×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
04.05.2004
QEYDİYYAT NÖMRƏSİ
645-IIQ
ADI
"Sənaye qəzalarının transsərhəd təsiri haqqında" Konvensiyaya qoşulmaq barəsində
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2004, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 320)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Sənaye qəzalarının transsərhəd təsiri haqqında" Konvensiyaya qoşulmaq barəsində

"Sənaye qəzalarının transsərhəd təsiri haqqında" Konvensiyaya qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1992-ci il martın 17-də Helsinki şəhərində imzalanmış "Sənaye qəzalarının transsərhəd təsiri haqqında" Konvensiyaya müvafiq bəyanatlarla (bəyanatların mətni əlavə olunur) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 may 2004-cü il

                № 645-IIQ

 

 

Sənaye qəzalarının transsərhəd təsiri haqqında

 

KONVENSİYA

 

PREAMBULA

 

Bu Konvensiyanın Tərəfləri,

indiki və gələcək nəsillərin maraqları naminə, insanların və ətraf mühitin sənaye qəzalarının təsirindən mühafizəsinin xüsusi əhəmiyyətini nəzərə alaraq,

sənaye qəzalarının insanlara və ətraf mühitə ciddi zərərli təsirinin qarşısının alınması və ekoloji təhlükəsiz və dayanıqlı iqtisadi inkişafa nail olmaq məqsədilə, qəzaların qarşısının alınması, onlara hazırlığın və onların nəticələrinin aradan qaldırılmasının təmin edilməsində rasional, iqtisadi cəhətdən məqsədəuyğun və səmərəli tədbirlərin istifadəsini həvəsləndirən bütün cəhdlərə dəstəyin vacibliyini və təxirəsalınmazlığını etiraf edərək,

sənaye qəzalarının zərərli təsirinin sərhədlərdən kənarda hiss edilə biləcəyini və dövlətlər arasında əməkdaşlığı tələb etdiyini nəzərə alaraq,

müvafiq siyasəti möhkəmləndirmək məqsədilə qəzadan qabaq, qəza vaxtı və ondan sonra maraqlı dövlətlər arasında fəal beynəlxalq əməkdaşlığa yardım, eləcə də, sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və onların transsərhəd təsirinin aradan qaldırılması üçün bütün lazımi səviyyələrdə fəaliyyətin gücləndirilməsi və əlaqələndirilməsi ehtiyacını təsdiqləyərək,

sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və onların təsirinin aradan qaldırılması üzrə ikitərəfli və çoxtərəfli tədbirlərin vacibliyini və faydalılığını qeyd edərək, bu sahədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (AİK), digərləri içərisində transsərhəd daxili suların qəza çirkləndirilməsi zamanı AİK-in davranış Məcəlləsinə və transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyasına istinadən, hansı rol oynadığını dərk edərək.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Yekun aktının, ATƏT-ə üzv dövlətlərin nümayəndələrinin Vyana görüşünün Yekun sənədinin müvafiq müddəalarını və ətraf mühiti mühafizə üzrə ATƏT-ə üzv dövlətlərin Sofiya müşavirəsinin nəticələrini, eləcə də Birləşmiş Millətlər Təşkilatının ətraf mühit üzrə Proqramının (UNEP), xüsusilə APELL proqramının, Beynəlxalq Əmək Təşkilatının (BƏT), xüsusilə irimiqyaslı sənaye qəzalarının qarşısının alınması üzrə tədbirlər Məcəlləsinin və digər müvafiq beynəlxalq təşkilatların uyğun fəaliyyət növləri və mexanizmlərini nəzərə alaraq.

Birləşmiş Millətlər Təşkilatının insanı əhatə edən mühitin problemləri haqqında Deklarasiyanın müvafiq müddəalarını və xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, dövlətlərin ətraf mühit sahəsində öz siyasətlərindən çıxış edərək, onlara məxsus ehtiyatların işlənməsində suveren hüquqa malik olmalarını və öz yurisdiksiyaları və ya nəzarətlərinin təsir dairəsi hədlərindəki fəaliyyətləri ilə onların milli yurisdiksiyalarının təsirindən kənardakı digər dövlətlərin və ya rayon-ların ətraf mühitinə zərər vurulmamasının təmin edilməsi üçün məsuliyyət daşıdıqlarını müəyyənləşdirən 21-ci prinsipini nəzərə alaraq,

"çirkləndirən ödəyir" prinsipini ətraf mühitə dair beynəlxalq hüququn ümumi prinsipi kimi nəzərə alaraq,

beynəlxalq hüququn və ənənənin prinsiplərini, xüsusilə mehriban qonşuluq, qarşılılıq, ayrı-seçkilik salmamaq və xoş məram prinsiplərini qeyd edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə  1

Anlayışlar

Bu Konvensiyanın məqsədləri üçün:

a)   "Sənaye qəzası" - təhlükəli maddələrlə əlaqəli olan istənilən fəaliyyətin gedişində nəzarət altında olmayan dəyişikliklərin nəticəsində, yaxud:

i) sənaye obyektində, məsələn, istehsal, istifadə, saxlanma, yerdəyişmə və ya məhvetmə zamanı; yaxud:

ii) 2-ci maddənin 2 d) bəndi ilə əhatə olunan dərəcədə; nəqletmə zamanı baş verən hadisə deməkdir;

b)  "Təhlükəli fəaliyyət" - gedişində bu Konvensiyanın I əlavəsində sadalanan, son həddə bərabər və ya ondan artıq miqdarda bir və ya birdən çox təhlükəli maddənin iştirak etdiyi və ya iştirakının mümkün olduğu və transsərhəd təsirinə gətirib çıxara biləcək qabiliyyətə malik, təhlükəli fəaliyyət deməkdir;

c)  "Təsir" - sənaye qəzasının istənilən birbaşa və ya dolayısı ilə, dərhal və ya müəyyən müddətdən sonra yaranan zərərli nəticələri deməkdir, xüsusilə:

i) insanlara, flora və faunaya;

ii) torpağa, suya, havaya və landşafta;

iii) i) və ii) yarımbəndlərində göstərilən faktorlar arasındakı qarşılıqlı əlaqələrə;

iv) maddi dəyərlərə və tarixi abidələr də daxil olmaqla, mədəni irsə təsir edən zərərli nəticələr;

d) "Transsərhəd təsiri" - başqa  Tərəfin yurisdiksiyasının təsir dairəsində baş vermiş sənaye qəzası nəticəsində bir və ya digər  Tərəfin yurisdiksiyasının təsir dairəsində baş verən ciddi təsir deməkdir;

e)  "Operator" - hər hansı fəaliyyətin həyata keçirilməsinə cavabdeh olan istənilən, məsələn, müşahidəsi altında bu və ya digər fəaliyyət həyata keçirilən, bu və ya digər fəaliyyətin həyata keçirilməsi planlaşdırılan və ya həyata keçirilən, dövlət orqanları da daxil olmaqla, fiziki və ya hüquqi şəxs deməkdir;

f)   "Tərəf" - əgər mətndə digər hal nəzərdə tutulmayıbsa, bu Konvensiyanın Razılığa gələn Tərəfi deməkdir;

g)  "Mənşə Tərəf" - yurisdiksiyasının təsir dairəsində sənaye qəzası baş vermiş və ya baş verə biləcək istənilən Tərəf və ya Tərəflər deməkdir;

h) "Toxunulan Tərəf" - sənaye qəzasının transsərhəd təsiri toxunan və ya toxuna biləcək istənilən Tərəf və ya Tərəflər deməkdir;

i) "Maraqlı Tərəflər" - istənilən mənşə Tərəf və istənilən toxunulan Tərəf deməkdir;

j) "İctimaiyyət" - bir və ya bir neçə fiziki və ya hüquqi şəxs deməkdir.

 

M a d d ə   2

Konvensiyanın təsir dairəsi

 

1.  Bu Konvensiya, təbii fəlakətlərin doğurduğu qəzaların təsiri daxil olmaqla, transsərhəd təsirin gətirib çıxara biləcəyi sənaye qəzalarının qarşısının alınmasında, onlara hazırlığın təmin edilməsində və qəzaların nəticələrinin aradan qaldırılmasında, eləcə də sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığını təmin edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı yardımı, tədqiqatları və işlənmələri, informasiya və texnologiya mübadilələrini əhatə edən beynəlxalq əməkdaşlıqda tətbiq edilir.

2.  Bu Konvensiya aşağıdakılara münasibətdə tətbiq edilmir:

a) nüvə qəzalarına və ya radioaktiv çirklənmə ilə əlaqədar fövqəladə hallara;

b) hərbi qurğulardakı fəaliyyətlə bağlı qəzalara;

c)  bəndlərin dağılmasına belə dağılma nəticəsində baş vermiş sənaye qəzalarının təsiri istisna olmaqla;

d) yerüstü nəqliyyatdakı qəzalara, aşağıdakı hallar istisna olmaqla:

i) belə qəzaların nəticələrinin təcili aradan qaldırılması;

ii)təhlükəli fəaliyyət həyata keçirilən sənaye meydançasındakı nəqliyyat əməliyyatları;

e) genetik modifikasiyalaşdırılmış orqanizmlərin təsadüfi tullantılarına;

f)  dəniz dibinin kəşfiyyatı və ya işlənməsi də daxil olmaqla, dəniz mühitindəki fəaliyyət nəticəsində baş verən qəzalara;

g) dənizdə neftin və ya digər zərərli maddələrin dağılmasına.

 

M a d d ə    3

Ümumi müddəalar

 

1. Tərəflər, milli və beynəlxalq səviyyələrdə artıq göstərilmiş səyləri nəzərə almaqla, sənaye qəzalarının qarşısının alınması, mümkün olduğu qədər onların tezliyinin və ciddiliyinin azaldılması və təsirinin yumşaldılması yolu ilə insanların və ətraf mühitin belə qəzalardan mühafizəsi məqsədilə bu Konvensiya çərçivəsində müvafiq tədbirlər görür və əməkdaşlıq edirlər. Bu məqsədlə, qəzaların qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və bərpa tədbirləri də nəzərə alınmaqla, onların nəticələrinin aradan qaldırılması üçün tədbirlər görürlər.

2.  Tərəflər informasiya mübadiləsi, məsləhətləşmə və digər birgə tədbirlər vasitəsilə, əsaslandırılmamış ləngitməyə yol vermədən, sənaye qəzaları riskinin azaldılması və onların qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və bərpa tədbirləri də daxil olmaqla, onların nəticələrinin aradan qaldırılması tədbirlərinin təkmilləşdirilməsi üzrə siyasət və strategiyanı işləyirlər və həyata keçirirlər, bu zaman lüzumsuz təkrarlanmanı istisna etmək məqsədilə milli və beynəlxalq səviyyələrdə artıq göstərilən səyləri nəzərə alırlar.

3.  Tərəflər elə vəziyyəti təmin edirlər ki, təhlükəli fəaliyyət göstərilən zaman riskin aradan qaldırılması və sənaye qəzasının qarşısının alınması üçün zəruri olan bütün tədbirlərin görülməsi vəzifəsi operatorun üzərinə düşsün.

4.  Bu Konvensiyanın müddəalarının həyata keçirilməsi üçün Tərəflər qəzaların qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və onların nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq qanunverici, tənzimləyici, inzibati və maliyyə tədbirləri görürlər.

5.  Bu Konvensiyanın müddəaları, beynəlxalq hüquqa müvafiq olaraq, Tərəflərin sənaye qəzaları və təhlükəli fəaliyyətlə bağlı hər hansı öhdəliklərinə toxunmur.

 

M a d d ə    4

Təhlükəli fəaliyyət növlərinin müəyyənləşdirilməsi, məsləhətləşmələr və məşvərətçi rəylər

 

1.  Xəbərdaredici və hazırlığı təmin edəcək tədbirlərin görülməsi məqsədilə Mənşə Tərəf öz yurisdiksiyasının təsir dairəsində, tələb olunduğu halda, təhlükəli fəaliyyət növlərinin müəyyənləşdirilməsi üçün tədbirlər görür və hər hansı belə planlaşdırılan və ya həyata keçirilən fəaliyyət haqqında təsirə məruz qalan Tərəflərə bildirişin verilməsini təmin edir.

2.  Maraqlı Tərəflər, hər hansı belə  Tərəfin təşəbbüsü ilə transsərhəd təsiri törədə biləcəyini hesab etməyə əsas verən belə təhlükəli fəaliyyət növlərinin müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparırlar. Əgər maraqlı Tərəflər bu və ya digər fəaliyyətin təhlükəli fəaliyyət olub-olmadığı barədə razılığa gələ bilmirlərsə, bu halda istənilən belə Tərəf, əgər maraqlı Tərəflər belə məsələnin həlli üçün digər üsul haqqında razılaşmayıbsa, bu məsələ üzrə məşvərətçi rəy almaq üçün, bu Konvensiyanın II əlavəsi ilə müəyyənləşdirilmiş qaydada sorğular üzrə komissiyaya müraciət edə bilər.

3.  Tərəflər planlaşdırılan və ya həyata keçirilən təhlükəli fəaliyyətlə bağlı bu Konvensiyanın III əlavəsində verilmiş prosedurları tətbiq edirlər.

