"Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya (5 əlavəsi ilə birlikdə) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidcnti
Bakı şəhəri, 18 iyun 2004-cü il
№ 695-IIQ
"Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında"
1973-cü il tarixli
BEYNƏLXALQ KONVENSİYA
Konvensiyanın Tərəfləri,
bütövlükdə ətraf mühitin və xüsusən dəniz mühitinin mühafizəsinin zəruriliyini dərk edərək,
bilərəkdən atılan tullantının, səhlənkarlıqdan atılan tullantının və ya qəza vaxtı gəmidən atılan neft və başqa zərərli maddələrin ciddi çirkləndirmə mənbəyi olduğunu etiraf edərək,
həmçinin əsas məqsədi ətraf mühitin mühafizəsi olan, dənizin neftlə çirklənməsinin qarşısının alınmasına dair 1954-cü ildə bağlanmış ilk çoxtərəfli Beynəlxalq Konvensiyanın əhəmiyyətini etiraf edərək və bu Konvensiyanın dənizlərin və sahilin çirklənmədən mühafizəsi işinə sanballı köməyini yüksək qiymətləndirərək,
neft və başqa zərərli maddələrlə dənizin qəsdən çirkləndirilməsinin tamamilə aradan qaldırılmasını təmin etmək və qəza vaxtı belə tullantıları minimuma endirmək məqsədinə nail olmaq naminə,
neftlə çirkləndirmə ilə məhdudlaşmayaraq, hərtərəfli xarakter daşıyan qaydaların müəyyən edilməsi yolu ilə bu məqsədə ən yaxşı tərzdə nail olunmasını mümkün hesab edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Konvensiya üzrə ümumi öhdəliklər
1. Konvensiyanı pozmaqla, axıntı və ya zərərli maddələr tullamaqla, tərkibində belə qatışıqlar olan maddələri tullamaq yolu ilə dəniz mühitinin çirklənməsinin qarşısını almaq məqsədilə Konvensiyanın Tərəfləri onlar üçün məcburi olan Konvensiyanın müddəalarını və ona dair Əlavələri həyata keçirməyi öhdələrinə götürürlər.
2. Müvafiq Konvensiyaya hər hansı bir istinad, əgər başqası xüsusi vurğulanmırsa, eyni zamanda onun Protokol və Əlavələrinə istinad deməkdir.
Maddə 2
Təriflər
Bu Konvensiyanın məqsədləri üçün, əgər xüsusi olaraq başqa hal müəyyən edilməyibsə:
1.
"Nizamnamə" - bu Konvensiyanın Əlavəsindəki qaydalar mənasını verir.
2.
"Zərərli maddələr" dedikdə, dənizə düşərkən insan sağlamlığına təhlükə törədə bilən, dəniz fauna və florasına zərər vuran, istirahət yeri kimi götürülən dənizin təbii cazibədarlığını pozan və ya dənizdən başqa cür qanuni istifadə olunmasına əngəl törədən və müvafiq Konvensiyanın nəzarətində olan hər bir şey nəzərdə tutulur.
3.
a) "Atılma" - zərərli maddələr və onların qarışığı olan axıntılar barədə işləndikdə, səbəbindən asılı olmayaraq, istənilən tullantılar mənasını verir və hər bir sızıntını, kənarlaşdırmanı, axıntını, sovrulub tökülməni, atılmanı və boşaltmanı ehtiva edir;
b) "Atılma"ya aid deyil:
i) 1972-ci il noyabrın 13-də Londonda bağlanmış Konvensiyada dənizin çirklənməsinin qarşısını almaq məqsədilə nəzərə alınmış tullantıların və başqa materialların boşaldılması mənalı boşaltma (lar); və ya
ii) bilavasitə kəşfiyyat nəticəsində baş verən, dəniz dibinin materiallarının tədqiqatı və onunla əlaqədar olan iş (emal) prosesi vaxtı boşaldılan zərərli maddələr;
iii) çirklənmənin azaldılması və ya məhdudlaşdırılması üçün qanuni elmi tədqiqatlar aparılmasından ötrü zərərli maddələrin tullanması.
4.
"Gəmi" dəniz mühitində istismar edilən istənilən tipli gəmilər deməkdir və buraya hava yastıqlı, sualtı qanadlı gəmilər, sualtı gəmilər, üzən vasitələr, həmçinin stasionar və ya üzən platformalar daxildir.
5.
