"Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası "Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2004-cü il
№ 691-IIQ
"Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında"
1969-cu il tarixli
BEYNƏLXALQ KONVENSİYA
Bu Konvensiyanın Tərəfləri olan Dövlətlər,
bütün dünyada dənizdə neft daşınması zamanı çirklənmə təhlükəsini dərk edərək,
gəmilərdən neftin axması və tökülməsi nəticəsində ətraf mühitin çirklənməsinə görə ziyan çəkmiş şəxslərə ziyanın kifayət qədər ödənilməsinin təmin edilməsi zəruriliyinə əmin olaraq,
belə vəziyyətlərdə məsuliyyətlə və müvafiq kompensasiya təminatı ilə bağlı məsələlərin həllinin vahid beynəlxalq qayda və prosedurlarının müəyyən edilməsini istəyərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Konvensiyada:
1.
"Gəmi" - yük kimi nəzərdə tutulmuş nefti daşıyan hər hansı dəniz gəmisi və hər cür üzən vasitə deməkdir.
2.
"Şəxs" - hər hansı bir fiziki şəxs və ya ümumi və ya xüsusi hüquqa malik hüquqi şəxs o cümlədən dövlət və ya onun hər hansı tərkib hissəsi deməkdir.
3.
"Gəmi sahibi" - gəmi sahibi kimi qeydə alınmış şəxs və ya şəxslər, əgər qeydə alınma baş tutmayıbsa, gəmi sahibi olan şəxs və ya şəxslər deməkdir.
4.
"Gəmini qeydə alan dövlət" - qeydə alınmış gəmilərə görə gəmini qeydə alan dövlət, qeydə alınmamış gəmilərə görə isə - bayrağı altında gəminin üzdüyü dövlət deməkdir.
5.
"Neft" - gəminin bortunda yük kimi və ya belə gəminin yanacaq tanklarında daşınmasından asılı olmayaraq hər bir dayanıqlı neft, xam neft, mazut, ağır dizel yanacağı, sürtkü yağlan, balina yağı deməkdir.
6.
"Çirklənmədən dəymiş ziyan" - axma və tökülmənin harada baş verdiyindən asılı olmayaraq gəminin xaricində axma və tökülmə nəticəsində dəymiş ziyan və zədə deməkdir və buraya ehtiyat tədbirlərinin, eləcə də zədə və ziyan xərcləri daxildir.
7.
"Ehtiyat tədbirləri" - hadisə baş verdikdən sonra istənilən şəxs tərəfindən çirklənmədən əmələ gələn ziyanın aradan qaldırılması və ya azaldılması üçün ağlabatan tədbirlər deməkdir.
8.
"Hadisə" - çirklənmə nəticəsində baş vermiş hadisə və ya eyni mənşəli hadisələr qrupu deməkdir.
9.
"Təşkilat" - dövlətlərarası konsultativ dəniz təşkilatı deməkdir.
Maddə 2
Bu Konvensiya müqavilə bağlanmış dövlətin ərazisində, ərazi suları daxil olmaqla, istisnasız olaraq çirklənmədən dəymiş ziyana və həmin ziyanın azaldılmasına və ya aradan qaldırılmasına yönəlmişdir.
Maddə 3
1.
Gəmi sahibi hadisə baş verən andan, əgər hadisə bir neçə hadisə qrupundan ibarətdirsə - birinci hadisənin baş verdiyi andan həmin hadisə nəticəsində onun gəmisindən neftin sızması və ya tökülməsi nəticəsində çirklənmədən dəymiş hər bir ziyana görə bu maddənin 2 və 3-cü bəndlərində göstərilmiş hadisələr istisna edilməklə məsuliyyət daşıyır.
2.