4.   Təhlükəli fəaliyyətin ətraf mühitə təsiri ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyaya müvafiq olaraq transsərhəd kontekstində qiymətləndirilməli olduğu və belə qiymətləndirməyə bu Konvensiyanın müddəalarına uyğun həyata keçirilən təhlükəli fəaliyyət nəticəsində baş vermiş sənaye qəzasının transsərhəd təsirinin təhlili daxil olduğu hallarda transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyanın məqsədləri üçün qəbul ediləcək son qərar bu Konvensiyanın müvafiq tələblərinə cavab verməlidir.

 

M ad d ə   5

Könüllü fəaliyyətin yayılması

 

Maraqlı Tərəflər, onlardan hər hansı birinin təşəbbüsü ilə, I əlavə ilə əhatə olunmayan bu və ya digər fəaliyyətin təhlükəli fəaliyyət kimi qəbul edilib-edilməməsi ilə bağlı məsələni müzakirə edirlər. Qarşılıqlı razılıq olduqda, onlar öz seçimlərinə uyğun istənilən məsləhətləşmə mexanizmindən istifadə edə bilərlər və ya müvafiq izahatın alınması üçün II əlavəyə uyğun, sorğular üzrə komissiyaya müraciət edə bilərlər. Maraqlı Tərəflər arasında bu məsələ üzrə razılaşma əldə edilərsə, bu Konvensiya və ya onun istənilən hissəsi bu fəaliyyətə, əgər bu fəaliyyət təhlükəli olarsa, tətbiq edilir.

 

M a d d ə    6

Qəzaların qarşısının alınması

 

1. Tərəflər sənaye qəzalarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər, o cümlədən operatorları sənaye qəzaları riskinin azaldılması üzrə səyləri həyata keçirməyə həvəsləndirən tədbirlər görürlər. Belə tədbirlərə bu Konvensiyaya IV əlavədə sadalanmış, ancaq təkcə onlarla məhdudlaşmayan tədbirlər daxil ola bilər.

2. İstənilən təhlükəli fəaliyyətə münasibətdə mənşə Tərəf tələb edir ki, operator, bu Konvensiyanın V əlavəsində nəzərdə tutulan, lakin tək onlarla məhdudlaşmayan, təhlil və qiymətləndirmə də daxil olmaqla, prosesin əsas göstəriciləri kimi, məlumat təqdim etməklə həyata keçirilən təhlükəli fəaliyyətin təhlükəsizliyini nümayiş etdirsin.

 

M a d d ə    7

Yerləşdirmə haqqında qərarların qəbulu

 

Öz hüquqi sistemi çərçivəsində mənşə Tərəf bütün maraqlı Tərəflərin əhalisi və ətraf mühiti üçün riskin minimuma endirilməsi məqsədilə, təhlükəli fəaliyyət həyata keçirilən yeni obyektlərin yerləşdirilməsi və mövcud olanların əhəmiyyətli dərəcədə modifikasiyası sahəsində siyasətin formalaşdırılması üçün tədbirlər görür. Öz hüquqi sistemləri çərçivəsində, mənşə Tərəflər təhlükəli fəaliyyət nəticəsində yaranmış sənaye qəzalarının transsərhəd təsirinə məruz qala biləcək rayonlarda onunla əlaqəli riskin minimuma endirilməsi məqsədilə, əhəmiyyətli tədbirlərin həyata keçirilməsi sahəsində siyasətin formalaşması üçün tədbirlər görürlər. Belə siyasətin işlənməsi və formalaşması zamanı Tərəflər bu Konvensiyanın V əlavəsinin 2-ci bəndinin 1-8 yarımbəndlərində və VI əlavəsində qeyd olunmuş məsələləri nəzərdən keçirməlidirlər.

 

M a d d ə    8

Fövqəladə hallara hazırlıq

 

1.  Tərəflər, sənaye qəzalarının nəticələrinin aradan qaldırılması məqsədilə, fövqəladə hallara müvafiq hazırlığın təmin edilməsi və qorunub saxlanması üçün münasib tədbirlər görürlər. Tərəflər belə qəzaların transsərhəd təsirinin yumşaldılması məqsədilə hazırlığın təmin edilməsi üçün ölçü götürülməsini təmin edirlər, bu halda sənaye meydançası hüdudlarında fəaliyyəti operatorlar yerinə yetirirlər. Bu tədbirlərə bu Konvensiyanın VII əlavəsində göstərilən, lakin tək onlarla məhdudlaşmayan tədbirlər daxil ola bilər. Maraqlı Tərəflər, xüsusilə fövqəladə hallarda bir-birini öz fəaliyyət planları haqqında məlumatlandırırlar.

2.  Təhlükəli fəaliyyətə münasibətdə mənşə Tərəf sənaye meydançasında fövqəladə hallar zamanı hərəkət planının hazırlanması və həyata keçirilməsini, o cümlədən qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülməsi və transsərhəd təsirin qarşısının alınması və bu təsirin minimuma endirilməsi üçün digər tədbirlərin görülməsini təmin edir. Mənşə Tərəf, fövqəladə hallar zamanı hərəkət planının işlənməsi üçün digər maraqlı Tərəflərə onda olan elementlərin təqdim edilməsi imkanını yaradır.

3.  Təhlükəli fəaliyyət növlərinə münasibətdə hər bir Tərəf, fövqəladə hallarda sənaye meydançasından kənarda, öz ərazisi hüdudlarında transsərhəd təsirin qarşısının alınmasına və bu təsirin minimuma endirilməsinə yönəlmiş tədbirləri nəzərdə tutan hərəkət planlarının hazırlanmasını və həyata keçirilməsini təmin edir. Belə planların hazırlanması zamanı təhlil və qiymətləndirmənin nəticələri xüsusilə V əlavənin 2-ci bəndinin 1-5-ci yarımbəndlərində göstərilən məsələlər nəzərə alınır. Maraqlı Tərəflər belə planların uyğunluğunun təmin edilməsinə çalışırlar. Lazım gəldikdə, qəzanın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsinə yardım məqsədilə, sənaye ərazisindən kənarda fövqəladə hallar zamanı birgə fəaliyyət planları işlənib hazırlanır.

4.  Fövqəladə hallarda fəaliyyət planlarına mütəmadi olaraq və ya şərait bunu tələb edirsə, baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla, yenidən baxılmalıdır.

 

M a d d ə    9

İctimaiyyət üçün məlumat və onun iştirakı

 

1.  Tərəflər təhlükəli fəaliyyət nəticəsində baş vermiş qəzanın toxuna biləcəyi rayonların ictimaiyyətinə lazımi məlumatın verilməsini təmin edirlər. Bu məlumat maraqlı Tərəflərin münasib hesab etdikləri kanallarla göndərilir və bu Konvensiyanın VIII əlavəsində göstərilən elementləri özündə əks etdirir və bununla bərabər, onda V əlavənin 2-ci bəndinin 1-4 və 9-cu yarımbəndlərində göstərilmiş məsələləri nəzərə almaq lazımdır.

2.   Mənşə Tərəf, bu Konvensiyanın müddəalarına uyğun olaraq və mümkün və lazım olduqda, toxunulması ehtimal olunan rayonların ictimaiyyətinə qəzanın qarşısının alınmasına və ona hazırlığın təmin edilməsinə münasibətdə öz fikirlərinin və narahatlıqlarının ifadəsi məqsədilə müvafiq prosedurlarda iştirak imkanı verir, eləcə də təsirə məruz qalan  Tərəfin ictimaiyyətinə verilən imkanın mənşə  Tərəfin ictimaiyyətinə verilmiş imkana ekvivalent olmasını təmin edir.

3.  Öz hüquqi sistemlərinə uyğun olaraq və arzu edildikdə, qarşılıqlı əsaslarla, Tərəflər hər hansı  Tərəfin ərazisində sənaye qəzasının transsərhəd təsirinə məruz qalan və ya qala biləcək fiziki və hüquqi şəxslərə, öz yurisdiksiyalarının təsir dairəsində olan şəxslərə olduğu kimi eyni ilə, müvafiq inzibati və məhkəmə prosedurlarında iştirak və bu prosedurlar çərçivəsində bərabər rəftar, o cümlədən məhkəmədə iş açmaq və onların hüquqlarına toxunan qərarla bağlı şikayət vermək imkanı yaradırlar.

 

M a d d ə    1 0

Sənaye qəzaları haqqında xəbərdarlıq sistemləri

 

1.  Tərəflər tərkibində transsərhəd təsirinə əks təsir üçün tələb olunan məlumatlar olan sənaye qəzaları haqqında xəbərdarlıqların alınması və ötürülməsi məqsədilə müvafiq səviyyələrdə qəzalar haqqında xəbərdarlığın uzlaşan və səmərəli sistemlərinin yaradılmasını və istismarını təmin edirlər.

2.  Transsərhəd təsiri göstərən və ya göstərə biləcək sənaye qəzası baş verdikdə və ya baş verməsi təhlükəsi qaçılmaz olduqda, mənşə Tərəf, müvafiq səviyyələrdə sənaye qəzaları haqqında xəbərdarlıq sistemləri vasitəsilə, təsirə məruz qalan Tərəflərin bu haqda təxirə salınmadan xəbərdar edilmələrini təmin edir. Belə xəbərdarlıq özündə bu Konvensiyanın IX əlavəsində qeyd olunmuş elementləri əks etdirir.

3.  Maraqlı Tərəflər sənaye qəzası baş verdikdə və ya onun qaçılmaz təhlükəsi yarandıqda, şəraitdən asılı olaraq, mümkün qədər tez, 8-ci maddəyə uyğun hazırlanmış fövqəladə hallar üçün fəaliyyət planının həyata keçirilməsinə başlanılmasını təmin edirlər.

 

M a d d ə    1 1

Qəzaların nəticələrinin aradan qaldırılması

 

2.            Sənaye qəzası və ya onun qaçılmaz təhlükəsi zamanı Tərəflər mümkün qədər tez, təsirin məhdudlaşdırılmasının və ya minimuma endirilməsinin ən səmərəli üsullarından istifadə etməklə, nəticələrin aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini təmin edirlər.

2.            Transsərhəd təsiri göstərən və ya göstərə biləcək sənaye qəzası baş verdikdə və ya baş vermə təhlükəsi qaçılmaz olduqda, maraqlı Tərəflər, qəzanın nəticələrinin aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsi məqsədilə təsirin qiymətləndirilməsi üzrə tələb olunduğu hallarda birgə tədbirlər görürlər.

 

M a d d ə    1 2

Qarşılıqlı yardım

 

1. Əgər sənaye qəzası zamanı hər hansı  Tərəfin köməyə ehtiyacı olarsa, tələb olunan köməyin həcmini və növünü göstərməklə, o, bunu almaq üçün başqa Tərəflərə müraciət edə bilər. Kömək haqqında müraciətin ünvanlandığı Tərəf təxirə salınmadan qərar qəbul edir və sorğu göndərmiş Tərəfi tələb olunan köməyin göstərilməsinin mümkün olub-olmadığı barədə məlumatlandırır, eləcə də təqdim edilə biləcək köməyin həcmini və şərtlərini göstərir.

2. Maraqlı Tərəflər bu maddənin 1-ci bəndi üzrə razılaşdırılmış, o cümlədən ehtiyac olduğu halda, sənaye qəzasının nəticələrinin və təsirinin minimuma endirilməsinə yönəlmiş fəaliyyət üzrə köməyin təxirə salınmadan təqdim edilməsini yüngülləşdirmək məqsədilə, eləcə də ümumi xarakterli köməyin göstərilməsi üçün əməkdaşlıq edirlər. Tərəflər arasında qarşılıqlı köməyin göstərilməsi üzrə tədbirləri əhatə edən ikitərəfli və çoxtərəfli müqavilələr bağlanmadığı hallarda belə kömək, Tərəflər başqa cür razılaşmayıblarsa, bu Konvensiyanın X əlavəsinə müvafiq olaraq təqdim edilir.

 

M a d d ə   1 3

Məsuliyyət

 

Tərəflər məsuliyyət sahəsində normalar, meyarlar və prosedurların hazırlanmasına yönəlmiş müvafiq beynəlxalq səylərə yardım edirlər.

 

M a d d ə    1 4

Tədqiqatlar və işlənmələr

 

Tərəflər, ehtiyac olduqca, təkliflərlə çıxış edirlər və sənaye qəzalarının qarşısının alınmasının, onlara hazırlığın təmin edilməsinin və nəticələrinin aradan qaldırılmasının üsul və texnologiyaları üzrə tədqiqat və işlənmələrin aparılması sahəsində əməkdaşlıq edirlər. O cümlədən, bu məqsədlə, Tərəflər qəzalarla bağlı təhlükələrin məhdudlaşdırılması və sənaye qəzalarının qarşısının alınması və nəticələrinin məhdudlaşdırılması üçün daha az təhlükəli proseslərin tədqiq edilməsi sahəsində elmi-texniki əməkdaşlığı həvəsləndirir və fəal inkişaf etdirirlər.

 

M a d d ə    1 5

İnformasiya mübadiləsi

 

Tərəflər çoxtərəfli və ikitərəfli səviyyələrdə, bu Konvensiyanın XI əlavəsində təqdim olunan elementləri özündə əks etdirən, əlçatan və ağlabatan həddə informasiya mübadiləsini həyata keçirirlər.

