×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
06.05.2004
QEYDİYYAT NÖMRƏSİ
208
ADI
Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2004, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 350)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.05.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan insan alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılmasına dair Protokolun müddəalarını nəzərə alaraq və bu sahədə beynəlxalq səyləri dəstəkləyərək Azərbaycan Respublikasında insan alveri cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında göstərilən aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq vəzifələrin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 may 2004-cü il

№ 208

 

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə

MİLLİ FƏALİYYƏT PLANI

 

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd edərək;

İnsan alverinin insan hüquqlarını pozduğunu, insan ləyaqəti ilə bir araya sığmadığını və insanların həyatı üçün ciddi təhlükə yaratdığını nəzərə alaraq;

İnsan alveri ilə bağlı fəaliyyəti qətiyyətlə pisləyərək və ona qarşı səmərəli mübarizəni ən yüksək səviyyədə təşkil etmək niyyətində olaraq;

İnsan alverinin qarşısının alınması və onunla mübarizə aparılması sahəsində beynəlxalq səylərdə fəal iştirak edilməsinin və insan alveri qurbanlarının müdafiəsinin təmin edilməsinin zəruriliyini qeyd edərək;

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edildiyini nəzərə alaraq;

Azərbaycan Respublikası tərəfindən 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" haqqında Protokolun, habelə 2002-ci il sentyabrın 20-də qəbul edilən "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin müddəalarını nəzərə alaraq;

Azərbaycan Respublikası İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planını qəbul edir.

 

1. ÜMUMİ MÜDDƏALAR

 

Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (bundan sonra "Milli Fəaliyyət Planı") insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemi təmin etmək məqsədi daşıyır. Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə əsas vəzifələri, onların icra edilməsində müxtəlif qurumların (müvafiq icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatlan, beynəlxalq tərəfdaşlar və digər orqanlar) iştirakmı və bu qurumların fəaliyyətinin Milli Koordinator tərəfindən əlaqələndirilməsini nəzərdə tutur. Milli Fəaliyyət Planının səmərəliliyini mümkün dərəcədə artırmaq, o cümlədən insanların təhlükəsizliyini təmin etmək və məlumatları qorumaq məqsədilə Milli Fəaliyyət Planı iştirakçılarının öz vəzifələrini icra etməsi "yalnız zəruri məlumata malik olmaq" prinsipinə əsaslanır. Bu prinsipin tətbiq edilməsi iştirakçıların yalnız səlahiyyətləri daxilində Milli Fəaliyyət Planının icrasında iştirak etməsini təmin edir və Milli Fəaliyyət Planı iştirakçılarının korrupsiyaya məruz qalmasına və insan alveri cinayəti törədən şəxslərin iştirakçılara təsir edə bilməsinə qarşı səmərəli müdafiəni təmin etmək məqsədi daşıyır. Məhz buna görə Milli Fəaliyyət Planı "bütün məsələlərdən xəbərdar olan" qurumların yaradılmasını, eyni zamanda insan alverinə qarşı mübarizənin səmərəliliyinə zərər vuran və resursların məqsədsiz istifadə edilməsinə səbəb ola bilən bürokratik idarəçilik vasitələrini istisna edir.

Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə digər ölkələrin təcrübəsindən istifadə edilməsini, beynəlxalq təşəbbüslərdə iştirak edilməsini, eləcə də insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlan, beynəlxalq təşkilatlar və digər tərəfdaşların əməkdaşlığını nəzərdə tutur.

Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləşdirən və səmərəli surətdə əlaqələndirilə bilən sistem yaradılmasını müəyyən edir. Milli Fəaliyyət Planını dəstəkləmək niyyətində olan potensial donor tərəfdaşlar göstərəcəkləri konkret yardımın (texniki, fiziki, maliyyə və sair) istifadə edəcəyi münasib sahələri Milli Koordinator vasitəsilə müəyyən edə bilərlər. Milli Fəaliyyət Planı Milli Koordinatorun ümumi nəzarəti altında müvafiq dövlət və qeyri-hökumət resurslarının beynəlxalq təşkilatların və digər tərəfdaşların resursları ilə bir araya gətirilməsini və bu mənbələrdən lazımi vəsaitlərin əldə edilməsini nəzərdə tutur.