Gəmi sahibi çirklənmədən dəymiş ziyana görə məsuliyyət daşımır, əgər o sübut etsə ki, ziyan:
(a)
hərbi fəaliyyət, düşmən fəaliyyəti, vətəndaş müharibəsi, üsyan və ya fəlakətlər nəticəsində baş verib;
(b)
üçüncü şəxslərin qəsdən ziyan yetirmək üçün fəaliyyəti və ya fəaliyyətsizliyi üzündən baş verib;
(c) işıqların və digər naviqasiya vasitələrinin lazımi vəziyyətdə saxlanılmasına məsuliyyət daşıyan dövlətin və ya dövlət orqanının diqqətsizliyi və ya düzgün olmayan fəaliyyəti nəticəsində baş verib.
3.
Əgər gəmi sahibi sübut etsə ki, çirklənmədən dəymiş ziyan hər hansı bir şəxsin diqqətsizliyi və ya qəsdən ziyan yetirmək üçün fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində baş verib, o, məsuliyyətdən tam və ya qismən azad ola bilər.
4.
Bu Konvensiyaya uyğun olaraq çirklənmədən dəymiş ziyana görə heç bir ziyanın ödənilməsi üçün verilən iddia gəmi sahibinə təqdim oluna bilməz.
5.
Bu Konvensiyada heç nə gəmi sahibinin üçüncü şəxsə qarşı reqress hüquqlarını pozmur.
Maddə 4
Əgər axma və ya tökülmə bir neçə gəmidə baş veribsə və çirklənmə nəticəsində ziyan dəyibsə, buna aidiyyəti olan bütün gəmilər, əgər onlar məsuliyyətdən azad edilməyiblərsə, bütün xərclərə görə birlikdə cavab verirlər.
Maddə 5
1.
Gəmi sahibi bu Konvensiyaya uyğun olaraq hər hansı bir hadisəyə görə öz məsuliyyətlərini gəmi tutumunun hər tonuna görə 2000 franka qədər məhdudlaşdıra bilər.
2.
Əgər hadisə şəxsən gəmi sahibinin günahı üzündən baş veribsə, o bu maddənin 1-ci bəndində göstərilmiş məhdudiyyətdən istifadə etmək hüququna malik deyildir.
3.
Bu maddənin 1-ci bəndində göstərilmiş məhdudiyyətdən istifadə etmək üçün gəmi sahibi onun məsuliyyəti həddində fond yaratmalıdır. Bu fond məbləğin depozitə verilməsi və ya bank qarantiyasını təqdim etməklə yaradıla bilər.
4.
Fond iddiaçılar arasında onların iddia tələbləri əsasında proporsional şəkildə paylanır.
5.
Əgər fondun bölüşdürülməsindən əvvəl gəmi sahibi və ya onun işçilərindən hər hansı biri və ya onun agentləri, yaxud sığortaçısı və ya başqa maliyyə təminatı təqdim edən şəxs çirklənmədən dəymiş ziyana görə kompensasiya ödəmişlərsə, bu zaman həmin şəxs ödədiyi məbləğ həddində bu Konvensiyaya əsasən kompensasiya alana məxsus ola bilən hüquqları subroqasiya qaydasında əldə edir.
6.
Bu maddənin 5-ci bəndində göstərilmiş çirklənmədən dəymiş ziyana görə ödədiyi istənilən məbləğə görə subroqasiya hüququndan istənilən şəxs istifadə edə bilər.
7.
Əgər gəmi sahibi və ya digər şəxs təyin etsə ki, nəticədə bütün məbləğ və ya məbləğin müəyyən hissəsi onlar tərəfindən ödənilməlidir, həmin şəxs bu maddənin 5 və 6-cı bəndlərinə əsasən subroqasiya hüququndan istifadə edə bilər. Əgər ödəmə fondun bölüşdürülməsindən əvvəl həyata keçirilmişsə, bu zaman fondun yaradıldığı dövlətin məhkəməsi və ya digər səlahiyyətli orqanı həmin şəxsin fonda tələblərini sonralar ödəmək imkanı vermək üçün kifayət qədər məbləğin müvəqqəti ehtiyatda saxlanması barədə sərəncam verə bilər.
