×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.04.2004
QEYDİYYAT NÖMRƏSİ
42
ADI
"İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları"nın və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2004, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 291)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.04.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
120.000.000
200.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
291 "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv

"İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar  elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları"nın və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları", "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları", "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları" və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

Bakı şəhəri, 12 aprel 2004-cü il

№ 42

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi

QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR

1.1.      Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq hazırlanmışdır və ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstraktor işləri üzrə fəaliyyət növünə xüsusi icazə verilməsi qaydalarını müəyyən edir.

1.2.  Bu Qaydalara əsasən Fövqəladə Hallar Nazirliyi Tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. [1]

1.3.     Ərizəçilər yalnız bu Qaydalara əsasən xüsusi icazə aldıqdan sonra həmin xüsusi icazədə göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilərlər.

1.4.      Xüsusi icazənin sahibi verilən xüsusi icazədən (xüsusi icazənin surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

II. XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ QAYDASI

2.1. Xüsusi icazə almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə aşağıdakıları təqdim etməlidir: [2]

2.1.1. xüsusi icazə almaq üçün ərizə;

ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü; [*]

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən məlumatlar (seriya, nömrə, nə vaxt və kim Tərəfindən verilmişdir, ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;**

2.1.2.   müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;

2.1.3.   sahibkarlıq fəaliyyəti ilə məşğul oan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;

2.1.4.   ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;

2.1.5.   xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə** cavab verən aşağıdakı sənədlər:

elmi tədqiqat və təcrübi-konstruktor işlərinin həyata keçirilməsi üçün istifadə olunan radioaktiv maddələrin, avadanlıqların və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların istismara qəbul edilməsi aktı;

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların texniki təhlükəsizlik ekspertizasından keçməsi haqqında akt və həmin qurğuların fiziki mühafizəsinin təşkil edilməsi barədə arayış;

dövlət ekoloji ekspertizasının rəyi;

xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyət növü üzrə ərizəçilərin və yaxud onların mütəxəssislərinin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin (vəsiqələrin-diplomların) surətləri.

2.2.   Fövqəladə Hallar Nazirliyi təqdim edilmiş sənədləri ekspertizadan keçirir və ərizəçinin xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyət üzrə texniki və təşkilati hazırlığı haqqında ekspert rəyini verir.

2.3.   Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.4.   Xüsusi icazə almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla xüsusi icazə verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.5. Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1.   bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2.   ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3.   fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda.

2.6.   Ərizəçi xüsusi icazə verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra xüsusi icazə almaq üçün bu Qaydalara uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7.   Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə də öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxsin təşkilati-hüquqi forması dəyişdikdə, onun adı dəyişdirildikdə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəddə məlumatlar dəyişdikdə, xüsusi icazə itirildikdə, ərizəçi 15 gün müddətində xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Xüsusi icazənin yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazə əsasında, xüsusi icazə itirildikdə isə Fövqəladə Hallar Nazirliyinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. XÜSUSİ İCAZƏ

3.1. Xüsusi icazədə aşağıdakılar göstərilir:

3.1.1.   Fövqəladə Hallar Nazirliyinin adı;

3.1.2.   hüquqi şəxslər üçün - xüsusi icazə verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3.   hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);

3.1.4.   həyata keçirilməsinə xüsusi icazə verilən fəaliyyət növü;

3.1.5.   xüsusi icazənin qüvvədə olma müddəti;

3.1.6.   xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi.

Xüsusi icazənin şərtləri xüsusi icazə blankına qoşulmuş xüsusi vərəqələrdə göstərilir.

3.2. Xüsusi icazə Azərbaycan Respublikasının fövqəladə hallar naziri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq edilir. [3]

3.3. Fəaliyyət növünün ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirilməsi nəzərdə tutulduğu hallarda həmin obyektlər barədə bu Qaydaların 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərində göstərilən sənədlər ərizəçi Tərəfindən təqdim edildiyi təqdirdə, ərizəçiyə obyektlərin ünvanları qeyd olunan xüsusi icazənin surətləri verilir.

3.4. Xüsusi icazənin blankı Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən təsdiq edilir. [4]

IV.  XÜSUSİ İCAZƏNİN MÜDDƏTİ

4.1.   Xüsusi icazə 3 il müddətinə verilir.

4.2.   Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3.   Müddəti bitmiş xüsusi icazə və onun surətləri etibarsız sayılır.

V.  XÜSUSİ İCAZƏNİN QÜVVƏDƏ OLMA ŞƏRTLƏRİ

5.1.     Xüsusi icazə sahibləri ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərini həyata keçirərkən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına və radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların tələblərinə riayət etməlidir.

5.2.     Xüsusi icazə sahibləri aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər :

5.2.1.   ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işləri üzrə aparılan texniki-təşkilati və texnoloji dəyişikliklər barədə məlumatların vaxtında (24 saat ərzində) Fövqəladə Hallar Nazirliyinə çatdırılması, radiasiya təhlükəsizliyinin və fiziki mühafizənin təmin edilməsi tədbirlərinin vaxtında təşkil edilməsi və yerinə yetirilməsi;

5.2.2.   radiasiya qəzasının qarşısının alınması və baş verə bilən qəzanın ləğv edilməsi, onun nəticələrindən işçi heyətinin və əhalinin mühafizə olunması sahəsində tədbirlərin yerinə yetirilməsi;

5.2.3.   radiasiya qəzası baş verdikdə, radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericiliyə uyğun olaraq dövlət nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, habelə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinə, yüksək şüalanma gözlənilən ərazinin yerli icra hakimiyyəti orqanlarına və əhaliyə məlumat verilməsi; [5]

5.2.3.   xüsusi icazə verilmiş fəaliyyət növünün özünəməxsus spesifik texniki-mühəndis xüsusiyyətlərindən irəli gələn digər texniki, inzibati və təşkilati tədbirlərin həyata keçirilməsi;

