AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.06.2004
QEYDİYYAT NÖMRƏSİ
687-IIQ
ADI
"Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli Beynəlxalq Konvensiyaya (1995-ci il tarixli əlavələrlə) qoşulmaq barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2004, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 418)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli Beynəlxalq Konvensiyaya (1995-ci il tarixli əlavələrlə) qoşulmaq barədə

"Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli Beynəlxalq Konvensiyaya (1995-ci il tarixli əlavələrlə) qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.    Azərbaycan Respublikası "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli Beynəlxalq Konvensiyaya (1995-ci il tarixli əlavələrlə) qoşulsun.

II.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyun 2004-cü il

                 № 687-IIQ

 

 

Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və

növbə çəkməyə dair 1978-ci il tarixli

BEYNƏLXALQ KONVENSİYA

Bu Konvensiyanın Tərəfləri,

Dənizdə insan həyatının və əmlakın mühafizəsini gücləndirməyə, habelə dəniz mühitinin qorunmasını, dənizçilərin hazırlanması və növbə çəkməyə ümumi razılıq əsasında beynəlxalq normalar müəyyən edilməsi yolu ilə kömək göstərilməsini arzulayaraq,

Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkmə haqqında Beynəlxalq Konvensiyanın bağlanmasını bu məqsədə çatmağın ən yaxşı üsulu hesab edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə   I

Konvensiya üzrə ümumi öhdəliklər

(1)      Tərəflər Konvensiyanın və onun ayrılmaz hissəsi olan Əlavənin müddəalarını icra etməyi öhdələrinə götürürlər. Konvensiyaya edilən hər hansı bir istinad eyni zamanda Əlavəyə də edilən istinadı bildirir.

(2)      Tərəflər, dənizdə insan həyatının və əmlakın mühafizəsi, habelə dəniz mühitinin qorunması baxımından gəmilərdə dənizçilərin lazımi ixtisasa malik olmaları və xidməti vəzifələrinin icrası üçün yararlı olmalarını təmin etmək məqsədilə Konvensiyanın müddəalarının tam icrası üçün tələb oluna biləcək bütün qanun, dekret, əmr və qaydaları qəbul etməyi və bütün digər tədbirləri görməyi öhdələrinə götürürlər.

MaddəII

Anlayışlar

Konvensiyada, əgər xüsusi olaraq başqa hal nəzərdə tutulmayıbsa,

(a)   "Tərəf", onun üçün Konvensiyanın qüvvəyə mindiyi dövləti bildirir;

(b)  "Administrasiya", bayrağı altında gəminin üzmək hüququ olan Tərəfin hökumətini bildirir;

(c)   "Diplom" Administrasiya və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən verilən, yaxud Administrasiya tərəfindən tanınan həqiqi sənəd deməkdir; necə adlandırılmasından asılı olmayaraq, sahibinə bu sənəddə göstərilən və ya milli qaydalarla icazə verilən vəzifəni tutmaq hüququ verir;

(d) "Diplomun sahibi" qanuni əsaslarla diploma sahib olan şəxsi bildirir;

(e)   "Təşkilat" Beynəlxalq Dəniz Təşkilatım (İMO) bildirir;

(f)   "Baş katib" Təşkilatın Baş katibini bildirir;

(g)  "Dəniz gəmisi" yalnız daxili sularda, mühafizə edilən və ya bilavasitə onlara yaxın olan su hüdudlarında, yaxud liman qaydalarının qüvvədə olduğu rayonlarda üzən gəmilərdən fərqli olan gəmini bildirir;

(h) "Balıqovlayan gəmi" balıq, balina, suiti, morj və dənizin başqa canlı ehtiyatlarını ovlamaqla məşğul olan gəmini bildirir;

(i) "Radiorabitə reqlamenti" radio rabitəsinin reqlamentini bildirir, bu reqlament qüvvəyə minən Elektrik rabitəsi haqqında beynəlxalq Konvensiyanın əlavəsidir və ya onun əlavəsi kimi baxılır.