8.
Çirklənmədən dəymiş zərərin qarşısını almaq və ya onu azaltmaq məqsədilə gəmi sahibi tərəfindən çəkilmiş bütün xərclər və ianələr, ağlabatan olduğuna və gəmi mülkiyyətçisi tərəfindən könüllü ödənildiyinə görə ona fonddan istifadə üçün başqa kreditorlarla eyni hüquqlar verir.
9. Bu maddədə "frank" dedikdə, 0.900 əyarlı qızılın 65.5 mq-ı nəzərdə tutulur. Bu maddənin 1-ci bəndində göstərilmiş məbləğ fond yaradılan dövlətin milli valyutasına çevrilməlidir.
10.
Bu maddədə gəminin tutumu onun xalis yüktutumu sayılır. Bu tutumun qiymətinə maşın şöbəsinin həcmi əlavə edilir. Xalis yük tutumunu təyin etdikdə, həmin həcm ümumi tutumdan çıxılır. Əgər adi qaydalarla gəmi həcminin ölçülməsi mümkün deyilsə, gəminin tutumu onun daşıya biləcəyi neftin tonla ifadə edilmiş çəkisinin 40%-inə (2240 funt) bərabərdir.
11.
Sığortaçı və ya maddi təminatı təqdim edən digər şəxs, gəmi sahibinin yarada biləcəyi eyni şərtlərlə və eyni təyinatlı fondları yaratmaq hüququna malikdir. Belə fondlar hətta ziyan, gəmi sahibinin şəxsi günahından baş verdikdə belə, yaradıla bilər, lakin onun yaradılması digər iddiaçıların hüquqları pozmamalıdır.
Maddə 6
1. Əgər gəmi sahibi hadisədən sonra 5-ci maddəyə uyğun fond yaratmışsa və öz məsuliyyətini məhdudlaşdırmaq hüququna malikdirsə, onda:
a)
hadisə zamanı çirklənmədən dəymiş ziyanın ödənilməsini tələb edən heç bir şəxsə gəmi sahibinin digər əmlakı hesabına həmin tələblərin ödənilməsi hüququ verilmir;
b)
Razılığa gələn dövlətin məhkəməsi və ya digər səlahiyyətli orqanı hadisə zamanı çirklənmədən dəymiş ziyanın ödənilməsinə görə həbs edilmiş gəminin azad olunmasına sərəncam verir və beləliklə, gəminin həbsinə yol verməmək üçün gəmi sahibi istənilən girovu və ya maddi təminatı qaytarır.
2. Yuxarıda göstərilmiş maddələr o zaman tətbiq olunur ki, iddiaçı məhkəməyə müraciət edib və bu fonddan onun iddiasının həqiqətən təmin edilməsində istifadə oluna bilər.
Maddə 7
Razılığa gələn dövlətdə qeydə alınmış 2000 tondan artıq neft daşıyan gəminin sahibi bu Konvensiyaya müvafiq olaraq çirklənmə zamanı dəymiş ziyanın örtülməsi üçün sığorta əməliyyatını yerinə yetirməli və ya beynəlxalq kompensasiya fondunun verdiyi bank qarantiyasını və ya şəhadətnaməni təqdim etməlidir.
2. Bu Konvensiyanın qaydalarına əsasən müvafiq qüvvəsi olan, sığorta şəhadətnaməsi və ya digər maddi təminat hər bir gəmiyə verilir. Bu şəhadətnamə hazırkı maddənin 1-ci bəndinin tələbləri ödənildikdə verilir və ya təsdiq edilir. Şəhadətnamə əlavədə göstərilmiş formaya müvafiq olmalı və aşağıdakı məlumatları əhatə etməlidir:
a)
gəminin adı və qeydiyyat limanı;
b)
gəmi sahibinin əsas müəssisəsinin adı və hüquqi ünvanı;
c)
maddi təminatın növü;
d)
maddi təminatı təqdim edən sığortaçının və ya digər şəxsin əsas müəssisəsinin adı və hüquqi ünvanı;
e)şəhadətnamənin müddəti sığortanın və ya digər təminatın müddətindən artıq olmamalıdır.
