"Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında" 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası "Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında" 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2004-cü il
№ 694-IIQ
Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında
1976-cı il tarixli
KONVENSİYA
(London, 19 noyabr 1976-cı il)
Bu Konvensiyanın Tərəfi olan dövlətlər,
dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında bəzi oxşar qaydaları saziş vasitəsilə müəyyənləşdirmək istəyində olduqlarını etiraf edərək,
bu məqsədlə Konvensiya bağlamağı qərara almış və ona görə də aşağıdakılar barədə razılığa gəlmişlər:
I fəsil
MƏHDUDLAŞDIRMA HÜQUQU
Maddə 1
Məsuliyyətini məhdudlaşdırmaq hüququna malik şəxslər
1.
Aşağıda müəyyənləşdirilən gəmi sahibləri və xilasediciləri bu Konvensiyanın müddəalarına müvafiq surətdə 2-ci maddədə qeyd edilən tələblər üzrə məsuliyyətlərini məhdudlaşdıra bilərlər.
2.
"Gəmi sahibi" ifadəsi dəniz gəmisinin sahibini, fraxt edənini, sahibini və operatorunu bildirir.
3.
"Xilasedici" xilasetmə üzrə əməliyyatlarla bilavasitə əlaqədə xidmətlər göstərən istənilən şəxsi bildirir. Həmin əməliyyatlar 2-ci maddənin 1-ci bəndinin "d", "e" və "f' yarımbəndlərində qeyd olunmuş əməliyyatları da əhatə edir.
4.
2-ci maddədə qeyd olunmuş tələblərdən hər hansı biri hərəkətinə, nöqsanına və ya fəaliyyətsizliyinə görə gəmi sahibinin, yaxud xilasedicinin məsuliyyət daşıdıqları istənilən şəxsə qarşı irəli sürülərsə, həmin şəxs bu Konvensiyada nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasından istifadə etmək hüququna malikdir.
5.
Bu Konvensiyada gəmi sahibinin məsuliyyəti gəminin özünə qarşı irəli sürülən iddia üzrə məsuliyyəti əhatə edir.
6.
Bu Konvensiyanın müddəalarına müvafiq surətdə məhdudiyyət altına düşən tələblər üzrə məsuliyyət daşıyan sığorta edənin məsuliyyəti sığortalanmış şəxsin özü ilə eyni həcmdə bu Konvensiyanın üstünlüklərindən istifadə etmək hüququna malikdir.
7. Məsuliyyətin məhdudlaşdırılmasına yönəldilmiş hərəkət məsuliyyətin qəbul edildiyini bildirir.
Maddə 2
Məsuliyyətin məhdudlaşdırıldığı tələblər
1. 3-cü və 4-cü maddələrə riayət edilməklə, məsuliyyətin əsasının necə olmasına baxmayaraq, aşağıdakı tələblər məsuliyyət məhdudiyyətinin altına düşür:
(a)
gəminin bortunda və ya bilavasitə onun istismarı, yaxud xilasetmə əməliyyatları ilə əlaqədar baş vermiş ölüm və ya bədən xəsarəti, yaxud əmlakın itirilməsi və ya korlanması ilə (liman qurğularının, su hövzələrinin, gəmi yollarının və naviqasiya şəraiti vasitələrinin zədələnməsi də daxil olmaqla), bunun nəticəsində yaranmış istənilən sonrakı zərərlə bağlı tələblər;
(b)
dəniz yollan ilə yük, sərnişinlər və ya onların baqajlarının daşınmasının gecikdirilməsi nəticəsində dəymiş zərərlə bağlı tələblər;
(c)
müqavilədən irəli gəlməyən və bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə əlaqədar baş vermiş istənilən hüquq pozuntusu nəticəsində dəymiş digər zərərlə bağlı tələblər;
(d)
batmış, qırıntılara çevrilmiş, saya oturmuş və ya tərk edilmiş gəminin bortunda olanların hamısı daxil edilməklə, belə gəminin qaldırılması, çıxarılması, məhv edilməsi, yaxud zərərsizləşdirilməsi ilə bağlı tələblər;
e) gəminin yükünün çıxarılması, məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı tələblər;
(f) bu Konvensiyaya müvafiq surətdə məsuliyyət daşıyan şəxsin öz məsuliyyətini məhdudlaşdıra bildiyi zərərin qarşısının alınması və ya azaldılması üçün görülən tədbirlər nəticəsində dəymiş zərərə və belə tədbirlərin vurduğu sonrakı zərərə görə məsuliyyət daşıyan şəxsdən başqa, digər şəxsin tələbləri.
2. 1-ci bənddə qeyd edilmiş tələblər, hətta reqres qaydasında və ya müqavilədən, yaxud başqa şəkildə irəli gələn zəmanətə əsasən, yaxud digər şəkildə təqdim olunduqda da məsuliyyətin məhdudlaşdırılması altına düşür. Lakin 1-ci bəndin "d", "e" və "f' yarımbəndlərində qeyd edilmiş tələblər zərərə görə məsuliyyət daşıyan şəxslə bağlanmış müqavilə üzrə mükafatlandırılmaya aid olduğu dərəcədə məsuliyyət məhdudiyyəti altına düşmür.