"Administrasiya" gəminin fəaliyyət yurisdiksiyasının mənsub olduğu dövlətin hökuməti deməkdir. Hər hansı dövlətin bayrağı altında üzmək hüququ verilmiş gəmiyə münasibətdə isə Administrasiya bu dövlətin hökumətidir. Təbii sərvətlərin kəşfiyyatı və işlənməsi məqsədilə sahilyanı dövlətlərin öz müstəqil hüquqlarını həyata keçirdikləri sahilə qovuşan dəniz dibinin və təkinin kəşfiyyatı və işlənməsi ilə məşğul olan hərəkətsiz və ya üzən platformalara münasibətdə Administrasiya müvafiq sahilyanı dövlətin hökumətidir.
6.
"Hadisə" dənizə zərərli maddələr və ya tərkibində belə maddələr olan çirkab atılmasına səbəb olmuş və ya səbəb ola biləcək hadisə deməkdir.
7.
"Təşkilat" Hökumətlərarası dəniz məşvərətçi təşkilatı deməkdir.
Maddə 3
Tətbiq
1. Müvafiq Konvensiya:
a)
Konvensiyanın Tərəflərinin bayrağı altında üzməyə icazə verilmiş gəmilərə və
b)
Konvensiya Tərəflərinin bayrağı altında üzmək hüququ olmayan, ancaq Konvensiya Tərəflərinin yurisdiksiyası altında fəaliyyət göstərən gəmilərə tətbiq edilir.
2.
Sahilə qovuşan dəniz dibinin və hüdudlarının kəşfiyyat məqsədilə işlənməsində və onların təbii resurslarının işlənməsində beynəlxalq hüquqla şərtləndirilmiş heç nə bu maddədə Tərəflərin suveren hüquqlarının məhdudlaşdırılması və ya genişlənməsi kimi izah edilə bilməz.
3.
Bu Konvensiya hərbi köməkçi gəmilərə və ya qeyri-kommersiya məqsədli xidmət məqsədilə istifadə olunan, dövlətə məxsus olan və ya onlar tərəfindən istismar edilən gəmilərə tətbiq edilmir. Ancaq hər bir Tərəf özünə məxsus və ya özü istismar etdiyi belə gəmilərin fəaliyyətinə və istismar imkanlarına müvafiq olaraq, ziyan vurmağa qarşı tədbirlər görmək yolu ilə təmin etməlidirlər ki, bu gəmilər məqsədyönlü və praktik cəhətdən mümkün qədər müvafiq Konvensiyaya uyğun fəaliyyət göstərsinlər.
Maddə 4
Pozuntu
1.
Bu Konvensiyanın istənilən tələblərinin pozulması qadağandır. Belə qayda pozuntularına müvafiq sanksiyanı qaydanı pozan gəminin Administrasiyası təyin edir. Əgər Administrasiya belə pozuntular barədə məlumat alıbsa və nəzərə alınan pozuntuya kifayət qədər sübutun olduğuna əmindirsə, o öz qanunlarına müvafiq mümkün qədər tez sanksiya irəli sürməlidir.
2.
Konvensiya Tərəflərinin yurisdiksiyası altında olan istənilən yerdə Konvensiyanın hər hansı bir tələbinin pozulması qadağandır. Belə qanım pozuntusuna görə sanksiya Tərəfin qanunlarına əsasən çıxarılır. Qanun pozuntusu zamanı bu Tərəf:
a)
öz qanunlarına müvafiq məhkəmə işi qaldırır; və ya
b)
gəmi Administrasiyasına elə məlumat və elə sübutlar göndərir ki, onlar onun sərəncamında olub, qanun pozuntusunu sübut edir.
3.
Əgər gəmi Administrasiyasına bu Konvensiyanı bu gəminin pozması barədə məlumat və ya ona dair sübutlar göndərilərsə, onda bu Administrasiya həmin məlumatı və ya sübutları göndərən Tərəfi, həmçinin Təşkilatı görülən tədbirlər barədə təxirə salınmadan məlumatlandırır.
4.
Qanunvericiliyə əsasən Tərəflərin müəyyənləşdirdiyi bu qaydanın nəzərdə tutduğu cəza tədbirləri onların törəndiyi yerdən asılı olmayaraq o dərəcədə kafi olmalıdır ki, bu Konvensiyanın pozulmasının qarşısını alsın və ciddi olsun.
Maddə 5
Şəhadətnamə və gəmilərin yoxlanmasının xüsusi qaydaları
1.
Qaydaların müddəalarına uyğun olaraq Konvensiyanın Tərəfinin müvəkkilliyi ilə bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş istisna ilə verilmiş şəhadətnaməni başqa Tərəflər qəbul edir və o bu Konvensiyanın əhatə etdiyi bütün məqsədlər üçün onların verdiyi şəhadətnamə kimi qüvvədə olan sayılır.