3.
Şəhadətnamə onun verdiyi dövlətin rəsmi dilində tərtib edilməlidir.
4.
Şəhadətnamə gəminin bortunda saxlanılmalı, onun nüsxəsi isə gəminin reyestrini aparan orqana verilməlidir.
5.
Əgər sığorta və ya digər maddi təminat bu maddənin tələblərinə sığorta müddətinin və ya digər maddi təminatın müddətinin bitdiyinə görə və ya digər səbəblərə görə cavab vermirsə, əvvəlki müddəalara uyğun olaraq bütün dəyişikliklərə tətbiq olunur.
6.
Qeydiyyat dövləti bu maddənin müddəalarına uyğun şəhadətnamənin verilmə şərtlərini və etibarlılığını müəyyən edir.
7.
Bu Konvensiyanın məqsədləri üçün Razılığa gələn dövlətlərin səlahiyyətləri daxilində verilmiş və ya təsdiq edilmiş şəhadətnamə Razılığa gələn başqa dövlətlər tərəfindən tanınır və eyni qüvvəyə malik sayılır. Razılığa gələn dövlətlər istənilən an gəminin qeydə alındığı dövlətlə məsləhətləşə bilər, əgər o, hesab edirsə ki, sığortaçı və ya maddi təminatı təqdim edən şəxs maddi cəhətdən Konvensiyada göstərilmiş tələbləri yerinə yetirmək imkanına malik deyil.
8.
Cavabdeh şəxs gəmi sahibinin istinad edə biləcəyi etirazları təqdim edə bilər. Çirklənmədən dəymiş ziyanın ödənilməsinə görə istənilən iddia bilavasitə maddi təminatı təqdim edən sığortaçıya və ya digər şəxsə təqdim edilə bilər. Belə halda gəmi sahibinin günahı olub-olmamasından asılı olmayaraq cavabdeh şəxs, əgər bu etirazlar onun müəssisəsinin müflisləşməsinə və ya ləğv edilməsinə səbəb olmursa, 5-ci maddənin 1-ci bəndində göstərilmiş məsuliyyət həddindən istifadə edə bilər. Bundan əlavə, cavabdeh şəxs özünü müdafiə üçün elə etirazdan istifadə edə bilər ki, həmin etirazda çirklənmədən dəymiş ziyanın gəmi sahibinin qəsdən öz günahından baş verdiyini göstərsin.
9.
Bu maddənin 1-ci bəndinə müvafiq olaraq sığorta ilə zəmanət verilən və ya digər maddi təminatla təqdim edilən istənilən məbləğ istisnasız olaraq iddiaların təmin edilməsinə yönəlməlidir.
10.
Razılığa gələn dövlətlər bu maddənin bəndlərinə müvafiq olaraq, onun bayrağı altında üzən gəmiyə, əgər həmin gəminin bu maddənin 2-ci və 12-ci bəndlərinə əsasən verilmiş şəhadətnaməsi yoxdursa, ticarət fəaliyyətini yerinə yetirməyə icazə verməlidir.
11.
Müqavilə bağlamış hər bir dövlət öz milli qanunlarına müvafiq olaraq, bu maddənin 1-ci bəndinə uyğun sığorta və digər maddi təminat, gəmilərin qeydə alınma yerindən, onların limana daxil olmasından və ya oradan çıxmasından, həmin dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq, bütün gəmilərə aid olmalıdır.
12.
Əgər Razılığa gələn dövlətlərə mənsub olan gəmiyə görə sığorta və ya digər maddi təminat verilməyibsə, onda həmin gəmiyə bu məsələ ilə bağlı, hazırkı maddənin müddəaları tətbiq edilmir. Lakin gəmi həmin dövlətin əmlakı olduğu və onun 5-ci maddənin 1-ci bəndində göstərilmiş məsuliyyətin məhdudlaşması haqqında müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş şəhadətnaməsi olmalıdır.
