×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.06.2004
QEYDİYYAT NÖMRƏSİ
677-IIQD
ADI
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2004, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 415)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
020.000.000
190.000.000
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1997-ci il 4 noyabr tarixli 390-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2, maddə 61) 2-ci bəndində "Fərmana" sözü "təqdimata" sözü ilə əvəz edilsin.

II.  Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, N? 22, maddə 364) 16 nömrəli əlavəsində "Fərman" sözü ismin müvafiq hallarında "təqdimat" sözü ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının Təhsil Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 4, maddələr 287, 294, № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5, maddələr 285, 286; 2001-ci il, № 3, maddə 138, N2 11, maddə 672, № 12, maddələr 731, 736; 2003-cü il, № 1, maddə 1; Azərbaycan Respublikasının 2004-cü il 9 mart tarixli 603-IIQD nömrəli Qanunu) 21-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1)   dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.".

2)   altıncı hissə aşağıdakı redaksiyada verilsin:

"Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

IV. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 566-IIQD nömrəli Qanunu) 157.9-cu maddəsinə "hallarda" sözündən sonra "yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən" sözləri əlavə edilsin.

V.  Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 478, 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddələr 237, 241; 2003-cü il, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli 587-IIQD nömrəli Qanunu) 73-cü maddəsinin 1-ci bəndinin on birinci abzasında "məhkəmə tərəfindən" sözləri "qanunla" sözü ilə əvəz edilsin, 84-cü maddəsinin 5-ci bəndinə "şəxsə" sözündən sonra "istifadəyə" sözü və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Hüquqi və ya fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət və ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi şərtləri və hallan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir".

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının prezidenti

 

Bakı şəhəri, 1 iyun 2004-cü il

№ 677-IIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status