1978-ci il tarixli Protokolla dəyişikliklər edilmiş "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər edilməsi barədə" 1997-ci il tarixli Protokola qoşulmaq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1978-ci il tarixli Protokolla dəyişikliklər edilmiş "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər edilməsi barədə" 1997-ci il tarixli Protokola qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2004-cü il
№ 697-IIQ
1978-ci il tarixli Protokolla dəyişikliklər edilmiş
Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında
1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər
edilməsi barədə 1997-ci il tarixli
PROTOKOL
Bu Protokolun Tərəfləri,
Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə edilmiş 1978-ci il tarixli Protokolun Tərəfləri olaraq,
gəmilərdən atmosferin çirkləndirilməsinin qarşısının alınması və ona qarşı mübarizə aparılması zəruriliyini qəbul edərək,
ehtiyatla yanaşma tədbirlərinin tətbiq olunması təklif edilən ətraf mühitə və inkişafa dair 15-ci Rio-de-Janeyro bəyannaməsinin prinsiplərinə istinad edərək,
məqsədə ən yaxşı üsulla çata bilmək yolunun 1978-ci il tarixli Protokolla dəyişikliklər edilmiş Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər edilməsi barədə 1997-ci il tarixli Protokolun bağlanması olduğunu nəzərə alaraq,
aşağıdakılar haqqında razılığa gəlmişlər:
I m addə
Dəyişikliklər edilməli sənəd
Bu Protokolla dəyişikliklər edilən sənəd 1978-ci il tarixli Protokolla dəyişikliklər olunmuş Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyadır (bundan sonra - Konvensiya).
II m add ə
Konvensiyaya VI Əlavənin əlavə edilməsi
Mətni bu Protokola Əlavədə şərh edilmiş "Gəmilərdən atmosferin çirkləndirilməsinin qarşısının alınması qaydaları" adlanan VI Əlavə əlavə olunur.
III maddə
Ümumi öhdəliklər
1.
Konvensiya və bu Protokol bu Protokolun Tərəfləri arasındakı münasibətlərdə vahid sənəd kimi birlikdə nəzərdən keçirilməli və şərh edilməlidir.
2.
Bu Protokola hər hansı istinad eyni zamanda ona edilmiş Əlavəyə istinadı bildirir.
IV m ad d ə
Düzəlişlər edilməsi proseduru
VI Əlavəyə düzəlişlər etmək və ona "Konvensiyanın Tərəfləri" ifadəsini əlavə etmək məqsədi üçün Konvensiyanın 16-cı maddəsini tətbiq etmək Əlavə (Qoşma) ilə əlaqədar olan Tərəfi bildirir.
SON MÜDDƏALAR
V maddə
İmzalama, ratifikasiya etmə, qəbul etmə və qoşulma
1. Bu Protokol 1998-ci il yanvarın 1-dən 1998-ci il dekabrın 31-nə qədər Beynəlxalq Dənizçilik Təşkilatının (bundan sonra - Təşkilat) qərargahında imzalanmaq üçün açıqdır və bundan sonra da qoşulmaq üçün açıq qalır. Yalnız Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə edilmiş 1978-ci il tarixli Protokolun (bundan sonra - 1978-ci il tarixli Protokol) Razılığa gələn dövlətləri aşağıdakı yolla bu Protokolun Tərəfləri ola bilərlər:
a)
ratifikasiya, qəbul və ya təsdiq etmə barədə qeyd-şərtsiz imzalama; yaxud
b)
ratifikasiya, qəbul etmə və ya təsdiq etmə barədə qeyd-şərtlə imzalama, sonradan ratifikasiya, qəbul etmə və ya təsdiq etməklə; yaxud
c)
qoşulmaqla.
2. Ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma müvafiq sənədin Təşkilatın Baş katibinə (bundan sonra - Baş katib) saxlanmağa verilməsi yolu ilə həyata keçirilir.
VI m a ddə
Qüvvəyə minmə
1. Bu Protokol özünün 5-ci maddəsinə müvafiq surətdə onun Tərəfləri ticarət gəmilərinin ümumi tutumu dünya ticarət donanması gəmilərinin ümumi tutumunun azı 50%-ni təşkil edən azı on beş dövlətə çatdığı gündən etibarən on iki ay keçdikdən sonra qüvvəyə minir.
2.
Bu Protokolun qüvvəyə mindiyi tarixdən sonra ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma barədə saxlanmağa verilmiş hər hansı sənəd onun saxlanmağa verildiyi tarixdən etibarən üç ay keçdikdən sonra qüvvəyə minir.
3.
Konvensiyanın 16-cı maddəsinə müvafiq surətdə bu Protokola düzəlişin qəbul edilmiş hesab olunduğu tarixdən sonra ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma barədə saxlanmağa verilmiş istənilən sənəd belə düzəliş nəzərə alınmaqla bu Protokola aid edilir.
VII maddə
Denonsasiya
1.
Bu Protokol həmin Tərəflər üçün qüvvəyə mindiyi gündən etibarən beş il keçdikdən sonra istənilən vaxt onu istənilən Tərəf denonsasiya edə bilər.
2.
Denonsasiya Təşkilatın Baş katibinə denonsasiya barədə sənədi saxlamağa vermək yolu ilə həyata keçirilir.
3.
Denonsasiya bu barədə bildirişin Baş katib tərəfindən alındığı gündən etibarən on iki ay keçdikdən və ya həmin bildirişdə qeyd oluna bilən daha uzun müddət ötdükdən sonra qüvvəyə minir.
4.
1978-ci il tarixli Protokolun VII maddəsinə uyğun olaraq onun denonsasiya edilməsi bu maddəyə müvafiq surətdə həmin Protokolun da denonsasiya edilməsi hesab olunur. Belə denonsasiya xəbərdarlığı bu Protokolun VII maddəsinə müvafiq surətdə 1978-ci il tarixli Protokolun denonsasiya xəbərdarlığının qüvvəyə mindiyi tarixdən qüvvəyə minir.
VIII maddə
Depozitari
1.
Bu Protokol Təşkilatın Baş katibinə (bundan sonra - Depozitari) saxlanmağa verilir.
2.
Depozitari:
a) bu Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə aşağıdakılar barədə məlumat verməlidir:
i) imzalanma və saxlanmağa verilmə tarixləri qeyd edilməklə ratifikasiya etmə, qəbul etmə, bəyənmə və ya qoşulma haqqında hər bir yeni imzalanmış, yaxud saxlanmağa verilmiş sənəd barədə;
ii) bu Protokolun qüvvəyə minməsi tarixi barədə;
iii) bu Protokolun alınması tarixi və denonsasiyası, qüvvəyə minməsi tarixi qeyd edilməklə belə sənədin denonsasiyası haqqında hər hansı sənədin saxlanmağa verilməsi barədə;
iv) bu Protokolun II maddəsinin 1-ci bəndinə müvafiq surətdə qəbul edilmiş istənilən qərar barəsində;
b) bu Protokolun təsdiq edilmiş surətlərini həmin Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə göndərir.
3. Bu Protokol qüvvəyə mindikdən dərhal sonra onun təsdiq edilmiş surəti Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq surətdə qeydiyyata alınaraq dərc edilmək üçün Depozitari tərəfindən Birləşmiş Millətlər Təşkilatının Katibliyinə verilir.
IX maddə
Dillər
Bu Protokol ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində bir nüsxədə tərtib edilmişdir və bütün mətnlər eynidir.
Min doqquz yüz doxsan yeddinci il sentyabrın iyirmi altısında Londonda imzalanmışdır.
Bunun təsdiqi olaraq öz Hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Protokolu imzalamışlar.