Milli Fəaliyyət Planının insan alverinə qarşı mübarizədə müəyyən etdiyi əsas tədbirlər qanunvericilik bazasının təkmilləşdirilməsi, Milli Koordinatorun təyin edilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərkibində İnsan alverinə qarşı xüsusi polis qurumunun (bundan sonra "Xüsusi polis qurumu") yaradılmasından və insan alveri cinayətinin qurbanlarının və ehtimal olunan qurbanlarının (bundan sonra "qurbanların və ehtimal olunan qurbanların") müdafiəsinin təmin edilməsindən ibarətdir.

 

2. İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ QANUNVERİCİLİK BAZASININ TƏKMİLLƏŞDİRİLMƏSİ

 

Milli Fəaliyyət Planında müəyyən edilən vəzifələrin icrasının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

Azərbaycan Respublikası qanunvericiliyinin BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasına, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokola və insan alverinə qarşı mübarizə sahəsində digər beynəlxalq sənədlərə uyğunlaşdırılması, o cümlədən bu sənədlərə uyğun olaraq insan alveri əməlinin öz-özlüyündə cinayət kimi tanınması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi;

insan alveri cinayəti qurbanlarının zərər çəkmiş şəxs kimi tanınması və onların təhlükəsizliyini və digər hüquqlarını təmin edən normativ hüquqi aktların qəbul edilməsi;

insan alverinə qarşı mübarizənin əsas prinsiplərinin, onun təşkilinin əsaslarının, insan alverinə qarşı mübarizə aparan orqanların vəzifələrinin müəyyən edilməsi, insan alverinin profilaktikası, bu cinayətlərin qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyası, habelə repatriasiyası və Milli Fəaliyyət Planında göstərilən digər tədbirlərin həyata keçirilməsini təmin etmək üçün İnsan alverinə qarşı mübarizə haqqında qanunun qəbul edilməsi.

 

3. MİLLİ FƏALİYYƏT PLANI İŞTİRAKÇILARININ FƏALİYYƏTİNİN ƏLAQƏLƏNDİRİLMƏSİ

 

Milli Fəaliyyət Planının həyata keçirilməsində müxtəlif dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların iştirakı nəzərdə tutulur.

Bu qurumlar arasında fəaliyyətin əlaqələndirilməsi Milli Koordinator tərəfindən həyata keçirilir. Fəaliyyətin əlaqələndirilməsinin məqsədi Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq bu qurumlar arasında məlumat mübadiləsini təmin etməkdir. İnsan alverinə qarşı mübarizənin həyata keçirilməsi üçün Milli Fəaliyyət Planı bir-birini tamamlayan aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

insan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi;

qurbanlarla əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası;

Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi;

resursların koordinasiyası.

Milli Fəaliyyət Planı iştirakçılar üçün eyni zamanda müşahidə və qiymətləndirmə rolunu müəyyən edir. Müşahidə və qiymətləndirmənin məqsədi insan alverinə qarşı mübarizədə problemlərin müəyyən edilməsi və bu problemlərin müvafiq qurumların nəzərinə çatdırılmasıdır.

a. İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyəti və bu cinayətlərin təqibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş orqanlar tərəfindən həyata keçirilir.

Əməliyyat-axtarış fəaliyyəti qurbanların və ehtimal olunan qurbanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə həyata keçirilir.

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin vəzifələri həmin cinayətlərin qarşısının alınması, bu cinayətləri hazırlayan və ya törətmiş şəxslərin müəyyən edilməsi, insan alveri cinayətlərinin açılması, həmçinin qurbanlardan və ya ehtimal olunan qurbanlardan məlumatlar əldə edilməsindən ibarətdir.

İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alveri cinayəti törətmiş şəxsin ifşa olunması, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsi, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, insan alveri cinayəti törətmiş şəxsə cəza təyin edilməsindən ibarətdir.

İnsan alverinə qarşı mübarizə aparan ixtisaslaşmış orqan qismində Xüsusi polis qurumu müəyyən edilir. Digər hüquq mühafizə orqanları insan alveri ilə bağlı hazırlanan cinayətlər haqqında məlumatlar əldə etdiyi təqdirdə təxirəsalınmaz tədbirlər görməklə Xüsusi polis qurumunu dərhal məlumatlandırır və ona lazımi kömək göstərir. İnsan alverinə qarşı xüsusi polis qurumu həmçinin telefon yardım xətti, təhlükəsiz sığınacaq və əməkdaşlıq fəaliyyəti üzrə qeyri-hökumət təşkilatları (bundan sonra "QHT") üçün əlaqə orqanıdır.