 

M a d d ə   1 6

Texnologiyalar mübadiləsi

 

1. Tərəflər, öz qanunlarından, qayda və təcrübələrindən çıxış edərək, sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığın və nəticələrinin aradan qaldırılmasının təmin edilməsi məqsədləri üçün xüsusən aşağıdakılara köməklə texnologiyalar mübadiləsinə yardımçı olurlar:

a)  müxtəlif maliyyə əsaslarında texnologiyalar mübadiləsi;

b) sənayedə birbaşa əlaqə və əməkdaşlıq;

c)  informasiya və təcrübə mübadiləsi;

d) texniki yardımın göstərilməsi.

2.     Bu maddənin yuxarıdakı 1-ci bəndinin a)-d) yarımbəndlərində sadalanmış fəaliyyət növləri üzrə kömək göstərərkən, Tərəflər texnologiyaların təqdimini, layihə-konstruktor xidmətini, avadanlıq və maliyyə vəsaitlərini təmin edə biləcək istər özəl, istərsə də dövlət bölmələrindəki təşkilatlar və ayrı-ayrı şəxslər arasında əlaqə və əməkdaşlığa yardım etməklə, əlverişli şərait yaradırlar.

 

M a d d ə    1 7

Səlahiyyətli orqanlar və rabitə məntəqələri

 

1.  Hər bir Tərəf bu Konvensiyanın məqsədləri üçün bir və ya bir neçə səlahiyyətli orqan təyin edir və ya yaradır.

2.  İkitərəfli və çoxtərəfli səviyyələrdə əldə olunmuş digər razılaşmalara xələl gətirmədən, hər bir Tərəf, 10-cu maddənin tələblərinə uyğun qəzalar haqqında xəbərdarlıq məqsədləri üçün bir rabitə məntəqəsi və 12-ci maddənin tələblərinə uyğun, qarşılıqlı yardım məqsədləri üçün daha bir rabitə məntəqəsi təyin edir və ya yaradır. Bu funksiyaların eyni bir rabitə məntəqəsi  Tərəfindən icra edilməsinə üstünlük verilir.

3.  Hansısa Tərəf üçün bu Konvensiyanın qüvvəyə mindiyi gündən sonrakı üç ay müddətində hər bir belə Tərəf, öz rabitə məntəqəsi(ləri) və onun səlahiyyətli orqanı və ya orqanları qismində hansı orqanı və ya orqanları təyin etdiyi barədə 20-ci maddədə göstərilən katiblik vasitəsilə digər Tərəfləri məlumatlandırır.

4.  Hər bir Tərəf, bu maddənin 3-cü bəndi üzrə təyinatlarla bağlı etdiyi istənilən dəyişikliklər barədə qərar qəbul etdiyi gündən sonrakı bir ay müddətində katiblik vasitəsilə digər Tərəfləri məlumatlandırır.

5.  Hər bir Tərəf, 10-cu maddəyə uyğun olaraq, öz rabitə məntəqəsinin və sənaye qəzaları haqqında xəbərdarlıq sistemlərinin fasiləsiz fəaliyyətini təmin edir.

6.  Hər bir Tərəf, 12-ci maddəyə uyğun olaraq, yardımın göstərilməsi haqqında sorğuların göndərilməsi və alınması və belə təkliflərin qəbulu üçün cavabdeh olan öz rabitə məntəqəsinin və orqanlarının fasiləsiz fəaliyyətini təmin edir.

 

M a d d ə   1 8

Tərəflərin konfransı

 

1.  Bu Konvensiya üzrə Tərəflərin nümayəndələri Tərəflərin Konfransını təşkil edirlər və öz müşavirələrini mütəmadi olaraq keçirirlər. Tərəflərin Konfransının ilk müşavirəsi bu Konvensiyanın qüvvəyə mindiyi gündən ən geci bir il müddətində keçirilir. Tərəflərin Konfransının sonrakı müşavirələri hər bir halda ildə bir dəfə və ya istənilən  Tərəfin yazılı xahişi ilə keçirilir, bu şərtlə ki, xahiş haqqında katiblik  Tərəfindən edilmiş bildirişdən ötən altı ay müddətində, Tərəflərin ən azı üçdə biri dəstəkləmiş olsun.

2.  Tərəflərin Konfransı:

a)   bu Konvensiyanın yerinə yetirilməsinin gedişini müzakirə edir;

b)   sənaye qəzalarının qarşısının alınmasında, onlara hazırlığın təmin edilməsində, transsərhəd təsirinin aradan qaldırılmasında və sənaye qəzası ilə üzləşmiş Tərəflərin xahişi ilə texniki yardım və məsləhət verilməsinə köməklikdə Tərəflərin imkanlarının möhkəmləndirilməsinə yönəlmiş məşvərətçi funksiyaları yerinə yetirir;

c)  ehtiyac olduqda, bu Konvensiyanın yerinə yetirilməsi və inkişafı ilə bağlı suallara baxılması və bu məqsədlə müvafiq araşdırmaların və digər sənədlərin hazırlanması, eləcə də Tərəflərin Konfransının müzakirəsinə tövsiyələrin təqdim edilməsi üçün işçi qruplar və digər müvafiq mexanizmlər yaradır;

d)  bu Konvensiyanın müddəalarının tələb edə biləcəyi digər funksiyaları icra edir;

e)   özünün birinci müşavirəsində, konsensus əsasında, müşavirələrin prosedur qaydalarını müzakirə və qəbul edir.

3.   Tərəflərin Konfransı öz funksiyalarını həyata keçirərkən, nə vaxt o bunu məqsədəuyğun hesab edirsə, digər müvafiq beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.

4.   Tərəflərin Konfransı özünün birinci müşavirəsində, o cümlədən bu Konvensiyanın XII əlavəsinə daxil olan bəndlərlə bağlı, iş proqramını müəyyənləşdirir. Tərəflərin Konfransı, həmçinin milli mərkəzlərin istifadəsi və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq, bu Konvensiyanın tətbiqinin yüngülləşdirilməsi məqsədilə sistemin yaradılması, o cümlədən sənaye qəzası zamanı, buna aidiyyəti olan beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəaliyyəti nəzərə almaqla, müvafiq qarşılıqlı yardımın göstərilməsi üçün iş üsulları haqqında qərarlar qəbul edir. İş proqramının bir hissəsi qismində, Tərəflərin Konfransı mövcud milli, regional və beynəlxalq mərkəzlərin, eləcə də digər orqan və proqramların informasiya fəaliyyətlərinin uzlaşdırılması və sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və nəticələrinin aradan qaldırılması üzrə XII əlavədə sadalanmış məsələlərin həyata keçirilməsində hansı əlavə beynəlxalq təsisat və mərkəzlərin tələb olunduğunun müəyyənləşdirilməsi məqsədləri üçün göstərilən səylərə yönəlmiş fəaliyyətlərini müzakirə edir.

5.   Tərəflərin Konfransının iştirakçıları özlərinin birinci müşavirəsində sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və onların təsirinin aradan qaldırılması sahəsində texnologiya mübadiləsi üçün daha əlverişli şəraitin yaradılması prosedurlarını müzakirə edirlər.

6.   Tərəflərin Konfransı bu Konvensiyanın məqsədləri üçün təhlükəli fəaliyyətin müəyyənləşdirilməsinə yardımçı olan rəhbər prinsip və meyarları təsdiq edir.

 

M a d d ə    1 9

Səs hüququ

 

1.   Bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, bu Konvensiyanın hər bir Tərəfi bir səsə malikdir.

2.   27-ci maddə ilə müəyyənləşən regional iqtisadi inteqrasiya təşkilatları onların səlahiyyətinə daxil olan məsələlər üzrə, sərəncamlarında bu Konvensiyanın Tərəfləri olan üzv dövlətlərin sayına bərabər sayda səs olmaqla, səsvermə hüquqlarını həyata keçirirlər. Belə təşkilatlar, onlara üzv dövlətlər öz səsvermə hüquqlarından istifadə etdikdə, öz səsvermə hüquqlarını itirirlər və əksinə.

 

M a d d ə    2 0

Katiblik

 

Avropa İqtisadi Komissiyasının icraçı katibi aşağıdakı katiblik funksiyalarını yerinə yetirir:

a)   Tərəflərin müşavirələrini çağırır və hazırlayır;

b)   bu Konvensiyanın müddəalarına uyğun olaraq alınmış məruzə və digər məlumatları Tərəflərə çatdırır;

c)   Tərəflərin müəyyənləşdirəcəyi bu və ya digər funksiyaları yerinə yetirir.

 

M a d d ə    2 1

Mübahisələrin tənzimlənməsi

 

1.   Bu Konvensiyanın şərhi və ya tətbiqi üzrə iki və ya daha çox Tərəflər arasında mübahisə yaranarsa, onlar danışıqlar yolu və ya mübahisədə iştirak edən tərəflər üçün məqbul olan mübahisələrin tənzimlənməsinin istənilən digər üsulu ilə mübahisənin tənzimlənməsinə çalışırlar.

2.   Bu Konvensiyanın imzalanması, ratifikasiyası, qəbulu, təsdiqi və ya ona qoşulma və ya bunlardan sonra istənilən vaxt hər hansı Tərəf yazılı surətdə Depozitariyə məlumat verə bilər ki, bu maddənin 1-ci bəndi üzrə tənzimlənməmiş mübahisə üzrə o, üzərinə eyni cür öhdəliyi götürən istənilən Tərəf üçün məcburi kimi dəyərləndirilən mübahisənin aşağıdakı bir və ya hər iki tənzimlənmə vasitəsini qəbul edir:

a)   mübahisənin Beynəlxalq Məhkəməyə verilməsi;

b)  bu Konvensiyaya XIII əlavədə şərh edilmiş prosedura müvafiq arbitraj.

3.   Əgər mübahisədə iştirak edən Tərəflər mübahisənin tənzimlənməsinin bu maddənin 2-ci bəndində göstərilmiş hər iki vasitəsini qəbul ediblərsə, bu halda, əgər Tərəflər başqa cür razılaşmayacaqlarsa, mübahisə baxılmaq üçün yalnız Beynəlxalq Məhkəməyə verilə bilər.

 

M a d d ə    2 2

Məlumatın təqdim edilməsində məhdudiyyətlər

 

Bu Konvensiyanın müddəaları Tərəflərin, şəxsi xarakterli məsələlər, əqli mülkiyyət və ya milli təhlükəsizlik də daxil olmaqla, sənaye və kommersiya işlərinə aid məlumatı qorumaqla bağlı milli qanunlarından, qaydalarından, inzibati əsasnamələrindən və ya qəbul edilmiş hüquqi təcrübəsindən və tətbiq edilən beynəlxalq qaydalardan irəli gələn hüquq və ya öhdəliklərinə toxunmur.

2. Əgər Tərəf, buna baxmayaraq, belə qorunan məlumatı digər Tərəfə təqdim etmək qərarına gəlirsə, onda belə qorunan məlumatı alan Tərəf alınmış məlumatın konfidensiallığına hörmətlə yanaşır və onun təqdimedilmə şərtlərinə əməl edir və bu məlumatı yalnız onun verildiyi məqsədlər üçün istifadə edir.

 

M a d d ə    2 3

Konvensiyanın həyata keçirilməsi

 

Tərəflər vaxtaşırı bu Konvensiyanın tətbiqinin gedişatı ilə bağlı hesabat təqdim edirlər.

 

M a d d ə    2 4

İkitərəfli və çoxtərəfli müqavilələr

 

1.   Tərəflər bu Konvensiya üzrə öz öhdəliklərini yerinə yetirərkən, mövcud ikitərəfli və ya çoxtərəfli müqavilələri və ya digər razılaşmaları qoruyub saxla ya və ya yenilərini bağlaya bilərlər.

2.   Bu Konvensiyanın müddəaları Tərəflərin, lazım gəldikdə, ikitərəfli və ya çoxtərəfli müqavilələr əsasında bu Konvensiyada nəzərdə tutulduğundan daha ciddi tədbirlər görmək hüququna toxunmur.

 

M a d d ə    2 5

Əlavələrin statusu

 

Bu Konvensiyaya əlavələr Konvensiyanın ayrılmaz tərkib hissəsini təşkil edir.

 

M a d d ə   2 6

Konvensiyaya düzəlişlər

 

1.   Hər bir Tərəf bu Konvensiyaya düzəlişlər təklif edə bilər.

2.   Bu Konvensiyaya təklif olunan istənilən düzəlişin mətni Avropa İqtisadi Komissiyasının icraçı katibinə yazılı surətdə təqdim olunur və həmin mətni bütün Tərəflərə göndərilir. Tərəflərin Konfransı özünün növbəti illik müşavirəsində təklif olunmuş düzəlişləri müzakirə edir, bu şərtlə ki, belə təkliflər Avropa İqtisadi Komissiyasının icraçı katibi  Tərəfindən Tərəflərə, hər bir halda, doxsan gün qabaq göndərilmiş olsun.

