AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.03.2000
QEYDİYYAT NÖMRƏSİ
291
ADI
Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2000, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 158)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: [1]

qiymətli kənd təsərrüfatı torpaqlarının (əkin və dincə qoyulmuş torpaqlar, çoxillik əkmələrin altındakı torpaqlar), meşə fondu torpaqlarının (meşədə oduncaq və digər meşə materialları tədarükü istisna olmaqla), xüsusi qorunan ərazilərin torpaqlarının, yay və qış otlaqları torpaqlarının, müdafiə və təhlükəsizlik təyinatlı torpaqların istifadəyə verilməsi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarının istifadəyə və icarəyə verilməsi barəsində - Azərbaycan Respublikasının Nazirlər Kabineti; [2]

dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə verilməsi barəsində – Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; [3]

meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəyə və meşədə oduncaq və digər meşə materialları tədarükü məqsədilə istifadəyə verilməsi barəsində - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmayan məqsədlər üçün meşə fondu torpaqlarının icarəyə və istifadəyə verilməsi qadağandır; [4]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi barəsində - rayon (şəhər) icra hakimiyyəti orqanları; [5]

dövlət mülkiyyətində olan torpaqların dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması barəsində - Azərbaycan Respublikasının Nazirlər Kabineti; [6]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin altıncı və on ikinci abzaslarında, 12-ci maddəsinin 4-cü hissəsində, 16-cı maddəsinin 1-ci hissəsində, 23-cü maddəsinin 5-ci hissəsində, 24-cü maddəsinin 1-ci hissəsində, 38-ci maddəsinin beşinci abzasında (abzasda sadalanan sənədlərin təsdiq edilməsi hissəsində), 70-ci maddəsinin 3-cü və 5-ci bəndlərində, 75-ci maddəsində (dövlət ehtiyacları üçün torpaq sahəsi üzərində mülkiyyət və icarə hüququna xitam verilməsi hissəsində), 96-cı maddəsinin 8-ci hissəsində, 99-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [7]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin on beşinci abzasında, 23-cü maddəsinin 4-cü və 6-cı hissələrində, 38-ci maddəsinin altıncı abzasında (abzasda göstərilən qərarların qəbul edilməsi hissəsində), 63-cü maddəsinin 1-ci hissəsində, 64-cü maddəsində, 75-ci maddəsində (torpaq sahəsindən əvəzsiz istifadə hüququna xitam verilməsi hissəsində), 80-ci maddəsinin dördüncü abzasında, 108-ci maddəsinin 2-ci hissəsində (məhkəmədən kənar torpaq mübahisəsinin həllinə dair qərarın qəbul edilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [8]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqəli mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər; [9]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 34-cü maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və digər əlaqəli mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər; [10]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 38-ci maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həmin abzasda qadağan edilməsi nəzərdə tutulan işləri həyata keçirən və ya onların həyata keçirilməsinə razılıq verən, yaxud belə işlərə nəzarət edən mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsində, 55-ci maddəsinin ikinci abzasında, 56-cı maddəsinin 1-ci hissəsində, 6-cı hissəsinin birinci abzasında və 8-ci hissəsində 66-cı maddəsinin 1-ci hissəsində, 70-ci maddəsinin 6-cı bəndində, 79-cu maddəsinin 1-ci bəndinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [11]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-cü hissəsinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [12]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərinin öz səlahiyyəti hüdudlarında dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. [13]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndində (əsasında torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüquqları verilən qərarların qəbul edilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;  

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, qalan torpaq sahələri üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüquqlarını təsdiq edən dövlət aktlarının (şəhadətnamələrinin) verilməsi hissəsində) və 3-cü (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, qalan torpaqlara münasibətdə) bəndlərində, 102-ci maddəsinin 4-cü hissəsində (meşə fondu torpaqları və xüsusi mülkiyyətdə olan torpaqlar istisna olmaqla, qalan torpaq sahələrinə münasibətdə− yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsi hissəsi istisna olmaqla), 108-ci maddəsinin 2-ci hissəsində məhkəmədən kənar torpaq mübahisəsinin həllinə dair qəbul olunmuş müvafiq qərarın icrasına nəzarətin həyata keçirilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Komitəsi həyata keçirir; [14]