Milli Koordinator insan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin daha səmərəli surətdə həyata keçirilməsi məqsədilə Xüsusi polis qurumu, təhlükəsizlik orqanları, sərhəd xidməti, polis, prokurorluq və digər hüquq mühafizə orqanları, habelə məhkəmələrlə lazımi əlaqələr qurur. Milli Koordinator zəruri hesab etdiyi hallarda digər dövlət və qeyri-hökumət qurumlan ilə əlaqələrini genişləndirə bilər. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri insan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara kömək göstərməyə borcludurlar.

Əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirən orqanlar qurbanların repatriasiyasına qədər olan dövrdə və cəmiyyətə reinteqrasiyası zamanı onların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görürlər.

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirən orqanlar beynəlxalq və xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlıq edirlər.

b. Qurbanlarla əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası

Qurbanlarla əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası Milli Koordinatorun əlaqələndirmə fəaliyyəti ilə aşağıdakı qurumlar tərəfindən həyata keçirilir:

 

Xüsusi polis qurumu;

mühafizə funksiyalarını həyata keçirən polis orqanları;

telefon yardım xətti üzrə QHT-lər;

təhlükəsiz sığınacaq üzrə QHT-lər;

əməkdaşlıq fəaliyyəti üzrə QHT-lər;

beynəlxalq tərəfdaşlar;

müvafiq icra hakimiyyəti orqanları.

Göstərilən qurumlar bu fəaliyyəti həyata keçirərkən qurbanlar üçün əlaqə vasitələrini (telefon yardım xətti və digər birbaşa təmas vasitələri) və təhlükəsiz sığınacaq daxilində onların təhlükəsizliyini və konfidensiallığını təmin edirlər. Zəruri hallarda bu qurumlar tibbi, psixoloji, hüquqi və digər yardımı təmin edirlər.

Bu qurumlar habelə qurbanların reabilitasiyası ilə bağlı müvafiq tədbirləri həyata keçirir və qurbanların, həmçinin şahidlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görürlər. Göstərilən vəzifənin icra edilməsinə digər beynəlxalq tərəfdaşlar cəlb edilməklə onların yardımından istifadə edilə bilər.

c. Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi

Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi Milli Koordinator tərəfindən həyata keçirilir. Dəstəyin əlaqələndirilməsinin məqsədi beynəlxalq tərəfdaşların köməyi ilə Milli Fəaliyyət Planı iştirakçıları üçün yüksək peşəkar təlimi və praktiki yardımı təmin etməkdir. Bu vəzifənin həyata keçirilməsi həmçinin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazımi vəsaitləri təmin edəcək və son nəticədə Milli Fəaliyyət Planının davamlılığının və səmərəliliyinin qorunmasına kömək göstərəcəkdir.

ç. Resursların koordinasiyası

Resursların koordinasiyasının məqsədi Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi zamanı zəruri ehtiyacları təmin etməkdir.

Resursların (informasiya, metodiki, təşkilati, maddi, konsultativ və sair) koordinasiyası Milli Koordinator tərəfindən həyata keçirilir. Milli Koordinator dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların yardımını koordinasiya edir və belə resursların əldə edilməsi üçün onlara müraciət edir.

 

4. MİLLİ KOORDİNATOR

 

Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir və aşağıda göstərilən funksiyaları həyata keçirir:

Milli Fəaliyyət Planında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsi;

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müvafiq iştirakçıların müəyyən edilməsi;

insan alverinə qarşı xüsusi polis qurumunun fəaliyyətinə nəzarət edilməsi;

Milli Fəaliyyət Planı iştirakçıları ilə mütəmadi əlaqələrin saxlanması və digər orqanlarla əməkdaşlığın təşkil edilməsi;

Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatların müəyyən edilməsi və onların həll edilməsi üçün müvafiq tədbirlərin görülməsi;

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün müvafiq dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların yardımının əlaqələndirilməsi;

"yalnız zəruri məlumata malik olmaq" prinsipinə riayət etməklə müvafiq orqanların məlumatlarla təmin edilməsi;

Milli Fəaliyyət Planının icrasından irəli gələn məsələlərin həll edilməsi məqsədilə iştirakçıların mütəmadi görüşlərinin təşkil edilməsi;

insan alverinə qarşı mübarizənin vəziyyəti ilə bağlı məlumatların verilməsi;

Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrası üçün digər funksiyaların həyata keçirilməsi;

 

5. İNSAN ALVERİNƏ QARŞI XÜSUSİ POLİS QURUMU

 

Milli Fəaliyyət Planında göstərilən vəzifələrin səmərəli surətdə icrası üçün lazımi təlim keçmiş və müvafiq avadanlıqlarla təchiz edilmiş ixtisaslaşmış qurumun yaradılması tələb olunur.