Maddə 3
Məsuliyyət məhdudiyyətindən çıxarma
Bu Konvensiyanın müddəaları aşağıdakılara tətbiq edilmir:
(a) xilasetmə ilə əlaqədar və ya ümumi qəza üzrə ödəniş barədə tələblərə;
(b)
neftlə çirklənmədən dəymiş zərərə görə mülki məsuliyyət haqqında 1969-cu il 29 noyabr tarixli Beynəlxalq Konvensiya baxımından neftlə çirklənmədən dəymiş zərərlə, yaxud ona qüvvədə olan hər hansı düzəlişlə və ya əlavə edilən istənilən protokolla bağlı tələblərə;
(c)
atom zərərinə görə məsuliyyət məhdudiyyətini tənzimləyən və ya qadağan edən hər hansı Beynəlxalq Konvensiya, yaxud milli qanunvericilik altına düşən tələblərə;
(d)
atom zərəri ilə əlaqədar atom gəmisinin sahibinə irəli sürülən tələblərə;
(e)
vəzifə öhdəlikləri gəmi və ya xilasetmə əməliyyatları ilə əlaqədar olan gəmi sahibinin, yaxud xilasedicinin qulluqçularına, habelə onların varislərinə, öhdəsində olanlara və ya gəmi sahibi, yaxud xilasedici ilə belə qulluqçular arasında əmək müqaviləsini tənzimləyən qanunvericilik üzrə müvafiq tələblər irəli sürmək hüququna malik digər şəxslərə tələblərə; gəmi sahibi və ya xilasedici həmin tələblər üzrə məsuliyyətini məhdudlaşdıra bilməz və ya o, belə qanunvericilik üzrə məsuliyyətini yalnız 6-cı maddədə nəzərdə tutulmuş məbləğdən yuxarı həcmə qədər məhdudlaşdıra bilər.
Maddə 4
Məsuliyyətin məhdudlaşdırılmasına mane olan hərəkət
Məsuliyyət daşıyan şəxs, zərərin onun öz hərəkəti və ya belə zərərin vurulması niyyəti ilə edilmiş səhvi nəticəsində, yaxud özünə güvənməklə və belə zərərin dəyəcəyinin mümkünlüyünün şüurlu şəkildə törədildiyi sübut edilərsə, məsuliyyətini məhdudlaşdırmaq hüququ yoxdur.
Maddə 5
Qarşılıqlı tələblər
Bu Konvensiyanın müddəaları üzrə məsuliyyətini məhdudlaşdırmaq hüququna malik olan şəxs elə həmin hadisədən meydana gələn iddiaçıya tələb irəli sürərsə, onların müvafiq tələbləri nəzərə alınmalı və bu Konvensiyanın müddəaları, əgər mövcud olacaqsa, yalnız qalanlarına tətbiq edilir.
II fəsil
MƏSULİYYƏT HƏDDİ
Maddə 6
Ümumi hədlər
1. 7-ci maddədə qeyd edilənlərdən başqa və eyni hadisədən irəli gələn tələblər üzrə məsuliyyətin hədləri aşağıdakı şəkildə hesablanır:
(a) ölümlə və ya bədən xəsarəti ilə nəticələnmiş tələblərlə bağlı: (i) tutumu 500 tondan artıq olmayan gəmi üçün - 333.000 hesablaşma vahidi; (ii) tutumu yuxarıda qeyd ediləndən yüksək olan gəmilər üçün (i) yarımbəndində qeyd olunan məbləğə aşağıdakı məbləğlər əlavə edilir: 501 tondan 300 tona qədər olan hər tona - 500 hesablama vahidi;
3.001 tondan 30.000 tona qədər olan hər tona - 333 hesablama vahidi; 30.001 tondan 70.000 tona qədər olan hər tona - 250 hesablama vahidi;
70.000 tondan yuxarı olan hər tona - 167 hesablama vahidi; (b) hər hansı digər tələblərlə bağlı:
(i) tutumu 500 tondan yuxarı olmayan gəmi üçün - 167.000 hesablama vahidi;
(ii) tutumu yuxanda qeyd ediləndən yüksək olan gəmilər üçün (i) yarımbəndində qeyd olunan məbləğə aşağıdakı məbləğlər əlavə edilir: 501 tondan 30.000 tona qədər olan hər tona - 167 hesablama vahidi;
30.001 tondan 70.000 tona qədər olan hər tona - 125 hesablama vahidi; 70.000 tondan yuxarı olan hər tona - 83 hesablama vahidi;
2.
1-ci bəndin "a" yarımbəndinə müvafiq surətdə hesablanmış məbləğ həmin yarımbənddə qeyd olunmuş tələblərin tam ödənilməsi üçün kifayət etmədikdə, 1-ci bəndin "b" yarımbəndinə uyğun olaraq hesablanan məbləğ 1-ci bəndin "a" yarımbəndində qeyd edilmiş tələblərin ödənilməyən qalığının ödənilməsi üçün istifadə olunur və ödənilməmiş belə qalıq 1-ci bəndin "b" yarımbəndində qeyd edilən tələblərlə yanaşı, mütənasiblik əsasında ödənilir.
3.