2.
Qaydaların müddəalarına müvafiq olaraq şəhadətnaməyə malik olmalı gəmi hər hansı bir Tərəfin yurisdiksiyasındakı liman və ya sahildən aralı terminalda olarkən həmin Tərəfin lazımi qaydada müvəkkil edilmiş səlahiyyətli şəxsləri tərəfindən yoxlamaya məruz qala bilər. Hər bir belə yoxlama, gəmidə əgər gəminin və ya onun avadanlığının vəziyyətinin şəhadətnamədə göstərilən qeydiyyata xeyli dərəcədə uyğun gəlməməsi barədə fikirləşməyə əsas yoxdursa, təkcə həqiqi şəhadətnamənin olması ilə məhdudlaşır. Bu halda, həmçinin əgər gəmi qüvvədə olan şəhadətnaməyə malik olmadıqda, yoxlama aparan Tərəf təminedici tədbirlər görür ki, dəniz mühitinə hədsiz təhlükəli tərzdə dənizə çıxa bilmədiyi halda gəmi getməsin. Ancaq belə tərəf gəmiyə icazə verə bilər ki, yaxınlıqdakı tərsanəyə getmək üçün sahildən aralı terminalı tərk etsin.
3.
Əgər Tərəf onun yurisdiksiyasında olan limana və ya sahildən aralıdakı terminala xarici gəminin girməsinə, bu gəminin mövcud Konvensiyanın müddəalarına cavab verməməsinə əsaslanaraq razılıq vermirsə, yaxud da belə gəmiyə qarşı hansısa tədbir görürsə, bu Tərəf təxirəsalmadan Tərəfin konsul və ya diplomatik nümayəndəsi gəmiyə girişdən imtina etməzdən və ya belə tədbir görməzdən əvvəl, həmin gəmi Administrasiyasından məsləhətləşmə tələb edə bilər. Administrasiyaya məlumat həm də o halda çatdırılır ki, gəminin qaydaların müddəalarına müvafiq qüvvədə olan şəhadətnaməsi olmasın.
4.
Tərəflər, bu Konvensiyanın tələblərini Konvensiyanın Tərəfləri olmayan ölkələrin gəmilərinə tətbiq edirlər, ona görə ki, həmin gəmilərə daha əlverişli şərait yaranmaması üçün bu, vacibdir.
Maddə 6
Pozuntuların aşkar edilməsi və Konvensiyanın həyata keçirilməsi
Konvensiyanın Tərəfləri bütün uyğun gələn və pozuntuların aşkar edilməsini və ətraf mühitə nəzarəti həyata keçirən vasitələrindən, həmçinin məlumatların verilməsi və sübutların toplanmasının müvafiq üsullarından istifadə edərək, bu Konvensiyanın həyata keçirilməsində və pozuntuların aşkar edilməsində əməkdaşlıq edir.
Bu Konvensiyanın tətbiq olunduğu gəmi istənilən ünvanda və ya Tərəfin sahildən kənardakı terminalında bu Tərəflə təyin edilmiş və ya vəkil edilmiş vəzifəli şəxslər gəmini qaydanın müddəalarım pozmaqla zərərli maddələrin atılması baxımından yoxlamaq üçün təftiş edə bilərlər.
Hər bir Tərəf Administrasiyaya gəminin, qayda müddəalarını pozmaqla zərərli maddələrin və ya belə maddələrdən ibarət axının atılmasını həyata keçirməsi haqqında sübutu təqdim edir.
Administrasiya belə sübutlar aldığı zaman işin tədqiqatmı aparır və digər tərəfdən, fərz edilən pozuntunun əlavə və ya daha inandırıcı sübutlarmı təqdim etməyi tələb edə bilər. Əgər Administrasiya fərz edilən pozuntu barəsində istintaq aparmağa imkan verən kifayət qədər sübutun olmasına əmin olsa, o, mümkün qədər tez öz qanunvericiliyinə uyğun olaraq iddia qaldırır. Administrasiya gördüyü tədbirlər haqqında fərz edilən pozuntu barəsində xəbər verən Tərəfi, həmçinin Təşkilatı dərhal məlumatlandırır.
Əgər, hər hansı başqa Tərəfdən bu gəminin hər hansı bir yerdə zərərli maddələrin və ya zərərli maddələrdən ibarət axının atılması barədə kifayət qədər sübutla araşdırma aparılması barədə xahiş alınıbsa, Tərəf, həmçinin Konvensiyanın tətbiq olunduğu gəmi onun tabeliyində olan limana daxil olduqda və ya sahildən kənardakı terminala yaxınlaşdıqda, gəmini təftiş edə bilər. Bu araşdırma haqqında məlumat bu Konvensiyanın müddəalarına uyğun müvafiq tədbirlərin görülməsi üçün araşdırmanı tələb edən Tərəfə və Administrasiyaya göndərilir.