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət aktlarının (şəhadətnamələrin) verilməsi hissəsində) və 3-cü (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinə münasibətdə) bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 100-cü maddəsinin 2-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 102-ci maddəsinin 4-cü hissəsində (meşə fondu torpaqlarına münasibətdə− yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsi hissəsində) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. [15]

2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının 1-ci bəndinin dördüncü abzasına "34-cü maddəsinin 8-ci bəndində" sözlərindən sonra "38-ci maddəsinin beşinci, altıncı və doqquzuncu abzaslarında" sözləri əlavə edilsin; 2-ci bəndinin dördüncü abzasından "50-ci maddəsinin 4-cü bəndinin birinci abzasında" sözləri çıxarılsın.

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əlİyev

 

Bakı şəhəri, 6 mart 2000-ci il

                 № 291

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

2.       21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

3.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

4.       12 fevral 2004-cü il tarixli 31 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 69)

5.       2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublika Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660)

6.       23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1110)

7.       10 mart 2008-ci il tarixli 725 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 174)

8.       20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498)

9.       22 iyul 2009-cu il tarixli 139 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 542)

10.    2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

11.    1 noyabr 2012-ci il tarixli 721 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1081)

12.    26 noyabr 2014-cü il tarixli 379 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1419)

13.    15 fevral 2016-cı il tarixli 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 240)

14.    13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728)

15.    28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 mart 2008-ci il tarixli 725 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 174) ilə 1-ci bəndinin ikinci abzasında "və ictimai ehtiyacların" sözləri "ehtiyaclarının" sözü ilə əvəz edilmişdir.

 

[2] 12 fevral 2004-cü il tarixli 31 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 69) ilə 1-ci bəndin üçüncü abzasında "torpaqların istifadəyə verilməsi" sözlərindən sonra ",Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqlarının istifadəyə və icarəyə verilməsi" sözləri əlavə edilmişdir.

 

22 iyul 2009-cu il tarixli 139 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 542) ilə 1-ci bəndinin üçüncü abzasında “80- 130” rəqəmləri “20- 50” rəqəmləri ilə əvəz edilmişdir.

 

[3] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 1-ci bəndin dördüncü abzasında "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 1-ci bəndin dördüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi barəsində - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi;

28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissəsinin dördüncü abzas yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların icarəyə verilməsi barəsində – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

 

[4] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin beşinci abzasında "Azərmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[5] 15 fevral 2016-cı il tarixli 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 240) ilə 1-ci hissənin altıncı abzasda “digər torpaqların” sözləri “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının” sözləri ilə əvəz edilmişdir.

 

[6] 10 mart 2008-ci il tarixli 725 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 174) ilə 1-ci bəndinin yeddinci abzasında "və ictimai ehtiyacların" sözləri "ehtiyaclarının" sözü ilə əvəz edilmişdir.

 

[7] 2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublika Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660) ilə 1-ci bəndinin səkkizinci abzasında “70-ci maddəsinin 3-cü və 5-ci bəndlərində,” sözlərindən sonra “75-ci maddəsində (dövlət və ictimai ehtiyaclar üçün torpaq sahəsi üzərində mülkiyyət və icarə hüququna xitam verilməsi hissəsində)” sözləri əlavə edilmişdir.

1 noyabr 2012-ci il tarixli 721 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1081) ilə 1-ci hissənin Səkkizinci bəndindən “70-ci maddəsinin 3-cü və 5-ci bəndlərində,” sözləri çıxarılmışdır.

10 mart 2008-ci il tarixli 725 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 174) ilə 1-ci bəndinin səkkizinci abzasında "və ictimai ehtiyaclar" sözləri "ehtiyacları" sözü ilə əvəz edilmişdir.

28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissəsinin səkkizinci (hər altı halda), onuncu, on birinci, on yeddinci və on doqquzuncu abzaslarda “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilmişdir.

