×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.06.2004
QEYDİYYAT NÖMRƏSİ
686-IIQ
ADI
"Dənizdə insan həyatının mühafizəsinə dair" 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola qoşulmaq barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2004, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 417)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dənizdə insan həyatının mühafizəsinə dair" 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola qoşulmaq barədə

"Dənizdə insan həyatının mühafizəsinə dair" 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.   Azərbaycan Respublikası "Dənizdə insan həyatının mühafizəsinə dair" 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2004-cü il

№ 686-IIQ

 

 

Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü ü tarixli

Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli

PROTOKOL

Bu Protokolun Tərəfləri,

1974-cü il noyabrın 1-də Londonda imzalanmış Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın Tərəfləri olaraq, yuxarıda adı çəkilən Konvensiyaya yoxlama və digər beynəlxalq sənədlərin müvafiq müddəaları ilə uyğunlaşdırılmış şəhadətnamələrin yoxlanması və tərtibi qaydalarının daxil edilməsi zərurətini etiraf edərək,

bu məqsədə çatmaq üçün Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya Protokolun qəbulunu ən yaxşı üsul hesab edərək,

aşağıdakılar barədə razılığa gəlmişlər:

I m addə
Ümumi öhdəliklər

1. Bu Protokol Tərəfləri həmin Protokolun və onun ayrılmaz hissəsini təşkil edən Əlavənin müddəalarını yerinə yetirməyi öhdəyə götürürlər. Bu Protokola hər bir istinad eyni zamanda onun Əlavəsinə istinadı bildirir.

2.     Düzəlişlər edilmiş Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın (bundan sonra - Konvensiya) müddəaları bu Protokolun Tərəfləri arasındakı münasibətlərdə həmin Protokoldakı dəyişikliklər və əlavələr nəzərə alınmaqla tətbiq olunur.

3.     Konvensiyanın və bu Protokolun Tərəfi hesab edilməyən dövlətin bayrağı altında üzmək hüququna malik olan gəmilərə münasibətdə həmin Protokolun Tərəfləri belə gəmilərə daha əlverişli rejim yaradılmasından ötrü Konvensiyanın və bu Protokolun tələblərini nə qədər zəruridirsə tətbiq edirlər.

II maddə
Əvvəlki müqavilələr

1. Bu Protokolun Tərəfləri arasındakı münasibətlərdə həmin Protokol Konvensiyaya 1978-ci il tarixli Protokolu əvəz edir və ləğv edir.

2.     Bu Protokolun istənilən digər müddəalarına, Konvensiyanın qaydalarına əsasən və onlara müvafiq surətdə verilmiş hər hansı şəhadətnaməyə, Konvensiyaya 1978-ci il tarixli Protokolun qaydalarına əsasən və onlara müvafiq surətdə verilmiş belə şəhadətnaməyə istənilən əlavəyə baxmayaraq, bu Protokol qüvvəyə minərkən, həmin şəhadətnaməni və ya əlavəni verən Tərəflərə münasibətdə onlardan qüvvədə olanları, hadisədən asılı olaraq Konvensiyanın, yaxud Konvensiyaya 1978-ci il tarixli Protokolun şərtlərinə müvafiq surətdə onun qüvvədə olma müddəti qurtaranadək qüvvədə qalır.

3.     Bu Protokolun Tərəfləri 1974-cü il noyabrın 1-də qəbul olunmuş Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiyanın müddəalarına əsasən və onlara müvafiq surətdə şəhadətnamə vermir.