Maddə 7
Gəmilərin həddindən artıq yubadılması
1.
Bu Konvensiyanın 4, 5 və 6-cı maddələri tətbiq edildiyi zaman gəminin həddindən artıq yubadılmasının və ya onun yola düşməsinin həddindən artıq təxirə salınmasının qarşısını almaq üçün bütün mümkün tədbirlər görülür.
2.
Bu Konvensiyanın 4, 5 və 6-cı maddələrinə uyğun olaraq, əsassız olaraq yubadılmış və ya yola düşməsi əsassız olaraq təxirə salınmış hər bir gəminin bununla əlaqədar dəymiş hər hansı zərər və ziyanın ödənilməsinə hüququ var.
Maddə 8
Zərərli maddələrin atılması ilə əlaqədar insidentlər barədə məlumat
1.
Hadisə haqqında məlumat bu Konvensiyanın 1 -ci Protokolunun müddəalarına uyğun olaraq yubadılmadan, mümkün qədər daha dolğun tərzdə verilir.
2.
Konvensiyanın hər bir Tərəfı:
a)
müvafiq vəzifəli şəxslərin və ya Təşkilatın insident haqda bütün məlumatları alıb, onun təhqiqatına başlaması üçün bütün vacib tədbirləri görür; və
b)
başqa Tərəflərə və Təşkilatın üzv hökumətlərinə göndərilməsi üçün, görülən belə tədbirlər barədə Təşkilata tam məlumat göndərir.
3. Əgər Tərəf bu maddənin müddəalarına müvafiq xəbər alarsa, təxirə salmadan onu:
a)
hadisədə iştirak edən gəmi Administrasiyasına; və
b)
təsiri keçə bilən istənilən başqa dövlətə ötürür.
4. Konvensiyanın hər bir Tərəfi, bu Konvensiyanın I Protokolunda göstərildiyinə əsasən hər bir hadisə barədə öz rəhbərlərinə xəbər verməyə borclu olan dəniz inspeksiyası və başqa müvafiq xidmətləri üçün gəmi və təyyarə təlimatları dərc etdirir.
Maddə 9
Başqa müqavilə və şərhlər
1.
Bu Konvensiya qüvvəyə mindikdən sonra bu Konvensiyanın Tərəfləri arasındakı münasibətlərdə Dənizin neftlə çirklənməsinin qarşısının alınmasına dair 1954-cü il tarixli Beynəlxalq Konvensiyanı ona dair düzəlişlərlə birgə, əvəz edəcək.
2.
Bu Konvensiyada heç nə kodlaşdırmaya və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2750 C (XXV) qətnaməsinə əsasən çağırılan dənizçilik hüququ haqda konfransın dənizçilik hüququnun təkmilləşdirilməsi hüququna, o cümlədən təbiəti mühafizə və dənizçilik hüququ və sahilyanı hökumətin hüdudları və dövlət bayrağına dair istənilən dövlətin indiki və gələcək tələblərinə və hüquqi mövqelərinə toxunmur.
3.
Bu Konvensiyanın "yurisdiksiya" termini Konvensiyanın tətbiqi və ya şərhi vaxtı beynəlxalq hüquqa müvafiq olaraq izah edilir.
Maddə 10
Mübahisələrin nizamlanması
Konvensiyanın iki və ya daha çox Tərəfi arasında bu Konvensiyanın tətbiqi və ya şərhi barədə istənilən mübahisə, əgər bu Tərəflər arasındakı danışıqlar səmərəsiz olubsa və əgər bu Tərəflər başqa cür razılaşa bilmirlərsə, bu Konvensiyanın II Protokolunda nəzərdə tutulduğu kimi, istənilən bir Tərəfin xahişi ilə arbitraja baxılmağa verilir.