3.   Bu Konvensiyaya düzəlişlərə gəldikdə isə, I əlavəyə düzəlişlərin bu maddənin 4-cü bəndində şərh edilən müzakirəyə çıxarılma proseduru istisna olmaqla:

a)   düzəlişlər müşavirədə iştirak edən Tərəflərin konsensusu əsasında qəbul edilir və Depozitari  Tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilmək üçün bütün Tərəflərə təqdim olunur;

b)  düzəlişlərin ratifikasiyası, qəbulu və ya təsdiqi haqqında sənədlər Depozitariyə saxlanca verilir. Bu maddəyə müvafiq qəbul edilmiş düzəlişlər bu düzəlişləri qəbul etmiş Tərəflər üçün Depozitari  Tərəfindən ratifikasiya, qəbul və ya təsdiq haqqında on altıncı sənədin alındığı tarixdən sonrakı doxsanıncı gün qüvvəyə minir;

c)   düzəlişlər sonradan istənilən hər hansı Tərəf üçün həmin  Tərəfin düzəlişlərin ratifikasiyası, qəbulu və ya təsdiqi haqqında öz sənədlərini saxlanca təqdim etdikdən sonrakı doxsanıncı gün qüvvəyə minir.

4. əlavəyə düzəlişlərə gəldikdə isə:

a) Tərəflər razılaşmanın konsensus əsasında əldə olunması üçün bütün səyləri edirlər. Əgər, buna baxmayaraq, konsensusun əldə olunması vasitələri artıq tükənibsə və razılaşma əldə olunmayıbsa, bu halda, son vasitə olaraq, düzəliş müşavirədə və səsvermədə iştirak edən Tərəflərin onda doqquz səs çoxluğu ilə qəbul edilir. Tərəflərin Konfransının qəbul etdiyi düzəlişlər, öz növbəsində, Tərəflərə göndərilir və təsdiqə tövsiyə edilir;

Avropa İqtisadi Komissiyasının icraçı katibi  Tərəfindən düzəlişlərin göndərilməsi tarixindən on iki ay ötdükdən sonra, düzəlişlər, bu maddənin

a) bəndinin müddəalarına uyğun bildiriş təqdim etməyən bu Konvensiyanın Tərəfləri üçün qüvvəyə minir, bir şərtlə ki, ən azı on altı Tərəf belə bildiriş təqdim etməmiş olsun;

b)  bu Konvensiyanın I əlavəsinə hər hansı düzəlişi təsdiq edə bilməyən istənilən Tərəf düzəlişin qəbulu haqqında məlumatı aldığı tarixdən sonra on iki ay müddətində Avropa İqtisadi Komissiyasının icraçı katibini bu haqda yazılı surətdə xəbərdar etməlidir. İcraçı katib təxirə salmadan istənilən belə bildirişin alınması barədə bütün Tərəflərə məlumat verir. Tərəf, istənilən vaxt öz əvvəlki mövqeyindən imtina edərək, düzəlişi qəbul edə bilər və yalnız bundan sonra I əlavəyə həmin düzəliş bu Tərəf üçün qüvvəyə minir;

c)   bu bəndin məqsədləri üçün müşavirədə və səsvermədə iştirak edən Tərəflər dedikdə, müşavirədə iştirak edən və lehinə və ya əleyhinə səs verən Tərəflər başa düşülməlidir.

 

M a d d ə  2 7

İmzalanma

 

Bu Konvensiya 1992-ci il martın 17-dən 18-nə dək, sonuncu gün tam daxil olmaqla Helsinkidə və sonradan 1992-ci il sentyabrın 18-nə qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi iqamətgahlarında Avropa İqtisadi Komissiyasına üzv dövlətlər, eləcə də İqtisadi və Sosial Şuranın 28 mart 1947-ci il tarixli 36 (IV) saylı qətnaməsinin 8-ci bəndinə uyğun Avropa İqtisadi Komissiyası nəzdində məşvərətçi statusa malik dövlətlər və Avropa İqtisadi Komissiyasına üzv olan suveren dövlətlər  Tərəfindən yaradılmış və onlara üzv olan dövlətlər  Tərəfindən bu Konvensiya ilə tənzimlənən məsələlər üzrə, o cümlədən bu məsələlərə aid müqavilələr bağlamaq da daxil olmaqla, səlahiyyətlər verilmiş regional iqtisadi inteqrasiya təşkilatları  Tərəfindən imzalanmağa açıqdır.

 

M a d d ə    2 8

Depozitari

 

Bu Konvensiyanın Depozitarisi qismində Birləşmiş Millətlər Təşkilatının Baş katibi çıxış edir.

 

M a d d ə    2 9

Ratifikasiya, qəbul etmə, təsdiq və qoşulma

 

1.  Bu Konvensiya onu imzalamış dövlətlər və 27-ci maddədə göstərilmiş regional iqtisadi inteqrasiya təşkilatlan  Tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilməlidir.

2.  Bu Konvensiya 27-ci maddədə qeyd edilmiş dövlətlər və təşkilatlar üçün qoşulmaya açıqdır.

3.  Bu Konvensiyanın  Tərəfinə çevrilən, 27-ci maddədə göstərilmiş istənilən

təşkilat, bu təşkilata üzv olan dövlətlərin heç biri bu Konvensiyanın Tərəfi olmadığı halda, bu Konvensiya ilə nəzərdə tutulmuş bütün öhdəliklərə bağlanmış olur. Belə təşkilatın bir və ya bir neçə üzv dövləti bu Konvensiyanın Tərəfləri olduğu halda, bu təşkilat və ona üzv olan dövlətlər bu Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsində özlərinin müvafiq məsuliyyətləri haqqında qərar qəbul edirlər. Belə hallarda bu təşkilat və ona üzv olan dövlətlər bu Konvensiyada nəzərdə tutulmuş hüquqlardan eyni vaxtda istifadə edə bilməzlər.

4. Ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma haqqında öz sənədlərində 27-ci maddədə göstərilmiş regional iqtisadi inteqrasiya təşkilatları bu Konvensiya ilə tənzimlənən məsələlər üzrə öz səlahiyyətlərinin hədlərini bəyan edirlər. Belə təşkilatlar, həmçinin öz səlahiyyət hədlərindəki hər bir əhəmiyyətli dəyişiklik barədə Depozitarini xəbərdar edirlər.

 

M a d d ə    3 0

Qüvvəyə minmə

 

1.  Bu Konvensiya ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma haqqında on altıncı sənədin saxlanca təhvil verildiyi tarixdən sonrakı doxsanıncı gün qüvvəyə minir.

2.  Bu maddənin 1-ci bəndinin məqsədləri üçün 27-ci maddədə göstərilmiş hər hansı təşkilat tərəfindən saxlanca təhvil verilmiş istənilən sənəd bu təşkilata üzv olan dövlətlər tərəfindən saxlanca təhvil verilmiş sənədlərə əlavə kimi baxılmır.

3.  Ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma haqqında on altıncı sənəd saxlanca təhvil verildikdən sonra bu Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq edən və ya ona qoşulan 27-ci maddədə göstərilmiş hər bir dövlət və təşkilat üçün bu Konvensiya, belə dövlətin və ya təşkilatın ratifikasiya, qəbul, təsdiq və ya qoşulma haqqındakı öz sənədini saxlanca təhvil verdiyi tarixdən sonrakı doxsanıncı gün qüvvəyə minir.

 

M a d d ə    3 1

Konvensiyadan çıxma

 

1.  Hər hansı Tərəf üçün bu Konvensiyanın qüvvəyə mindiyi gündən üç il ötdükdən sonrakı istənilən vaxt həmin Tərəf Depozitariyə yazılı bildiriş göndərmək yolu ilə Konvensiyadan çıxa bilər. İstənilən belə çıxış Depozitari tərəfindən bu haqda bildirişin alındığı tarixdən sonrakı doxsanıncı gün qüvvəyə minir.

2.  İstənilən belə çıxış barəsində 4-cü maddənin 1-ci bəndinə müvafiq bildiriş və ya 4-cü maddənin 2-ci bəndinə uyğun müzakirəsinin aparılması haqqında xahiş edilmiş hər hansı fəaliyyətə 4-cü maddənin tətbiqini məhdudlaşdırmır.

 

M a d d ə    3 2

Autentik mətnlər

 

İngilis, rus və fransız mətnləri tam autentik olan bu Konvensiyanın əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca təhvil verilir.

Bunun təsdiqi olaraq, lazımi qaydada buna müvəkkil edilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

Helsinkidə, on yeddi mart min doqquz yüz doxsan ikinci ildə tərtib edilmişdir.

 

 

ƏLAVƏLƏR

 

Ə l a v ə    I

TƏHLÜKƏLİ FƏALİYYƏT NÖVLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ MƏQSƏDLƏRİ ÜÇÜN TƏHLÜKƏLİ MADDƏLƏR

 

Aşağıda göstərilmiş miqdarlar hər bir fəaliyyət növünə və ya fəaliyyət növü qruplarına aiddir. Əgər I hissədə miqdarların diapazonu verilirsə, bu halda, son hədd miqdarları kimi hər diapazonda göstərilən maksimal miqdarlar qəbul edilir. Bu Konvensiya qüvvəyə mindikdən beş il ötdükdən sonra hər diapazonda göstərilən minimal miqdarlar, əgər onlara dəyişiklik edilməyibsə, son hədd miqdarları kimi qəbul edilir.

Əgər II hissədə konkret göstərilən maddə və ya preparat I hissədə verilmiş hər hansı kateqoriyaya da daxildirsə, bu halda II hissədə göstərilmiş son hədd miqdarından istifadə olunur.

Təhlükəli fəaliyyət növlərinin müəyyənləşdirilməsi zamanı Tərəflər müvafiq təhlükənin güclənmə imkanı ehtimalını, eləcə də onların bir və ya bir neçə operatorun öhdəsində olub-olmamasından asılı olmayaraq, təhlükəli maddələrin miqdarlarını və onların yaxınlığını nəzərə alırlar.

 

I   h i s s ə

KONKRET OLARAQ II HİSSƏDƏ GÖSTƏRİLMƏYƏN MADDƏ VƏ TƏRKİBLƏRİN KATEQORİYALARI

 

Kateqoriya

 

1.              Alışan qazlar, o cümlədən MNQ 1a/

2.              Tezalışan mayelər 1b/

3.              Yüksək toksiki maddələr 1c/

4.              Toksiki maddələr 1d/

5.              Oksidləşdiricilər 1e/

6.              Partlayıcı maddələr 1f/

7.              Alışan mayelər 1g/ (xüsusi təzyiq və temperatur şəraitində istifadədə)

8.              Ətraf mühitə təhlükə yarada bilən maddələr 1h/

 

Son hədd miqdarı (tonla)

 

200

50000

20

500-200

500-200

200-50

 

200

200

 

 

II h i s s ə

KONKRET MADDƏLƏR

 

Maddə

1.       Ammonyak

      2a.      Ammonium nitrat 2/

Son hədd miqdarı (tonla)

500

2500

 

Ammonium nitrat, gübrə şəklində 3/

Akrilonitril

Xlor

Etilen oksidi

Hidrogen sianid

Hidrogen ftorid

Hidrogen sıılfıd

Kükürd-iki-oksid

Kükürd-üç-oksid

Qurğuşunun alkilləri

Fosgen

Metilizosionat

10000

200

25

50

20

50

50

250

75

50

0,75

0,15

 

Qeydlər:

1. İndikativ meyar. Digər münasib meyarlar olmadıqda, Tərəflər bu əlavənin 1-ci hissəsinin məqsədləri üçün maddələrin və ya tərkiblərin təsnifatını edərkən, aşağıdakı meyarlardan istifadə edə bilərlər:

a)  Alışan qazlar: normal təzyiqdə və hava ilə qarışıqda alışma qabiliyyətinə malik və normal təzyiqdə qaynama temperaturu 20° C və aşağı olan qaz halındakı maddələr;

b) Tezalışan mayelər: alışma temperaturu 21° C-dən aşağı, qaynama temperaturu isə normal təzyiqdə 20°C-dən yuxarı olan maddələr;

c)  Yüksək toksiki maddələr: Xüsusiyyətləri aşağıdakı 1 və 2-ci cədvəllərdə göstərilən xüsusiyyətlərə uyğun gələn və öz fiziki və kimyəvi xassələrinə görə sənaye qəzası zamanı təhlükə yaratmaq qabiliyyətinə malik maddələr.

 

CƏDVƏL   1

LD50 (perorai təsir) (1)     LD50 (dəri ilə təsir) (2)      LC50 (inqalyasion təsir) (3)

mq/kq ≤ bədən çəkisinə                                            mq/kq bədən çəkisinə mq/1

LD50 25                                       LD50 50                    LC50 0,5

 


(1)  LD50 siçovullara peroral təsir zamanı.

(2)  LD50 dəri vasitəsilə siçovullara və dovşana təsir zamanı.

(3)  LC50 siçovullara inqalyasion təsir (dörd saat ərzində) zamanı

 

CƏDVƏL   2

Diskriminasiyaedici doza mq/kq bədən çəkisinə                                   < 5

 


O halda ki, maddənin kəskin toksikliyi heyvanlara peroral təsiri zamanı fiksasiyalı doza üsulu ilə müəyyənləşdirilmiş olsun.

d) Toksiki maddələr: xüsusiyyətləri 3 və 4-cü cədvəllərdə göstərilən xüsusiyyətlərə uyğun gələn və fiziki və kimyəvi xassələri sənaye qəzası zamanı təhlükə yaratmaq qabiliyyətinə malik maddələr;

 

CƏDVƏL   3

LD50 (peroral təsir) (1)             LD50 (dəri ilə təsir) (2)                      LC50 (inqalyasion təsir) (3)

mq/kq bədən çəkisinə                                                                       mq/kq bədən çəkisinə mq/1

25<LD50 200                                     50<LD50 400                                 0,5 < LC50 2

 


(1)  LD50 siçovullara peroral təsir zamanı.