Maddə   III

Tətbiq dairəsi

Konvensiya Tərəflərin bayrağı altında üzmək hüququ olan dəniz gəmilərində işləyən dənizçilərə tətbiq olunur, aşağıdakı dənizçilər istisna edilir:

(a) hərbi gəmilərdə, yardımçı hərbi gəmilərdə və ya dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərdə xidmət edənlər. Lakin hər bir Tərəf, ona məxsus olan və ya onun tərəfindən istismar edilən belə gəmilərin istismarına və ya istismar imkanlarına zərər vurmayan müvafiq tədbirlər görmək yolu ilə belə gəmilərdə işləyən şəxslərin Konvensiyanın tələblərinə, bu nə qədər məqsədəuyğun və təcrübədə mümkündürsə, cavab vermələrini təmin etməlidir;

(b)   balıqçı gəmilərində işləyənlər;

(c)    kommersiya ilə məşğul olmayan gəzinti yaxtalarında işləyənlər və ya

(d)  primitiv konstruksiyalı taxta gəmilərdə işləyənlər.

Maddə   IV

Məlumatın təqdim olunması

(1) Tərəflər mümkün qədər qısa zamanda Baş katibə təqdim edirlər:

(a)    Konvensiyanın əhatə etdiyi məsələlər üzrə dərc edilmiş qanım, dekret, əmr, qayda və digər sənədlərin mətnini;

(b)   Konvensiyaya müvafiq olaraq diplomların verilməsi üçün proqram və tədris müddətinə münasibətdə, harda mümkündürsə, tam məlumatları, habelə milli imtahan və başqa tələbləri;

(c)     Konvensiyaya müvafiq olaraq verilən diplomların kifayət sayda nümunələrini.

(2) Baş katib (1) (a) yarımbəndinə müvafiq olaraq alman istənilən təqdimat barədə bütün Tərəflərə məlumat verir və xüsusilə IX və X maddələrin məqsədləri üçün ona (1) (b) və (c) yarımbəndlərinə müvafiq olaraq təqdim edilmiş istənilən məlumatı Tərəflərin xahişinə görə onlara göndərir.

Maddə   V

Başqa müqavilələr və təfsirlər

(1)  Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkmə normalarına dair Tərəflər arasında hazırda qüvvədə olan bütün əvvəlki müqavilələr, konvensiyalar və sazişlər etibarda olduqları müddət ərzində aşağıdakılara münasibətdə tam qüvvəsini saxlayır:

(a)    bu Konvensiyanın tələb olunmadığı dənizçilərə;

(b)  Konvensiyanın tətbiq olunduğu dənizçilərə, lakin o məsələlərdə ki, Konvensiyada xüsusi olaraq onlar nəzərə alınmamışdır.

(2)    Lakin bu Konvensiyanın müddəalarına zidd olan müqavilə, konvensiya və saziş üzrə öhdəlikləri arasındakı ziddiyyətləri ləğv etmək məqsədilə Tərəflər belə müqavilə, konvensiya və sazişlər üzrə öz öhdəliklərinə yenidən baxırlar.

(3)  Konvensiyada xüsusi olaraq nəzərdə tutulmamış bütün məsələlər Tərəflərin qanunvericiliklərinin mövzusu olaraq qalır.

(4) Heç nə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (XXV) 2750 C Qətnaməsinə müvafiq olaraq çağırılmış BMT-nin dəniz hüququ üzrə Konfransının dəniz hüquqlarının kodlaşdırılması və inkişafı, habelə dəniz hüququ və sahilboyu dövlətlərin təbiəti və yurisdiksiyası hüdudları və dövlət bayrağı məsələləri üzrə hər hansı bir dövlətin indiki və ya gələcək iddialarını və hüquqi mövqelərini əvvəlcədən Konvensiyada müəyyənləşdirmir.

Maddə   VI

Diplomlar

(1)    Kapitan, komandir və ya sıravi heyət üzvlərinin diplomları o namizədlərə verilir ki, onlar Konvensiyanın Əlavəsinin müvafiq müddəalarına uyğun olaraq işə, yaşa, sağlamlıqlarının vəziyyətinə, hazırlıqlarına, ixtisaslarına və imtahanlara münasibətdə olan tələblərə Administrasiyanı təmin edəcək qədər cavab verirlər.

(2)    Bu maddəyə müvafiq olaraq kapitanlara və komandir heyət üzvlərinə verilən diplomlar, onları verən Administrasiya tərəfindən Əlavənin 1/2 qaydası ilə müəyyənləşdirilmiş formada təsdiqlənir. Əgər təsdiq ingilis dilində tərtib edilməyibsə, təsdiq də bu dildə tərcümə olunmalıdır.