Maddə 11
İnformasiya göndərilməsi
1. Konvensiya Tərəfləri aşağıdakıları Təşkilata göndərməyi öhdələrinə götürürlər:
a)
bu Konvensiyanın əhatə etdiyi müxtəlif məsələlərə dair dərc edilmiş qanunların, əmrlərin, dekretlərin, qayda və başqa aktların mətnlərini;
b)
qaydanın müddəalarına uyğun olaraq zərərli şeylər daşıyan gəmilərin layihələşdirilməsi, qurulması və təchiz edilməsi məsələləri ilə məşğul olmaqdan ötrü Konvensiya Tərəfləri adından müvəkkil edilmiş qeyri-hökumət təşkilatlarının siyahısını;
c)
qaydaların müddəalarına müvafiq təqdim etdikləri kifayət qədər şəhadətnamə nümunələrini;
d)
yeri, tutumu və istifadə imkanları, həmçinin başqa xüsusiyyətləri göstərilən, qəbul edilmiş qurğuların siyahısını;
e)
bu Konvensiyanın tətbiqinin nəticələrini əks etdirən rəsmi hesabatları və ya rəsmi hesabatların təsnifatını;
f)
Təşkilat tərəfindən hazırlanmış yeganə formaya əsasən tətbiq edilmiş bu Konvensiya sanksiyalarının pozulmasına dair illik statistik hesabatı.
2. Bu maddəyə müvafiq olaraq Təşkilat aldığı hər bir məlumat barədə Tərəflərə xəbər verir və bu maddənin 1-ci bəndinin b) - f) yarımbəndlərinə müvafiq olaraq ona göndərilmiş istənilən məlumatı Tərəflərə göndərir.
Maddə 12
Gəmi qəzası
1.
Hər bir Administrasiya öz gəmiləri ilə baş verən, bu qaydaların müddəalarının şamil edildiyi hər bir qəzaya görə, əgər belə qəzalar dəniz mühitinə kifayət qədər zərərli təsir göstəribsə, təhqiqat aparmağı öhdəsinə götürür.
2.
Konvensiyanın hər bir Tərəfi bu informasiyanın bu Konvensiyaya hansı dəyişikliklər edilməsinin təyini üçün kömək edə biləcəyini hesab edirsə, belə yoxlamaların nəticələri haqqında Təşkilata məlumat verməyi öhdəsinə götürür.
Maddə 13
İmzalama, ratifikasiya, qəbul etmə, bəyənmə və qoşulma
Bu Konvensiya 1974-cü il yanvarın 15-dən 1974-cü il dekabrın 31-dək Təşkilatın qərargahında imzalanmaq üçün açıqdır və bundan sonra ona qoşulmaq üçün açıq qalacaqdır. Dövlətlər:
a)
Ratifikasiya, qəbul etmə və ya bəyənmə haqqında qeyd-şərtsiz imzalama;
b)
ratifikasiya, qəbul etmə və ya bəyənmə haqqında qeyd-şərtlə imzalama, sonradan ratifikasiya, qəbul etmək və ya bəyənməklə; və ya
c)
qoşulma yolu ilə bu Konvensiyanın Tərəfləri ola bilərlər.
Təsdiq, qəbul etmə, bəyənmə və ya qoşulma müvafiq sənədin saxlanmaq üçün Təşkilatın Baş katibinə təhvil verilməsi yolu ilə həyata keçirilir.
Təşkilatın Baş katibi bu Konvensiyanı imzalayan və ya ona qoşulan bütün dövlətləri təsdiq, qəbul, bəyənmə və ya qoşulma haqqında hər bir yeni sənədin saxlanılmağa verilməsi və ya hər bir imzalama haqqında və onun saxlanmağa verilmə tarixi haqqında xəbərdar edir.
Maddə 14
Fakultativ Əlavələr
1.
Bu Konvensiyanın imzalanması, təsdiqi, qəbulu, bəyənilməsi və yaxud ona qoşulma zamanı bildirmək olar ki, o, bu Konvensiyaya III, IV, V Əlavələrin (bundan sonra "Fakultativ Əlavələr" adlandırılacaq) birini və ya hamısını qəbul etmir. Yuxarıda göstərilən hesabla Konvensiyanın Tərəfləri üçün hər bir Əlavə vacibdir.
2.
Özünü hər hansı bir Fakultativ Əlavəyə bağlı hesab etməməsini bildirən dövlət müvafiq sənədin Təşkilata saxlanmağa təhvil verilməsi yolu ilə hər vaxt 13-cü maddənin 2-ci bəndində nəzərdə tutulmuş belə Əlavə qəbul edə bilər.
3.
Bu maddənin 1-ci bəndinə uyğun olaraq Fakultativ Əlavə barəsində çıxış etmək və nəticədə bu maddənin ikinci bəndinə uyğun olaraq belə Əlavəni qəbul etməyən dövlət heç bir məsuliyyət daşımır və belə Əlavələrlə tənzimlənən məsələlər üzrə bu Konvensiyadan irəli gələn hər hansı bir imtiyaz tələb etmək hüququna malik deyildir və bu Konvensiyada Tərəflərə olan bütün əsaslanmalar belə Əlavələrə aid olan məsələlərə münasibətdə bu dövlətə aid deyildir.
