"Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya" ya qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2004-cü it
№ 595-IIQ
Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən
KONVENSİYA
1961-ci il oktyabrın 5-də bağlanmışdır
Bu Konvensiyam imzalamış dövlətlər,
xarici rəsmi sənədlərin diplomatik və ya konsulluq leqallaşdırılması tələbinin ləğv edilməsini arzulayaraq,
bu məqsədlə Konvensiya bağlamağı qərara aldılar və aşağıdakı müddəalar barədə razılığa gəldilər:
M a d d ə 1
Bu Konvensiya Razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir.
Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir:
a)
dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər;
b)
inzibati sənədlər;
c)
notarial aktlar;
d)
özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatmı və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).
Buna baxmayaraq, bu Konvensiya aşağıdakılara tətbiq edilmir:
a)
diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə;
b)
kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə.
M a d d ə 2
Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.
M a d d ə 3
İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir.
Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.
Maddə 4
3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.
Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de
M a d d ə 5
Şəhadətnamə sənədi imzalamış şəxsin və ya həm hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir.
Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.
Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur.
M a d d ə 6
Razılığa gələn hər bir Dövlət öz rəsmi funksiyalarına uyğun olaraq, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamənin verilməsinə səlahiyyəti olan orqanları təyin edir. Həmin orqan öz ratifikasiya və ya qoşulma haqqında sənədini və ya tətbiq etmə haqqında bəyanatım saxlanca verərkən Niderlandın Xarici İşlər Nazirliyini bu cür təyinat haqqında məlumatlandırır. Eyni zamanda o, təyin edilmiş orqanlarda edilən hər bir dəyişiklik haqqında Nazirliyi məlumatlandırır.
M addə 7
Verilmiş şəhadətnamələri qeydə almaq üçün 6-cı maddəyə uyğun olaraq təyin edilmiş hər bir orqanın qeydiyyat kitabı və ya kartotekası olmalı və o, ora-da aşağıdakıları göstərməlidir:
a)
şəhadətnamənin nömrəsi və tarixi;
b)
rəsmi sənədi imzalamış şəxsin soyadı və onun hansı qisimdə çıxış etməsi haqqında məlumat, imza edilməmiş sənədlərə münasibətdə isə möhürü və ya ştampı vurmuş orqanın adı.
Hər hansı bir maraqlı şəxsin vəsatətinə əsasən şəhadətnaməni vermiş orqan həmin şəhadətnamədə göstərilən məlumatın qeydiyyat kitabında və ya kartotekada əks etdirilən məlumatla uyğun olub-olmamasını yoxlamalıdır.
Maddə 8
Əgər Razılığa gələn iki və ya bir neçə Dövlət arasında imzanın, möhürün və ya ştampın təsdiq edilməsi üçün müvafiq formallıqlara riayət edilmə tələbi haqqında müddəaları özündə əks etdirən müqavilə, konvensiya və ya saziş bağlanıbsa, bu Konvensiya yalnız o halda həmin müddəalarla müqayisədə tətbiq edilməyə bilər ki, həmin müddəalar 3-cü və 4-cü maddələrdə nəzərdə tutulan formallıqlardan daha sərt olsun.
Maddə 9
Bu Konvensiyada leqallaşdırmadan azad edilmə nəzərdə tutulduqda, Razılığa gələn hər bir Dövlət belə hallarda öz diplomatik və konsulluq idarələri tərə-findən leqallaşdırmanın həyata keçirilməsinin qarşısını almaq üçün zəruri tədbirlər görür.
Maddə 10
Bu Konvensiya beynəlxalq xüsusi hüquq üzrə Haaqa konfransının 9-cu sessiyasında iştirak edən dövlətlər, habelə İrlandiya, İslandiya, Lixtenşteyn və Türkiyə Tərəfindən imzalanmaq üçün açıqdır.
O, ratifikasiya edilməli və ratifikasiya sənədləri Niderland Xarici İşlər Nazirliyinə saxlanca verilməlidir.
Maddə 11
Bu Konvensiya 10-cu maddənin ikinci abzasında nəzərdə tutulan üçüncü ratifikasiya fərmanının saxlanca verildiyi tarixdən sonra gələn altmışıncı gün qüvvəyə minir.
Konvensiyanı imzalamış və sonradan onu ratifikasiya etmiş hər bir dövlətə münasibətdə bu Konvensiya o, öz ratifikasiya fərmanını saxlanca verdiyi tarix-dən sonra gələn altmışıncı gün qüvvəyə minir.