Lakin Tərəf Dövlətlər ölüm və ya bədən xəsarəti hallarında 2-ci bəndə əsasən, ödəmələr tələb etmək hüququna zərər olmadan milli qanunvericiliklərində liman qurğularının, su hövzələrinin, gəmi yollarının və naviqasiya şəraiti vasitələrinin vurduğu zərərlə bağlı tələblərin 1-ci bəndin "b" yarımbəndində qeyd olunan digər tələblər qarşısında bu qanunvericiliklə müəyyənləşdirilən üstünlüyə malik olduğunu nəzərdə tuta bilər.
4.
Hər hansı bir gəmidə fəaliyyət göstərməyən xilasedicinin və ya yalnız xilasetmə xidmətləri göstərdiyi gəmidə işləyən xilasedicinin məsuliyyət həddi 1.500 tonluq tutum əsasında hesablanır.
Bu Konvensiyanın məqsədləri üçün gəminin tutumu gəmilərin ölçülməsinə dair 1969-cu il Beynəlxalq Konvensiyanın 1-ci Əlavəsində verilmiş ölçmə qaydalarına müvafiq surətdə müəyyənləşdirilən ümumi tutum hesab edilir.
Maddə 7
Sərnişinlərin tələblərinə dair məsuliyyət həddi
1.
Gəmi sərnişinlərinin ölümü, yaxud bədən xəsarəti ilə nəticələnmiş və eyni hadisədən meydana gəlmiş tələblərlə əlaqədar olaraq, həmin gəmi sahibinin məsuliyyət həddi 46.666 hesablama vahidinin gəmi şəhadətnaməsinə müvafiq surətdə gəmiyə daşımağa icazə verilmiş sərnişinlərin sayına vurulmaqla alınan, ancaq 25 milyon hesablama vahidindən yuxarı olmayan məbləğ hesab edilir.
2.
Bu maddənin məqsədləri üçün "gəmi sərnişinlərinin ölümü və ya bədən xəsarəti ilə nəticələnmiş tələblər" həmin gəmidə aşağıdakılar üzrə daşınan hər hansı şəxsin irəli sürdüyü və ya hər hansı şəxsin adından irəli sürülən istənilən belə tələbləri bildirir:
(a)
sərnişin daşınması müqaviləsi üzrə; yaxud
(b)
yüklərin daşınması müqaviləsində nəzərdə tutulmuş avtomobillərin və ya heyvanların müşayiət edilməsi üçün yükdaşıyanın razılığı üzrə.
Maddə 8
Hesablama vahidi
1.
6-cı və 7-ci maddələrdə qeyd olunan hesablama vahidi Beynəlxalq Valyuta Fondunun müəyyənləşdirdiyi kimi, "borcalmanın xüsusi hüququ vahidi" hesab edilir. 6-cı və 7-ci maddələrdə qeyd edilən məbləğlər məhdudlaşdırma fondunun, ödənişin yaradıldığı və ya Dövlətin qanunvericiliyi üzrə belə ödənişə bərabər tutulan təminatın verilməsi tarixində Dövlət valyutasının dəyərinə müvafiq surətdə məsuliyyət məhdudiyyətinin tətbiq edildiyi həmin dövlətin milli valyutasına çevrilir. Beynəlxalq Valyuta Fondunun üzvü sayılan Tərəf Dövlətlərin milli valyutasının "borcalmanın xüsusi hüququ vahidi" ilə dəyəri Milli Valyuta Fondunun özünün xüsusi əməliyyatları və hesablamaları üçün müvafiq tarixdə onun tətbiq etdiyi dəyərin müəyyənləşdirilməsi metoduna uyğun olaraq hesablanır. Beynəlxalq Valyuta Fondunun üzvü olmayan Tərəf Dövlətlərin milli valyutasının "borcalmanın xüsusi hüququ vahid"ləri ilə dəyəri həmin Tərəf Dövlətin müəyyənləşdirdiyi üsulla hesablanır.
2.