5.2.4.   radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların tələblərinə uyğun gəlməyən çatışmazlığın müəyyən edilməsi, onların ləğv edilməsi üçün müvafiq tədbirlərin yerinə yetirilməsi və həyata keçirilmiş tədbirlər barəsində məlumatların Fövqəladə Hallar Nazirliyinə çatdırılması;

5.2.5.   elmi tədqiqat və təcrübi-konstruktor işlərində istifadə edilən radioaktiv maddələrin və materialların saxlandığı binaların (anbarların) texniki vəziyyətinin radiasiya təhlükəsizliyinin və fiziki mühafizəsinin təmin edilməsi tələblərinə cavab verməsi;

5.2.6.   elmi tədqiqat və təcrübi-konstruktor işlərində istifadə edilən radioaktiv maddələrin və materialların Azərbaycan Respublikası ərazisində hərəkəti haqqında Fövqəladə Hallar Nazirliyinə müəyyən olunmuş qaydada məlumat verilməsi.

5.3.     Xüsusi icazənin qüvvədə olma qaydalarına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

5.4.     Nəzarətin aparılmasında Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.4.1.   xüsusi icazədə göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara və xüsusi icazə qaydalarına riayət edilməsini öz səlahiyyətləri çərçivəsində yoxlamaq;

5.4.2.   yoxlama zamanı ortaya çıxan suallara aid xüsusi icazə sahibindən əlavə məlumatlar, arayışlar istəmək və almaq;

5.4.3.   yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.4.4.   müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə xüsusi icazə sahibinə xəbərdarlıq vermək;

5.4.5.   xüsusi icazənin fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.5.   Xüsusi icazə sahibi aparılan yoxlama zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndələrini yoxlanılacaq obyektlərə buraxmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.6.   Yoxlamanın nəticəsi barədə üç nüsxədən ibarət akt tərtib edilir. Akt Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və xüsusi icazə sahibi (müəssisənin rəhbəri) Tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta xüsusi icazə sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi xüsusi icazə sahibində qalır.

5.7.   Tərtib olunmuş aktda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, yoxlama zamanı aparılan araşdırmalarda iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və digər dövlət nəzarəti orqanı əməkdaşının vəzifəsi, adı, soyadı, atasının adı göstərilir və bu barədə xüsusi icazə sahibinin (müəssisənin) Nəzarət kitabçasında qeydiyyat aparılır. [6]

VI. XÜSUSİ İCAZƏNİN FƏALİYYƏTİNİN DAYANDIRILMASI

VƏ YA LƏĞV EDİLMƏSİ

6.1. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1.   ərizəçi Tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2.   ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları Tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3.   hüquqi şəxsin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4.   fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə.

6.2. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Xüsusi icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə, xüsusi icazənin fəaliyyəti xüsusi icazənin sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazə bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. Fövqəladə Hallar Nazirliyi xüsusi icazəni aşağıdakı hallarda ləğv edir:

6.3.1.   ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2.   xüsusi icazə verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3.  xüsusi icazənin qüvvədə olma qaydaları ərizəçi Tərəfindən pozulduqda;

6.3.4.   məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5.   hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə.

6.4.   Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5.   Fövqəladə Hallar Nazirliyi verdiyi, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini aparır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi

QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR

1.1.    Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq hazırlanmışdır və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı istismardan çıxarılması üzrə fəaliyyət növünə xüsusi icazə verilməsi qaydalarını müəyyən edir.

1.2.     Bu Qaydalara əsasən Fövqəladə Hallar Nazirliyi Tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1 -ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. [7]

1.3.     Ərizəçilər yalnız bu Qaydalara əsasən xüsusi icazə aldıqdan sonra həmin xüsusi icazədə göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilərlər.

1.4.     Xüsusi icazənin sahibi verilən xüsusi icazədən (xüsusi icazənin surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

II. XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ QAYDASI

2.1. Xüsusi icazə almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə aşağıdakıları təqdim etməlidir: [8]

2.1.1. xüsusi icazə almaq üçün ərizə; ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

 hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;*

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən məlumatlar (seriya, nömrə, nə vaxt və kim Tərəfindən verilmişdir, ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;**

2.1.2.   müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;

2.1.3.   sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;

2.1.4.   ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;

2.1.5.   xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə** cavab verən aşağıdakı sənədlər:

radioaktiv maddələrin, avadanlıqların və cihazların saxlanması üçün müvafiq binaların, məntəqə və anbarların istismara qəbul edilməsi aktı, radioloji-gigiyenik pasportu;

xüsusi icazədə göstərilən fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olan mütəxəssislərin ixtisası (vəsiqələrin, diplomların surəti) və onların təlimatlandırılması barədə məlumat;

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası üçün sahələrin seçilməsində fiziki mühafizənin və ətraf mühitin qorunmasının təmin edilməsinin nəzərə alınması, həmin sahələrin və ətraf ərazilərin geoloji, seysmoloji, hidroloji və meteoroloji xarakteristikaları, təhlükəli və nəzarət edilən zonalara kənar şəxslərin daxil olmasının qarşısını alan maneələr barədə məlumat;

qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi proqramı;

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının istismardan çıxarılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi ilə razılaşdırılmış tədbirlər proqramı; [9]

yaxın avtomobil və dəmir yolları, su mənbələri və kəmərləri və digər kommunikasiya xətləri barədə məlumat;

radioaktiv maddələrlə və ionizə şüaları verən mənbələrlə işləyən heyətin radioaktiv zonada olmasının nəzərdə tutulmuş vaxt həddinin hesablamalarını əks etdirən sənəd.

2.2. Fövqəladə Hallar Nazirliyi təqdim edilmiş sənədləri ekspertizadan keçirir və ərizəçinin xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyət üzrə texniki və təşkilati hazırlığı haqqında ekspert rəyini verir.