4.
Təşkilat bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş dövlətləri bu maddəyə uyğun olaraq verilmiş hər hansı bir bəyanat, həmçinin bu maddənin 2-ci bəndinin müddəalarına uyğun olaraq hər hansı bir sənədin alınması haqqında məlumatlandırır.
Maddə 15
Qüvvəyə minmə
1.
Bu Konvensiya 13-cü maddəyə müvafiq olaraq ticarət gəmilərinin ümumi tutumu dünya ticarət donanmasının ümumi tutumunun 50%-dən az olmayan azı 15 dövlət onun Tərəfləri olduğu gündən on iki ay keçdikdən sonra qüvvəyə minir.
2.
Hər hansı bir fakultativ Əlavə bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş şərtlər bu Əlavəyə münasib olaraq yerinə yetirildiyi vaxtdan on iki ay keçdikdən sonra qüvvəyə minir.
3.
Təşkilat bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş dövlətləri onun və bu maddənin 2-ci bəndinə müvafiq olaraq hər hansı bir fakultativ Əlavənin qüvvəyə minməsi haqqında məlumatlandırır.
4.
Bu Konvensiya və ya hər hansı bir fakultativ Əlavənin ratifikasiyası, qəbulu, bəyənilməsi və ya onların qüvvəyə minməsi üçün lazım olan şərtlərin yerinə yetirilməsi tarixi ilə belə qüvvəyə minmə tarixi arasında ona qoşulmaq haqqında sənədi saxlamağa vermiş dövlətlər üçün ratifikasiya, qüvvəyə minmə, bəyənilmə və ya qoşulma hansı tarixin daha sonra gələcəyindən asılı olaraq Konvensiyanın və ya belə Əlavənin qüvvəyə minməsi günü və ya müvafiq sənədin saxlanmağa verilmə günündən üç ay sonra qüvvəyə minir.
5.
Bu Konvensiyanın və ya fakultativ Əlavənin ratifikasiyası, qəbul edilməsi, bəyənilməsi və ya Konvensiya və ya belə Əlavənin qüvvəyə minməsi tarixindən sonra ona qoşulma haqqında sənədi saxlanmağa vermiş dövlətlər üçün Konvensiya və ya belə fakultativ Əlavə müvafiq sənədin saxlanmağa verilməsi günündən üç ay keçdikdən sonra qüvvəyə minir.
6.
Konvensiya və ya fakultativ Əlavəyə hər hansı bir dəyişikliyin 16-cı maddə ilə nəzərdə tutulmuş bütün qüvvəyə minmə şərtlərinin yerinə yetiriləcəyi tarixdən sonra ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma haqqında saxlanmağa verilmiş hər hansı bir sənəd belə bir dəyişikliyin qeydə alınması ilə Konvensiya və ya Əlavəyə aid olur.
Maddə 16
Düzəlişlər
1.
Aşağıdakı bəndlərdə nəzərdə tutulmuş prosedurlardan hər hansı birinə uyğun olaraq bu Konvensiyaya düzəlişlər edilə bilər.
2.
Təşkilatın müzakirəsindən sonra düzəlişlər:
a)
Konvensiya Tərəfinin təklif etdiyi hər hansı bir düzəliş Təşkilatın Baş katibinə göndərilir və o, düzəlişin Təşkilatdakı müzakirəsindən altı ay əvvəl onu Təşkilatın bütün üzvlərinə və bütün Tərəflərə göndərir;
b)
bu şəkildə təklif edilmiş və paylanmış düzəliş Təşkilat tərəfindən müvafiq orqana ötürülür;
c)
Konvensiya Tərəfləri Təşkilatın üzvləri olub-olmadıqlarından asılı olmayaraq, bu müvafiq orqanın işində iştirak etmək hüququna malikdirlər;
d)
düzəlişlər yalnız iştirak edən və səs verən Konvensiya Tərəflərinin 2/3 səs çoxluğu ilə bəyənilir;
e) düzəlişlər yuxarıda qeyd edilmiş (d) yarımbəndinə uyğun olaraq bəyənildiyi halda, qəbul olunmaq üçün Təşkilatın Baş katibi tərəfindən bütün Konvensiya Tərəflərinə göndərilir;
f) düzəliş aşağıdakı şərtlərin yerinə yetirildiyi halda qəbul olunmuş sayılır:
i) Konvensiyanın maddəsinə edilən düzəliş ticarət gəmilərinin ümumi tam həcmi dünya ticarət donanmasının ümumi tam həcminin 50%-dən az olmayan Tərəflərin 2/3 hissəsinin qəbul etdiyi tarixdən qəbul olunmuş sayılır;
ii) əgər müvafiq orqan düzəlişin bəyənilməsi zamanı düzəlişin, ticarət gəmilərinin ümumi tam həcmi dünya ticarət donanmasının ümumi tam həcminin 50%-dən az olmayan Tərəflərin 2/3 hissəsinin qəbul etdiyi gün qəbul olunduğunu hesab etmək haqqında qərara gəlməsə, Konvensiyaya edilmiş Əlavəyə düzəliş (f) (iii) yarımbəndində nəzərdə tutulmuş prosedura uyğun olaraq qəbul olunmuş sayılır. Buna baxmayaraq, Tərəf Konvensiyaya edilmiş Əlavəyə düzəlişin qüvvəyə minməsindən əvvəl istənilən vaxt Təşkilatın Baş katibinə belə düzəlişin qüvvəyə minməsi üçün onun aydın razılığı lazım olduğu haqqında xəbərdarlıq göndərə bilər. Baş katib belə xəbərdarlığı və onun alınması tarixini Tərəflərin diqqətinə çatdırır;
iii) əgər aşağıda göstərilən müddət ərzində Təşkilata hansı şərtin daha tez yerinə yetiriləcəyindən asılı olaraq, Tərəflərin və ya ticarət gəmilərinin ümumi tam həcmi dünya ticarət donanmasının ümumi tam həcminin 50%-dən az olmayan Tərəflərin 2/3 hissəsi etiraz etməyibsə, Konvensiyaya edilmiş Əlavəyə əlavənin düzəlişi onun bəyənilməsi zamanı müvafiq orqan tərəfindən müəyyən edilən müddətin (doqquz aydan az olmamaq şərtilə) bitməsindən sonra qəbul olunmuş sayılır;
iv) yuxarıdakı (f) (ii) və ya (f) (iii) yarımbəndlərində göstərildiyi kimi, Konvensiyanın 1-ci Protokoluna edilmiş düzəliş Konvensiyaya edilmiş Əlavəyə düzəlişlə eyni prosedur şərtlərinə tabedir;
v) yuxarıda göstərilən (f) və (i) yarımbəndlərində nəzərdə tutulduğu kimi, Konvensiyanın 2-ci Protokoluna edilən düzəlişlər Konvensiyanın maddəsinə edilmiş düzəlişlə eyni prosedur şərtlərinə tabedir;
g) aşağıdakı şərtlərə əməl etdikdə düzəliş qüvvəyə minir:
i) Konvensiyanın maddəsinə, II Protokol, I Protokol və ya Konvensiyanın Əlavəsinə edilən, (f) (iii) yarımbəndində nəzərdə tutulan prosedurun təsiri altına düşməyən və öndə gələn müddəalara müvafiq olaraq qəbul edilən düzəliş onun qəbulunu bəyan etmiş Tərəflər üçün onun qəbulu günündən altı ay sonra qüvvəyə minir;
ii) I Protokol, Əlavəyə əlavə və ya (f) (iii) yarımbəndinin təsiri altına düşən və öndə gələn şərtlərə müvafiq olaraq qəbul olunmuş Konvensiyaya Əlavə onun, bu tarixədək onu qəbul etmədiyini bəyan edən və ya onların aydın razılığının lazım olduğu haqqında (f) (ii) yarımbəndində nəzərdə tutulmuş xəbərdarlıq göndərən Tərəf istisna olmaqla, bütün Tərəflər üçün qəbulu günündən altı ay sonra qüvvəyə minir.
3. Konfrans çağırılması yolu ilə qəbul edilən düzəliş:
Tərəflərin üçdə bir hissəsinin dəstəklədiyi Tərəfin xahişi ilə Təşkilat bu Konvensiyaya düzəlişlərin edilməsi məqsədilə Konvensiyanın Tərəflərinin Konfransmı çağırır;
Bu Konfransda iştirak edən və səs verən Tərəflərin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş hər bir düzəliş Təşkilatın Baş katibi tərəfindən qəbul edilmək üçün Tərəflərə göndərilir;
Konfransda digər qərar qəbul edilmədikdə 2-ci maddənin (f) və (g) bəndlərində bu məqsəd üçün nəzərdə tutulan qaydada düzəliş qəbul edilmiş və qüvvəyə minmiş hesab edilir.