(2)  LD5q dəri vasitəsilə siçovullara və dovşana təsir zamanı.

(3)  LC5q siçovullara inqalyasion təsir (dörd saat ərzində) zamanı

 

CƏDVƏL   4

Diskriminasiyaedici doza mq/kq bədən çəkisinə                                          =5

 


O halda ki, heyvanlara peroral təsir zamanı maddənin kəskin toksikliyi fiksasiyalı doza üsulu ilə müəyyənləşdirilmiş olsun.

e)  Oksidləşdiricilər: digər maddələr, xüsusilə alışan maddələr, qarşılıqlı təsir zamanı gur ekzotermik reaksiya doğuran maddələr;

f)   Partlayıcı maddələr: odun təsiri ilə partlaya bilən və ya dinitrobenzola nisbətən zərbələrə və ya sürtünməyə daha həssas olan maddələr;

g) Alışan mayelər: alışma temperaturu 55°C-dən aşağı olan və təzyiq altında maye halında qalan, konkret emal şəraitində, məsələn, yüksək təzyiqdə və yüksək temperaturda sənaye qəzası zamanı təhlükə yarada bilən maddələr;

h) Ətraf mühitə təhlükə törədən maddələr: su mühitində, 5-ci cədvəldə verilən göstəricilərə uyğun kəskin toksiklik göstəriciləri ilə səciyyələnən maddələr.

 

CƏDVƏL   5

LC5O(1)                                EC50(2)                            İC50(3)

mq/1                                         <                                 ≤ mq/1 mq/1

LD50  10                               EC50 10                           LC50 10

 


(1)  LC50 balığa təsir zamanı (96 saat ərzində)

(2)  EC50 dafnilərə təsir zamanı (48 saat ərzində)

(3)  İC50 yosunlara təsir zamanı (72 saat ərzində)

o halda ki, maddə asan parçalanan deyil və ya əgər loqarifm Pow>3,0-dır (bir şərtlə ki, təcrübi üsulla müəyyən edilmiş BCF<l00)

i) LD - öldürücü doza

c) LC - öldürücü qatılıq

k) EC - effektiv qatılıq

l) İC - inqibirləyici qatılıq

m) Pow - oktanol/su paylanma əmsalı

n) BCF - bioqatılıq faktoru

2. Bu kateqoriyaya ammonium nitratdakı azotun çəki payı 28%-dən çox olan ammonium nitrat və ammonium nitratın qarışıqları, eləcə də ammonium nitratın çəki payı 90%-dən çox olan ammonium nitratın sudakı məhlulları daxildir.

3.   Bu kateqoriyaya ammonium nitrat əsasında sadə gübrələr, eləcə də tərkibində ammonium nitratdakı azotun çəki payı 28%-dən çox olan mürəkkəb gübrələr daxildir (mürəkkəb gübrələrin tərkibində ammonium nitratla birgə fosfat və/və ya kalium vardır).

4.   Tərkibində belə maddələr olan qarışıq və tərkibləri, belə qarışıq və tərkiblər saf maddələrin müvafiq xassələrini itirdikləri və transsərhəd təsiri göstərmək qabiliyyətinə malik olmadıqları hallar istisna olmaqla, saf maddələrlə tam eyni cür dəyərləndirmək lazımdır.

 

Ə l a v ə    I I

 

4 VƏ 5-ci MADDƏLƏRƏ MÜVAFİQ SORĞULAR ÜZRƏ

KOMİSSİYA PROSEDURU

 

1.  Sorğu edən Tərəf və sorğu və ya sorğu edən Tərəflər katibliyi xəbərdar edir(lər) ki, o və ya onlar sualını(larını) bu əlavənin müddəalarına uyğun yaradılacaq sorğular üzrə komissiyaya təqdim edir(lər). Bildirişdə sorğunun predmeti göstərilir. Katiblik təxirəsalınmadan belə bildiriş haqqında bütün Tərəflərə məlumat verir.

2.  Sorğular üzrə komissiya üç üzvdən ibarətdir. Həm sorğu Tərəfi, eləcə də digər Tərəf sorğuya baxılması prosedurunda hərəsi bir elmi və ya texniki ekspert təyin edir və bu yolla iki belə təyin edilmiş ekspert, qarşılıqlı razılıq əsasında, sorğu üzrə komissiyanın sədri funksiyasını icra edəcək üçüncü eksperti təyin edir. Sonuncu sorğuya baxılması dövründə Tərəflərdən hər hansı birinin vətəndaşı ola bilməz, bu Tərəflərdən heç birinin ərazisində özünün adi yaşayış yerinə malik ola bilməz, onların heç birində xidməti qulluqda ola bilməz və hər hansı bu və ya digər keyfiyyətdə bu məsələyə aidiyyəti ola bilməz.

3.  Əgər ikinci ekspertin təyin edildiyi vaxtdan sonra iki ay müddətində sorğular üzrə komissiyanın sədri təyin edilməyibsə, bu halda, tərəflərdən hər hansı birinin xahişi ilə Avropa İqtisadi Komissiyasının icraçı katibi sonrakı iki ay müddətində onu təyin edir.

4.  Əgər Tərəflərdən biri katibliyin bildirişini aldıqdan sonrakı bir ay müddətində sorğuya baxılması proseduru üçün ekspertini təyin etmirsə, bu halda digər Tərəf Avropa İqtisadi Komissiyasının icraçı katibini bu haqda məlumatlandıra bilər, o da öz növbəsində sonrakı iki ay müddətində sorğu üzrə komissiyanın sədrini təyin edir. Sorğu üzrə komissiyaya təyin edilmiş sədr öz ekspertini təyin etməmiş Tərəfdən bunu bir ay müddətində etməyi xahiş edir. Əgər o bunu həmin müddət ərzində etməzsə, onda sədr Avropa İqtisadi Komissiyasının icraçı katibini məlumatlandırır, o da sonrakı iki ay müddətində həmin eksperti təyin edir.

5.  Sorğu üzrə komissiya özünün xüsusi prosedur qaydalarını qəbul edir.

6.  Sorğu üzrə komissiya öz funksiyalarının icrası üçün bütün lazım olan tədbirləri görə bilər.

7.  Tərəflər sorğuya baxılması proseduru zamanı, o cümlədən sərəncamlarında olan bütün vasitələrdən istifadə etməklə, sorğu üzrə komissiyanın işinə yardım edirlər:

a)  sorğu üzrə komissiyaya bütün müvafiq sənədləri, xidmətləri və məlumatı təqdim etməklə;

b)  tələb olunduqda, sorğu üzrə komissiyaya şahidləri və ya ekspertləri çağırmağa və onların ifadələrini dinləməyə imkan yaratmaqla.

8.  Tərəflər və ekspertlər sorğu üzrə komissiyanın fəaliyyəti zamanı konfidensial qaydada aldıqları istənilən məlumatın konfidensiallığını qoruyurlar.

9.  Əgər Tərəflərdən biri sorğuya baxılması prosedurunda sorğu üzrə komissiyaya gəlmirsə və ya öz işinin araşdırılmasında iştirak etmirsə, bu halda digər Tərəf sorğu üzrə komissiyadan araşdırmanın davam etdirilməsini və öz işini bitirməsini xahiş edə bilər. Tərəflərdən birinin olmaması və ya Tərəflərdən birinin öz işinin araşdırılmasında iştirak etməməsi sorğu üzrə komissiyanın öz işini davam etdirməsi və bitirməsi üçün maneə deyil.

10. Əgər işin konkret şəraitindən asılı olaraq, sorğu üzrə komissiya başqa qərar qəbul etməzsə, onda sorğu üzrə komissiyanın xərcləri, o cümlədən onun üzvlərinin mükafatlandırılması, sorğuya baxılması proseduru Tərəflərin bərabər payları ilə ödənilir. Sorğu üzrə komissiya öz bütün xərclərini qeyd edir və bu xərclər haqqında Tərəflərə yekun hesabatını təqdim edir.

11. Sorğuya baxılması prosedurunun predmetinə praktiki. xarakterli maraq göstərən və bu iş üzrə çıxarılacaq rəylə toxunula bilən istənilən Tərəf, sorğu üzrə komissiyanın razılığı ilə araşdırmada iştirak edə bilər.

12. Prosedurun predmeti üzrə sorğuya dair komissiyanın qərarları onun üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Sorğu üzrə komissiyanın yekun rəyi onun üzvlərinin çoxluğunun fikrini ifadə edir və özündə istənilən fərqli mövqeləri əks etdirir.

13. Sorğu üzrə komissiya, əgər o, bu müddətin daha iki aydan çox olmayan bir müddətə uzadılması ehtiyacının olduğu qənaətinə gəlməzsə, öz yekun rəyini yarandığı tarixdən sonrakı iki ay müddətində çıxarır.

14. Sorğu üzrə komissiyanın yekun rəyi tanınmış elmi prinsiplərə əsaslanır. Yekun rəy sorğu üzrə komissiya  Tərəfindən sorğuya baxılma prosedurunun iştirakçısı olan tərəflərə və katibliyə göndərilir.

 

Ə l a  v ə    I I I

 

4-cü MADDƏYƏ MÜVAFİQ PROSEDURLAR

 

1.  Mənşə Tərəf digər Tərəflə, bu əlavənin 2-5-ci bəndlərinə uyğun olaraq, onun zərərə məruz qalan Tərəf olub-olmamasını müəyyənləşdirmək üçün məsləhətləşmələr aparılmasını tələb edə bilər.

2.  Planlaşdırılan və ya artıq həyata keçirilən təhlükəli fəaliyyət növü haqqında mənşə Tərəf lazımi və səmərəli məsləhətləşmələr aparılması məqsədilə, onun fikrincə, zərərə məruz qalan Tərəf ola biləcək istənilən Tərəfin Xəbərdar edilməsini, özü də mümkün qədər tez və bu planlaşdırılan və ya həyata keçirilən fəaliyyət növü haqqında öz əhalisini məlumatlandıracağı vaxtdan gec olmayaraq, təmin etməlidir. Həyata keçirilən təhlükəli fəaliyyət növləri haqqında belə bildirişlər, törənən Tərəf üçün bu Konvensiya qüvvəyə mindikdən iki il keçdikdən sonra, ancaq ondan gec olmayaraq, göndərilir.

3. Bu bildirişə, digərləri sırasında, aşağıdakılar daxil olmalıdır:

a)   təhlükəli fəaliyyət haqqında məlumat, o cümlədən hər hansı ixtiyarında olan, məsələn, 6-cı maddəyə uyğun nəzərdə tutulan sənaye qəzası baş verəcəyi halda onun mümkün transsərhəd təsiri haqqında məlumat və ya xəbər;

b)  bu əlavənin 4-cü bəndinə müvafiq, fəaliyyətin xarakteri nəzərə alınmaqla, cavabın verilməsinin ağlabatan müddəti haqqında göstəriş və bu əlavənin 6-cı bəndində nəzərdə tutulan məlumatlar da daxil ola bilər.

4. Bildiriş almış Tərəflər bildirişdə göstərilən müddətdə törənən Tərəfə bildirişin alınması faktını təsdiqləyərək, onların məsləhətləşmələrə başlamaq niyyətində olub-olmadıqları barədə cavab verməlidirlər.

5.  Əgər bildiriş almış Tərəf məsləhətləşmələrə başlamaq niyyətində olmadığını göstərirsə və ya o, bildirişdə göstərilmiş müddətdə cavab vermirsə, onda bu əlavənin bundan sonrakı bəndlərinin müddəaları tətbiq edilmir. Bu halda, mənşə Tərəf öz milli qanunvericiliyi və təcrübəsi əsasında qiymətləndirmə və təhlil aparıb-aparmayacağı barədə qərar çıxarmaq hüququnu özündə saxlayır.

6.  Mənşə Tərəf, bildiriş almış Tərəfdən məsləhətləşmələrə başlamaq istəyində olduğu barədə cavab aldıqdan sonra, əgər o bunu hələ etməyibsə. bildiriş almış Tərəfə təqdim edir:

 

a)  iradların verilməsi müddətləri göstərilməklə, təhlilin aparılacağı müddətlər barədə müvafiq məlumatı;

b)  təhlükəli fəaliyyət və sənaye qəzası zamanı onun transsərhəd təsiri haqqında müvafiq məlumatı;

c)  mümkün transsərhəd təsiri haqqında məlumatın və ya istənilən xəbərin qiymətləndirilməsində iştirak imkanını.

 

7.  Mənşə Tərəf zərərə məruz qalan  Tərəfin xahişi ilə sonuncuya mənşə Tərəfin yurisdiksiyasının təsiri hədlərində potensial olaraq toxunulan rayonlar haqqında başa düşülən mümkün məlumat, əgər belə məlumat qiymətləndirmənin, təhlilin və tədbirlərin hazırlanmasında lazımdırsa, təqdim edir. Bu məlumat dərhal və bu lazım olduqda birgə orqan vasitəsilə, əgər beləsi mövcuddursa, təqdim edilir.

8.  Mənşə Tərəf tələb olunduqda, bilavasitə və ya birgə orqan vasitəsilə, əgər beləsi mövcuddursa, zərərə məruz qalan Tərəfə təhlil və qiymətləndirmə üzrə V əlavənin 1 və 2-ci bəndlərində olan təsvirə uyğun sənədləri təqdim edir.