İnsan alverinə qarşı xüsusi polis qurumunun yaradılmasına olan ehtiyac aşağıda göstərilən amillərdən irəli gəlir:

qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin təmin edilməsi;

qurbanlarla əlaqə və onlara peşəkar yardım göstərilməsi;

informasiyanın vahid mərkəzdə cəmlənməsi və qorunması;

insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təchiz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi.

İnsan alverinə qarşı xüsusi polis qurumunun əməkdaşları əsasən aşağıdakı məsələlər üzrə təlim keçirlər:

qurbanlardan və digər mənbələrdən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatların, sənədlərin və digər əşyaların əldə edilməsi, təhlili və sübut qismində təqdim edilməsi;

qurbanlar və ehtimal olunan qurbanların müəyyən edilməsi üsulları;

müəyyən müşahidə üsullarından və texniki vasitələrdən istifadə edilməsi;

qurbanlar və ehtimal olunan qurbanlarla davranış qaydaları.

İnsan alveri ilə bağlı cinayət İşləri üzrə araşdırma aparılarkən toplanan məlumatların qeydə alınması və istifadəsi üçün vahid məlumat bazası yaradılır.

İnsan alverinə qarşı xüsusi polis qurumu birbaşa Milli Koordinatora tabedir.

İnsan alverinə qarşı mübarizə aparan hüquq mühafizə orqanları Xüsusi polis qurumu ilə qarşılıqlı əlaqələrin təmin edilməsi məqsədilə əlaqələndirici qismində fəaliyyət göstərən və insan alveri ilə mübarizə üzrə təlim keçmiş əməkdaşlarını müəyyən edir.

Xüsusi polis qurumu insan alverinə qarşı mübarizə sahəsində xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əlaqələrini Milli Koordinator vasitəsilə qurur.

Xüsusi polis qurumu qurbanların və ehtimal olunan qurbanların müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri cinayəti üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. Şəxsin insan alveri qurbanı olması ehtimal edildikdə, yaxud insan alveri cinayəti törətməsi və ya hazırlaması digər orqanlar tərəfindən aşkar edildikdə, bu barədə Xüsusi polis qurumuna dərhal məlumat verilməli, müvafiq sənədlər ona təqdim edilməli və zəruri kömək göstərilməlidir. Xüsusi polis qurumu qurbanları və ya ehtimal olunan qurbanları təhlükəsiz sığınacaqda yerləşdirir və mühafizə funksiyalarım həyata keçirən polis orqanı ilə birlikdə onların təhlükəsizliyini təmin edir.

 

6. TƏHLÜKƏSİZ SIĞINACAQ TELEFON YARDIM XƏTTİ

 

Təhlükəsiz sığınacaqla təmin etmənin məqsədi qurbanları, ehtimal olunan qurbanları, həmçinin şahidləri müdafiə etmək, onlara kömək göstərmək, həmin şəxslərin lazımi ehtiyaclarını təmin etmək və bu şəxslər üçün təhlükəsiz mühit yaratmaqdır. Təhlükəsiz sığınacaq həmçinin reabilitasiya və reinteqrasiya tədbirlərinin həyata keçirilməsi üçün əlverişli şəraiti təmin edir. Eyni zamanda təhlükəsiz sığınacaq öz repatriasiyasını gözləyən qurbanlar, habelə sübutlar təqdim edən şahidlər üçün təhlükəsiz mühiti təmin edir.

Qurbanların və ehtimal olunan qurbanların təhlükəsiz sığınacaqda yerləşdirilməsi və saxlanılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Təhlükəsiz sığınacaq aşağıda göstərilən şərtlərə cavab verməlidir:

 

müvafiq yaşayış şəraitinin olduğu və etibarlı mühafizə edilən bina;

telefonla danışmaq imkanı;

tibbi yardım almaq imkanı;

hüquqi yardım almaq imkanı;

tərcüməçinin yardımından istifadə etmək imkanı;

söhbət aparılması üçün ayrıca yer;

sığınacaqda yerləşdirilən şəxslər barəsində məlumatların məxfi saxlanılması.