2.3.     Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.4.     Xüsusi icazə almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydiyyata alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla xüsusi icazə verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.5. Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1.   bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2.   ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3.   fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda.

2.6.   Ərizəçi xüsusi icazə verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra xüsusi icazə almaq üçün bu Qaydalara uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7.     Hüquqi şəxs ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə də öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxsin yenidən təşkilati-hüquqi forması dəyişdikdə, onun adı dəyişdirildikdə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəddə məlumatlar dəyişdikdə, xüsusi icazə itirildikdə, ərizəçi 15 gün müddətində xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Xüsusi icazənin yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazə (ayrı-ayrı obyektlər üçün verilmiş xüsusi icazənin surətləri) əsasında, xüsusi icazə itirildikdə isə Fövqəladə Hallar Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş xüsusi icazənin surətləri) əsasında həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. XÜSUSİ İCAZƏ

3.1. Xüsusi icazədə aşağıdakılar göstərilir:

3.1.1.   Fövqəladə Hallar Nazirliyinin adı;

3.1.2.   hüquqi şəxslər üçün - xüsusi icazə verilən müəssisə, təşkilat və ya idarənin adı və hüquqi ünvanı;

3.1.3.   hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);

3.1.4.   həyata keçirilməsinə xüsusi icazə verilən fəaliyyət növü;

3.1.5.   xüsusi icazənin qüvvədə olma müddəti;

3.1.6.   xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi.

Xüsusi icazənin şərtləri xüsusi icazə blankına qoşulmuş xüsusi vərəqələrdə göstərilir.

3.2. Xüsusi icazə Azərbaycan Respublikasının fövqəladə hallar naziri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq edilir. [10]

3.3. Fəaliyyət növünün ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirilməsi nəzərdə tutulduğu hallarda həmin obyektlər barədə bu Qaydaların 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən sənədlər ərizəçi Tərəfindən təqdim edildiyi təqdirdə, obyektlərin ünvanlan qeyd olunan xüsusi icazənin surətləri ərizəçiyə verilir.

3.4. Xüsusi icazənin blankı Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən təsdiq edilir. [11]

IV. XÜSUSİ İCAZƏNİN MÜDDƏTİ

4.1.   Xüsusi icazə 3 il müddətinə verilir.

4.2.   Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3.   Müddəti bitmiş xüsusi icazə və onun surətləri etibarsız sayılır.

V. XÜSUSİ İCAZƏNİN QÜVVƏDƏ OLMA ŞƏRTLƏRİ

5.1.     Xüsusi icazə sahibləri radioaktiv maddələrlə bağlı fəaliyyət növünü həyata keçirərkən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun və radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların müddəalarına və aşağıdakı tələblərə riayət etməlidirlər.

5.2.     Xüsusi icazə sahibləri aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

5.2.1.   radiasiya qəzasının qarşısının alınması və baş verə bilən qəzanın ləğv edilməsi, onun nəticələrindən işçi heyətinin və əhalinin mühafizə olunması sahəsində tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi;

5.2.2.   radiasiya qəzası baş verdikdə radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericiliyə uyğun olaraq dövlət nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, habelə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinə, yüksək şüalanma gözlənilən ərazinin yerli icra hakimiyyəti orqanlarına və əhaliyə məlumat verilməsi; [12]

5.2.3.   radiasiya qəzasından zərər çəkənlərə ilkin tibbi yardım göstərilməsi;

5.2.4.  radioaktiv çirklənmə mənbələrinin təcrid edilməsi və radioaktiv maddələrin ətraf mühitə yayılmasının qarşısının alınması;

5.2.5.  radiasiya qəzası zamanı radiasiya şəraitinin dəyişməsi və radiasiya qəzasının genişlənməsinin operativ təhlilinin aparılması;

5.2.6.   radiasiya qəzası ləğv edildikdən sonra ionlaşdırıcı şüa mənbələri ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisində radiasiya şəraitinin normallaşdırılması sahəsində əməli tədbirlərin görülməsi;

5.2.7.  radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb həyata keçirilməsi;

5.2.8.  ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması;

5.2.9.  radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata keçirilməsi;

5.2.10.   işçilərin (heyətin) fərdi şüalanma dozalarına nəzarət edilməsi və onların uçotunun aparılması;

5.2.11.   istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin attestasiyasının keçirilməsi;

5.2.12.   işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən keçirilməsi;

5.2.13.   işçilərin (heyətin) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat verilməsi;

5.2.14.   radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi;

5.2.15.   aparılan texniki-təşkilati və texnoloji dəyişikliklər haqqında məlumatların vaxtında (24 saat ərzində) Fövqəladə Hallar Nazirliyinə çatdırılması;

5.2.16.   sənaye və təsərrüfat sahələrində işlərin təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik tədbirlərin vaxtında təşkil edilməsi və yerinə yetirilməsi;

5.2.17.   xüsusi icazə verilmiş fəaliyyət növünün özünəməxsus spesifik texniki-mühəndis xüsusiyyətlərindən irəli gələn digər texniki, inzibati və təşkilati tədbirlərin həyata keçirilməsi;

5.2.18.   xüsusi icazənin fəaliyyət çərçivəsini müəyyən edən və icrası məcburi olan, təhlükə potensiallı müxtəlif təsərrüfat və sənaye sahələrində işlərin səmərəliliyi və texniki təhlükəsizliyi üzrə qüvvədə olan hüquqi və normativ aktların tələblərinin təmin edilməsi.