Əgər Konvensiyada göstərilmiş ziyanın ödənilməsi haqda ziyan vurulan gündən sonra maddənin müddəalarına müvafiq olaraq 3 il müddətində iddia verilməyibsə, o öz qüvvəsini itirir.
Maddə 9
1.
Əgər Razılığa gələn bir neçə dövlətin ərazi suları daxil olmaqla, ərazisində hadisə nəticəsində ziyan dəyibsə və ya ziyanın qarşısını almaq və ya azaltmaq üçün təhlükəsizlik tədbirləri görülübsə, ziyanın ödənilməsi barədə iddialar Razılığa gələn bir və ya bir neçə dövlətin məhkəmələrinə təqdim oluna bilər.
2.
Razılığa gələn hər bir dövlət, ödəmə haqqında məsələlərlə bağlı işlərin Öz məhkəmələrinin yurisdiksiyasında olmasını təmin etməlidir.
3.
Fond yaradılmış dövlətlər 5-ci maddəyə uyğun olaraq, fond yaradıldıqdan sonra, onların paylanması ilə bağlı olan məsələlərin həllində tam səlahiyyətli olmalıdırlar.
Maddə 10
1. 9-cu maddəyə uyğun olaraq yurisdiksiyaya malik olan məhkəmənin çıxardığı bütün qərarlar həmin dövlətin məhkəməsində yerinə yetirilə bilər və aşağıdakı istisnalar olmaqla, Razılığa gələn istənilən dövlət tərəfindən tanınır:
(a)
qərar yalan nəticəsində çıxarılmışdırsa və ya
(b)
cavabdeh şəxs lazımi vaxtda məlumatlanmamış və ona məhkəmədə özünü müdafiə etmək imkanı verilməmişdir.
Bu maddənin 1-ci bəndinə əsasən qəbul edilmiş qərar, həmin ölkədə tələb edilən bütün rəsmiyyətlər yerinə yetirildikdən sonra həyata keçirilir. Bu rəsmiyyətlər həqiqətən işə yenidən baxılmasına yol verməməlidir.
Maddə 11
1.
Bu Konvensiyanın müddəaları qeyri-kommersiya xidməti ilə məşğul olan və hərbi gəmilərə tətbiq olunmur.
2.
Kommersiya məqsədilə istifadə edilən və Razılığa gələn dövlətə mənsub olan gəmilərə qarşı hər bir dövlət tərəfindən 9-cu maddədə göstərilmiş hüquq normalarına uyğun proseslərin aparılması mümkün olmalıdır və o, suveren dövlət kimi öz statusuna əsasən bütün müdafiə imkanlarından imtina etməlidir.
Maddə 12
Bu Konvensiya imzalamaq, ratifikasiya, qoşulma üçün açıq olan qüvvədə olan istənilən Beynəlxalq Konvensiyanı əvəz edir. Bu əvəzetmə yalnız başqa konvensiyaların bu Konvensiyaya zidd olan hissələrini əhatə edir, lakin bu maddədə belə Beynəlxalq Konvensiyadan irəli gələn heç nə Razılığa gələn dövlətlərin, müqavilə bağlamamış dövlətlər qarşısında götürülmüş öhdəliyinə toxunmur.
1.
Bu Konvensiya 1970-ci il dekabrın 31-dək imzalamaq üçün açıq qalır və ondan sonra həmin Konvensiya qoşulmaq üçün açıq qalmalıdır.
2.