 

Təhlükəsiz sığınacaqla təmin edilən mühitdə Xüsusi polis qurumunun əməkdaşları tərəfindən (zəruri hallarda hüquqi yardım göstərən şəxsin iştirakı ilə) qurbanların və ehtimal olunan qurbanların işinə dair ilkin araşdırma aparılır. Sığınacaq heç bir halda azadlıqdan məhrum etmə yeri hesab edilməməlidir. Sığınacaq və oradakı şəxslərin təhlükəsizliyi Xüsusi polis qurumu və mühafizə funksiyalarını həyata keçirən polis orqanı tərəfindən həyata keçirilir. Sığınacağın təhlükəsizliyinin təmin edilməsi vəzifəsini həyata keçirən şəxslər lazımi təlim keçir. Təhlükəsiz sığınacaqda olan şəxslərlə qurbanlar və ya ehtimal olunan qurbanlar kimi davranılmalıdır. Təhlükəsiz sığınacaqda xidmət və oradakı şəxslərə yardım göstərilməsi xüsusi təlim keçmiş QHT-lər tərəfindən həyata keçirilir.

Telefon yardım xətti insan alveri cinayətinin qurbanlarına və potensial qurbanlarına xidmət edən pulsuz və daim fəaliyyət göstərən əlaqə xidmətini təmin etmək məqsədilə yaradılır. Telefon yardım xəttində işləyən şəxslər Xüsusi polis qurumu ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Telefon yardım xəttində xidmət və bu xətdən istifadə edən şəxslərə yardım göstərilməsi xüsusi təlim keçmiş QHT-lər tərəfindən həyata keçirilir.

 

7. MAARİFLƏNDİRMƏNİN HƏYATA KEÇİRİLMƏSİ

 

İnsan alverinin doğurduğu təhlükələr haqqında ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Maarifləndirmə və məlumatlandırma tədbirlərini həyata keçirən qurumlar insan alverinin, habelə qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə cəmiyyəti hərtərəfli məlumatlandırmaq və maarifləndirmək üçün tədbirlər görürlər. Maarifləndirmə və məlumatlandırma Milli Fəaliyyət Planının bütün iştirakçıları tərəfindən həyata keçirilir.

 

MİLLİ FƏALİYYƏT PLANI ÜZRƏ TƏDBİRLƏR

 

Sıra

№-si

Tədbirin adı

İcra orqanı  [1]

Məqsəd və gözlənilən nəticələr

İcra müddəti

1

İnsan alverinə qar­şı mü­ba­ri­zə sahə­sində qanunveri­ci­lik baza­sı­nın təkmilləşdirilməsi

Nazirlər Kabineti

Ədliyyə Nazirliyi

Daxili İşlər Nazirliyi

Respublika Prokurorluğu

Milli Təhlükəsizlik Nazirliyi

İnsan alverinə qarşı mü­barizənin gücləndirilməsi üçün hüquqi bazanın təmin edilməsi

Azərbaycan Respublikasının qanunvericiliyinin Transmilli mü­tə­şək­kil cinayətkarlığa qarşı BMT Kon­vensiyası, onu tamamlayan Pro­tokollar və insan alve­rinə qarşı mübarizə sahəsində digər bey­nəl­xalq sənədlərə uy­ğun­laşdırılması, bu sənədlərə uy­ğun olaraq insan alveri əmə­linin öz-özlüyündə cina­yət kimi ta­nınması üçün Azər­bay­can Res­publikasının Cinayət Mə­cəl­lə­sinə dəyişikliklər edilməsi məq­sədilə qanun layihəsinin hazırlanması

İnsan alverinə qarşı müba­rizənin əsas prinsiplərinin, onun təşkilinin əsaslarının, insan alverinə qarşı mü­barizə aparan or­qan­ların və­zi­fələrinin müəyyən edil­məsi, insan alverinin pro­filaktikası, bu cinayət­lərin qur­banlarının fiziki, psixoloji və so­sial reabilitasiyası, habelə re­pa­triasiyası və Milli Fəaliyyət Pla­nında göstərilən digər təd­bir­lərin hə­yata keçirilməsini təmin etmək üçün İnsan alverinə qarşı mübarizə haqqında qanun la­yihəsinin hazırlanması

 

 

 

 

 

 

İyul 2004

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İyul 2004

 

2

Milli Koordinatorun təyin edilməsi

Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının daxili İşlər Naziri tərəfindən Milli Koor­dinatorun təyin edilməsi

Milli Fəaliyyət Planında gös­tə­rilən vəzifələrin icrasının təmin edilməsi

May 2004

 

 

 

