×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.06.2004
QEYDİYYAT NÖMRƏSİ
692-IIQ
ADI
"Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya 1976-cı il tarixli Protokola qoşulmaq barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2004, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 421)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya 1976-cı il tarixli Protokola qoşulmaq barədə

"Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki  məsuliyyət haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya 1976-cı il tarixli Protokola qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.   Azərbaycan Respublikası “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya 1976- cı il tarixli Protokola qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyun 2004-cü il

№ 692-IIQ

 

 

Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya 1976-cı il tarixli

 

PROTOKOL

 

Bu Protokolun Tərəfləri Neftlə çirkləndirmə hallarında vurulmuş zərər üzrə mülki məsuliyyət haqqında 1969-cu il noyabrın 29-da Brüsseldə qəbul olunmuş Beynəlxalq Konvensiyanın Tərəfləri olmaqla,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə   1

 

Bu Protokolun məqsədləri üçün:

1.  "Konvensiya" Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında 1969-cu il Beynəlxalq Konvensiyası deməkdir.

2.  "Təşkilat" Konvensiyada olan mənanı verir.

3.  "Baş katib" Təşkilatın Baş katibi deməkdir.

 

Maddə   2

 

Konvensiyanın V maddəsinə aşağıdakı dəyişikliklər edilir:

(1) 1-ci bənd aşağıdakı mətnlə əvəz edilir:

"Bu Konvensiyaya görə "Gəmi sahibi" hər hansı bir münaqişəyə görə öz cavabdehliyinin ümumi məbləğini gəminin hər bir ton tutumu üçün 133 hesab vahidi ilə hesablanmış miqdarda məhdudlaşdıra bilər.

Lakin qəbul olunmuş hesab vahidinə görə hesablanmış bu ümumi məbləğ heç bir halda 14 milyon hesab vahidindən artıq olmamalıdır".

(2) 9-cu bənd aşağıdakı mətnlə əvəz edilir:

“9(a) Bu maddənin 1-ci bəndində göstərilən “hesab vahidi” Beynəlxalq Valyuta Fondu tərəfindən qəbul edilmiş “xüsusi qarşılıqlı anlaşma qaydası” vahididir. 1-ci bənddə göstərilən məbləğə əsasən dövlətdə “xüsusi qarşılıqlı anlaşma qaydası” vahidinə uyğun fond yaradılır və məbləğ fondun yaradıldığı tarixə həmin dövlətin valyutası ilə ifadə edilir. Beynəlxalq Valyuta Fondunun üzvü olan və Razılığa gələn dövlətin valyutasının “xüsusi qarşılıqlı anlaşma qaydası” vahidi ilə dəyəri, Beynəlxalq valyuta fondu tərəfindən qəbul edilmiş qaydada təyin edilməsi metoduna uyğun olaraq həmin dövlətdə özünün əməliyyatlarının və hesablamalarının aparılması üçün müvafiq tarixə hesablanır. Beynəlxalq Valyuta Fondunun üzvü olmayan dövlətin valyutasının “xüsusi qarşılıqlı anlaşma qaydası” vahidi ilə dəyəri həmin dövlətin qəbul etdiyi qayda ilə hesablanır.

9(b) Razılığa gələn dövlət Beynəlxalq Valyuta Fondunun üzvü olmadıqda və onun qanunvericiliyinə əsasən bu maddənin 9 (a) bəndinin qəbul edilməsi mümkün olmadıqda o, bu Konvensiya ratifikasiya edilən, bəyənilən və qəbul edilən zaman, ona qoşulan zaman və yaxud istənilən vaxt elan edə bilər ki, 1-ci bənddə göstərilən cavabdehlik həddinin onun ərazisində tətbiq olunması ümumi məbləğə əsaslanaraq hər bir münaqişə üçün gəminin hər ton tutumuna görə 2000 valyuta vahidi hesabı ilə hesablanaraq təyin edilir. Bu şərtlə ki, bu ümumi məbləğ heç bir halda 210 milyon valyuta vahidini aşmasın. Bu bənddə göstərilən valyuta vahidi 0,900 əyarlı qızılın 66,5 milliqramına uyğundur. Bu məbləğlərin milli valyutaya çevrilməsi müvafiq Dövlətin qanunvericiliyinə əsasən yerinə yetirilir.

9(c) 9(a) bəndinin sonuncu cümləsində göstərilən hesablama və 9(b) bəndində qeyd edilən məbləğin çevrilməsi elə qayda ilə aparılır ki, onun Razılığa gələn dövlətin valyutası ilə ifadə edilməsi dairəsində 1-ci bənddə istifadə edilən məbləğ hesablama vahidinin real dəyərinə uyğun gəlsin. Razılığa gələn dövlətlər 9(a) bəndinə uyğun olaraq depozitçiyə hesablama üsulu barədə, yaxud müvafiq halda 4-cü maddədə göstərildiyi kimi, sənəd saxlanca verilən zaman 9(b) bəndinə uyğun olaraq köçürmənin nəticəsi və hər dəfə bu üsulda və ya köçürmənin nəticəsində dəyişiklik olduqda məlumat verir.