5.3.    Xüsusi icazənin qüvvədə olma qaydalarına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. [13]

5.4.    Nəzarət aparılması üzrə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.4.1.   xüsusi icazədə göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara və xüsusi icazə qaydalarına riayət edilməsini öz səlahiyyətləri çərçivəsində yoxlamaq;

5.4.2.   yoxlama zamanı ortaya çıxan suallara aid xüsusi icazə sahibindən əlavə məlumatlar, arayışlar almaq;

5.4.3.   yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.4.4.   müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə xüsusi icazə sahibinə xəbərdarlıq vermək;

5.4.5.   xüsusi icazənin fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.5.   Xüsusi icazə sahibi aparılan yoxlama zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndələrini yoxlanılacaq obyektlərə buraxmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.6.   Yoxlamanın nəticəsi barədə üç nüsxədən ibarət akt tərtib edilir. Akt  Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və xüsusi icazə sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta xüsusi icazə sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi xüsusi icazə sahibində qalır.

5.7.      Tərtib olunmuş aktda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, yoxlama zamanı aparılan araşdırmalarda iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və digər dövlət nəzarəti orqanı əməkdaşının vəzifəsi, adı, soyadı, atasının adı göstərilir və bu barədə xüsusi icazə sahibinin (müəssisənin) Nəzarət kitabçasında qeydiyyat aparılır. [14]

VI. XÜSUSİ İCAZƏNİN FƏALİYYƏTİNİN DAYANDIRILMASI

 VƏ YA LƏĞV EDİLMƏSİ

6.1. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1.   ərizəçi Tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2.   ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3.   hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4.   fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə.

6.2. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Xüsusi icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə, xüsusi icazənin fəaliyyəti xüsusi icazənin sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Fövqəladə Hallar Nazirliyi Tərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazə bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. Fövqəladə Hallar Nazirliyi xüsusi icazəni aşağıdakı hallarda ləğv edir:

6.3.1.  ərizəçi Tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2.  xüsusi icazə verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3.     xüsusi icazənin qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4.  məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5.  hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

6.3.6.  Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4.  Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5.    Xüsusi icazənin fəaliyyətinin dayandırılması, ləğv edilməsi ya bərpası haqqında qəbul edilmiş qərar xüsusi icazənin bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

6.6. Fövqəladə Hallar Nazirliyi verdiyi, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini aparır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi

QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq hazırlanmışdır və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması üzrə fəaliyyət növünə xüsusi icazənin verilməsi qaydalarını müəyyən edir.

1.2.  Bu Qaydalara əsasən Fövqəladə Hallar Nazirliyi Tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. [15]

1.3.  Ərizəçilər yalnız bu Qaydalara əsasən xüsusi icazə aldıqdan sonra həmin xüsusi icazədə göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4.  Xüsusi icazənin sahibi verilən xüsusi icazədən (xüsusi icazənin surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

II. XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ QAYDASI

2.1. Xüsusi icazə almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə aşağıdakıları təqdim etməlidir: [16]

2.1.1.  xüsusi icazə almaq üçün ərizə;

ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və xüsusi icazə alınması ilə həyata keçirilən fəaliyyət növü;*

2.1.2.  müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;

2.1.3.  ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədi;

2.1.4.  ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması üzrə fəaliyyət növünə xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə** cavab verən aşağıdakı sənədləri:

xüsusi icazədə göstərilən fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olan mütəxəssislərin ixtisası (vəsiqələrin, diplomların surəti) və onların təlimatlandırılması barədə məlumat;

ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasında istifadə olunan materiallara ətraf mühitin və radiasiyanın, yüksək təzyiqə, yüksək və alçaq temperatura, suyun, rütubətin və kimyəvi maddələrin təsirinin, həmin materialların korroziyasının və mexaniki dözümlülüyünün nəzərə alınması barədə məlumat;

radiasiya təhlükəsizliyi üzrə mövcud normalara uyğun olaraq bu Qaydalarda göstərilmiş təyinat üçün layihələşdirilmiş və hazırlanmış texnoloji avadanlığın və radiasiya təhlükəsizliyi vasitələrinin sınaqlarına keçirilməsi və istismar müddəti, radiasiyadan mühafizəsi, radioaktiv çirklənmənin aradan qaldırılması və profilaktik-təmir işlərinin aparılmasının dövriliyi barədə məlumat;

texnoloji avadanlığın və radiasiya təhlükəsizliyi vasitələrinin hazırlanması və saxlanması üçün müvafiq binaların, məntəqə və anbarların istismara qəbul edilməsi aktı.

2.2.     Fövqəladə Hallar Nazirliyi təqdim edilmiş sənədləri ekspertizadan keçirir və ərizəçinin xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyəti üzrə texniki və təşkilati hazırlığı haqqında ekspert rəyini verir.

2.3.     Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.4.     Xüsusi icazə almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Fövqəladə Hallar Nazirliyi Tərəfindən qeydiyyata alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydiyyata alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla xüsusi icazə verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.5. Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1.   bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2.   ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3.   fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda.

2.6.     Ərizəçi xüsusi icazə verilməsindən imtinaya əsas olmuş hallan aradan qaldırdıqdan sonra xüsusi icazə almaq üçün bu Qaydalara uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7.   Hüquqi şəxslər ləğv edildikdə, hüquqi şəxslərə verilən xüsusi icazə də öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxsin yenidən təşkilati-hüquqi forması dəyişdikdə, onun adı dəyişdirildikdə,  xüsusi icazə itirildikdə, ərizəçi 15 gün müddətində xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Xüsusi icazənin yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazə (ayrı-ayrı obyektlər üçün verilmiş xüsusi icazənin surətləri) əsasında, xüsusi icazə itirildikdə isə Fövqəladə Hallar Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş xüsusi icazənin surətləri) əsasında həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin rəhbəri Tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. XÜSUSİ İCAZƏ

3.1. Xüsusi icazədə aşağıdakılar göstərilir:

3.1.1.   Fövqəladə Hallar Nazirliyinin adı;

3.1.2.   hüquqi şəxslər üçün - xüsusi icazə verilən müəssisə, təşkilat və ya idarənin adı və hüquqi ünvanı;

3.1.3.   həyata keçirilməsinə xüsusi icazə verilən fəaliyyət növü;

3.1.4.   xüsusi icazənin qüvvədə olma müddəti;

3.1.5.   xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi.