Maddə 1 2
10-cu maddə adı çəkilməyən istənilən dövlət bu Konvensiyaya, onun qüvvəyə minməsindən sonra 11-ci maddənin birinci abzasına əsasən qoşula bilər. Qoşulma haqqında sənəd Niderlandın Xarici İşlər Nazirliyinə saxlanca verilir.
Qoşulmanın yalnız qoşulan dövlətlə və 15-ci maddənin "d" yarımbəndində nəzərdə tutulan bildirişi aldıqdan sonra onun qoşulmasına altı ay ərzində öz etirazmı bildirməyən Razılığa gələn Dövlətlər arasındakı münasibətlərə hüquqi təsiri vardır. Bu cür təsir haqqında bildiriş Niderlandın Xarici İşlər Nazirliyinə saxlanca verilir.
Konvensiyaya qoşulan dövlətlə və onun qoşulmasına öz etirazmı bildirməmiş dövlətlər arasındakı münasibətlərdə əvvəlki bənddə göstərilən altı aylıq müddətin keçməsindən sonra gələn altmışıncı gün qüvvəyə minir.
Maddə 1 3
İstənilən dövlət imzalayan, ratifikasiya edən və qoşulan zaman bəyan edə bilər ki, bu Konvensiya beynəlxalq səviyyədə onun təmsil etdiyi bütün ərazilərə yaxud bu ərazilərdən biri və ya bir neçəsinə tətbiq edilir. Bu bəyanat hazırkı Konvensiyanın həmin dövlət üçün qüvvəyə mindiyi tarixdən etibarlı hesab edilir.
Sonradan Niderlandın Xarici İşlər Nazirliyi bu cür tətbiq etmə haqqında məlumatlandırılır.
Əgər tətbiq etmə haqqında bəyanat Konvensiyanı imzalamış və ratifikasiya etmiş dövlət Tərəfindən edilibsə, Konvensiya bəyanatda göstərilən ərazilərə münasibətdə 11-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir. Əgər tətbiq etmə haqqında bəyanat Konvensiyaya qoşulan dövlət Tərəfindən edilibsə, Konvensiya bəyanatda göstərilən ərazilərə münasibətdə 12-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 14
Bu Konvensiya 11 -ci maddənin birinci abzasına uyğun olaraq qüvvəyə mindiyi tarixdən etibarən beş il müddət ərzində qüvvədə qalacaq, hətta onu ratifikasiya edən və ya sonradan ona qoşulan dövlətlərə münasibətdə də həmin müddət ərzində qüvvədə qalacaqdır.
Əgər Konvensiya denonsasiya edilməzsə, onun təsiri növbəti beş il müddətinə qədər uzadılacaqdır.
Niderlandın Xarici İşlər Nazirliyi beş illik müddətin bitməsinə ən azı altı ay qalmış denonsasiya haqqında məlumatlandırılır.
Denonsasiya bu Konvensiyanın tətbiq edildiyi bəzi ərazilərə münasibətdə məhdudlaşdırıla bilər.
Denonsasiyanın yalnız denonsasiya haqqında bildirişi təqdim edən dövlətə münasibətdə hüquqi təsiri vardır.
Maddə 1 5
Niderlandın Xarici İşlər Nazirliyi 10-cu maddədə göstərilən dövlətləri, ha-belə 12-ci maddənin müddəalarına uyğun olaraq qoşulan dövlətləri aşağıdakılar barədə məlumatlandırır:
a)
6-ci maddənin ikinci abzasında göstərilən bildirişlər haqqında;
b)
10-cu maddədə göstərilən imzalamalar və ratifikasiyalar haqqında;
c)
bu Konvensiyanın 11-ci maddənin birinci abzasının müddəalarına uyğun olaraq qüvvəyə minmə tarixi haqqında;
d)
12-ci maddədə göstərilən qoşulmalar və etirazlar və qoşulmanın qüvvəyə mindiyi tarix haqqında;
e)
13-cü maddədə göstərilən tətbiq etmə və onun qüvvəyə minmə tarixi haqqında;
f) 14-cü maddənin üçüncü abzasında göstərilən denonsasiyalar haqqında.
Bunun təsdiqi olaraq, öz hökumətləri Tərəfindən lazımi qaydada buna vəkil
edilmiş, aşağıda imza edən səlahiyyətli nümayəndələr hazırkı Konvensiyanı imzaladılar.