Buna baxmayaraq, Beynəlxalq Valyuta Fondunun üzvü olmayan və qanunvericiliyi 1-ci bəndin müddəalarını tətbiq etməyə imkan verməyən Dövlətlər ratifikasiya etmə, qəbul etmə və ya bəyənmə haqqında qeyd-şərtsiz imzalama zamanı, yaxud ratifikasiya edərkən, qəbul edərkən, bəyənərkən və ya qoşularkən, yaxud bundan sonra istənilən vaxt bu Konvensiyada nəzərdə tutulan və onların ərazilərində tətbiq edilən məsuliyyət hədlərinin aşağıdakı qaydada müəyyənləşdirildiyini bəyan edə bilərlər:
(a) 6-cı maddənin 1-ci bəndinin "a" yanmbəndi ilə bağlı aşağıdakı məbləğlərdə:
(i) tutumu 500 tondan yuxan olmayan gəmilər üçün 5 milyon valyuta vahidi; (ii) tutumu yuxarıda qeyd ediləndən yüksək olan gəmilər üçün (i) yarımbəndində qeyd olunan məbləğə aşağıdakı məbləğlər əlavə edilir: 501 tondan 3.000 tona qədər olan hər tona - 7.500 valyuta vahidi; 3.001 tondan 30.000 tona qədər olan hər tona - 5.000 valyuta vahidi; 30.001 tondan 70.000 tona qədər olan hər tona - 3.750 valyuta vahidi;
70.000 tondan yuxarı olan hər tona - 2500 valyuta vahidi;
b) 6-cı maddənin 1-ci bəndinin "b" yarımbəndi ilə bağlı aşağıdakı məbləğdə:
(i) tutumu 500 tondan yuxarı olmayan gəmilər üçün - 2,5 milyon valyuta vahidi;
(ii) tutumu yuxarıda qeyd ediləndən yüksək olan gəmilər üçün (i) yarımbəndində qeyd olunan məbləğə aşağıdakı məbləğlər əlavə edilir: 501 tondan 30.000 tona qədər olan hər tona - 2.500 valyuta vahidi;
30.001 tondan 70.000 tona qədər olan hər tona - 1850 valyuta vahidi; 70.000 tondan yuxarı olan hər tona - 1250 valyuta vahidi;
(c) 7-ci maddənin 1-ci bəndi ilə əlaqədar olaraq, 700.000 valyuta vahidinin gəmi şəhadətnaməsinə müvafiq surətdə gəminin daşımasına icazə verilmiş sərnişinlərin sayına vurulması ilə alman, ancaq 375 milyon valyuta vahidindən yuxarı olmayan məbləğ hesab edilir.
6-cı maddənin 2-ci və 3-cü bəndləri bu bəndin müvafiq surətdə "a" və "b" yarımbəndlərinə tətbiq edilir.
3.
2-ci bənddə qeyd olunan valyuta vahidi doqquz yüz minlik əyara malik altmış beş tam onda beş milliqram qızıla uyğun gəlir. Bu məbləğin milli valyutaya çevrilməsi müvafiq Dövlətin qanunvericiliyinə əsasən həyata keçirilir.
4.
1-ci bəndin sonuncu cümləsində qeyd olunan hesablama və 3-cü bənddə qeyd edilən valyuta çevirməsi elə şəkildə həyata keçirilməlidir ki, 6-cı və 7-ci maddələrdə qeyd olunan, bu maddələrdəki hesablama vahidlərində ifadə edilən məbləğlərin həmin real dəyərini, nə qədər mümkünsə, Tərəf Dövlətlərin milli valyutalarında ifadə etsin. Tərəf Dövlətlər 1-ci bəndə əsasən hesablama üsulu və ya müvafiq hallarda ratifikasiya etmə, qəbul etmə, yaxud bəyənmə haqqında qeyd-şərtsiz imzalama zamanı və ya 16-cı maddədə qeyd olunan sənəd saxlanmağa verilərkən, 3-cü bəndə əsasən valyuta çevirməsinin nəticəsi və bundan sonra həmin üsulla, yaxud valyuta çevirməsinin nəticələrində baş verən hər dəyişiklik barədə Depozitariyə məlumat verirlər.
Maddə 9
Tələblərin birləşdirilməsi
1. 6-cı maddəyə müvafiq surətdə müəyyənləşdirilmiş məsuliyyət hədləri hər hansı bir hadisədən meydana gələn aşağıdakı bütün tələblərin cəminə tətbiq edilir:
(a)
I maddənin 2-ci bəndində qeyd edilən şəxsə, yaxud şəxslərə və hərəkətinə, xətasına və ya fəaliyyətsizliyinə görə qeyd olunan şəxsin, yaxud şəxslərin məsuliyyət daşıdıqları hər hansı şəxsə qarşı; yaxud
(b)
gəmidən xilasetməyə dair xidmətlər göstərən həmin gəminin mülkiyyətçisinə, belə gəmidən fəaliyyət göstərən xilasedici və ya xilasedicilərə və hərəkətinə, xətasına, yaxud fəaliyyətsizliyinə görə onun və ya onların məsuliyyət daşıdıqları hər hansı şəxsə qarşı;
(c)
gəmidən fəaliyyət göstərməyən və ya yalnız gəmidə fəaliyyət göstərən, xilasetməyə dair xidmətlər göstərilən xilasediciyə və ya xilasedicilərə və hərəkətinə, xətasına, yaxud fəaliyyətsizliyinə görə onun və ya onların məsuliyyət daşıdıqları hər hansı şəxsə qarşı.
2. 7-ci maddəyə müvafiq surətdə müəyyənləşdirilmiş məsuliyyət hədləri onun əhatə etdiyi bütün tələblərin cəminə tətbiq olunur, həmin tələblər 7-ci maddədə qeyd edilən gəmi ilə əlaqədar olaraq, I maddənin 2-ci bəndində qeyd edilən şəxsə və ya şəxslərə və hərəkətinə, xətasına, yaxud fəaliyyətsizliyinə görə yuxarıda qeyd olunan şəxsə və ya şəxslərin məsuliyyət daşıdıqları istənilən şəxsə qarşı hər hansı bir hadisədən meydana gələ bilər.