Maddə   VII

Keçid dövrünün müddəaları

(1)0 vəzifə ki, onu tutmaq üçün Konvensiya ilə diplom tələb olunur, Tərəflər üçün Konvensiya qüvvəyə minənə qədər, Tərəflərin qanununa və ya Radiorabitə reqlamentinə müvafiq olaraq verilmiş peşəkar və ya praktik standart diplomlar Tərəflər üçün Konvensiya qüvvəyə mindikdən sonra da etibarlı sayılır.

(2)    Tərəf üçün Konvensiya qüvvəyə mindikdən sonra 5 ildən çox olmayan müddət ərzində Tərəfin Administrasiyası artıq müəyyənləşmiş təcrübəyə müvafiq olaraq peşəkar standart diplomların verilməsini davam etdirə bilər. Bu diplomlar Konvensiyanın məqsədləri üçün etibarlı sayılır. Keçid dövrü ərzində belə diplomlar yalnız o dənizçilərə verilir ki, onlar gəmilərdə müəyyən ixtisas üzrə öz işlərinə başlamış olsunlar, həmin ixtisasa aid olan belə diplomlar mövcud Konvensiya bu Tərəf üçün qüvvəyə minənə qədər verilmiş olsun.

(3)    Tərəf bu Konvensiya onun üçün qüvvəyə mindikdən sonra iki il müddətində bu Konvensiya üzrə müvafiq diploma və ya belə Tərəf üçün Konvensiya qüvvəyə minənə kimi milli qanunlara uyğun olaraq verilmiş peşəkar standart diploma malik olmayan dənizçilərə praktik diplomunu verə bilər, o dənizçilərə ki:

(a)    Bu Tərəf üçün Konvensiyanın qüvvəyə minməsindən əvvəlki 7 il hüdudlarında üç ildən az olmayaraq praktik diplomu almaq istədiyi vəzifədə dənizdə işləmişlər;

(b)    kafi işlədiklərinin sübutunu təqdim edirlər;

(c)     ərizə verdikləri anda onların yaşı nəzərə alınmaqla, o cümlədən görmə və eşitmə də daxil olmaqla, sağlamlıqlarının vəziyyətinə münasibətdə Administrasiyanın tələblərinə cavab verirlər.

Bu Konvensiyanın məqsədləri üçün bu bəndin əsasında verilmiş praktik diplom Konvensiyanın müddəaları əsasında verilmiş diplomun ekvivalenti kimi qəbul edilir.

Maddə   VIII

Güzəştli icazə

(1) Müstəsna zəruri hallarda Administrasiya, əgər onun fikrincə bu, insanlar, əmlak və ya ətraf mühit üçün təhlükə yaratmırsa, müəyyən dənizçilərə müəyyən gəmidə, altı aydan artıq olmayan müəyyən vaxt ərzində müvafiq diploma malik olmadığı vəzifədə işləməsi üçün güzəştli icazə verə bilər, bu şərtlə ki, vakansiyanın olduğu vəzifəni tutmaq üçün güzəştli icazənin verildiyi şəxs təhlükəsizliyi təmin etməyə münasibətdə Administrasiyanın tələblərinə cavab verən ixtisasa malik olsun. Belə icazə radiomütəxəssis və ya radiotelefonçu vəzifəsini tutmaq üçün yalnız Radiorabitə reqlamentinin müvafiq müddəaları ilə nəzərdə tutulmuş şərtlərlə verilir. Lakin kapitana və ya baş mexanikə güzəştli icazə yalnız fors-major şəraitində və ancaq qısa zaman ərzində verilir.

(2)     Hər hansı bir vəzifəni tutmaq üçün istənilən güzəştli icazə yalnız o şəxsə verilir ki, o, bir pillə aşağı olan vəzifəni tutmaq üçün qanuni əsasda verilmiş sertifikatın sahibi olsun. Əgər Konvensiya ilə bir pillə aşağıda olan vəzifəni tutmaq üçün diplom tələb olunmursa, güzəştli icazə Administrasiyanın fikrincə, ixtisas və təcrübəsinə görə belə vəzifəni tutmaq üçün tələblərə aşkar surətdə uyğun gələn şəxsə verilə bilər. Bununla belə, əgər həmin şəxs müvafiq diploma malik deyilsə, o, belə güzəştli icazənin verilməsi ilə təhlükəsizliyin səviyyəsinin azaltmayacağının təsdiqi üçün Administrasiya tərəfindən qəbul edilmiş yoxlamadan keçməlidir. Bundan başqa, Administrasiya mümkün olan qədər tez adı çəkilən vəzifənin lazımi diplom sahibi tərəfindən tutulmasını təmin edir.