Mütəmadi

3

Milli Fəaliy­yət Planı iştirakçılarının fəaliyyə­ti­nin əlaqə­lən­di­ril­məsi

Milli Koordinator

Daxili İşlər Nazirliyi

Milli Təhlükəsizlik Nazirliyi

Xarici İşlər Nazirliyi Ədliyyə Nazirliyi

Dövlət Sərhəd Xidməti

Dövlət Gömrük Ko­mitəsi

Milli Koordinatorun rəhbərliyi ilə Milli Fəaliyyət Planı iştirakçılarının qar­şılıqlı əməkdaşlığının təşkil edil­məsi

Milli Fəaliyyət Planı iştirakçıları ara­sında məlumat mübadi­lə­si­nin təmin edilməsi

İnsan alveri cinayəti qurban­la­rını müəyyən edən qurumlar tə­rə­findən həmin şəxslərin dərhal və maneəsiz Xüsusi polis qu­ru­muna təhvil verilməsi qayda­la­rı­nın hazırlanması

Mütəmadi

 

 

Mütəmadi

 

 

 

İyun 2004

4

İnsan alveri cinayə­ti qurbanları ilə əlaqə, onlara yardım və on­ların təh­lü­kə­sizliyinin tə­min edilməsi və reabilita­si­ya­sı

Milli Koordinator

Daxili İşlər Nazirliyi İnsan alverinə qarşı xüsusi polis qurumu

Milli Təhlükəsizlik Nazirliyi

Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyi

Səhiyyə Nazirliyi

Ədliyyə Nazirliyi

İnsan alveri cinayəti qurbanları üçün mümkün və zəruri əlaqə va­si­tə­lərinin (telefon yardım xətti və di­gər birbaşa tomas vasitələri) və təh­lükəsiz sığınacaq daxilində on­la­­rın təhlükəsizliyinin və konfi­den­­si­al­lığının təmin edilməsi

İnsan alveri cinayəti qurbanlarının repatriasiya və reinteqrasiyası ilə bağlı tədbirlərin həyata keçi­rilməsi və bu prosesdə qur­ban­la­rın, həmçinin şahidlərin təhlükəsizliyinin tə­min edilməsi

İnsan alveri cinayəti qurbanları ilə əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edil­məsi və reabilitasiyası vəzifəsini həyata ke­çi­rən qurumların səlahiyyətlərinin müəyyən edilməsi

İnsan alveri cinayətinin qur­ban­ları və ehtimal olunan qurbanları üçün psixoloji, tibbi, hüquqi və digər yardımın təmin edilməsi

İnsan alveri cinayəti qurbanları ilə əlaqə, onlara yardım və on­la­rın təh­lükəsizliyinin təmin edil­məsi və reabilitasiyası ilə bağlı təd­birlərin həyata keçirilməsində iş­tirak edə­cək QHT-lərin müəy­yən edilməsi

İnsan alverinə qarşı xüsusi polis qurumu, immiqrasiyanı idarə edən orqanlar və digər hüquq mühafizə orqanlarının əmək­daş­ları üçün in­san alveri cinayəti qur­banlarının müəyyən edilməsi üsulları üzrə təlim keçilməsi

Mütəmadi

 

 

 

 

 

 

 

Mütəmadi

 

 

 

 

 

 

 

 

İyun 2004

 

 

 

 

 

 

Mütəmadi

 

 

 

 

İyun 2004

 

 

 

 

 

 

 

Mütəmadi

 

5

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət tə­qi­binin həyata keçirilməsi

İnsan alverinə qarşı xüsusi polis quru­mu

Milli Koordinator

Hüquq mühafizə orqanları

İnsan alveri cinayətlərinin aşkar edil­məsi və açılması, həmin cinayət­ləri törədən və hazırlayan şəxs­lə­rin müəyyən edilməsi, cina­yət tə­qibinin həyata keçirilməsi, ha­belə hə­min cinayətlərin qur­ban­ları və ehtimal olunan qur­ban­larından məlumatlar əldə edil­məsi

İnsan alveri cinayəti qurbanları ilə və onların fəaliyyət göstərdiyi mü­­hitdə çalışacaq QHT-lərin seçilməsi

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar təlim keçil­məsi

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və ci­nayət təqibinin həyata keçirilməsi ilə əlaqədar beynəlxalq və xa­rici dövlətlərin hüquq mühafizə or­qanları ilə əlaqələrin qurulması

Mütəmadi

 

 

 

 

 

 

 

İyun 2004

 

 

 

Mütəmadi

 

 

 

 