 

[8] 2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublika Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660) ilə 1-ci bəndinin doqquzuncu abzasında “75-ci maddəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci bəndlərində” sözləri “75-ci maddəsində (torpaq sahəsindən əvəzsiz istifadə hüququna xitam verilməsi hissəsində)” sözləri ilə əvəz edilmişdir.

13 iyul 2021-ci il tarixli 1394 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 728) ilə 1-ci hissəsinin doqquzuncu abzasında “və 2-ci bəndlərində” sözləri “bəndində” sözü ilə əvəz edilmişdir.

28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissəsinin doqquzuncu abzasda “bəndlərində” və hər iki halda “bəndində” sözü müvafiq olaraq “hissələrində” və “hissəsində” sözləri ilə əvəz edilmişdir.

 

[9] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin onuncu abzasından "Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 21-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, "Azərbmeşə" İstehsalat Birliyi və digər əlaqəli mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

 

23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin onuncu abzasında "Azərmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498) ilə 1-ci bəndinin onuncu abzasında "Dövlət Tikinti və Arxitektura Komitəsi" sözləri "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[10] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 1-ci bəndin 11-ci abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin on birinci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

15 fevral 2016-cı il tarixli 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 240) ilə 1-ci hissənin on birinci abzasda “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissəsinin on birinci abzasda “bəndində” sözü “hissəsində” sözü ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 1-ci bəndin on üçüncü abzasında "Dövlət Əmlakı Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

1 noyabr 2012-ci il tarixli 721 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1081) ilə 1-ci hissənin on üçüncü bəndindən “, 70-ci maddəsinin 6-cı bəndindəsözləri çıxarılmışdır.

15 fevral 2016-cı il tarixli 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 240) ilə 1-ci hissənin on üçüncü abzasa “56-cı maddəsinin 1-ci bəndində,” sözlərindən sonra “6-cı bəndinin birinci abzasında və 8-ci bəndində” sözləri əlavə edilmişdir.

28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissəsinin on üçüncü abzasda (hər dörd halda) “bəndində” sözü “hissəsində” sözü ilə, “bəndinin” sözü “hissəsinin” sözü ilə, “öz səlahiyyətləri hüdudlarında” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə və “dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye və yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə)” sözləri ilə əvəz edilmişdir.

 

[12] 28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissəsinin on dördüncü və on səkkizinci abzaslarda “bəndinin” sözü “hissəsinin” sözü ilə əvəz edilmişdir.

 

[13] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin on üçüncü, on dördüncü, on beşinci abzaslarında "Azərmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 1-ci bəndin on üçüncü və on beşinci abzaslarında "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri "dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

26 noyabr 2014-cü il tarixli 379 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1419) ilə 1-ci hissəsinin on beşinci abzasına “dövlətə məxsus torpaqlara” sözlərindən sonra “(sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissəsinin on beşinci abzasda “bəndində” sözü “hissəsində” sözü ilə, “dövlət müəssisə, idarə və təşkilatların” sözləri “dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[14] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 1-ci bəndin 17-ci abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1110) ilə 1-ci bəndinin on üçüncü abzasından «, 79-cu maddəsinin 1-ci bəndinin ikinci abzasında» sözləri, on yeddindi abzasından «66-cı maddəsinin 2-ci (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, qalan torpaq sahələri üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüquqlarını təsdiq edən dövlət aktlarının (şəhadətnamələrin) verilməsi hissəsində) və 3-cü (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, qalan torpaqlara münasibətdə) bəndlərində,» sözləri, on altıncı və on səkkizinci abzasları çıxarılmışdır.

15 fevral 2016-cı il tarixli 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 240) ilə 1-ci hissənin on altıncı abzasda “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir və qalan torpaq sahələrinə münasibətdə” sözlərindən sonra “− yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsi hissəsi istisna olmaqla” sözləri əlavə edilmişdir.

 

28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissəsinin on altıncı abzasda hər iki halda “bəndində” sözü “hissəsində” sözü ilə, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[15] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 1-ci bəndin iyirmi birinci abzasında "Azərmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 240) ilə 1-ci hissənin on doqquzuncu abzasa “meşə fondu torpaqlarına münasibətdə” sözlərindən sonra “− yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsi hissəsində” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status