(3)  Tərəflər hər ilin yanvar ayının birindən sonra mümkün qədər tez Baş katibə dəniz gəmilərində işləmək üçün il ərzində hər bir vəzifəyə münasibətdə verilmiş güzəştli icazələrin ümumi sayı və ümumi tutumu 1600 registr ton olan belə gəmilərin sayı barədə, ayrıca da ümumi tutumu 1600 registr tondan artıq olan gəmilər üçün məlumatların olduğu məruzəni göndərirlər.

Maddə   IX

Ekvivalentlər

(1)      Konvensiya Administrasiyaya gəmidə iş stajmı və xüsusi olaraq texniki tərəqqini nəzərdə tutan gəmi xidmətinin təşkilini, ayrı-ayrı gəmi tiplərini və yükdaşıma növlərini də əhatə edən mövcud nəzəri və praktiki hazırlıq metodlarını qorumağı və ya başqa metodlar qəbul etməyi qadağan etmir, bu şərtlə ki, gəmidə iş təcrübəsi, gəminin naviqasiya və texniki idarəetməsində və yüklə davranmaqda bilik və ixtisasların səviyyəsi dənizdə təhlükəsizliyin səviyyəsini təmin etsin və çirkləndirmənin qarşısını almaqda ən azı Gəmiçiliyin tələblərinə ekvivalent olmaqla səmərə versin.

(2)   Belə metodlar haqqında məlumatlar mümkün qədər qısa zaman ərzində onları bütün Tərəflərə göndərən Baş katibə təqdim edilir.

Maddə   X

Nəzarət

(1) Gəmilər, III maddə ilə istisna edilmiş gəmilərdən başqa, Tərəflərin limanlarında olduğu zaman bu Tərəfin səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən bu gəmilərdə işləyən, Konvensiya üzrə diplomlara sahib olmalı olan bütün dənizçilərin belə diplomlara və ya müvafiq güzəştli icazələrə malik olduqlarını yoxlamaq məqsədilə apardıqları nəzarətə tabe olur. Bu diplomlar, əgər onların qeyri-qanuni yolla alınmasına və ya diplom sahibinin əvvəlcədən verildiyi şəxs olmadığına güman etməyə gerçək əsaslar yoxdursa, tanınmalıdır.

(2)   (l)-ci bəndə və ya qayda 1/4 – “Nəzarət qaydası”nda göstərilən üsula müvafiq olaraq çatışmazlıqların aşkar edildiyi hallarda, nəzarəti həyata keçirən vəzifəli şəxs dərhal gəmi kapitanını və konsulu, əgər konsul yoxdursa, yaxında olan diplomatik nümayəndəni, yaxud gəminin bayrağı altında üzdüyü dövlətin liman hakimiyyətini müvafiq tədbirlər görmək üçün yazılı surətdə xəbərdar edir. Belə xəbərdarlıqda aşkar edilmiş çatışmazlıqlar haqqında ətraflı məlumat və bu çatışmazlıqların insanlar, əmlak və ya ətraf mühit üçün təhlükə yaratdığını hesab etməyə Tərəfə imkan yaradan əsaslar olmalıdır.

(3)  Əgər (l)-ci bəndə müvafiq surətdə nəzarətin həyata keçirildiyi zaman qayda 1/4-ün (3)-cü bəndində adı çəkilən çatışmazlıqlar kənar edilməyibsə və gəminin ölçüsünü, tipini, səfərinin davamiyyətini və xarakterini nəzərə alaraq, bununla insanlar, əmlak və ya ətraf mühit üçün təhlükənin yarandığı müəyyən edilibsə, nəzarəti həyata keçirən Tərəf, belə təhlükənin kənarlaşdırıldığını hesab etməyə imkan verəcək qədər bu tələblər yerinə yetirilənədək, gəminin dənizə çıxmaması üçün tədbirlər görür. Görülən tədbirlərə dair faktlar haqqında Baş katibə dərhal məlumat verilir.