9.  Maraqlı Tərəflər təhlükəli fəaliyyətlə toxunula biləcəyi real ehtimal olunan rayonların ictimaiyyətinə məlumat verirlər, təhlil və qiymətləndirmə üzrə sənədlərin ictimaiyyət arasında yayılmasını və müvafiq rayonun hakimiyyətinə göndərilməsini təşkil edirlər. Tərəflər onlara təhlükəli fəaliyyətlə əlaqədar öz irad və etirazlarını bildirmək imkanı verirlər və onların nəzər nöqtələrinin mümkün müddətdə mənşə  Tərəfin səlahiyyətli orqanına ya bilavasitə, ya da mənşə Tərəf vasitəsilə çatdırılmasını təmin edirlər.

10. Mənşə Tərəf təhlil və qiymətləndirmə haqqında sənədlərin hazırlanmasını başa çatdırdıqdan sonra əsaslandırılmamış ləngitməyə yol vermədən zərərə məruz qalmış Tərəflə, xüsusilə təhlükəli fəaliyyətin sənaye qəzası zamanı transsərhəd təsirinə aid, eləcə də onun təsirinin azaldılması və ya aradan qaldırılması üzrə məsləhətləşmələrə başlayır. Belə məsləhətləşmələr aşağıdakı suallara toxuna bilər:

a)  bu təhlükəli fəaliyyətin, tədbir görülməməsi alternativi də daxil olmaqla, mümkün alternativlərinə, eləcə də mənşə Tərəf hesabına transsərhəd təsirin yumşaldılmasının mümkün tədbirlərinə;

b)  istənilən transsərhəd təsirin azaldılması məqsədilə digər mümkün qarşılıqlı yardım formalarına;

c)  istənilən digər müvafiq suallara.

Maraqlı Tərəflər belə məsləhətləşmələrin ilkin mərhələsində onların qəbul edilə biləcək vaxt hədləri çərçivəsində davamiyyətini razılaşdırırlar. İstənilən belə məsləhətləşmələr müvafiq birgə orqan mövcud olduğu halda, onun çərçivəsində aparıla bilər.

11. Maraqlı Tərəflər təhlil və qiymətləndirmənin nəticələrinin, eləcə də onlar üzrə bu əlavənin 9-cu bəndinə müvafiq alınmış iradların və bu əlavənin 10-cu bəndində qeyd olunan məsləhətləşmələrin nəticəsinin lazımi uçotunu təmin edirlər.

12. Mənşə Tərəf, maraqlı tərəfləri bu fəaliyyətlə bağlı, hansı səbəb və mülahizələrə əsaslandığını göstərməklə, istənilən qərarı haqqında xəbərdar edir.

13. Maraqlı Tərəflərdən hər hansı birinə təhlükəli fəaliyyətin transsərhəd təsiri haqqında əlavə və bu məsələyə aid olan, bu fəaliyyət üzrə aparılan məsləhətləşmələr zamanı aşkar olmamış məlumatın məlum olduğu halda, o Tərəf təxirə salmadan digər maraqlı Tərəfi və ya Tərəfləri bu haqda xəbərdar edir. Maraqlı Tərəflərdən birinin xahişi ilə məsləhətləşmələrin aparılması bərpa edilir.

 

Ə l a v ə    I V

 

QƏZALARIN QARŞISININ ALINMASI ÜÇÜN 6-cı MADDƏYƏ MÜVAFİQ

GÖRÜLƏN TƏDBİRLƏR

 

Milli qanunvericilik və təcrübədən asılı olaraq Tərəflər səlahiyyətli orqanlar, operatorlar və ya birgə səylərlə aşağıdakı tədbirləri həyata keçirilə bilər:

1.  Təhlükəsizlik sahəsində ümumi və ya konkret məqsədlərin müəyyənləşdirilməsi.

2.  Təhlükəsizlik tədbirlərinə və normalarına aid qanunvericilik əsaslarının və ya rəhbər prinsiplərin təsdiq edilməsi.

3.  Təhlükəli fəaliyyətin, qəzaların qarşısının alınması üzrə xüsusi tədbirlər görülməsini tələb edən, özündə lisenziyalaşdırma və ya sanksiyalaşdırma sistemi təsbit edə biləcək növlərinin müəyyənləşdirilməsi.

4.  Təhlükəli fəaliyyət görülən zaman təhlükəsizliyin təmin edilməsi üzrə riskin və ya tədqiqin təhlilinin və tələb olunan tədbirlərin həyata keçirilməsi üzrə hərəkət planının qiymətləndirilməsi.

5.  Səlahiyyətli orqanlara riskin qiymətləndirilməsi üçün tələb olunan məlumatın verilməsi.

6.  Sənaye qəzalarının qarşısının alınması və insanların və ətraf mühitin qorunması məqsədilə daha münasib olan texnologiyanın tətbiqi.

7.  Sənaye qəzalarının qarşısının alınması məqsədilə istər adi, istərsə də qeyri-adi şəraitdə sənaye meydançasında təhlükəli fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxslərin lazımi qaydada təlimləndirilməsi və hazırlanmasının yerinə yetirilməsi.

8.  Təhlükəsizlik normalarına səmərəli əməl olunması və təmin edilməsi üçün daxili strukturların və idarəetmə üsullarının hərəkətə gətirilməsi.

9.  Təhlükəli fəaliyyətin monitorinqi, təhlili və təftişinin həyata keçirilməsi.

 

Ə l a v ə    V

 

TƏHLİL VƏ QİYMƏTLƏNDİRMƏ

 

1.  Təhlükəli fəaliyyət üzrə təhlilin və qiymətləndirmənin miqyası və dərinliyi qoyulmuş məqsəddən asılı olaraq dəyişir.

2.  Aşağıda verilən cədvəldə sadalanmış məqsədlər üçün təhlil və qiymətləndirmə aparılarkən, müvafiq maddələrin məqsədləri üçün sualların əhatə dairəsi göstərilib:

 

Təhlilin məqsədləri

Araşdırılmalı məsələlər

1

2

8-ci maddəyə müvafiq fövqəladə hallar üçün planlaşdırma

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

7-ci maddəyə müvafiq yerləşdirmə haqqında qərarların qəbulu

 

 

 

 

 

 

 

 

9-cu maddəyə müvafiq ictimaiyyətə təqdim edilən məlumat

6-cı maddəyə müvafiq qəzaların qarşısının alınası üçün tədbirlər

1) sənaye obyektində təhlükəli maddələrin miqdarı və xassələri;

2) təhlükəli fəaliyyət nəticəsində baş verə biləcək sənaye qəzalarının reprezentativ modellərinin, onların hər birinin ehtimalı göstərilməklə, ssenarilərinin qısa şərhləri;

3) hər bir ssenari üçün:

a) tullantının təxmini həcmi;

b) əlverişli  və əlverişsiz şəraitdə həm  insanlar üçün, həm də onların daxil olmadığı ətraf mühit üçün qəzadan irəli gələn nəticələrin dərəcəsi və ciddiliyi, o cümlədən qəza nəticəsində yaranan təhlükəli zonaların ölçüləri;

c) ilkin hadisənin inkişaf edərək sənaye qəzasına çevrilməsinə tələb olunan vaxt müddəti;

d) qəzanın eskalasiya ehtimalının minimuma endirilməsi üçün görülə biləcək istənilən tədbirlər.

4) Təhlükəli zonada ola biləcək yaxınlıqdakı rayonlarda, insanların istənilən irimiqyaslı cəmləşməsi də daxil olmaqla, əhalinin sayı və yerləşməsi;

5) bu əhalinin yaş tərkibi, mobilliyi və zəif cəhətləri;

1-5-ci bəndlərinə əlavə olaraq:

6) tullantıların xarakterindən və şərtlərindən asılı olaraq, insanlara və ətraf mühitə zərərin ciddiliyi;

7) sənaye qəzası zamanı, insanlara və ətraf mühitə zərərli təsirin real ehtimal olunduğu yerlərin təhlükəli fəaliyyət göstərilən yerdən məsafəsi;

8) elə həmin məlumat, ancaq təkcə həmin zaman üçün yox, həm də planlaşdırılan və ya mümkün proqnozlaşdırmaya meyilli gələcək hadisələrin inkişafı üçün;

Yuxarıdakı 1-4-cü bəndlərinə əlavə olaraq:

9) sənaye qəzası nəticəsində zərər çəkə biləcək insanlar;

Yuxandakı 4-9-cu bəndlərinə əlavə olaraq, qəzaların qarşısının alınması tədbirləri üçün 1-3-cü bəndlərində göstərilənlərin daha müfəssəl təsvir variantları və qiymətləndirilmələri tələb olunacaq. Bu şərh və qiymətləndirmədən başqa, aşağıdakı sualları da əhatə etmək lazımdır:

10) təhlükəli materialların saxlanma və onlarla iş şəraiti və onların miqdarı;

11) ciddi nəticələri olan bütün növ sənaye qəzaları üçün,  qəzaların  bütün  miqyaslar  diapazonu üçün nümunələrlə və yaxınlıqda həyata keçirilən fəaliyyətə təsir imkanları göstərilməklə, ssenarilərin siyahısı;

12) hər bir ssenari üçün sənaye qəzasına gətirib çıxara biləcək hadisələrin və onun mümkün eskalasiyası mərhələlərinin təsviri;

13) 14-cü bənddə göstərilən tədbirlər nəzərə alınmaqla, hər halda təfsilatsız, hər bir mərhələnin ehtimalının qiymətləndirilməsi;

14) mərhələlərdən hər birinin ehtimalının minimuma endirilməsi üçün avadanlıq və prosedur baxımından nəzərdə tutulmuş xəbərdaredici tədbirlərin təsviri;

15)normal istismar şəraitindən kənarlaşmanın mümkün nəticələrinin, eləcə də fövqəladə vəziyyət yarandığı halda təhlükəli fəaliyyətin və ya onun bir hissəsinin təhlükəsiz saxlanması üçün müvafiq tədbirlərin və ciddi kənarlaşmaların tezliklə aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün heyətin hazırlanması ehtiyacının qiymətləndirilməsi;

16) təhlükəli fəaliyyət həyata keçirilən qurğuda modifikasiya, təmir və texniki xidmət işlərinin nəzarət üzrə tədbirləri, eləcə də nəzarət məqsədilə sonrakı tədbirlərin həyata keçirilməsini təhlükə altında qoya biləcək dərəcəsinin qiymətləndirilməsi.

 

Ə l a v ə     V I

 

7-ci MADDƏYƏ MÜVAFİQ YERLƏŞDİRMƏ HAQQINDA QƏRARLARIN QƏBULU

 

Aşağıda verilən mətn 7-ci maddəyə müvafiq araşdırılmalı məsələləri nümayiş etdirir:

1.  V əlavəyə müvafiq, təhlükəli fəaliyyətin həyata keçirilməsi planlaşdırılan rayonun fiziki xarakteristikasının da qiymətləndirilməsi daxil olmaqla, riskin və qiymətləndirmənin təhlilinin nəticələri.

2.  Məsləhətləşmələrin nəticələri və ictimaiyyətin iştirakı.

3.  Mənşə  Tərəfin ərazisində təhlükəli fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar, zərərə məruz qalan  Tərəfin ərazisində istənilən hadisənin riskin artması və ya azalmasına təsirinin təhlili.

4.  Ətraf mühitə təhlükənin, o cümlədən istənilən transsərhəd təsirin qiymətləndirilməsi.

5.  Risk mənbəyi ola biləcək yeni növ təhlükəli fəaliyyətlərin qiymətləndirilməsi.

6.  Yeni növ təhlükəli fəaliyyətin mövcud yaşayış məntəqələrindən təhlükəsiz məsafədə yerləşdirilməsi və artıq həyata keçirilənlərin əhəmiyyətli modifikasiya edilməsi, eləcə də təhlükəli fəaliyyət həyata keçirilən obyektlərin ətrafında təhlükəsizlik zonalarının yaradılması məsələsinə baxılması; bu rayonlarda təhlükə altında olan əhalinin sayının artması və ya hansısa digər yolla riskin dərəcəsinin artmasına gətirib çıxaran səbəblərin diqqətlə öyrənilməsi lazımdır.

 

Ə l a v ə     V  l l

 

8-ci MADDƏYƏ MÜVAFİQ FÖVQƏLADƏ HALLARA HAZIRLIĞIN TƏMİN EDİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR

 

1.  Fövqəladə hallarda, istər sənaye meydançasında, istərsə də ondan kənarda qəzanın nəticələrinin aradan qaldırılmasında kompleks və səmərəli tədbirlərin görülməsi üçün bütün fəaliyyət planlarının əlaqələndirilməsini həyata keçirmək lazımdır.

2.  Fövqəladə hallar zamanı fəaliyyət planlarına fövqəladə halların lokallaşdırılması, eləcə də onların transsərhəd təsirinin minimuma endirilməsi üçün tələb olunan tədbirləri daxil etmək lazımdır. Onlara, həmçinin əhalinin xəbərdar edilməsini və ehtiyac olduqda, evakuasiya tədbirlərini. digər müdafiə və ya xilasetmə tədbirlərini daxil etmək lazımdır, eləcə də onlarda tibbi xidmətin tərkibinin təsviri verilməlidir.