Xüsusi icazənin şərtləri xüsusi icazə blankına qoşulmuş xüsusi vərəqələrdə göstərilir.

3.2. Xüsusi icazə Azərbaycan Respublikasının fövqəladə hallar naziri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq edilir. [17]

3.3. Fəaliyyət növünün ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirilməsi nəzərdə tutulduğu hallarda həmin obyektlər barədə bu Qaydaların 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən sənədlər ərizəçi Tərəfindən təqdim edildiyi təqdirdə, ərizəçiyə obyektlərin ünvanları qeyd olunan xüsusi icazənin surətləri verilir.

3.4. Xüsusi icazənin blankı Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən təsdiq edilir. [18]

IV. XÜSUSİ İCAZƏNİN MÜDDƏTİ

4.1.   Xüsusi icazə 3 il müddətinə verilir.

4.2.   Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3.   Müddəti bitmiş xüsusi icazə və onun surətləri etibarsız sayılır.

V. XÜSUSİ İCAZƏNİN QÜVVƏDƏ OLMA ŞƏRTLƏRİ

5.1.     Xüsusi icazə sahibləri radioaktiv maddələrlə bağlı fəaliyyət növünü həyata keçirərkən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun və radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların müddəalarına riayət etməlidirlər:

5.2.     Xüsusi icazə sahibləri aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

5.2.1.   layihələşdirmədə və istehsalatda aparılan texniki-təşkilati və texnoloji dəyişikliklər, qəza və bədbəxt hadisələr haqqında məlumatların vaxtında ( 24 saat ərzində) Fövqəladə Hallar Nazirliyinə çatdırılması;

5.2.2.   istehsalat və təsərrüfat sahələrində işlərin təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik tədbirlərin təşkil edilməsi və yerinə yetirilməsi;

5.2.3.   xüsusi icazə verilmiş fəaliyyət növünün özünəməxsus spesifik texniki-mühəndis xüsusiyyətlərindən irəli gələn digər texniki, inzibati və təşkilati ədbirlərin həyata keçirilməsi;

5.2.4. xüsusi icazənin fəaliyyət çərçivəsini müəyyən edən və icrası məcburi olan, təhlükə potensiallı müxtəlif təsərrüfat və sənaye sahələrində işlərin səmərəliliyi və texniki təhlükəsizliyi üzrə qüvvədə olan hüquqi və normativ aktların tələblərinin təmin olunması;

5.2.5. texnoloji avadanlığın və radiasiya təhlükəsizliyi vasitələrinin hazırlandığı, saxlandığı binaların (anbarların) texniki vəziyyətinin təhlükəsizlik tələblərinə cavab verməsi.

5.3. Xüsusi icazənin qüvvədə olma qaydalarına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

5.4. Nəzarətin aparılması üzrə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.4.1.  xüsusi icazədə göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara və xüsusi icazə qaydalarına riayət edilməsini öz səlahiyyətləri çərçivəsində yoxlamaq;

5.4.2.  yoxlama zamanı ortaya çıxan suallara aid xüsusi icazə sahibindən əlavə məlumatlar, arayışlar almaq;

5.4.3.  yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.4.4.  müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə xüsusi icazə sahibinə xəbərdarlıq vermək;

5.4.5.  xüsusi icazənin fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.5. Xüsusi icazə sahibi aparılan yoxlama zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndələrini yoxlanılacaq obyektlərə buraxmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.6. Yoxlamanın nəticəsi barədə üç nüsxədən ibarət akt tərtib edilir. Akt Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və xüsusi icazə sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta xüsusi icazə sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi xüsusi icazə sahibində qalır.

5.7. Tərtib olunmuş aktda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, yoxlama zamanı aparılan araşdırmalarda iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və digər dövlət nəzarəti orqanı əməkdaşının vəzifəsi, adı, soyadı, atasının adı göstərilir və bu barədə xüsusi icazə sahibinin (müəssisənin) Nəzarət kitabçasında qeydiyyat aparılır. [19]

VI. XÜSUSİ İCAZƏNİN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ YA LƏĞV EDİLMƏSİ

6.1. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1.  ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2.  ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3.  hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4.  fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə.

6.2. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Xüsusi icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə, xüsusi icazənin fəaliyyəti xüsusi icazənin sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazə bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. Fövqəladə Hallar Nazirliyi xüsusi icazəni aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. xüsusi icazə verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. xüsusi icazənin qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə.

6.4.  Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5.  Xüsusi icazənin fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar xüsusi icazənin bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

6.6. Fövqəladə Hallar Nazirliyi verdiyi, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazənin reyestrini aparır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə             TƏSDİQ EDİLMİŞDİR

Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi

QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli 980 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq hazırlanmışdır və radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər üzrə fəaliyyət növünə xüsusi icazə verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icazə qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. [20]

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən xüsusi icazə aldıqdan sonra hə min xüsusi icazədə göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada məşğul ola bilərlər.