Maddə 10
Məhdudlaşdırma fondu yaradılmadan məsuliyyətin məhdudlaşdırılması
1. 11-ci maddədə qeyd olunan məhdudlaşdırma fondunun təşkil edilməməsinə baxmayaraq, məsuliyyətin məhdudlaşdırılmasını tələb etmək olar. Lakin Tərəf Dövlət məsuliyyət məhdudiyyəti altına düşən tələblərin yerinə yetirilmə-si üçün onun məhkəməsində iddia irəli sürüldüyü hallarda, məsuliyyət daşıyan şəxsin öz məsuliyyətini məhdudlaşdırmaq hüququnu yalnız məhdudlaşdırma fondu bu Konvensiyanın müddəalarına müvafiq surətdə yaradılmış olduqda və ya məsuliyyəti məhdudlaşdırmaq hüququ icra olunarkən təşkil edildikdə həyata keçirə bilməsini özünün milli qanunvericiliyində nəzərdə tuta bilər.
2.
Məsuliyyətin məhdudlaşdırılması məhdudlaşdırma fondu yaradılmadan həyata keçirilərsə, 12-ci maddənin müddəaları müvafiq surətdə tətbiq edilir.
3.
Bu maddənin müddəalarından irəli gələn rəsmi qaydalarla bağlı məsələlər iddianın qaldırıldığı Tərəf Dövlətin milli qanunvericiliyinə müvafiq surətdə həll edilir.
III fəsil
MƏHDUDLAŞDIRMA FONDU
Maddə 11
Fondun yaradılması
1.
Məsuliyyət həvalə edilə bilən şəxs məsuliyyətin məhdudlaşdırılması altına düşən tələblərlə əlaqədar olaraq iddianın qaldırıldığı hər hansı Tərəf Dövlətin məhkəməsində və ya digər səlahiyyətli orqanında fond təsis edə bilər. Fond 6-cı və 7-ci maddələrin müddəalarına müvafiq surətdə hesablanan, həmin şəxsin məsuliyyət daşıya biləcəyi tələblərə tətbiq edilən, məsuliyyətə səbəb olmuş hadisənin baş verdiyi gündən fondun yaradıldığı günə qədər mövcud olan məbləğin faizləri ilə birlikdə formalaşan məbləğ həcmində yaradılır. Bu cür şəkildə yaradılmış istənilən fond yalnız məsuliyyət məhdudiyyətinin həyata keçirilə biləcəyi tələblərin ödənilməsi üçün nəzərdə tutulur.
2.
Fond məbləğlər yığılması, yaxud fondun yaradıldığı Tərəf Dövlətin qanunvericiliyi üzrə məqbul sayılan təminatın verilməsi və məhkəmə, yaxud digər səlahiyyətli orqan tərəfindən kifayət qədər tanınması yolu ilə yaradıla bilər.
3.
9-cu maddənin 1-ci bəndinin "a", "b" və ya "c" yarımbəndlərində, yaxud 2-ci bəndində qeyd olunan şəxslərdən biri və ya onu sığorta edən tərəfindən yaradılan fond 1-ci bəndin "a", "b" və ya "c" yarımbəndlərində, yaxud müvafiq surətdə 2-ci bənddə qeyd edilən şəxslərin hamısı tərəfindən yaradılmış hesab olunur.
Maddə 12
Fondun bölüşdürülməsi
1.
6-cı maddənin 1-ci, 2-ci və 3-cü bəndlərinin və 7-ci maddənin müddəalarına riayət edilməklə, fond tələblərə malik şəxslər arasında onların tələblərinin fonda mütənasib surətdə müəyyənləşdirilən məbləğlərlə bölüşdürülür.
2.
Məsuliyyət daşıyan şəxs və ya onu sığorta edən fondun bölüşdürülməsinə qədər fonda tələblər üzrə kompensasiyanı ödəmişlərsə, həmin şəxs ona ödədiyi məbləğ həddində, subroqasiya qaydasında, bu Konvensiyaya əsasən, konpensasiya almış şəxsin malik ola biləcəyi hüquqa sahib olur.
3.
2-ci bənddə nəzərdə tutulmuş subroqasiya hüququ yuxarıda qeyd edilən şəxslərdən fərqli olaraq, digər şəxslər tərəfindən ödənilmə kimi, ancaq milli qanunvericiliklə tətbiqinə icazə verilən belə subroqasiya səviyyəsində onların ödədikləri hər hansı məbləğlə bağlı istifadə edilə bilər.
4.
Məsuliyyət daşıyan şəxs və ya hər hansı digər şəxs 2-ci və 3-cü bəndlərə əsasən həmin şəxsin subroqasiya hüququndan istifadə edə biləcəyi ilə bağlı bu cür ödənilmə məbləğinin sonradan tam və ya qismən ödənilməsinə onun məcbur edilə biləcəyini müəyyənləşdirərsə, ödənilmə fondun bölüşdürülməsi nə qədər ödənilmişsə, fondun yaradıldığı Dövlətin məhkəməsi və ya digər səlahiyyətli orqanı belə şəxsə sonralar onun fonda tələblərini ödəmək imkanı verməkdən ötrü kifayət qədər məbləğin müvəqqəti olaraq ehtiyatda saxlanılmasına sərəncam verə bilər.
Maddə 1 3
Digər iddialar üçün maneələr
1.
Məhdudlaşdırma fondu 11-ci maddəyə müvafiq surətdə təsis edilmişsə, fonda tələb irəli sürən hər hansı şəxs fondu təsis edən və ya adından təsis edilən şəxsin istənilən digər əmlakı ilə bağlı belə tələblərə aid olan hər hansı hüququ həyata keçirə bilməz.