4. a) Fakultativ Əlavəyə olunan düzəlişə dair "Konvensiyanın Tərəfi" ifadəsi bu maddədə belə Əlavə ilə bağlı olan Tərəf mənasını verir;
Əlavəyə düzəlişlərin qəbul edilməsini rədd etmiş istənilən Tərəf yalnız bu düzəlişin tətbiq edilməsi üçün Tərəf hesab edilmir.
5.
Yeni Əlavənin qəbulu və qüvvəyə minməsi qaydaları Konvensiyanın maddəsinə düzəlişlərin qəbul edilməsi və qüvvəyə minməsi qaydaları ilə eynidir.
6.
Digər hal xüsusi olaraq nəzərdə tutulmadıqda, bu Konvensiyaya edilən və bu maddənin təsiri altına düşən və gəminin konstruksiyasına aid olan istənilən düzəliş yalnız tikilməsi barədə müqavilə imzalanmış gəmilərə, belə müqavilə olmadıqda isə həmin düzəlişin qüvvəyə mindiyi gün, yaxud bundan sonra kilinin təməli qoyulmuş gəmilərə şamil edilir.
7.
Protokola və ya Qoşmaya dair istənilən düzəliş belə Protokola və ya belə Qoşmanın mətləbinə dair olmalıdır və bu Konvensiyanın maddələrinə zidd olmamalıdır.
8.
Təşkilatın Baş katibi bu maddəyə müvafiq olaraq qüvvəyə minən hər bir düzəliş barədə, həmçinin hər bir düzəlişin qüvvəyə minmə tarixi barədə bütün Tərəfləri xəbərdar edir.
9.
Bu maddədə nəzərdə tutulan hər bir düzəlişin qəbul edilməsi ərizəsi və ya ona qarşı etiraz yazılı şəkildə Təşkilatın Baş katibinə göndərilir, o, belə ərizəni və onun alınma tarixini bütün Konvensiya Tərəflərinin nəzərinə çatdırır.
Maddə 17
Texniki əməkdaşlığa yardım
Konvensiyanın Tərəfləri, Təşkilat və başqa beynəlxalq təşkilatlarla, BMT-nin ətraf mühitin mühafizəsi Proqramının icraçı direktorunun vasitəçiliyi və əlaqələndirməsi ilə məsləhətləşmələrlə aşağıda göstərilən sahələrə texniki yardım göstərilməsi ilə əlaqədar müraciət etmiş Tərəflərə kömək göstərirlər:
a)
elmi və texniki heyətin öyrənilməsi;
b)
axıntını qəbul etmək və ölçü - qeydə alma cihazları, qurğular və vacib avadanlıqlar;
c)
gəmilərdən dənizin çirkləndirilməsinin azaldılması və ya qarşısının alınmasına dair digər tədbirlərdə kömək;
d)
elmi tədqiqatlarda həvəsləndirmə.
Maddə 18
Denonsasiya
1. Konvensiya və ya onun müəyyən Tərəfə dair Əlavəsi qüvvəyə minəndən sonra beş il müddətində istənilən vaxt Konvensiyanın hər bir Tərəfi bu Konvensiyanı və ya onun fakultativ Əlavəsini ləğv edə bilər.
2.
Denonsasiya, Təşkilatın Baş katibinə müvafiq yazılı xəbərdarlıq göndərməklə həyata keçirilir; Baş katib bütün başqa Tərəfləri qəbul edilmiş belə xəbərdarlığın məzmunu və tarixi, həmçinin belə denonsasiyanın qüvvəyə minməsi barədə məlumatlandırır.
3.
Baş katibin denonsasiya barədə xəbərdarlıq aldığı gündən keçən on iki ay ərzində və ya bu xəbərdarlıqda göstərilə bilən daha artıq müddətdə denonsasiya qüvvəyə minir.
Maddə 19
Saxlanmağa verilmə və qeydiyyat
1.
Bu Konvensiya Təşkilatın Baş katibinə əmanət verilir; Baş katib onun təsdiqlənmiş nüsxələrini Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün hökumətlərə göndərir.
2.
Bu Konvensiya qüvvəyə minən kimi Təşkilatın Baş katibi onun mətnini Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyata alıb dərc etdirmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərir.
Maddə 20
Dillər
Bu Konvensiya ingilis, ispan, rus və fransız dillərində bir nüsxədə tərtib olunmuşdur, həm də bütün mətnlər eyni qüvvəyə malikdir. Ərəb, italyan, alman və yapon dillərində rəsmi tərcümələr hazırlanır və istifadə olunan əsli ilə birgə saxlanmaq üçün verilir.
Bunun təsdiqi olaraq, öz müvafiq hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzalamışlar.
Min doqquz yüz yetmiş üçüncü il noyabrın ikisində Londonda imzalanmışdır.