3.  Fövqəladə hallar zamanı fəaliyyət planlarına sənaye meydançalarında işləyən heyət üçün, fövqəladə halların toxuna biləcəyi şəxslər və xilasedicilər üçün transsərhəd təsiri göstərə biləcək sənaye qəzası zamanı həm sənaye meydançasında, həm də ondan kənarda tədbirlərin görülməsi və insanlara, ətraf mühitə təsirin qarşısının alınması və ya minimuma endirilməsi üçün tələb olunan müfəssəl texniki və təşkilati prosedurları daxil etmək lazımdır.

4.  Fövqəladə hallar zamanı sənaye meydançalarındakı fəaliyyət planlarında məsələn, aşağıdakı məsələlər əhatə oluna bilər:

a)  fövqəladə hal zamanı sənaye meydançasında tədbir görülməsi üçün təşkilati funksiyaların və məsuliyyətin bölüşdürülməsi;

b) sənaye qəzası və ya onun qaçılmaz təhlükəsi zamanı vəziyyəti nəzarətdə saxlamaq və ya belə hadisənin qarşısını almaq üçün görüləcək tədbirlərin təsviri, ya da ki, belə təsvirin haradan tapıla biləcəyi haqda göstəriş;

c)  mövcud olan avadanlıq və ehtiyatların siyahısı;

d) fövqəladə hallar zamanı nəticələrin sənaye meydançasından kənarda aradan qaldırılmasına məsul olan dövlət orqanının sənaye qəzaları haqqında tezliklə xəbərdar edilməsi üzrə tədbirlər, o cümlədən ilkin xəbərdarlığa daxil edilən məlumatın növü, eləcə də daxil olduqca daha təfərrüatlı məlumatın verilməsi üzrə tədbirlər;

e) işçi heyətin, ondan tələb olunacaq vəzifələrin yerinə yetirilməsinə hazırlanması üzrə tədbirlər.

5.   Fövqəladə hallar zamanı sənaye meydançalarından kənardakı fəaliyyət planlarında məsələn, aşağıdakı suallar əhatə oluna bilər:

a) fövqəladə hal zamanı sənaye meydançasından kənarda tədbirlər görülməsi üzrə təşkilati funksiyaların və məsuliyyətin bölüşdürülməsi, o cümlədən sənaye meydançası üzrə tədbirlər planı ilə uyğunluğun hansı yolla əldə olunmasını göstərməklə;

b) xilasedici və tibbi heyətin istifadə edəcəyi üsul və prosedurlar;

c)  zərərə məruz qalmış rayonun tez müəyyənləşdirilməsi üsulu;

d) zərərə məruz qalmış və ya potensial olaraq zərərə məruz qala biləcək Tərəflərin sənaye qəzası haqqında tezliklə xəbərdar edilməsini və əlaqənin davamlı saxlanmasını təmin edən tədbirlər;

e) əlaqələndirmə üzrə plan və tədbirlərin həyata keçirilməsi üçün tələb olunan ehtiyatların aşkarlanması;

f)  9-cu maddəyə uyğun ictimaiyyətə, tələb olunduqda, əlavə və təkrar məlumatın verilməsi də daxil olmaqla, məlumat verilməsini təmin edən tədbirlər;

g) təlimlərə hazırlığın yerinə yetirilməsini və onların keçirilməsini təmin edən tədbirlər.

6.   Fövqəladə hallar zamanı fəaliyyət planları özlərində təhlükəli maddələrin və zəhərlənmiş materialların emalını, yığılmasını, təmizlənməsini, saxlanmasını, daşınmasını və təhlükəsiz kənarlaşdırılmasını, eləcə də bərpa tədbirlərini əks etdirə bilər.

 

Ə l a v ə      V I I I

 

9-cu MADDƏYƏ MÜVAFİQ İCTİMAİYYƏTƏ TƏQDİM EDİLƏN MƏLUMAT

 

1.  Şirkətin adı, təhlükəli fəaliyyətin həyata keçirildiyi ünvan və məlumat verən şəxsin vəzifəsinin göstərilməsi.

2.  Risk də daxil olmaqla, təhlükəli fəaliyyətin sadə şərhi.

3.  Təhlükəli fəaliyyətin gedişində istifadə olunan, ümumi qəbul edilmiş və ya konkret bu maddə və tərkib sinfinə xas olan, baş verən təhlükə baxımından onların əsas xüsusiyyətləri göstərilməklə adları, ya da ki, təhlükəlilik dərəcələri üzrə onların təsnifatı.

4.  Ətraf mühitə təsirin aparılmış qiymətləndirilməsi nəticəsində alınmış ümumi xarakterli məlumat, əgər beləsi mövcuddursa və bu məsələyə aiddirsə.

5.  Təhlükəli fəaliyyətin həyata keçirilməsi zamanı baş verə biləcək sənaye qəzasının, onun əhaliyə və ətraf mühitə təsiri potensialı da daxil olmaqla, xarakteri haqqında ümumi məlumat.

6.  Sənaye qəzası baş verdiyi halda, toxunulan əhalinin xəbərdar edilməsi və məlumatlandırılması üsulları haqqında lazımi məlumat.

7.  Sənaye qəzası baş verdiyi halda, toxunulan əhalinin zəruri hərəkətləri və davranışı haqqında lazımi məlumat.

8.  Təhlükəli fəaliyyətin gedişində sənaye qəzaları ilə mübarizə, onların ciddiliyinin azaldılması və təsirinin yumşaldılması məqsədilə, qəza xidmətlərlə əlaqə də daxil olmaqla, görülən tədbirlər haqqında lazımi məlumat.

9.  Fövqəladə hallar zamanı qəza xidmətlərinin sənaye meydançasından kənarda istənilən təsirin, sənaye qəzasının transsərhəd təsiri də daxil olmaqla, aradan qaldırılması məqsədilə tərtib edilmiş sənaye meydançasından kənarda hərəkət planı haqqında ümumi məlumat.

10. Lisenziya və icazə verilməsi sistemi də daxil olmaqla, milli normativlərə və/və ya inzibati əsasnamələrə müvafiq təhlükəli fəaliyyəti tənzimləyən xüsusi tələblər və şərtlər haqqında ümumi məlumat.

11. Əlavə müvafiq məlumatların alınma mənbələri haqqında müfəssəl məlumatlar.

 

Ə l a v ə      I X

 

10-cu MADDƏYƏ MÜVAFİQ SƏNAYE QƏZALARI HAQQINDA XƏBƏRDARLIQ SİSTEMLƏRİ

 

1.  Sənaye qəzaları haqqında xəbərdarlıq sistemləri, fövqəladə hallar haqqında xəbərdarlığın ötürülməsi, işlənməsi və cavabların alınmasının uzlaşan sistemlərindən istifadə edilməklə və müxtəlif tələbatlar və müxtəlif səviyyələr nəzərə alınmaqla, transsərhəd təsirin minimuma endirilməsi və miqyasının məhdudlaşdırılması üzrə tədbirlər görülməsi üçün qabaqcadan işlənmiş müvafiq kodlarla məlumatların və proqnozların mümkün qədər tez ötürülməsini təmin etməlidir.

2.  Sənaye qəzaları haqqında xəbərdarlığa aşağıdakı elementlər daxildir:

 

a)  sənaye qəzasının növü və miqyası, onunla bağlı təhlükəli maddələr (əgər məlumdursa) və onun mümkün təsirinin ciddiliyi;

b) qəzanın baş vermə vaxtı və dəqiq yeri;

c)  sənaye qəzasının nəticələrinin səmərəli aradan qaldırılması üçün tələb olunan bu və ya digər mövcud məlumat.

 

3.  Sənaye qəzaları haqqında xəbərdarlıqlar, müvafiq vaxt intervallarında və ya tələb olunduqca, işə aidiyyəti olan transsərhəd təsirlə bağlı vəziyyətin inkişafı haqqında sonrakı əlavə məlumatlarla tamamlanır.

4.  Mütəmadi olaraq, müvafiq heyətin müntəzəm hazırlanması da daxil olmaqla, sənaye qəzaları haqqında xəbərdarlıq sistemlərinin sınaq və yoxlanışı həyata keçirilir. Tələb olunduğu hallarda, belə sınaq, yoxlanış və hazırlıqlar birgə əsaslarla həyata keçirilir.

 

Ə l a v ə      X

 

12-Cİ MADDƏYƏ MÜVAFİQ GÖSTƏRİLƏN QARŞILIQLI YARDIM

 

1. Göstərilən yardımın yoxlanışı, əlaqələndirilməsi və ona nəzarətə ümumi rəhbərliyin məsuliyyəti yardım üçün müraciət etmiş  Tərəfin üzərinə düşür. Yardım göstərilməsi üzrə əməliyyatlarda iştirak edən heyət müraciət edən Tərəfin müvafiq qanunlarına uyğun hərəkət edir. Müraciət etmiş  Tərəfin müvafiq orqanları, 17-ci maddəyə müvafiq olaraq, yardım göstərən  Tərəfin təqdim etdiyi heyət və avadanlıq üzərində bilavasitə operativ nəzarətin həyata keçirilməsinə məsul təyin etdiyi orqanı ilə əməkdaşlıq edir.

2.  Xahişlə müraciət etmiş Tərəf, öz imkanları çərçivəsində, yardımdan istifadənin lazımi səviyyədə və səmərəli təşkili üçün yerində olan qurğularmı və xidmətlərini təqdim edir və yardım göstərən Tərəfdən və ya onun adından bu məqsədlər üçün gətirilmiş heyət, avadanlıq və materialların qorunmasını təmin edir.

3.  Əgər maraqlı Tərəflər başqa cür razılaşmayıblarsa, yardım onun üçün xahişlə müraciət etmiş  Tərəfin hesabına təqdim edilir. Yardım göstərən Tərəf istənilən vaxt öz çəkdiyi xərclərin əvəzlənməsi hüququndan qismən və ya bütövlükdə imtina edə bilər.

4.  Xahişlə müraciət etmiş Tərəf yardım göstərən Tərəfə və onun adından çıxış edən şəxslərə lazımi üstünlükləri, toxunulmazlığı təmin edir və ya onların yardımın göstərilməsi üzrə öz funksiyalarının daha tez icrasına hər cür kömək göstərilməsi üçün bütün mümkün tədbirləri görür. Xahişlə müraciət etmiş Tərəf bu münasibəti öz vətəndaşlarına və ya onun ərazisində daimi yaşayan şəxslərə göstərməyə və ya onlara yuxarıda göstərilmiş üstünlük və toxunulmazlıqları təqdim etməyə borclu deyil.

5.  Hər bir Tərəf, yardım üçün müraciət etmiş  Tərəfin və ya yardım göstərən  Tərəfin xahişi ilə yardımın göstərilməsi məqsədləri üçün barəsində lazımi qaydada təqdim olunmuş bildiriş olan heyətin, eləcə də avadanlığın və mülkiyyətin öz ərazisindən, xahişlə müraciət etmiş  Tərəfin ərazi hüdudları daxilinə və xaricinə tranzitinin yüngülləşdirilməsi üçün tədbirlər görür.

6.  Xahişlə müraciət etmiş Tərəf barəsində lazımi qaydada təqdim olunmuş bildiriş olan heyətin, eləcə də yardımın göstərilməsində istifadə olunan avadanlıq və mülkiyyətin öz milli ərazisinə girişini, saxlanmasını və çıxarılmasını yüngülləşdirir.

7.  Köməyin bilavasitə göstərilməsi ilə bağlı hərəkətlərə gəldikdə isə xahişlə müraciət etmiş Tərəf istənilmiş yardımın göstərilməsi gedişində insanların ölümünə, zədə, xəsarət almasına, mülkiyyətin itirilməsinə və ya onun ərazisində ətraf mühitə vurulmuş ziyana görə yardım göstərən Tərəfə və ya onun adından çıxış edən şəxslərə ittiham irəli sürmür, onları maddi məsuliyyətdən azad edir və onlara, onlar  Tərəfində ölüm və ya zədə hallarında, eləcə də yardımın göstərilməsində istifadə etdikləri avadanlıq və ya digər mülkiyyətlərinin itirilməsi və ya onlara ziyan vurulmasına görə kompensasiya ödəyir. Xahişlə müraciət etmiş Tərəf, yardım göstərən Tərəfə və ya onun adından çıxış edən şəxslərə qarşı üçüncü tərəflərin irəli sürdüyü iddiaların tənzimlənməsi üçün məsuliyyət daşıyır.

8.  Maraqlı Tərəflər, yardımın göstərilməsi əməliyyatı nəticəsində yarana biləcək məhkəmə prosedurlarının və iddiaların tənzimlənməsinə yardım məqsədilə sıx əməkdaşlıq edirlər.

9.  İstənilən Tərəf, qəza ilə toxunulmuş şəxslərə, onların müalicəsi və ya digər  Tərəfin ərazisinə müvəqqəti köçürülməsi ilə bağlı kömək göstərilməsi barədə xahiş edə bilər.

10. Zərərə məruz qalmış Tərəf və ya xahişlə müraciət etmiş Tərəf müvafiq məsləhətləşmələrdən sonra və bildiriş təqdim etməklə, bu Konvensiya üzrə alınmış və ya təqdim edilmiş yardımın dayandırılmasını xahiş edə bilər. Belə xahiş ifadə olunduqdan dərhal sonra maraqlı Tərəflər yardımın lazımi qaydada kəsilməsi üçün tədbirlər görülməsi barədə bir-biri ilə məsləhətləşmələr aparırlar.