2.
11 -ci maddəyə müvafiq surətdə məhdudlaşdırma fondu təsis edildikdən sonra maraqları naminə fondun yaradıldığı şəxsə məxsus olan, yurisdiksiyası hüdudlarında həbs edilmiş, yaxud tutulub saxlanmış, Tərəf Dövlətin tələbi ilə fonda verilə bilən hər hansı gəmi və ya istənilən digər əmlak, habelə verilmiş hər hansı təminat həmin Dövlətin məhkəməsinin, yaxud istənilən digər səlahiyyətli orqanın sərəncamı ilə azad edilə bilər. Lakin məhdudlaşdırma fondu aşağıdakılarda yaradılmışsa, bu cür azad etmələr haqqında sərəncam həmişə verilməlidir:
(a)
hadisənin baş verdiyi yerdəki limanda və ya o, həmin limanın hüdudlarından kənarda baş vermişsə, bu limandan sonra yan alman birinci limanda;
(b)
ölümlə və ya bədən xəsarəti ilə nəticələnmiş tələblərlə bağlı düşmə limanında;
(c)
yükə vurulmuş zərərlə bağlı boşaltma limanında; yaxud
(d)
həbs qoyulduğu Dövlətdə.
3. 1-ci və 2-ci bəndlərin müddəaları yalnız tələbi olan şəxs fondu idarə edən məhdudlaşdırma fonduna məhkəmədə tələb irəli sürə bildiyi və həmin fondun həqiqətən də istifadə edilə və həmin tələblə bağlı sərbəst surətdə çevrilə bildiyi hallarda tətbiq edilir.
M addə 14
Tətbiq edilən qanunvericilik
Bu fəslin müddəalarına riayət edilməklə, məhdudlaşdırma fondunun təsis edilməsi və bölüşdürülməsi ilə bağlı qaydalar və bununla bağlı olan bütün prosedur qaydaları fondun təsis edildiyi Tərəf Dövlətin qanunvericiliyi ilə tənzimlənir.
IV fəsil
TƏTBİQ EDİLMƏ SAHƏSİ
Maddə 15
Bu Konvensiya 1 -ci maddədə qeyd olunan hər hansı şəxs tərəfindən Tərəf Dövlətin məhkəməsində onun məsuliyyətinin məhdudlaşdırılması və ya istənilən belə Dövlətin yurisdiksiyası hüdudlarında həbs edilmiş gəminin, yaxud digər əmlakın və ya verilmiş hər hansı təminatın azad olunması barədə tələblər irəli sürüldüyü bütün hallarda tətbiq edilir.
Buna baxmayaraq, hər bir Tərəf Dövlət I maddədə qeyd edilən hər hansı şəxsə həmin Dövlətin məhkəmələrində bu Konvensiyanın müddəalarına müraciət etdiyi vaxt Tərəf Dövlətdə onun daimi yaşayış və əsas fəaliyyət yeri olmadıqda və ya barəsində məsuliyyətin məhdudlaşdırılması, yaxud məsuliyyətdən azad edilməsi ilə bağlı tələblərin irəli sürüldüyü və yuxarıda qeyd olunan vaxtda Tərəf Dövlətin bayrağı altında üzməyən hər hansı gəmiyə bu Konvensiyanın tətbiq olunmasından tam və ya qismən imtina edə bilər.
2. Tərəf Dövlət aşağıdakı gəmilərə tətbiq ediləcək məsuliyyətin məhdudlaşdırılması sistemini milli qanunvericiliyin xüsusi müddəaları ilə nizamlaya bilər:
(a)
həmin Dövlətin qanunvericiliyinə müvafiq surətdə daxili su yolları ilə üzmək üçün nəzərdə tutulan gəmilərə;
(b)
tutumu 300 tondan aşağı olan gəmilərə.
Tərəf Dövlət bu bənddə nəzərdə tutulmuş imkandan istifadə edərək, onun milli qanunvericiliyində qəbul edilmiş məsuliyyət hədləri və ya belə hədlərin nəzərdə tutulmaması barədə Depozitariyə məlumat verir.
3.
Tərəf Dövlət digər Tərəf Dövlətlərin vətəndaşları sayılan şəxslərin maraqlarına heç bir şəkildə toxunmayan hadisələrdən meydana gələn tələblərə tətbiq edilən məsuliyyətin məhdudlaşdırılması sistemini milli qanunvericiliyin xüsusi müddəaları ilə nizamlaya bilər.
4.
Tərəf Dövlətlərin məhkəmələri bu Konvensiyanı qazma işləri və həmin işləri həyata keçirmək üçün tikilən və ya uyğunlaşdırılan gəmilərə tətbiq etmir:
(a)
bu dövlət özünün milli qanunvericiliyində 6-cı maddədə nəzərdə tutulan məsuliyyət həddindən daha yüksək müvafiq hədd müəyyən etmişsə;
(b)
bu dövlət həmin gəmilər tətbiq edilən məsuliyyət sistemini tənzimləyən beynəlxalq konvensiyanın tərəfi olmuşsa.