Haaqa şəhərində 1961-ci il oktyabrın 5-də fransız və ingilis dillərində tərtib edilmiş əsil bir nüsxədə Niderland Hökumətinin arxivinə saxlanca verilir və onun təsdiq edilmiş surətləri diplomatik kanallar vasitəsilə beynəlxalq xüsusi hüquqa dair Haaqa konfransının doqquzuncu sessiyasında təmsil edilən hər bir dövlətə, habelə İrlandiya, İslandiya, Lixtenşteyn və Türkiyəyə göndərilir. Mətnlər arasında fikir ayrılığı yarandıqda, fransız dilində olan mətn üstünlük təşkil edir.
Konvensiyaya
Əlavə
Şəhadətnamənin nümunəsi
Şəhadətnamə, tərəfləri ən azı 9 santimetr uzunluğunda olan dördbucaqlı şəklində olmalıdır.
APOSTİLLE
(Convention de
1. Ölkə_______________________________________________________________________________________________
Bu rəsmi sənəd
2. __________________________________________________________________________ imzalanmışdır (soyadı)
3. ________________________________________________________________________________ kimi çıxış edən
4. möhürün/ştampın sahibi (müəssisənin adı) __________________________________________________
Təsdiq edilmişdir.
5. _________________________________ 6. _____________________________________________________ (tarixdə)
7. _____________________________________________________ (təsdiq eden orqanm adı)
8.
№ li________________________________________________________________________________________________
9.
möhür/ştamp 10. İmza ___________________________________________________________________________
Xarici rəsmi sənədlərin leqallaşdırılmasi tələbini ləğv edən, 1961-ci il tarixli Haaqa Konvensiyasının iştirakçısı olan dövlətlərin
SİYAHISI
1.Avstraliya
2.Avstriya
3.Azərbaycan
4.Albaniya
5. Almaniya
6.Amerika Samoası
7. Andorra
8. Antiqua Barbuda
9. Niderland Antil adaları
10. Argentina
11.Aruba
12. Baham adaları
13. Barbados
14. Beliz
15. Belarus
16. Belçika
17. Bermuda adaları
18. Bolqarıstan
19. Bosniya və Herseqovina
20. Botsvana
21. Böyük Britaniyanın Antarktika əraziləri
22. Amerikan Vircin adaları
23. Britaniya Vircin adaları
24. Bruney
25. Vanuatu
26. Böyük Britaniya
27. Macarıstan
28. Venesuela
29. Qvadelupa
30. Fransa Qvianası
31. Qernsi adası
32. Cəbəllütariq
33. Honduras
34. Qrenada
35. Yunanıstan
36. Gürcüstan
37. Quam
38. Danimarka
39. Cersi
40. Dominika
41. Dominikan Respublikası
42. İsrail
43. Hindistan
44. İrlandiya
45. İslandiya
46. İspaniya
47. İtaliya
48. Cape Verde
49. Qazaxıstan
50. Kayman adaları
51. Kipr
52. Çin Xalq Respublikası
53. Makao (Makao)
54. Hong Kong (Hong Kong)
55. Kolumbiya
56. Koreya Respubllkası
57. Kuka adası
58. Latviya
59. Lesoto
60. Liberiya
61. Litva
62. Lixtenşteyn
63. Lüksemburq
64. Mavriki
65. Mayotto
66. Makedoniya
67. Malavi
68. Malta
69. Marşal adaları
70. Meksika
71. Moldova
72. Monako
73. Monqolustan
74.Montserrat
75. Men adası
76. Namibiya
77. Niderland
78. Niue
79. Yeni Zellandiya
80. Yeni Kaledoniya
81. Norveç
82. Panama
83. Peru
84. Polşa
85. Purtuqaliya
86. Puerto Rico
87. Peyunyon
88. Rusiya Federasiyası
89. Rumıniya
90. Salvador
91. Samoa
92. San- Marino
93. Sao Tome və Principe
94. Svazilend
95. Müqəddəs Yelena adası
96. Şimali Mariana Adaları
97. Seyşel adaları
98. Saint-Pierre və
99. Sent Vinsent və Qrenadilər
100. Sent Kits və
101.
102. Serbiya
103. Slovakiya
104. Sloveniya
105. ABŞ
106.
107. Törk və Caicos adaları
108. Tonqa
109.
110. Türkiyə
111. Ukrayna
112. Wallis və Futuna
113. Fici
114. Finlandiya
115.
116. Fransa
117. Fransız Polineziyası
118. Xorvatiya
119. Çernoqoriya
120. Çexiya
121. İsveçrə
122. İsveç
123. Ekvador
124. Estoniya
125. Ermənistan
126. Cənubi Afrika Respublikası
127. Yaponiya
128. Qırğızıstan
129 Nikoraqua
130. Oman