 

Ə l a v ə      X I

15-ci MADDƏYƏ MÜVAFİQ İNFORMASİYA MÜBADİLƏSİ

 

Məlumatlar özündə, həm də çoxtərəfli və ikitərəfli əməkdaşlığın predmeti ola biləcək aşağıdakı elementləri təsbit etməlidir:

a) sənaye qəzalarının qarşısının alınmasında, onlara hazırlığın təmin edilməsində və onların nəticələrinin aradan qaldırılmasında qanunverici və inzibati tədbirlər, siyasət, məqsədlər və prioritetlər, elmi fəaliyyət və təhlükəli fəaliyyət nəticəsində yaranan sənaye qəzaları riskinin azaldılması, transsərhəd təsirin yumşaldılması da daxil olmaqla, texniki tədbirlər;

b)  müvafiq səviyyədə digər Tərəflərə toxunan fövqəladə hallarda tədbirlər və hərəkət planları;

c)  yerinə yetirilmələrinə və həyata keçirilmələrinə nəzarət də daxil olmaqla, monitorinq proqramları, planlaşdırma, tədqiqat və işlənmələr;

d) sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən tədbirlər;

e) sənaye qəzası zamanı fəaliyyət təcrübəsi və transsərhəd təsiri göstərən sənaye qəzalarının nəticələrinin aradan qaldırılmasında əməkdaşlıq;

f)  ətraf mühitin qorunmasının təkmilləşdirilməsi və təhlükəsizliyin yüksəldilməsi üçün texnologiyaların işlənməsi və mövcud olanlardan ən yaxşılarının tətbiqi;

g)  fövqəladə hallara hazırlığın və onun nəticələrinin aradan qaldırılmasının təmin edilməsi;

h) monitorinqin meyarları və transsərhəd təsirin qiymətləndirilməsi də daxil olmaqla, riskin proqnozlaşdırılması üçün istifadə olunan üsullar.

 

Ə l a v ə      X I I

 

18-ci MADDƏNİN 4-cü BƏNDİNƏ MÜVAFİQ QARŞILIQLI YARDIM GÖSTƏRİLMƏSİNƏ AİD VƏZİFƏLƏR

 

1. Məlumat və göstəricilərin toplanması və yayılması

a)  çərçivəsində sənaye qəzaları və ən qısa müddətdə yardımın göstərilməsi üzrə fəaliyyətə cəlb edilə biləcək ekspertlər haqqında məlumatın verildiyi sənaye qəzaları haqqında xəbərdarlıq sistemlərinin yaradılması və istismarı;

b) sənaye qəzaları haqqında məlumatların alınması, işlənməsi və yayılması məqsədləri üçün onların təsiri haqqında məlumatlar, eləcə də tətbiq edilən tədbirlər və onların səmərəliliyi də daxil olmaqla, məlumatlar bankının yaradılması və istismarı;

c)  təhlükəli maddələr, onların müvafiq xarakteristikaları, eləcə də sənaye qəzası baş verəcəyi halda bu maddələrlə necə rəftar edilməli olduğu barədə məlumatların da daxil olduğu siyahının tərtibi və aparılması;

d) sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və bərpa tədbirləri də daxil olmaqla, nəticələrinin aradan qaldırılması sahəsində məsləhət işi və digər kömək göstərə biləcək ekspertlərin qeydiyyat jurnalının tərtibi və aparılması;

e)  təhlükəli fəaliyyət növləri siyahısının aparılması;

f)   I əlavənin I hissəsinin şamil olunduğu təhlükəli maddələrin siyahısının tərtib edilməsi və aparılması.

2. Elmi tədqiqatlar, mütəxəssislərin hazırlanması və metodologiyalar

a)  baş vermiş sənaye qəzaları ilə əlaqədar toplanmış təcrübə əsasında modellərin və sənaye qəzalarının qarşısının alınması, onlara hazırlığın təmin edilməsi və nəticələrinin aradan qaldırılmasında tədbirlər görülməsi ssenarilərinin işlənməsi və təqdim edilməsi;

b) mütəxəssislərin təlimi və hazırlanmasına yardım, beynəlxalq simpoziumların təşkili və tədqiqat və işlənmələr sahəsində əməkdaşlığın genişləndirilməsi.

3. Texniki yardım

a)  sənaye qəzalarının qarşısının alınmasında, onlara hazırlığın təmin edilməsində və nəticələrinin aradan qaldırılmasında tədbirlər görülməsi qabiliyyətinin gücləndirilməsinə yönəlmiş məsləhət funksiyasının həyata keçirilməsi;

b) hər hansı bir  Tərəfin xahişi ilə onun həyata keçirdiyi təhlükəli fəaliyyətin təftiş edilməsi, eləcə də bu Konvensiyanın tələblərinə uyğun onun öz milli müfəttişliklərinin təşkilinə kömək göstərilməsi.

4. Fövqəladə hal zamanı yardım

Hər hansı bir  Tərəfin xahişi ilə, məsələn, sənaye qəzasının nəticələrinin aradan qaldırılmasında məsləhət verilməsi və digər kömək göstərilməsi məqsədilə sənaye qəzası baş vermiş yerə ekspert göndərilməsi yolu ilə yardım göstərilməsi.

 

Ə l a v ə     X I I I

 

ARBİTRAJ

 

1.  İddiaçı Tərəf və ya iddiaçı Tərəflər katibliyi bildirişlə xəbərdar edirlər ki, Tərəflər mübahisənin, bu Konvensiyanın 21-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, arbitraj araşdırılmasına verilməsi barədə razılığa gəliblər. Bildirişdə arbitraj araşdırılmasının predmeti, o cümlədən, məsələn, şərhi və ya tətbiqi üzrə mübahisə yaranmış bu Konvensiyanın maddələri göstərilir. Katiblik alınmış məlumatı bu Konvensiyanın bütün Tərəflərinə göndərir.

2.  Arbitraj məhkəməsi üç üzvdən ibarət olur. Mübahisədə iştirak edən istər iddiaçı Tərəf və ya iddiaçı Tərəflər, eləcə də digər Tərəf və ya Tərəflər hərəsi bir arbitr təyin edirlər və bu üsulla təyin edilmiş iki arbitr, qarşılıqlı razılıqla arbitraj məhkəməsinin sədri funksiyasını yerinə yetirəcək üçüncü arbitri təyin edirlər. Sonuncu, mübahisə tərəflərindən hər hansı birinin vətəndaşı ola bilməz, bu tərəflərdən birinin ərazisində özünün adi yaşayış yerinə malik ola bilməz, onlardan heç birində xidməti qulluqda ola bilməz və hər hansı digər münasibətdə onun bu məsələ ilə əlaqəsi ola bilməz.

3.  Əgər ikinci arbitrin təyin edildiyi vaxtdan iki ay ötdükdən sonra arbitraj məhkəməsinin sədri təyin edilməyibsə, onda mübahisənin hər hansı  Tərəfinin xahişi ilə Avropa İqtisadi Komissiyasının icraçı katibi onu sonrakı iki ay müddətində təyin edir.

4.  Əgər xahiş alındıqdan sonra mübahisə tərəflərindən biri iki ay müddətinə arbitri təyin etmirsə, digər  Tərəfin bu haqda Avropa İqtisadi Komissiyasının İcraçı katibini məlumatlandırmaq hüququ var, bu halda o, sonrakı iki ay müddətində arbitraj məhkəməsinin sədrini təyin edir. Təyin edildikdən sonra arbitraj məhkəməsinin sədri arbitrini təyin etməyən tərəfdən bunu iki ay müddətində etməyi xahiş edir, Əgər bu müddət ərzində o bunu etməsə, onda sədr bu haqda Avropa İqtisadi Komissiyasının İcraçı katibini məlumatlandırır və o, iki ay müddətində bu arbitri təyin edir.

5.  Arbitraj məhkəməsi öz qərarını beynəlxalq hüquqa müvafiq və bu Konvensiyanın müddəalarına uyğun çıxarır.

6.  Bu əlavənin müddəalarına uyğun təsis edilmiş istənilən arbitraj məhkəməsi öz xüsusi prosedur qaydalarını işləyir.

7.  Arbitraj məhkəməsinin qərarları istər prosedur məsələləri, istərsə də məsələnin mahiyyəti üzrə onun üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

8.  Məhkəmə faktların müəyyənləşdirilməsi üçün bütün lazımi tədbirləri görə bilər.

9.  Mübahisə tərəfləri arbitraj məhkəməsinin işinə yardım edirlər və o cümlədən onların sərəncamlarında olan bütün vasitələrdən istifadə etməklə:

a)  məhkəməyə bütün müvafiq sənədləri, şərtləri və məlumatları təqdim edirlər;

b)  tələb olunduqda, şahidlərin və ya ekspertlərin çağırılması və onların ifadələrinin dinlənilməsi üçün məhkəməyə imkan yaradırlar.

10. Mübahisə tərəfləri və arbitraj məhkəməsinin üzvləri arbitraj məhkəməsində  raşdırmanın gedişi zamanı konfıdensial qaydada aldıqları istənilən məlumatın  konfidensiallığını qoruyurlar.

11. Tərəflərdən birinin xahişi ilə arbitraj məhkəməsi müvəqqəti müdafiə tədbirləri görülməsini tövsiyə edə bilər.

12. Əgər mübahisə tərəflərindən biri arbitraj məhkəməsinə gəlmirsə və ya öz işinin araşdırılmasında iştirak etmirsə, digər tərəf məhkəmədən araşdırmanın davam etdirilməsini və öz qəti qərarını çıxarmasını xahiş edə bilər. Tərəflərdən birinin məhkəmədə olmaması və ya tərəflərdən birinin işə baxılmasında iştirak etməməsi məhkəmə araşdırması üçün mane olmur.

13. Arbitraj məhkəməsi bilavasitə mübahisənin mahiyyətindən doğan qarşılıqlı iddialar üzrə dinləmələr apara və onlar üzrə qərar çıxara bilər.

14. Əgər arbitraj məhkəməsi işin konkret vəziyyətindən asılı olaraq digər qərar qəbul etməzsə, məhkəmə xərcləri, o cümlədən məhkəmə üzvlərinin xidmət haqqı mübahisə tərəflərinin bərabər payları ilə ödənilir. Məhkəmə öz xərclərinin qeydiyyatını aparır və mübahisə tərəflərinə bu xərclər haqqında son hesabatını təqdim edir.

15. Mübahisə predmetinə hüquqi xarakterli maraq göstərən və bu iş üzrə qəbul ediləcək qərarla toxunula biləcək bu Konvensiyanın istənilən Tərəfi məhkəmənin razılığı ilə məhkəmə araşdırmasında iştirak etmək hüququna malikdir.

16. Arbitraj məhkəməsi öz qərarını təsis edildiyi tarixdən sonrakı beş ay müddətində, əgər o, bu müddətin beş aydan çox olmayan əlavə müddətə uzadılması ehtiyacının olduğu qənaətinə gəlməzsə çıxarır.

17. Arbitraj məhkəməsinin qərarı səbəblərin izahı ilə müşayiət olunur. Bu qərar mübahisənin bütün tərəfləri üçün son və məcburidir. Arbitraj məhkəməsi öz qərarını tərəflərə və katibliyə göndərir. Katiblik alınmış məlumatı bu Konvensiyanın bütün Tərəflərinə göndərir.

18. Məhkəmə qərarının şərhi və ya icrası üzrə Tərəflər arasında yarana biləcək istənilən mübahisə Tərəflərdən hər hansı biri  Tərəfindən baxılmaq üçün bu qərarı çıxarmış arbitraj məhkəməsinə və ya sonuncunun xidmətlərindən istifadə etmək mümkün olmadıqda, bu məqsəd üçün birincisi kimi eyni qaydada yaradılan digər məhkəməyə verilə bilər.

 

 

"Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya" üzrə Azərbaycan Respublikasının

 

B Ə Y A N A T L A R I

 

2-ci maddənin 2-ci bəndinin "b" yarımbəndi üzrə:

 

Azərbaycan Respublikası bəyan edir ki, o, "Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya"nın 2-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndində qeyd olunan "hərbi qurğular" ifadəsini yalnız milli müdafiə maraqlarına xidmət edən və qanuni əsaslarla mövcud olan hərbi qurğular kimi başa düşür".

 

3-cü maddənin 1-ci bəndi üzrə:

 

Azərbaycan Respublikası Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə istinadən bəyan edir ki, o, istənilən Tərəflə "Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya" çərçivəsindəki əməkdaşlığı beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq həyata keçirəcəkdir".

 

21-ci maddənin 2-ci bəndi üzrə:

 

Azərbaycan Respublikası Konvensiyanın 21-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq bəyan edir ki, o, bu maddənin 1-ci bəndinə uyğun olaraq həll edilməmiş mübahisəyə münasibətdə XIII Əlavədə müəyyən edilmiş prosedur üzrə yaradılan və 21-ci maddənin II bəndinin "b" yarımbəndində qeyd olunan arbitrajı mübahisələrin həlli vasitələrindən birini və ya hər ikisini məcburi qəbul edən hər hansı Tərəfə münasibətdə mübahisələrin məcburi həlli vasitəsi kimi qəbul edir.

 


 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status