(a) yarımbəndinin tətbiq edildiyi hallarda, həmin Tərəf Dövlət Depozitariyə bu barədə məlumat verir.
5. Bu Konvensiya aşağıdakılara tətbiq edilmir:
(a)
hava yastıqlı gəmilərə;
(b)
dənizin dibindəki və ya onun təkindəki təbii ehtiyatların kəşfiyyatı, yaxud işlənməsi üçün tikilmiş üzən platformalara.
V fəsil
SON MÜDDƏALAR
Maddə 16
İmzalama, ratifikasiya etmə və qoşulma
1.
Bu Konvensiya Dənizçilik üzrə Hökumətlərarası Məsləhətçi Təşkilatın (bundan sonra - Təşkilat) olduğu yerdə 1977-ci il fevralın 1-dən 1977-ci il dekabrın 31-ə qədər bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır və bundan sonra ona qoşulmaq üçün açıq qalır.
2.
Bütün dövlətlər aşağıdakı yolla bu Konvensiyanın tərəfləri ola bilərlər:
a)
ratifikasiya barədə qeyd-şərtsiz imzalamaqla, qəbul və ya təsdiq etməklə; yaxud
b)
ratifikasiya barədə qeyd-şərtlə imzalamaqla, sonradan ratifikasiya etmək şərtilə qəbul etməklə və ya təsdiq etməklə; yaxud
c)
qoşulmaqla.
3. Ratifikasiya etmək, qəbul etmək, bəyənmək və ya qoşulmaq bu barədə rəsmi sənədi Təşkilatın Baş katibinə (bundan sonra - Baş katib) saxlamağa vermək yolu ilə həyata keçirilir.
Maddə 1 7
Qüvvəyə minmə
1.
Bu Konvensiya on iki dövlətin onu ratifikasiya, qəbul etmə və ya bəyənmə haqqında qeyd-şərtsiz imzaladığı, yaxud ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma barədə zəruri sənədləri saxlanmağa verdiyi tarixdən etibarən bir il keçdikdən sonra başlayan ayrı birinci günündə qüvvəyə minir.
2.
Bu Konvensiyanın qüvvəyə minməsi şərtlərini yerinə yetirdikdən sonra, lakin onun qüvvəyə minməsi tarixinə qədər ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma barədə sənədi saxlanmağa verən, yaxud onu ratifikasiya, qəbul etmə və ya bəyənmə haqqında qeyd-şərtsiz imzalayan dövlətlər üçün ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma, yaxud ratifikasiya, qəbul etmə və ya bəyənmə haqqında qeyd-şərtsiz imzalama hansı tarixin - Konvensiyanın qüvvəyə minməsi gününün və ya imzalama tarixindən etibarən keçən doxsan gündən sonra başlayan ayın ilk gününün, yaxud sənədin saxlanmağa verilməsi tarixinin gec başlamasından asılı olaraq qüvvəyə minir.
3.
Bundan sonra həmin Konvensiyanın Tərəfi olan istənilən dövlət üçün Konvensiya sənədin saxlanmağa verildiyi tarixdən etibarən keçən doxsan gündən sonra başlayan ayın ilk günündə qüvvəyə minir.
4.
Bu Konvensiyam ratifikasiya etmiş, qəbul etmiş və ya bəyənmiş, yaxud ona qoşulmuş dövlətlər arasındakı münasibətlərə gəldikdə isə bu Konvensiya dəniz gəmiləri sahiblərinin məsuliyyətinin məhdudlaşdırılması ilə əlaqədar olaraq, 1957-ci il oktyabrın 10-da Brüsseldə bağlanmış Beynəlxalq Konvensiyanı və dəniz gəmiləri sahiblərinin məsuliyyətinin məhdudlaşdırılması ilə əlaqədar olaraq, bəzi müddəaların vahid şəklə salınması üçün 1924-cü il avqustun 25-də Brüsseldə imzalanmış Beynəlxalq Konvensiyanı əvəz və ləğv edir.
Maddə 18
Qeyd-şərtlər
1.
İmzalama, ratifikasiya etmə, qəbul etmə, bəyənmə və ya qoşulma zamanı istənilən dövlət 2-ci maddənin 1-ci bəndinin "d" və "e" yarımbəndlərinin tətbiqini istisna etmək hüququ barədə qeyd-şərt edə bilər. Bu Konvensiyanın mahiyyətini təşkil edən məsələlərə dair digər heç bir qeyd-şərtə icazə verilmir.
2.
İmzalama zamanı edilən qeyd-şərtlər ratifikasiya edilərkən, qəbul edilərkən və ya bəyənilərkən təsdiq olunmalıdır.
3.
Bu Konvensiyaya qeyd-şərt etmiş hər hansı dövlət Baş katibə göndərdiyi xəbərdarlıq məktubu vasitəsilə istənilən vaxt onu ləğv edə bilər. Qeyd-şərtlərin belə ləğv edilməsi xəbərdarlıq məktubunun alındığı gün qüvvəyə minir. Əgər xəbərdarlıq məktubunda qeyd-şərtin onda müəyyənləşdirilən tarixdə qüvvəyə mindiyi qeyd edilmişsə və bu tarix Baş katibin xəbərdarlıq məktubunu alması tarixindən çox gec olarsa, qeyd-şərtin ləğvi həmin gec tarixdə qüvvəyə minir.