III   m ad də

İnformasiyanın göndərilməsi

Bu Protokolun Tərəfləri aşağıdakıları Beynəlxalq Dəniz Təşkilatının (bundan sonra - Təşkilat) Baş katibinə göndərməyi və saxlamağa təhvil verməyi öhdəyə götürürlər:

a) bu Protokolda toxunulan müxtəlif məsələlərə dair dərc edilmiş qanunların, qərarların, əmrnamələrin, qaydaların və digər sənədlərin mətnlərini;

b)  dənizdə insan həyatının mühafizəsinin təmin edilməsinə dair tədbirlər görülməsini həyata keçirən təyin olunmuş müfəttişlərin və ya onların adından müvəkkil edilən tanınmış təşkilatların siyahısını; bu siyahı təyin olunmuş həmin müfəttişlərin, yaxud tanınmış təşkilatların konkret vəzifə öhdəlikləri və onlara verilmiş səlahiyyət şərtləri barədə onların vəzifəli şəxslərinə məlumat və xəbər çatdırılması məqsədilə Tərəflərə göndərilmək üçündür;

c)    bu Protokolun müddəalarına əsasən verilən şəhadətnamələrin kifayət qədər nümunələrini.

IV   m a d d ə

İmzalanma, ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və qoşulma

1. Bu Protokol 1989-cu il martın 1-dən 1990-cı il fevralın 28-nə kimi Təşkilatın qərargahında imzalanmaq üçün açıqdır və bundan sonra da qoşulmaq üçün açıq qalır. Dövlətlər 3-cü bəndin müddəalarını nəzərə almaqla, bu Protokolun müddəalarına riayət etməyə aşağıdakı yolla razılıq verdiklərini ifadə edə bilərlər:

a)     ratifikasiya barədə qeyd-şərtsiz imzalama, qəbul və ya təsdiq etməklə; yaxud

b)    ratifikasiya, qəbul və ya təsdiq etmə barədə qeyd-şərtlə imzalama; sonradan ratifikasiya, qəbul etməklə və ya təsdiq etməklə; yaxud

 

2.      Ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma bu barədə sənədi Təşkilatın Baş katibinə saxlamağa vermək yolu ilə həyata keçirilir.

3.      Konvensiyanı yalnız qeyd-şərtsiz imzalayan, ratifikasiya edən, qəbul edən, təsdiq edən və ya ona qoşulan dövlətlər bu Protokolu qeyd-şərtsiz imzalaya, ratifikasiya edə, qəbul edə, təsdiq edə və ya ona qoşula bilərlər.

V   maddə

Qüvvəyə minmə

1. Bu Protokol aşağıdakı şərtlərin hər ikisinin yerinə yetirildiyi tarixdən on iki ay keçdikdən sonra qüvvəyə minir:

a)     ticarət gəmilərinin ümumi tutumu dünya ticarət donanması gəmilərinin ümumi tutumunun azı 50%-ni təşkil edən azı on beş dövlət IV maddəyə müvafiq surətdə Protokolun müddəalarına riayət etməyə razılıqlarını bildirmişlər, və

b)    yük markası haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokolun qüvvəyə minməsi üçün şərtlər yerinə yetirilmişdir,

bu Protokolun 1992-ci il fevralın 1-dək qüvvəyə minmədiyi halda.

2.     Bu Protokolu ratifikasiya etmək, qəbul etmək, təsdiq etmək və ya ona qoşulma barədə sənədi onun qüvvəyə minməsindən ötrü şərtlər yerinə yetirildikdən sonra, ancaq qüvvəyə minmə, ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma tarixinə qədər saxlamağa təhvil verən dövlətlər üçün ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma, hansı tarixin daha sonra gəlməsindən asılı olaraq, ya bu Protokolun qüvvəyə minmə tarixində, ya da sənədin saxlanmağa verildiyi tarixdən üç ay keçdikdən sonra qüvvəyə minir.

3.     Bu Protokolun qüvvəyə mindiyi tarixdən sonra ratifikasiya etmək, qəbul etmək, təsdiq etmək və ya qoşulmaq barədə saxlanmağa verilmiş hər hansı sənəd onun saxlanmağa verildiyi tarixdən etibarən üç ay keçdikdən sonra qüvvəyə minir.

