330.000.000
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakılar təyin edilsin:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
[2]
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2004-cü il
№ 196
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
29 iyun 2005-ci il tarixli 865 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2.
31 yanvar 2008-ci il tarixli 705 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 9)
3.
1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301)
4.
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51)
5.
23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1297)
6.
2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 sentyabr 2019-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1487)
7.
31 avqust 2020-ci il tarixli 2244 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2020-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1094)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
31 yanvar 2008-ci il tarixli 705 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 9) ilə adında və ikinci abzasında "Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın" sözləri "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının" sözləri ilə əvəz edilmişdir.
23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1297) ilə birinci və üçüncü bəndlərdə “İcra Aparatının” sözləri “Administrasiyasının” sözü ilə əvəz edilmişdir.
23 iyun 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1297) ilə dördüncü bənddə “İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin” sözləri “hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə” sözləri ilə əvəz edilmişdir.
29 iyun 2005-ci il tarixli 865 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibinə “Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Mahmudov Eldar Əhməd oğlu” daxil edilmişdir
1 noyabr 2015-ci il tarixli 671 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1301) ilə “Mahmudov Eldar Əhməd oğlu – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Quliyev Mədət Qəzənfər oğlu – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.
31 avqust 2020-ci il tarixli 2244 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 sentyabr 2020-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1094) ilə ləğv edilmişdir.
[2]
2 sentyabr 2019-cu il tarixli 828 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 sentyabr 2019-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1487) ilə Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|