1.4. Xüsusi icazənin sahibi verilən xüsusi icazədən (xüsusi icazənin surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu xüsusi icazənin qüvvəsi xüsusi icazə sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, xüsusi icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

II. XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ QAYDASI

2.1. Xüsusi icazə almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə aşağıdakıları təqdim etməlidir: [21]

2.1.1. xüsusi icazə almaq üçün ərizə;

ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün  hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;*

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən fəaliyyət növü;**

2.1.2. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.3.  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;

2.1.4.  ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.5.  radioaktiv maddələrin hasilatı, istehsalı, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar işlərin aparılmasına xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə** cavab verən aşağıdakı sənədlər:

radioaktiv maddələrin hasilatı, istehsalı, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün müvafiq binaların, məntəqə və anbarların istismara qəbul edilməsi aktı, radioloji-gigiyenik pasportu;

radioaktiv maddələrin hasilatı, istehsal, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların fiziki mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumat;

istifadə edilməsi nəzərdə tutulan radioaktiv mənbəli qurğular, cihazlar, avadanlıq və radioaktiv maddələr barədə məlumat (seriya nömrəsi, modeli, mənşə ölkəsi, maksimum gərginliyi, maksimum enerjisi, şüalanmanın növü və maksimum aktivliyi);

peşə şüalanmasının məhdudlaşdırılmasının, qiymətləndirilməsi və mühafizənin keyfiyyətinin təmin olunması, əmək şəraiti, ətraf mühitin və əhalinin şüalanmadan mühafizəsi haqqında məlumat;

qəza zamanı müdaxilənin həyata keçirilməsi üzrə tədbirlər proqramı;

işləyən heyətin radiasiya zonasında olmasının nəzərdə tutulmuş vaxt həddinin hesablamalarını əks etdirən sənəd və fərdi şüalanma doza səviyyəsinə nəzarət barədə məlumat;

mütəxəssislərin texniki-mühəndis ixtisasına malik olmaları haqqında rəsmi sənədlərin (vəsiqələrin-diplomların) surəti;

2.1.6. radioaktiv maddələrin nəqli ilə əlaqədar işlərin aparılmasına xüsusi icazənin verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə* cavab verən aşağıdakı sənədlər:

radioaktiv maddələrin nəqli üçün istifadə edilən nəqliyyat vasitələrinin texniki göstəriciləri, marşrutları və onların təhlükəli yüklərin daşınması qaydalarında nəzərdə tutulmuş tələblərə uyğunluğu barədə məlumat;

daşınacaq radioaktiv maddələrin siyahısı və təsnifatı;

qabların və bağlamaların, konteynerlərin tipləri, şüalanma və səthlərin çirklənmə səviyyələri barədə məlumat;

nəqliyyat vasitələrində və xüsusi konteynerlərdə yüklərin təsdiqlənmiş yükləmə (boşaltma) və bərkidilmə sxemi, yükləmə (boşaltma) zamanı istifadə olunan vasitələrin və mexanizmlərin siyahısı, radiasiya mühafizə və təhlükəsizliyinin təminatı ;

dövlət yol polisi (DYP) və Fövqəladə Hallar Nazirliyi tərəfindən avtomobil yollarında hərəkətə icazənin surəti və dövlət sanitariya nəzarəti orqanlarının sanitar-gigiyenik rəyi;

qəzanın qarşısının alınması və onun aradan qaldırılması planı.

2.2.   Fövqəladə Hallar Nazirliyi təqdim edilmiş sənədləri ekspertizadan keçirir və ərizəçinin xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyəti üzrə texniki və təşkilati hazırlığı haqqında ekspert rəyini verir.

2.3.   Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.4.   Xüsusi icazə almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydiyyata alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla xüsusi icazə verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.5. Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1.  bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2.  ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3.  fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.5.4.  ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda.

2.6.  Ərizəçi xüsusi icazə verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra xüsusi icazə almaq üçün bu Qaydalara uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7.  Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə də öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxsin yenidən hüquqi-təşkilati forması dəyişdikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, xüsusi icazə itirildikdə, ərizəçi 15 gün müddətində xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Xüsusi icazənin yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Xüsusi icazənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki xüsusi icazə əsasında, xüsusi icazə itirildikdə isə Fövqəladə Hallar Nazirliyinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə xüsusi icazənin yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. XÜSUSİ İCAZƏ

3.1. Xüsusi icazədə aşağıdakılar göstərilir:

3.1.1. Fövqəladə Hallar Nazirliyinin adı;

3.1.2.  hüquqi şəxslər üçün - xüsusi icazə verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3.  hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);

3.1.4.  həyata keçirilməsinə xüsusi icazə verilən fəaliyyət növü;

3.1.5.  xüsusi icazənin qüvvədə olma müddəti;

3.1.6.  xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi.

Xüsusi icazənin şərtləri xüsusi icazə blankına qoşulmuş xüsusi vərəqələrdə göstərilir.

3.2. Xüsusi icazə Azərbaycan Respublikasının fövqəladə hallar naziri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq edilir. [22]

3.3. Fəaliyyət növünün ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirilməsi nəzərdə tutulduğu hallarda həmin obyektlər barədə bu Qaydaların 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərində göstərilən sənədlər ərizəçi tərəfindən təqdim edildiyi təqdirdə ərizəçiyə obyektlərin ünvanları qeyd olunan xüsusi icazənin surətləri verilir.

3.4. Xüsusi icazənin blankı Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən təsdiq edilir. [23]

IV. XÜSUSİ İCAZƏNİN MÜDDƏTİ

4.1.  Xüsusi icazə 3 il müddətinə verilir.

4.2.  Xüsusi icazənin qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3.  Müddəti bitmiş xüsusi icazə və onun surətləri etibarsız sayılır.

V. XÜSUSİ İCAZƏNİN QÜVVƏDƏ OLMA ŞƏRTLƏRİ

5.1.  Xüsusi icazə sahibləri radioaktiv maddələrlə bağlı fəaliyyət növünü həyata keçirərkən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun və radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların müddəalarına riayət etməlidirlər.