4. Bu Protokola düzəlişin VI maddəyə əsasən qəbul edildiyi tarixdən sonra ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma barədə saxlanmağa verilmiş istənilən sənəd bu Protokola edilən düzəlişlərlə birlikdə ona aid edilir.

VI   m addə

Düzəlişlər

Konvensiyanın VIII maddəsində şərh edilmiş rəsmi qaydalar bu Protokola edilən düzəlişlərə aşağıdakı şərtlərlə tətbiq olunur:

a)     həmin maddədə Konvensiyaya və Razılığa gəlmiş Hökumətlərə istinadlar bu Protokola və müvafiq surətdə bu Protokolun Tərəflərinə istinadları bildirir;

b)    bu Protokolun maddələrinə və ona Əlavəyə düzəlişlər Konvensiyanın maddələrinə və ya ona Əlavənin I fəslinə düzəlişlərə tətbiq edilən rəsmi qaydaya (prosedura) müvafiq surətdə bəyənilməli və qüvvəyə minməlidir;

c)     bu Protokola Əlavəyə edilən əlavələrə düzəlişlər I fəsil istisna edilməklə, Konvensiyaya Əlavəyə edilən düzəlişlərə tətbiq olunan rəsmi qaydaya müvafiq surətdə bəyənilə və qüvvəyə minə bilər.

VII   maddə

Denonsasiya

1. Bu Protokol həmin Tərəflər üçün bu Protokol qüvvəyə mindiyi tarixdən etibarən beş il keçdikdən sonra hər hansı vaxtda istənilən Tərəfdən denonsasiya edilə bilər.

2.     Denonsasiya Təşkilatın Baş katibinə denonsasiya barədə sənədi saxlamağa vermək yolu ilə həyata keçirilir.

3.     Denonsasiya bu barədə sənədin Təşkilatın Baş katibi tərəfindən alındığı tarixdən etibarən bir il keçdikdən və ya həmin sənəddə göstərilə bilən daha uzun müddətdən sonra qüvvəyə minir.

4.    Hər hansı Tərəfdən Konvensiyanın denonsasiyası həmin Tərəfdən bu Protokolun denonsasiyası hesab edilir. Belə denonsasiya Konvensiyanın XVI maddəsinin "c" bəndinə müvafiq surətdə Konvensiyanın denonsasiyası tarixindən qüvvəyə minir.

VIII   maddə

Depozitari

1. Bu Protokol Təşkilatın (bundan sonra - Depozitari) Baş katibinə saxlanmağa verilir.

2.      Depozitari aşağıdakıları etməlidir:

a) bu Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərin Hökumətlərinə aşağıdakılar barədə məlumat verməlidir:

i) tarixləri qeyd edilməklə ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında hər yeni imzalanmış və ya saxlanmağa verilmiş sənəd barədə;

ii) bu Protokolun qüvvəyə minməsi tarixi barədə;

iii) bu Protokolun alınması tarixi və denonsasiyasının qüvvəyə minməsi tarixi qeyd edilməklə onun denonsasiyası barədə istənilən sənədin saxlanmağa verilməsi barədə.

b) bu Protokolun əsl mətninin təsdiq edilmiş surətləri həmin Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərin Hökumətlərinə göndərilməlidir.

3. Bu Protokol qüvvəyə mindikdən dərhal sonra onun əsl mətninin təsdiq edilmiş surəti Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq surətdə qeydiyyata alınmaq və dərc edilmək üçün Depozitari tərəfindən Birləşmiş Millətlər Təşkilatının Katibliyinə göndərilir.

IX   m a ddə

Dillər

Bu Protokol ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində bir əsl nüsxədə tərtib edilmişdir və bütün mətnlər eynidir. İtalyan dilinə rəsmi tərcümə hazırlanaraq imzalanmış əsl mətnlə birlikdə saxlanmağa təhvil veriləcəkdir.

Londonda min doqquz yüz səksən səkkizinci il noyabrın on birində imzalanmışdır.

Bunun təsdiqi olaraq, öz Hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Protokolu imzalamışlar.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status