Birləşmiş Millətlər Təşkilatının üzvləri olan dövlətlər, onun xüsusiləşdirilmiş müəssisələri və ya Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və ya Beynəlxalq Məhkəmənin üzvləri aşağıdakı yollarla bu Konvensiyanın iştirakçıları ola bilərlər:
(a)
Ratifikasiya barədə qeyd-şərtsiz imzalamaq, qəbul etməklə;
(b)
Ratifikasiya barədə qeyd-şərtlə imzalamaq, qəbul etməklə;
(c)
qoşulmaqla.
Maddə 14
1.
Ratifikasiya, qəbul, bəyənmə və ya qoşulma rəsmi sənədin təşkilatın Baş katibinə saxlanca verilməsi yolu ilə yerinə yetirilir.
2.
Ratifikasiya, qəbul, bəyənmə və ya qoşulma haqqında hər hansı bir sənəd bu Konvensiyaya aid olan mövcud Razılığa gələn dövlətlərin münasibətindən və bütün görülən tədbirlərdən sonra əlavənin qüvvəyə minməsi və saxlanca verilməsi dəyişikliklər edilmiş Konvensiyaya aid hesab olunur.
Maddə 15
Səkkiz Dövlətin, o cümlədən hər biri ümumi tutumu 1.000.000 registr tondan az olmayan tanker donanmasına malik olan beş dövlətin hökumətləri bu Konvensiyanı ratifikasiya, təsdiq etmə və ya bəyənmə barədə qeyd-şərtsiz imzaladıqdan, yaxud ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma barədə sənədləri saxlanmaq üçün Təşkilatın Baş katibinə təhvil verdikdən sonra həmin Konvensiya doxsanıncı gün qüvvəyə minir.
Maddə 16
1.
Bu Konvensiya qüvvəyə minmə tarixindən sonra istənilən dövlət tərəfindən denonsasiya edilə bilər.
2.
Denonsasiya müvafiq sənəd Təşkilatın Baş katibinə saxlanca verildikdən sonra həyata keçirilir.
3.
Denonsasiya bildirişin Təşkilatın Baş katibinə verilməsi günündən bir il keçdikdən sonra və ya sənəddə göstərilə bilən uzun müddət keçdikdən sonra qüvvəyə minir.
Maddə 17
1. BMT hər hansı bir ərazini idarə etdikdə və ya Razılığa gələn hər hansı dövlət hər hansı ərazinin beynəlxalq münasibətləri üçün məsuliyyət daşıyırsa, onlar həmin ərazilərin hakimiyət orqanları ilə tezliklə məsləhətləşmələr aparmalı və ya həmin Konvensiyanı bu əraziyə şamil etmək üçün bu cür digər münasib tədbirlər görməlidirlər və istənilən vaxt Təşkilatın Baş katibinə yazılı bildiriş göndərmək yolu ilə bu Konvensiyanın belə əraziyə şamil edilməsini elan edə bilərlər.
2.
Bu Konvensiya bildirişin alındığı gündən və ya bildirişdə göstərilə bilən başqa gündən bildirişdə adı çəkilən əraziyə şamil edilir.
3.
Bu maddənin 1-ci bəndinə müvafiq surətdə bəyanat vermiş BMT və ya Razılığa gələn istənilən dövlət Konvensiya bu şəkildə hər hansı bir əraziyə şamil edildikdən sonra Təşkilatın Baş katibinə yazılı bildiriş göndərmək yolu ilə bildirişdə adı çəkilən əraziyə bu Konvensiyanın bundan sonra şamil edilmədiyini istənilən vaxt elan edə bilərlər.
4.
Bu Konvensiya Baş katib tərəfindən bildiriş alındıqdan bir il sonra və ya bildirişdə göstərilə bilən daha artıq müddət keçdikdən sonra həmin əraziyə artıq şamil edilmir.
Maddə 18
1.
BMT bu Konvensiyaya yenidən baxılması və dəyişikliklərin təklif edilməsi üçün Konvensiyanın bağlanması və dəyişikliklərin edilməsi üçün konfrans çağırır.
2.