(4)  Bu maddəyə müvafiq surətdə nəzarətin həyata keçirildiyi zaman gəminin əsaslandırılmamış saxlanılmasına və limandan çıxmasını təxirə salmağa yol verməmək üçün bütün lazımi tədbirlər görülür. Əgər gəmi əsaslandırılmadan saxlanıbsa və ya limandan çıxışı təxirə salınıbsa, bununla bağlı ona dəyən zərərin və ya ziyanın əvəzinin ödənilməsinə hüququ vardır.

(5)  Bu maddə tətbiq olunur, çünki onun tətbiqi Tərəf olmayan dövlətin bayrağı altında üzmək hüququ olan gəmilərə Tərəfin bayrağı altında üzmək hüququ olan gəmilərdən fərqli olaraq daha əlverişli şərait yaradılmaması üçün lazım ola bilər.

Maddə  XI

Texniki əməkdaşlığa kömək

 

(1) Konvensiyanın Tərəfləri Təşkilatın məsləhəti və onun köməyi ilə aşağıdakılara münasibətdə texniki yardım göstərilməsi xahişi ilə müraciət edən Tərəfləri, milli, subregional və regional əsasa üstünlük verməklə Konvensiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsinə bundan sonra da yardımın göstərilməsi üçün, inkişaf etməkdə olan dövlətlərin bu cəhətdən konkret ehtiyaclarını nəzərə alaraq dəstəkləyirlər:

(a)  inzibati (administrasiya-icra orqanı) və texniki heyətin hazırlanması;

(b)  dənizçilərin hazırlanması üçün tədris ocaqlarının təsis edilməsi;

(c)  tədris ocaqlarının avadanlıq və tədris vəsaitləri ilə təchiz edilməsi;

(d) dəniz gəmilərində təcrübə keçilməsi də daxil olmaqla, müvafiq hazırlıq proqramlarının hazırlanması;

(e)  dənizçilərin ixtisaslarının artırılması üzrə başqa tədbirlərin görülməsi.

(2) Təşkilat öz tərəfindən müvafiq surətdə yuxarıda şərh olunan istiqamətlərdə məsləhətlər üzrə və ya başqa beynəlxalq təşkilatlarla, xüsusən də Beynəlxalq Əmək Təşkilatı ilə yuxarıda şərh olunan istiqamətlərdə əməkdaşlığa səy göstərməkdə davam edəcəkdir.

Maddə   XII

Düzəlişlər

 

(1) Konvensiyaya düzəlişlər aşağıda göstərilən prosedurlardan hər biri ilə aparıla bilər.

(a) düzəlişlər Təşkilat tərəfindən baxıldıqdan sonra:

(i) Tərəfin təklif etdiyi istənilən düzəliş Baş katibə təqdim edilir, Baş katib düzəlişə baxılmazdan ən azı altı ay əvvəl, onu Təşkilatın bütün üzvlərinə, bütün Tərəflərə və Beynəlxalq əmək bürosunun Baş direktoruna göndərir;

(ii) belə yolla təqdim edilmiş və göndərilmiş düzəliş Təşkilatın Dənizdə Təhlükəsizlik Komitəsinə baxılmaq üçün verilir;

(iii) Tərəflər, Təşkilata üzv olub-olmamasından asılı olmayaraq, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Komitəsinin düzəlişlərin baxılması və təqdir edilməsi işində iştirak etmək hüququna malikdirlər;

(iv) düzəlişlər tərkibi (a) (iii) yarımbəndi ilə nəzərdə tutulduğu kimi genişləndirilmiş Dənizdə Təhlükəsizlik Komitəsində (bundan sonra - geniş tərkibdə Dənizdə Təhlükəsizlik Komitəsi) iştirak edən və səs verən Tərəflərin üçdə iki səs çoxluğu ilə təqdir edilir, bu şərtlə ki, səsvermə anında Tərəflərin ən azı üçdə biri iştirak etsin;

(v) bu yolla təqdir edilmiş düzəlişləri Baş katib qəbul edilmək üçün bütün Tərəflərə göndərir;

(vi) maddəyə düzəliş Tərəflərin üçdə ikisi tərəfindən qəbul edildiyi tarixdə qəbul edilmiş sayılır;

(vii) Əlavəyə düzəliş qəbul edilmiş sayılır:

(1) qəbul edilmək üçün Tərəflərə göndərilən tarixdən iki il keçdikdən sonra; və ya

(2) bir ildən az olmayan müddət keçdikdən sonra, əgər o, geniş tərkibdə Dənizdə Təhlükəsizlik Komitəsində onun təqdir edilməsi üçün iştirak edən və səs verən Tərəflərin üçdə iki səs çoxluğu ilə müəyyənləşdirilirsə;

əgər müəyyən edilmiş müddətdə Tərəflərin üçdə birindən çoxu və ya ümumi ticarət donanması tutumu 100 registr ton və artıq olan dünya ticarət donanması gəmilərinin ümumi tutumunun 50 və daha artıq faizini təşkil edən Tərəflər Baş katibə belə düzəlişin əleyhinə olduqlarını bəyan etsələr, düzəliş qəbul edilmiş sayılmır;

(viii) maddəyə düzəliş onu qəbul edən Tərəflər üçün düzəlişin qəbul edildiyi tarixdən altı ay keçdikdən sonra o Tərəflər ki, düzəlişi bu tarixdən sonra qəbul edəcəkdir, - belə Tərəfin qəbul etdiyi tarixdən altı ay keçdikdən sonra qüvvəyə minir;

(ix) Əlavəyə düzəliş onun qəbul olunduğu hesab edilən tarixdən altı ay keçdikdən sonra bütün Tərəflər üçün qüvvəyə minir, (a) (vii) yarımbəndinə müvafiq olaraq belə düzəlişin əleyhinə olduqlarını bəyan etmiş və belə bəyanatı geri götürməmiş Tərəflər isə istisna təşkil edirlər. Tərəf, düzəlişin qüvvəyə minmə tarixi müəyyənləşənə qədər, belə düzəlişi onun qüvvəyə mindiyi tarixdən başlayaraq, bir ildən çox olmamaqla və ya geniş tərkibdə Dənizdə Təhlükəsizlik Komitəsində düzəlişin təqdir edilməsi üçün iştirak edən və səs verən Tərəflərin üçdə iki səs çoxluğu ilə müəyyənləşdirilən daha artıq müddətdə, tətbiq etməkdən özünü azad edəcəyi barədə Baş katibi xəbərdar edə bilər.

(b) Konfransı çağırmaqla edilən düzəlişlər:

(1) Tərəflərin üçdə birinin dəstəklədiyi Tərəfin xahişi ilə Təşkilat Beynəlxalq əmək bürosunun Baş direktoru ilə birlikdə və ya onun məsləhəti ilə Konvensiyaya edilən düzəlişlərə baxmaq üçün Konfrans çağırır;

(ii) belə Konfransda iştirak edən və səs verən Tərəflərin çoxluğu - üçdə ikisi tərəfindən təqdir edilmiş düzəliş qəbul edilmək üçün bütün Tərəflərə Baş katib tərəfindən göndərilir;

(iii) əgər Konfrans başqa qərar qəbul etməsə, düzəliş qəbul olunmuş hesab edilir və bu məqsəd üçün (a) (vi) və (a) (vii) və ya (a) (vii) və (a) (ix) yarımbəndləri ilə nəzərdə tutulmuş prosedurların şərtlərinə müvafiq olaraq qüvvəyə minir, həm də bu yarımbəndlərdə geniş tərkibdə Dənizdə Təhlükəsizlik Komitəsinə istinad Konfransa istinadı bildirir.

(2)  Düzəlişin qəbul edildiyi barədə və ya onun əleyhinə olan bəyanat və ya xəbərdarlıq (1) bəndinin (a) (ix) yarımbəndinə müvafiq olaraq yazılı surətdə Baş katibə verilir, o da belə təqdimatlar və onların alınma tarixi barədə bütün Tərəflərə məlumat verir.

(3)  Baş katib qüvvəyə minən hər hansı düzəliş və hər bir düzəlişin qüvvəyə mindiyi tarix barədə bütün Tərəflərə məlumat verir.

