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın mətninə və həmin Qaydaların 1 və 2 nömrəli əlavələrinə ismin müvafiq hallarında “əsas vəsaitlər” sözlərindən sonra ismin müvafiq hallarında “(fondlar)” sözü əlavə edilmişdir.

 

[4] 27 aprel 2009-cu il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 290) ilə «Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar»ın 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Vergi Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

 

22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938) ilə “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 1.1-ci bəndindən “, Milli Mühasibat Uçotu Standartlarına” sözləri çıxarılmışdır.

 

[5] 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59) ilə “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 1.2-ci bəndində “nizamnamə kapitalında dövlətə məxsus payın miqdarı 25,5 faizdən çox olan müəssisələrin” sözləri “nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilmişdir.

 

28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942) ilə Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 1.2-ci bəndə “balansında olan” sözlərindən sonra “oğurlanmış, naməlum şəraitdə itmiş və yararsız hala düşmüş” sözləri əlavə edilmişdir və həmin bənddə “habelə bu vəsaitlərin” sözləri “habelə yararsız hala düşmüş vəsaitlərin” sözləri ilə əvəz edilmişdir.

 

[6] 28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942) ilə Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 2.1-ci bəndə (ikinci halda) “(fondlar),” sözündən sonra “habelə oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlər (fondlar)” sözləri əlavə edilmişdir.

 

[7] 28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942) ilə Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 2.3-cü bəndə yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

 

[8] 28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942) ilə Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 2.4-cü bənddən “əsas vəsait obyektlərinin” sözləri çıxarılmışdır.

 

[9] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"ın 2.5-2.9-cu və 2.11-ci bəndlərində, habelə həmin Qaydaların 1 və 2 nömrəli əlavələrinin mətnində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[10] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 793) ilə “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ının 2.6-cı bəndə “rəy alındıqdan sonra” sözlərindən sonra “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[11] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 793) ilə “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ının 2.7-ci bənddə “bütün hallarda” sözləri “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla,” sözləri ilə əvəz edilmişdir.

 

[12] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 793) ilə “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ının 2.11-ci bənddə “Xüsusi” sözü “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, xüsusi” sözləri ilə əvəz edilmişdir.

 

[13] 28 sentyabr 2012-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 sentyabr 2012-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 942) ilə Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın yeni məzmunda 2.14-cü bənd əlavə edilmişdir.

 

17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 793) ilə “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ının 2.14-cü bəndə “rəyi əsasında” sözlərindən sonra “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[14] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 793) ilə “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ının 2 nömrəli əlavənin “Qeyd” hissəsinin ikinci abzasından “bütün hallarda” sözləri çıxarılmışdır və həmin abzasa “rəyi əsasında” sözlərindən sonra “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[15] 17 mart 2016-cı il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 793) ilə “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ının 3 nömrəli əlavənin “Qeyd” hissəsinin ikinci abzasından “bütün hallarda” sözləri çıxarılmışdır və həmin abzasa “rəyi” sözündən sonra “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status