BMT bu Konvensiyaya yenidən baxılması və ya ona dəyişikliklər edilməsi üçün Razılığa gələn dövlətlərin azı 1/3-nin xahişi ilə Razılığa gələn dövlətlərin konfransını çağırır.
Maddə 19
1.
Bu Konvensiya saxlanılmaq üçün Təşkilatın Baş katibinə verilir.
2.
Baş katib aşağıdakıları etməlidir:
a) bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə aşağıdakılar barədə məlumat verir:
i) Konvensiyanın hər dəfə imzalanması və ya hər dəfə saxlanmağa verilməsi barədə, habelə bu cür imzalanma və ya saxlanmağa verilmənin tarixi barədə;
ii) bu Konvensiyanın denonsasiyası haqda hər hansı sənədin, verilmə tarixi göstərilməklə, saxlanmağa verilməsi barədə;
iii) bu Konvensiyanın 17-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq istənilən əraziyə şamil edilməsi və həmin maddənin 4-cü bəndinin müddəalarına müvafiq olaraq, tarix göstərilməklə bu cür şamil edilməyə xitam verilməsi barədə;
b) bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə bu Konvensiyanın təsdiq edilmiş surətlərini göndərmək.
Maddə 20
Bu Konvensiya qüvvəyə minən kimi, onun mətni Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq qeydiyyatdan keçirilmək və dərc olunmaq üçün həmin Təşkilatın Baş katibinə göndərilməlidir.
Maddə 21
Bu Konvensiya ingilis və fransız dillərində tərtib olunmuşdur və hər iki mətn eyni qüvvəyə malikdir. Rus və ispan dillərinə rəsmi tərcümə hazırlanaraq, imzalanmış orijinalla birlikdə saxlanmağa veriləcəkdir.
Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzalamışlar.
1969-cu il noyabrın iyirmi doqquzunda Brüsseldə imzalanmışdır.
ƏLAVƏ
Çirklənmədən dəymiş ziyana görə mülki məsuliyyətin təmin edilməsi üçün sığorta və ya maddi təminat haqqında
ŞƏHADƏTNAMƏ
Çirklənmədən dəymiş ziyana görə mülki məsuliyyət haqqında 1969-cu il Beynəlxalq Konvensiyasının VII maddəsinin müddəalarına uyğun verilmişdir.
Gəminin adı
|
Qeydiyyat nömrəsi və çağırış siqnalı
|
Qeydiyyat limanı
|
Gəmi sahibinin adı və ünvanı
|
|
|
|
|
Təsdiq edilir ki, yuxarıda adı çəkilən gəminin çirklənmədən dəymiş ziyana görə mülki məsuliyyət haqqında 1969-cu il Beynəlxalq Konvensiyasına müvafiq sığorta polisi və ya digər maddi təminatı vardır.
Təminat növü ____________________________________________________________________
____________________________________________________________________________________
Təminat müddəti _________________________________________________________________
Maddi təminatı təqdim edən sığortaçının (sığortaçıların) və ya şəxsin (şəxslərin) adı və ünvanı
Adı _____________________________________________________________________________
Ünvanı __________________________________________________________________________
Bu şəhadətnamənin müddəti
Hökumət tərəfindən verilmiş və ya təsdiq edilmişdir
(dövlətin tam adı)
(yer) (tarix)
![]() |
(Şəhadətnaməni verən və ya təsdiq edən rəsmi şəxsin imzası və vəzifəsi)
Qeyd:
1.
Dövlətin adını göstərərkən şəhadətnaməni verən dövlətin səlahiyyətli orqanının adı göstərilə bilər.
2.
Əgər ümumi təminat bir neçə təminatdan ibarətdirsə, onların hər birinin məbləği ayrılıqda göstərilməlidir.
3.
Əgər təqdim edilən təminatlar eynicinsli deyildirsə, onların hər biri ayrılıqda göstərilməlidir.
4.
“Təminatın qüvvədə olma müddəti” yazısı, həmin təminatın qüvvəyə minəcəyi tarix göstərilməlidir.