Maddə   XIII

İmzalanma, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma

 

(1) Konvensiya 1978-ci il dekabr ayının 1-dən 1979-cu il noyabr ayının 30-dək Təşkilatın qərargahında imzalanmaq üçün açıqdır, daha sonra qoşulmaq üçün açıq qalacaqdır. İstənilən dövlət aşağıdakı yolla Tərəf ola bilər:

(a)  ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqda qeyd-şərt olmadan imzalama;

(b)  ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqda qeyd-şərtlə imzalama; sonradan ratifikasiya, qəbuletmə və ya təsdiq etməklə və ya

(c)   qoşulmaqla.

(2)  Ratifikasiya, qəbul etmə, təsdiqetmə və ya qoşulma müvafiq sənədi saxlamaq üçün Baş katibə təhvil verməklə həyata keçirilir.

(3)  Baş katib ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədin istənilən imzalanması və ya saxlanılmaq üçün təhvil verilməsi və onun təhvil verildiyi tarix haqda Konvensiyanı imzalamış və ya ona tərəfdar çıxmış bütün dövlətlərə və Beynəlxalq əmək bürosunun Baş direktoruna məlumat verir.

Maddə   XIV

Qüvvəyə minmə

 

(1) Konvensiya ümumi ticarət donanması tutumu 100 və daha artıq registr ton olan dünya ticarət donanması gəmilərinin ümumi tutumunun 50 faizindən az olmayan ən azı iyirmi beş dövlətin onu ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqda qeyd-şərt olmadan imzaladığı, ya da XIII maddəyə uyğun olaraq ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında müvafiq sənədləri saxlamaq üçün təhvil verdikləri tarixdən keçən on iki ay keçdikdən sonra qüvvəyə minir.

(2)  Baş katib Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə onun qüvvəyə mindiyi tarix barədə məlumat verir.

(3)  On iki ay ərzində saxlanılmaq üçün təhvil verilmiş (1) bənddə adı çəkilən ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənəd Konvensiyanın qüvvəyə mindiyi tarixdə və ya hansı tarixin sonra gələcəyindən asılı olaraq, belə sənədin saxlanılmaq üçün təhvil verildiyi tarixdən keçən üç aydan sonra qüvvəyə minir.

(4)  Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonra saxlanılmaq üçün təhvil verilmiş ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənəd təhvil verildiyi tarixdən üç ay keçdikdən sonra qüvvəyə minir.

(5)  Ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənəd XII maddə əsasında Konvensiyaya düzəlişin qəbul olunduğu hesab edilən tarixdən sonra saxlanılmaq üçün təhvil verildikdə, belə düzəlişlə olan Konvensiyaya aid edilir.

Maddə   XV

Denonsasiya

 

(1)  Konvensiyanı istənilən Tərəf həmin Tərəf üçün Konvensiyanın qüvvəyə mindiyi tarixdən beş il keçdikdən sonra istənilən vaxt denonsasiya edə bilər.

(2)  Denonsasiya Baş katibə yazılı xəbərdarlıq göndərmək yolu ilə həyata keçirilir, o da qalan Tərəflərə və Beynəlxalq Əmək Bürosunun Baş direktoruna alman xəbərdarlıq və onun alınma tarixi, habelə denonsasiyanın qüvvəyə mindiyi tarix haqqında məlumat verir.

(3)  Denonsasiya Baş katibin bu barədə xəbərdarlıq aldığı tarixdən on iki ay keçdikdən sonra və ya xəbərdarlıqda göstərilə bilən daha artıq müddət başa çatdıqdan sonra qüvvəyə minə bilər.

Maddə   XVI

Saxlanılmaq üçün təhvil vermə və qeydə alma

 

(1)  Konvensiya saxlanılmaq üçün Baş katibə təhvil verilir, o da təsdiq edilmiş surətləri Konvensiyam imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə göndərir.

(2)  Konvensiya qüvvəyə minən kimi, Baş katib onun mətnini Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq qeydiyyat və dərc edilmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir.

Maddə   XVII

Dillər

 

Konvensiya ingilis, ispan, Çin, rus və fransız dillərində bir nüsxədə olmaqla imzalanmışdır, həm də bütün mətnlər eynidir. Ərəb və alman dillərinə rəsmi tərcümələr hazırlanaraq, imzalanmış əsl nüsxə ilə birlikdə saxlanılmağa təhvil veriləcəkdir.

Bunun təsdiqi olaraq öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş şəxslər Konvensiyanı imzaladılar.

Min doqquz yüz yetmiş səkkizinci il iyul ayının 7-də Londonda imzalanmışdır.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status