AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
05.05.2004
QEYDİYYAT NÖMRƏSİ
206
ADI
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2004, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 349)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Milli Ensiklopediyasının yüksək elmi səviyyədə hazırlanıb nəşr olunmasını və dövlət əhəmiyyətli bu işin həyata keçirilməsi üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə qərara alıram:

1.  Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyat-poliqrafiya birliyinin bazasında Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradılsın.

2.  "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi dövlət büdcəsindən maliyyələşdirilsin və onun maliyyələşdirilməsi dövlət büdcəsində ayrıca sətirlə göstərilsin.

3.  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binasının əsaslı təmiri, lazımi avadanlıqla, o cümlədən müasir kompüter texnikası ilə təchiz olunması məsələsini həll etsin;

Azərbaycan Milli Ensiklopediyası məqalələrinin müvafiq müəllif haqları məbləğinin "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin büdcəsinə daxil olunmasını təmin etsin:

Bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 may 2004-cü il

      206

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status