Mütəmadi

6

Resursların koordinasiyası

Milli Koordinator

Milli Koordinator tərəfindən döv­lət və qeyri-hökumət qurumla­rı­nın, beynəlxalq təşkilatların və di­gər beynəlxalq tərəfdaşların yardı­mı­nın koordinasiyası və belə resursların əldə edilməsi üçün mü­raciət edilməsi

Milli Fəaliyyət Planında nəzərdə tu­tulan tədbirlərin təşkili prosesin­də zəruri ehtiyacların təmin edil­məsi

Milli Fəaliyyət Planının maliyyələş­dirilməsi və onun davam­lı­lı­ğı­nın təmin edilməsi üçün təd­bir­lərin görülməsi

 

 

 

 

 

 

 

 

Mütəmadi

 

 

 

 

7

Milli Fəaliyyət Planına gös­tə­ri­lən dəstəyin əla­­qə­lən­di­ril­mə­si

Milli Koordinator

Milli Fəaliyyət Planının lazımi və­sa­itlə təmin edilməsi, onun davam­lı­lığının və səmərəliliyinin qorun­ma­sı, həmçinin Milli Fəaliyyət Pla­nı iştirakçıları üçün beynəlxalq tə­rəfdaşların köməyi ilə yüksək pe­şəkar təlimin və praktiki dəstəyin təmin edilməsi

Dəstəyin əlaqələndirilməsinin hə­yata keçirilməsi üçün müvafiq QHT-lərin və İnsan alverinə qarşı xü­susi polis qurumunun nüma­yən­dələrinin seçilməsi

Mütəmadi

 

 

 

 

 

 

 

İyun 2004

8

İnsan alverinə qarşı xüsusi po­lis quru­mu­nun yaradıl­ma­sı

Daxili İşlər Nazirliyi Milli Koordinator

İnsan alverinə qarşı mübarizə üzrə ixtisaslaşmış və təlim keçmiş polis qurumunun yaradılması

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin ixtisaslaşmış qu­rum tərəfindən həyata keçirilməsi, in­san alveri cinayətinin qur­ban­larının və ehtimal olunan qur­banlarının təhlükəsizliyinin təmin edilməsi

İnsan alverinə qarşı xüsusi polis qu­rumunun müvafiq bina və ava­dan­lıqla təmin edilməsi (beynəl­xalq tərəfdaşlarla əməkdaşlıq çər­çi­vəsində)

İnsan alverinə qarşı xüsusi polis qu­rumunun səlahiyyətlərinin müəy­yən edilməsi

İnsan alverinə qarşı xüsusi polis qu­rumunun əməkdaşları üçün tə­lim tələbatlarının müəyyən edil­məsi

İnsan alverinə qarşı xüsusi polis qurumunun əməkdaşları üçün təlimlərin keçirilməsinin təşkil edilməsi

İyun 2004

 

 

 

 

Mütəmadi

 

 

 

 

 

 

 

 

İyun 2004

 

 

 

 

 

İyun 2004

 

 

İyun 2004

 

 

 

Mütəmadi

9

Ödənişlərdən azad olan (pul­suz) tele­fon yardım xə­t­tinin təşkili

Milli Koordinator

Daxili İşlər Nazirliyi İnsan alverinə qar­şı xüsusi polis qurumu Rabitə və İnfor­ma­si­ya Texno­lo­gi­ya­ları Nazirliyi Milli Təhlükəsizlik Nazirliyi

İnsan alveri cinayətinin qurban­la­rına və potensial qurbanlarına pul­suz xidmət edən və həftənin bütün günləri 24 saat ərzində fəaliyyət göstərən telefon yardım xəttinin təşkil edilməsi

Telefon yardım xettinin yer və avadanlıqlarla təmin edilməsi

Telefon yardım xəttində çalışan operatorların səlahiyyətlərinin və fəaliyyət şərtlərinin müəyyən edil­məsi

Telefon yardım xəttində çalışan operatorlarla təlim keçirilməsi

Telefon yardım xettinin təhlükəsiz­liyinin və telefon yardım xəttindən is­ti­fa­­də edən şəxslərin konfiden­sial­lığının təmin edilməsi üçün tədbirlərin görülməsi

Telefon yardım xətti barədə ictimaiy­yətin məlumatlandırılması

İyun 2004

 

 

 

 

İyun 2004

 

İyun 2004

 

 

 

 

Mütəmadi

 

 

Mütəmadi

 

 

 

 

 

 