5.2.  Xüsusi icazə sahibləri aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidir:

5.2.1.  aparılan texniki-təşkilati və texnoloji dəyişikliklər barədə məlumatların vaxtında (24 saat ərzində) Fövqəladə Hallar Nazirliyinə çatdırılması;

5.2.2.  radiasiya mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik tədbirlərin təşkil edilməsi və yerinə yetirilməsi;

5.2.3.  xüsusi icazə verilmiş fəaliyyət növünün özünəməxsus spesifik texniki-mühəndis xüsusiyyətlərindən irəli gələn digər texniki, inzibati və təşkilati tədbirlərin həyata keçirilməsi;

5.2.4.  radiasiya təhlükəsizliyi üzrə mövcud norma və qaydaların tələblərinə uyğun gəlməyən çatışmazlığın müəyyən edilməsi və onların ləğv edilməsi üçün müvafiq tədbirlərin yerinə yetirilməsi və həyata keçirilmiş tədbirlər barəsində məlumatların Fövqəladə Hallar Nazirliyinə çatdırılması;

5.2.5.  radioaktiv maddələrin və onların saxlandığı binaların (anbarların) texniki vəziyyətinin radioaktiv təhlükəsizliyin təmin edilməsi tələblərinə cavab verməsi;

5.2.6.  işdə istifadə olunan radioaktiv maddələrin və ionlaşdırıcı şüa mənbələrinin Azərbaycan Respublikası ərazisində hərəkəti haqqında Fövqəladə Hallar Nazirliyinə müəyyən olunmuş qaydada məlumat verilməsi.

5.3. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların radiasiya qəzası zamanı vəzifələri aşağıdakılardır:

radiasiya qəzası və onun nəticələrindən işçi heyətin və əhalinin mühafizə olunması sahəsində tədbirlərin yerinə yetirilməsini təmin etmək;

radiasiya qəzası baş verdikdə radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericiliyə uyğun olaraq dövlət nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, habelə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinə, yüksək şüalanma gözlənilən ərazinin yerli icra hakimiyyəti orqanlarına və əhaliyə məlumat vermək; [24]

radiasiya qəzasından zərər çəkənlərə ilkin tibbi yardım göstərilməsini həyata keçirmək;

radioaktiv çirklənmə mənbələrini təcrid etmək və radioaktiv maddələrin ətraf mühitə yayılmasının qarşısını almaq;

radiasiya qəzası zamanı radiasiya şəraitinin dəyişməsi və radiasiya qəzasının genişlənməsinin operativ təhlilini aparmaq;

radiasiya qəzası ləğv edildikdən sonra ionlaşdırıcı şüa mənbələri ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların ərazisində radiasiya şəraitinin normallaşdırılması sahəsində əməli tədbirlər görmək.

5.4. Radiasiya qəzası baş vermə ehtimalı olan müəssisə və təşkilatlarda aşağıdakı sadalananlar olmalıdır:

baş verməsi ehtimal edilən radiasiya qəzalarının siyahısı;

radiasiya qəzasının qarşısının alınması və baş verə biləcək qəzanın nəticələrinin ləğvi barədə tədbirlər planı;

işçilərin (heyətin) və əhalinin radiasiya qəzasından və qəzanın nəticələrindən mühafizəsinin, radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq dövlət orqanları ilə razılaşdırılmış tədbirlər planı;

radiasiya qəzası haqqında məlumat vermək və onun nəticələrini ləğv etmək üçün vasitələr;

radiasiya qəzasına məruz qalan şəxslərin profilaktikası və radiasiya qəzasından zərər çəkənlərə pulsuz ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün vasitələr;

işçilərdən (heyətdən) təşkil olunmuş qəza-xilasetmə dəstələri.

5.5.  Xüsusi icazənin qüvvədə olma qaydalarına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

5.6.  Nəzarətin həyata keçirilməsində Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.6.1.  xüsusi icazədə göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlara və xüsusi icazə qaydalarına riayət edilməsini öz səlahiyyətləri çərçivəsində yoxlamaq;

5.6.2.  yoxlama zamanı ortaya çıxan suallara aid xüsusi icazə sahibindən əlavə məlumatlar, arayışlar almaq;

5.6.3.  yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.6.4.  müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə xüsusi icazə sahibinə xəbərdarlıq vermək;

5.6.5.  xüsusi icazənin fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.7. Xüsusi icazə sahibi aparılan yoxlama zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndələrini yoxlanılacaq obyektlərə buraxmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

Yoxlamanın nəticəsi barədə üç nüsxədən ibarət akt tərtib edilir. Akt Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və xüsusi icazə sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta xüsusi icazə sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi xüsusi icazə sahibində qalır.

5.8. Tərtib olunmuş aktda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, yoxlama zamanı aparılan araşdırmalarda iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və digər dövlət nəzarəti orqanı əməkdaşının vəzifəsi, adı, soyadı, atasının adı göstərilir və bu barədə xüsusi icazə sahibinin (müəssisənin) Nəzarət kitabçasında qeydiyyat aparılır. [25]

VI. XÜSUSİ İCAZƏNİN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ YA LƏĞV EDİLMƏSİ

6.1. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1.  ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2.  ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3.  hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4.  fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə.

6.2. Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Xüsusi icazənin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə xüsusi icazənin fəaliyyəti xüsusi icazənin sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə xüsusi icazə bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. Fövqəladə Hallar Nazirliyi xüsusi icazəni aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. xüsusi icazə verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. xüsusi icazənin qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə və hüquqi şəxs yaratmadan sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə.

6.4.  Fövqəladə Hallar Nazirliyi xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5.  Fövqəladə Hallar Nazirliyi verdiyi, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi xüsusi icazələrin reyestrini aparır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822)

2.       1 mart  2007-ci il tarixli 46 nömrəli  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 302)

3.       25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64)

  1. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
  2. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[*] Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.

** Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır.

* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.

* Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır.

[1] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 1.2-ci bəndində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra — Dövlətdağtexnəzarət Komitəsi)” sözləri Fövqəladə Hallar Nazirliyisözləri ilə əvəz edilmişdir.