Maddə 19
Denonsasiya
1.
Bu Konvensiya Tərəf Dövlət üçün Konvensiyanın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonra istənilən vaxtda həmin dövlət tərəfindən denonsasiya edilə bilər.
2.
Denonsasiya müvafiq sənədi Baş katibə saxlamağa vermək yolu ilə həyata keçirilir.
3.
Denonsasiya sənədin saxlanmağa verilməsi tarixindən etibarən bir il keçdikdən sonra başlayan ayın ilk günündə və ya həmin sənəddə qeyd oluna bilən daha uzun müddət keçdikdən sonra qüvvəyə minir.
Maddə 20
Yenidən nəzərdən keçirmə və düzəlişlər
1.
Təşkilat bu Konvensiyanı yenidən nəzərdən keçirmək və ya ona düzəlişlər etmək üçün konfrans çağıra bilər.
2.
Təşkilat bu Konvensiyanı yenidən nəzərdən keçirmək və ya ona düzəlişlər etmək üçün onun Tərəf Dövlətlərinin konfransını Tərəflərin azı üçdə birinin xahişi ilə çağırır.
3.
Bu Konvensiyaya düzəlişlər qüvvəyə mindiyi tarixdən sonra ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma barədə saxlanmağa verilmiş hər hansı sənəd, əgər onda ziddiyyət təşkil edən niyyətlər (mülahizələr) yoxdursa, o, düzəliş edilmiş Konvensiyaya aid olunmuş hesab edilir.
Maddə 2 1
Məhdudlaşdırma məbləğlərinin və hesablama vahidinin,
yaxud valyuta vahidinin yenidən nəzərdən keçirilməsi
1. 20-ci maddənin müddəalarına baxmayaraq, yalnız 6-cı və 7-ci maddələrdə və 8-ci maddənin 2-ci bəndində nəzərdə tutulan məbləğlərin yenidən nəzərdən keçirilməsi və ya bu maddənin 1 -ci və 2-ci bəndlərində müəyyənləşdirilən hər iki vahidin digər vahidlərlə əvəz edilməsi məqsədilə Təşkilat tərəfindən bu maddənin 2-ci və 3-cü bəndlərinə müvafiq surətdə konfrans çağırılır. Məbləğlərə yenidən baxılması yalnız onların real dəyərlərinin xeyli dərəcədə dəyişilməsi səbəbindən həyata keçirilir.
2 Təşkilat belə konfransı Tərəf Dövlətlərin azı dörddə birinin xahişi ilə çağırır.
3, Məbləğlərin dəyişdirilməsi və ya eyni vahidlərin digər vahidlərlə əvəz olunması barədə qərar həmin konfransda iştirak edən Tərəf Dövlətlərin üçdə iks səs çoxluğu ilə qəbul edilir.
4. Konvensiyanı ratifikasiya etmək, qəbul etmək, bəyənmək və ya ona qoşulmaq haqqında sənədi saxlamağa verən hər hansı dövlət düzəlişlər qüvvəyə mindikdən sonra düzəlişlər edilmiş Konvensiyanı tətbiq edir.
Maddə 22
Depozitari
1.
Bu Konvensiya Baş katibə saxlanmağa verilir.
2.
Baş katib:
(a)
bu Konvensiyanın lazımi qaydada təsdiqlənmiş surətlərini dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılmasına dair Konfransda iştirak etməyə dəvət olunmuş bütün Dövlətlərə və bu Konvensiyaya qoşulmuş bütün digər Dövlətlərə göndərir;
(b)
bu Konvensiyam imzalamış və ya ona qoşulmuş bütün Dövlətlərə aşağıdakılar barədə məlumat verir:
(i)
hər yeni sənədin imzalanması, saxlanmağa verilməsi və hər hansı qeyd-şərt, habelə bu cür imzalama və ya saxlanmağa verilmə barədə;
(ii)
bu Konvensiyanın qüvvəyə minməsi və ya ona hər hansı düzəlişin edilməsi tarixi barədə;
(iii)
bu Konvensiyanın hər hansı şəkildə ləğv edilməsi və ləğv etmənin qüvvəyə minməsi tarixi barədə;
(iv)
20-ci və 21-ci maddələrə müvafiq surətdə qəbul edilmiş hər hansı düzəliş barəsində;
(v)
bu Konvensiyanın maddələrindən hər hansı birinin tələb etdiyi istənilən məlumat barədə.
3. Bu Konvensiya qüvvəyə mindikdən sonra Baş katib onun lazımi qaydada təsdiq edilmiş surətini Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq surətdə qeydiyyata alınmaq və dərc edilmək üçün Birləşmiş Millətlər Təşkilatının Katibliyinə verir.
Maddə 23
Dillər
Bu Konvensiya rus, ingilis, ispan və fransız dillərində bir əsl nüsxədə tərtib edilmişdir və bütün mətnlər eynidir.
Min doqquz yüz yetmiş altıncı il noyabrın on doqquzunda Londonda imzalanmışdır.
Bunun təsdiqi olaraq, lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Konvensiyam imzalamışlar.