 

Maddə   3

 

1.   Bu Protokol Konvensiyanı imzalayan, yaxud ona qoşulan və Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında 1969-cu il Konvensiyasında qəbul olunmuş hesab vahidinə yenidən baxılması üzrə konfransa dəvət olunan Dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.

1976-cı il noyabrın 17-dən 19-a kimi Londonda keçirilən bu konfransın protokolu imzalamaq üçün 1977-ci il fevralın 1-dən dekabrın 31-ə kimi açıqdır.

2.  Bu maddənin 4-cü bəndinə əməl olunması şərti ilə bu Protokol onu imzalayan Dövlətlər tərəfindən ratifikasiya edilməli, qəbul olunmalı və yaxud bəyənilməlidir.

3.  Bu Protokol bu maddənin 4-cü bəndinə əməl edən və bu Protokolu imzalayan Dövlətlərin ona qoşulması üçün açıqdır.

4.  Bu Protokolun ratifikasiya edilməsini, qəbul edilməsini, bəyənilməsini və yaxud ona qoşulmanı Konvensiyanın iştirakçısı olan Tərəf Dövlətlər həyata keçirə bilərlər.

 

Maddə   4

 

1.  Ratifikasiya, qəbul edilmə, bəyənilmə və yaxud qoşulma bu barədə rəsmi sənədin Baş katibə saxlanmağa təqdim edilməsi ilə həyata keçirilir.

2.  Bu Protokola edilmiş hər hansı düzəliş qüvvəyə mindikdən sonra saxlanılmağa verilən ratifikasiya, qəbul etmə, bəyənmə, yaxud qoşulma barədə hər hansı bir sənəd bütün mövcud Tərəflərə münasibətdə, yaxud da həmin düzəlişin mövcud Tərəflərə münasibətdə qüvvəyə minməsi üçün tələb olunan bütün tədbirlər görüldükdən sonra dəyişiklik edilmiş Protokola aid hesab edilir.

 

Maddə   5

 

1. Bu Protokol onu ratifikasiya edən, qəbul edən, bəyənən və yaxud ona qoşulan Dövlətlər üçün səkkiz Dövlətin, onlardan hər biri 1.000.000 registr ton ümumi tutumundan az olmayan tanker donanmasına malik olmaqla beş Dövlətin ratifikasiya, qəbul etmə, bəyənmə, qoşulma barədə Baş katibə saxlanmaq üçün sənəd təqdim etmələrinin 90-cı günü qüvvəyə minir.

2. Bu Protokol onu ratifikasiya edən, qəbul edən, bəyənən və yaxud ona sonradan qoşulan hər bir Dövlət üçün bu Dövlət tərəfindən müvafiq sənədin saxlanmağa təqdim edilməsinin 90-cı günü qüvvəyə minir.

 

Maddə   6

 

1.  Bu Protokol istənilən Tərəf üçün qüvvəyə mindikdən sonra həmin Tərəf onu denonsasiya edə bilər.

2.  Denonsasiya bu barədə sənədi Baş katibə saxlanmağa təqdim etmək yolu ilə edilə bilər.

3.  Denonsasiya, bu barədə Baş katibə sənəd təqdim edildiyindən sonra və yaxud bu sənəddə nəzərdə tutulan daha uzun müddətdən sonra qüvvəyə minə bilər.

 

Maddə   7

 

1.  Təşkilat bu Protokola yenidən baxılması və ya düzəlişlər edilməsi üçün konfrans çağıra bilər.

2.  Təşkilat Protokola yenidən baxılması və ya ona düzəlişlər edilməsi üçün Tərəflərin Konfransını Tərəflərin, üçdə bir hissəsindən az olmamaq şərti ilə, xahişinə əsasən çağırır.

 

Maddə   8

 

1.  Bu Protokol saxlanılmaq üçün Baş katibə təhvil verilir.

2.  Baş katib:

a) Protokolu imzalayan və ya ona qoşulan bütün Dövlətlərə xəbər verir:

(i) hər bir imzalanan və qəbul olunma tarixi göstərilməklə, saxlanmağa təhvil verilən yeni sənəd barədə;

(ii) bu Protokolun qüvvəyə minmə tarixi barədə;

(iii) denonsasiya haqda saxlanmağa verilən hər bir sənəd və onun qüvvəyə mindiyi tarix barədə;

(iv) bu Protokola edilən istənilən düzəliş barədə.


Bu Protokolun müvafiq qaydada təsdiqlənmiş surətini onu imzalayan və ya ona qoşulan bütün Dövlətlərə göndərir.

 

Maddə   9

 

Bu Protokol qüvvəyə mindikdən sonra Baş katib onun müvafiq qaydada təsdiqlənmiş surətini Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq dərc olunmaq üçün göndərir.

 

Maddə   10

 

Bu Protokol ingilis və fransız dillərində bir əsl nüsxədə tərtib edilmişdir, həm də hər iki mətn eynidir. Rus və ispan dillərində rəsmi tərcümələr hazırlanacaq və imzalanmış əsl nüsxə ilə birlikdə saxlanmağa veriləcəkdir.

1976-cı il noyabrın 19-da Londonda imzalanmışdır.

Bunun təsdiqi olaraq, həmin məqsəd üçün lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status