Mütəmadi

10

Təhlükəsiz sığınacağın təş­kili

Milli Koordinator

Daxili İşlər Nazirliyi Əmək və Əhalinin So­sial Müdafiəsi Nazirliyi

İqtisadi İnkişaf Nazirliyi

Səhiyyə Nazirliyi

Ədliyyə Nazirliyi

İnsan alveri cinayətinin qurbanla­rı­nın və ehtimal olunan qurban­la­rı­nın, habelə şahidlərin təhlükə­siz­li­yinin təmin olunması üçün sığı­na­cağın təşkil edilməsi

Təhlükəsiz sığınacağın yer və ava­dan­lıqlarla təmin edilməsi (bey­nəl­xalq tərəfdaşlarla əməkdaşlıq çər­çi­və­sində)

Təhlükəsiz sığınacaqda xidmət edən QHT-lərin səlahiyyətlərinin və fəaliyyət şərtlərinin müəyyən edil­məsi

Təhlükəsiz sığınacaqda xidmət edən QHT-lər və təhlükəsiz sığına­ca­ğın təhlükəsizliyini təmin edən po­lis əməkdaşları ilə təlim ke­çi­ril­mə­si

Təhlükəsiz sığınacaqda insan alve­ri cinayətinin qurbanlarına və eh­ti­mal olunan qurbanlarına tibbi, psi­xo­loji, hüquqi və digər yardımın gös­tərilməsinin təşkil edilməsi

İyun 2004

 

 

 

İyun 2004

 

 

 

 

İyun 2004

 

 

 

Mütəmadi

 

 

 

 

 

Mütəmadi

11

Milli Fəaliyyət Planının hə­ya­ta keçirilməsi üçün donor yar­dımının tə­min edilməsi

Milli Koordinator

Daxili İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi

Milli Fəaliyyət Planının həyata ke­çi­rilməsi üçün donorların müəy­yən edilməsi

Donor yardımının təmin edilməsi məq­sədilə müvafiq tədbirlərin ar­dı­cıl surətdə və vaxtında icra edil­məsi

Donorlar tərəfindən göstərilən yar­dı­mın (texniki, fiziki, maliyyə və sair) istifadə ediləcəyi sahələrin müəy­yən edilməsi

May 2004

 

 

Mütəmadi

 

 

 

İyun 2004

 

 

 

12

Maarifləndirmənin həyata keçirilməsi

Milli Koordinator

Daxili İşlər Nazirliyi

 Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Gənclər və İdman Nazirliyi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Kütləvi informasiya vasitələri [2]

Monitorinq və qiymətləndirmə me­xanizmlərinin müəyyən edilməsi

İnsan alverinin mahiyyəti və təhlü­kə­si, qanunsuz miqrasiyanın do­ğur­duğu təhlükələr barədə ic­ti­ma­iy­yətin məlumatlandırılması

Mil­li Fəaliyyət Planının məqsəd və ma­hiyyətinin ictimaiyyətə çat­dı­rıl­ması

İnsan alverinə qarşı mübarizə haq­qın­da filmlərin nümayiş etdi­ril­məsi

İnsan alverinə qarşı mübarizəyə dair maarifləndirici vasitələrin hazır­lanması

Maarifləndirmə tədbirlərinin səmə­rəliliyinin artırılması üçün müvafiq icra hakimiyyəti orqanları, küt­ləvi informasiya vasitələri və QHT-lər üçün təlimlərin təşkili

İyun 2004

 

 

 

 

 

 

 

 

Mütəmadi

13

Milli Fəaliyyət Planının hə­ya­ta keçi­ril­mə­sin­də qeyri-hö­kumət təşki­latları, beynəlxalq təş­kilatlar, insan hüquqları üz­rə müvəkkil (Ombudsman) və digər tərəf­daş­larla əmək­daşlıq

Milli Koordinator

Milli Fəaliyyət Planının beynəlxalq tərəfdaşlara təqdim olunması

Milli Fəaliyyət Planında göstərilən vəzifələrin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarının, bey­nəl­xalq təşkilatların və digər tərəfdaşların cəlb edilməsi

May 2004

 

 

 

Mütəmadi

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

2.       22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə  təsdiq edilmiş «Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 350)  «Milli Fəaliyyət Planı üzrə tədbirlər» bölməsinin 12-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilmişdir.

 

 

[2] 22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459) ilə «Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı»nın «Milli Fəaliyyət Planı üzrə tədbirlər» bölməsinin 12-ci bəndinin «İcra orqanı» sütununda «Qadın Problemləri üzrə Dövlət Komitəsi» sözləri «Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilmişdir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status