[2] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 2.1-ci, 2.2-ci, 2.4-cü, 2.6-cı, 2.7-ci, 3.2-ci, 5.3 - 5.6-cı, 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.4-cü 6.5-ci bəndlərində və 3.1.1-ci, 5.2.1-ci, 5.2.5-ci, 5.2.7-ci yarımbəndlərində ismin müvafiq hallarında Dövlətdağtexnəzarət Komitəsi sözləri ismin müvafiq hallarında Fövqəladə Hallar Nazirliyisözləri ilə əvəz edilmişdir.

[3] 25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64) ilə "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"na 3.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.2. Xüsusi icazə Dövlətdağtexnəzarət Komitəsinin sədri (o, olmadıqda, onu əvəz edən müavini) tərəfindən imzalanır və Dövlətdağtexnəzarət Komitəsinin möhürü ilə təsdiq olunur.

[4] 25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64) ilə "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"na  yeni məzmunda 3.4-cü bənd əlavə edilmişdir.

[5] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 5.2.3-cü yarımbəndində Dövlətdağtexnəzarət Komitəsinə sözləri Fövqəladə Hallar Nazirliyinə sözləri ilə əvəz edilmişdir, “, habelə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinə,” sözləri çıxarılmışdır.

[6] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 5.7-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 5.7-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

[7] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra — Dövlətdağtexnəzarət Komitəsi)” sözləri Fövqəladə Hallar Nazirliyisözləri ilə əvəz edilmişdir.

[8] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın 2.1-ci, 2.2-ci, 2.4-cü, 2.6-cı, 2.7-ci, 3.2-ci, 5.4 - 5.6-cı, 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.6-cı bəndlərində və 3.1.1-ci, 5.2.15-ci yarımbəndlərində ismin müvafiq hallarında Dövlətdağtexnəzarət Komitəsi sözləri ismin müvafiq hallarında Fövqəladə Hallar Nazirliyisözləri ilə əvəz edilmişdir.

[9] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın 2.1.5-ci yarımbəndinin altıncı abzasından və Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsisözləri çıxarılmışdır.

[10] 25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64) ilə "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları"na 3.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.2. Xüsusi icazə Dövlətdağtexnəzarət Komitəsinin sədri (o olmadıqda, onu əvəz edən müavini) tərəfindən imzalanır və Dövlətdağtexnəzarət Komitəsinin möhürü ilə təsdiq olunur.

[11] 25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64) ilə "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları"na yeni məzmunda 3.4-cü bənd əlavə edilmişdir.

[12] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın 5.2.2-ci yarımbəndində Dövlətdağtexnəzarət Komitəsinə» sözləri Fövqəladə Hallar Nazirliyinə sözləri ilə əvəz edilmişdir, “, habelə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinə,” sözləri çıxarılmışdır.

[13] 1 mart  2007-ci il tarixli 46 nömrəli  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 302) ilə  5.3-cü bəndində “Dövlətdağtexnəzarət Komitəsi ” sözləri “Fövqəladə Hallar Nazirliyi ” sözləri ilə əvəz edilmişdir.

[14] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın 5.7-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları”nın 5.7-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

[15] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi Qaydaları”nın 1.2-ci bəndində Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra — Dövlətdağtexnəzarət Komitəsi)” sözləri “Fövqəladə Hallar Nazirliyi sözləri ilə əvəz edilmişdir.

[16] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi Qaydaları”nın 2.1-ci, 2.2-ci, 2.4-cü, 2.6-cı, 2.7-ci, 3.2-ci, 5.3-cü, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.6-cı bəndlərində və 3.1.1-ci, 5.2.1-ci yarımbəndlərində ismin müvafiq hallarında Dövlətdağtexnəzarət Komitəsi sözləri ismin müvafiq hallarında Fövqəladə Hallar Nazirliyi sözləri ilə əvəz edilmişdir.

[17] 25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64) ilə "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi Qaydaları"na yeni məzmunda 3.2-ci bənd əlavə edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.2. Xüsusi icazə Dövlətdağtexnəzarət Komitəsinin sədri (o olmadıqda, onu əvəz edən müavini) Tərəfindən imzalanır və Dövlətdağtexnəzarət Komitəsinin möhürü ilə təsdiq olunur.

[18] 25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64) ilə "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi Qaydaları"na yeni məzmunda 3.4-cü bənd əlavə edilmişdir.

[19] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi Qaydaları”nın 5.7-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazənin verilməsi Qaydaları”nın 5.7-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

[20] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları”nın 1.2-ci bəndində Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra — Dövlətdağtexnəzarət Komitəsi)” sözləri Fövqəladə Hallar Nazirliyisözləri ilə əvəz  edilmişdir.

[21] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları”nın 2.1-ci, 2.2-ci, 2.4-cü, 2.6-cı, 2.7-ci, 3.2-ci, 5.5-ci, 5.6-cı, 5.7-ci, 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci bəndlərində və 2.1.6-cı, 3.1.1-ci, 5.2.1-ci, 5.2.4-cü, 5.2.6-cı yarımbəndlərində ismin müvafiq hallarında Dövlətdağtexnəzarət Komitəsi sözləri ismin müvafiq hallarında Fövqəladə Hallar Nazirliyisözləri ilə əvəz edilmişdir.

[22] 25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64) ilə "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"na 3.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.2. Xüsusi icazə Dövlətdağtexnəzarət Komitəsinin sədri (o olmadıqda, onu əvəz edən müavini) tərəfindən imzalanır və Dövlətdağtexnəzarət Komitəsinin möhürü ilə təsdiq olunur.

[23] 25 yanvar 2010-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 01, maddə 64) ilə "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"na 3.4-cü bənd yeni redaksiyada verilmişdir.

[24] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №09, maddə 822) ilə “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları”nın 5.3-cü bəndində “Dövlətdağtexnəzarət Komitəsinə sözləri Fövqəladə Hallar Nazirliyinə sözləri ilə əvəz edilmişdir, “, habelə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinə,” sözləri çıxarılmışdır.

[25] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları”nın 5.8-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları”nın 5.8-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status