"Yük nişanı haqqında" 1966-cı ü tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası "Yük nişanı haqqında" 1966-cı il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2004-cü il
№ 698-IIQ
Yük nişanı haqqında 1966-cı il tarixli
Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli
PROTOKOL
HARMONİK SİSTEM İLƏ ŞƏHADƏTNAMƏLƏRİN
ŞƏHADƏTLƏNMƏSİ VƏ TƏRTİBATI BEYNƏLXALQ KONFRANSININ
YEKUN AKTI
1.
Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının on beşinci sessiyasının və Dənizdə Təhlükəsizlik Komitəsinin əlli beşinci sessiyasının qərarlarına uyğun olaraq Təşkilat Harmonik sistem ilə şəhadətnamələrin şəhadətlənməsi və tərtibatı Beynəlxalq Konfransmı çağırmışdır. Konfrans şəhadətnamələrin harmonik sistem ilə şəhadətlənməsi və tərtibatının tətbiqi məqsədilə Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola və Yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokola baxmalı və tövsiyə etməli idi.
2.
Konfrans 1988-ci il oktyabrın 31-dən noyabrın 11-dək Londonda Beynəlxalq Dəniz Təşkilatının qərargahında keçirilmişdir.
3.
Konfransda 72 dövlətin nümayəndələri iştirak etmişlər:
|
|
Avstriya
|
İsrail
|
Əlcəzair
|
Hindistan
|
Argentina
|
İndoneziya
|
Baham adaları
|
İraq
|
Banqladeş
|
İrlandiya
|
Belçika
|
İspaniya
|
Bolqarıstan
|
İslandiya
|
Braziliya
|
İtaliya
|
Bruney Darüssalam
|
Kanada
|
Venesuella
|
Qətər
|
Macarıstan
|
Keniya
|
Qana
|
Kipr
|
AFR
|
Çin
|
ADR
|
Kolumbiya
|
Yunanıstan
|
Konqo
|
Danimarka
|
KXDR
|
Demokratik Yəmən
|
Koreya
|
Misir
|
Kot D'İvuar
|
Zair
|
Kuba
|
Malayziya
|
Küveyt
|
Malta
|
ABŞ
|
Mərakeş
|
Liberiya
|
Meksika
|
SSRİ
|
Nigeriya
|
Türkiyə
|
Niderland
|
Ukrayna
|
Yeni Zelandiya
|
Uruqvay
|
Norveç
|
Filippin
|
BƏR
|
Finlandiya
|
Panama
|
Fransa
|
Peru
|
İsveçrə
|
Polşa
|
İsveç
|
Portuqaliya
|
Çexoslovakiya
|
Rumıniya
|
Çili
|
Seyşel adaları
|
Ekvador
|
Sinqapur
|
Yuqoslaviya
|
Böyük Britaniya
|
Yaponiya
|
4.
Aşağıdakı dövlətlər Konfransa müşahidəçilər göndərmişlər:
5.
Təşkilatın assosiasiyalı üzvü olan Honkonq Konfransa müşahidəçi göndərmişdir.
6.
Birləşmiş Millətlər Təşkilatının aşağıdakı beynəlxalq təşkilatları Konfransa nümayəndələr göndərmişlər:
-
Beynəlxalq Elektrik Rabitəsi İttifaqı (BET)
-
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT)
7. Aşağıdakı hökumətlərarası təşkilatların müşahidəçiləri Konfransda iştirak etmişlər:
Beynəlxalq Hidroqrafiya Təşkilatı (BHT)
Neftlə çirklənmədən dəyən zərərin ödənilməsinə dair Beynəlxalq Fond.
8.
Aşağıdakı qeyri-hökumət təşkilatları da Konfransa nümayəndələr göndərmişlər:
9.
Konfransı BDT Baş katibi Ç. P. Şrivastava açdı.
10.
Konfransın sədri Demokratik Yəmən nümayəndəliyinin başçısı kapitan Səid Abdulla Yatay seçildi.
11.
Konfrans sədrlərinin müavinləri seçildilər:
12.
Konfransın katibliyinə aşağıdakı vəzifəli şəxslər daxil oldu:
Baş katib cənab Ç. P. Şrivastava
Təşkilatın Baş katibi
İcraçı katib cənab Y. Sasamura
Baş katibin köməkçisi - Dənizdə Təhlükəsizlik üzrə İdarənin direktoru
İcraçı katibin müavini cənab F. Plaza - Dənizdə Təhlükəsizlik üzrə İdarənin direktorunun müavini
13. Konfrans aşağıdakı Komitələri yaratdı:
Tam heyət Komitəsi
Sədr: cənab R. van der Poel
Niderland
sədr müavini: cənab Şi Çjuanxuay (Çin)
cənab A. Pinon (Fransa)
Redaksiya Komitəsi
Sədr: cənab C. C. Houl (Böyük Britaniya)
sədr müavini: cənab B. E. Stenmark (İsveç)
Səlahiyyətlərin yoxlanması üzrə Komitə:
Sədr: cənab X. Van Looke (Belçika)
14. Konfrans öz işində Dənizdə Təhlükəsizlik Komitəsinin hazırladığı sənədlərdən istifadə etmişdir:
- "Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın 1988-ci il tarixli Protokolunun layihəsi;
"Yük nişanı haqqında" 1966-cı il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokolun layihəsi;
-
sərnişin gəmisinin təhlükəsizliyi haqqında şəhadətnaməni tamamlayan, avadanlığının siyahısı haqqında qətnamənin layihəsi;
-
avadanlıq və təchizatına görə yük gəmisinin təhlükəsizliyi haqqında Şəhadətnamə, radioavadanlığa görə yük gəmisinin təhlükəsizliyi haqqında Şəhadətnamə və yük gəmisinin təhlükəsizliyi haqqında Şəhadətnamə;
-
şəhadətnamələrin tanınması haqqında qətnamənin layihəsi.
15. Konfrans həmçinin yuxarıda göstərilən sənədlərə hökumət və marağı olan təşkilatlar tərəfindən verilmiş təklif və izahları nəzərdən keçirdi.
16. Aparılan müzakirələr nəticəsində Konfrans aşağıdakı sənədləri qəbul etdi:
a)
Dənizdə insan həyatının mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli protokolu;
b)
Yük nişanı haqqında 1966-cı il tarixli Konvensiyaya 1988-ci il tarixli protokolu.
17.
Konfrans Yekun Aktına əlavələrdə göstərilmiş qətnamələri də qəbul etdi.
18.
Yekun Aktı Əlavələrlə birlikdə bir nüsxədə ingilis, ərəb, ispan, Çin, rus, fransız dillərində tərtib olunub. Sənədin əsli saxlanılmaq üçün Beynəlxalq Dəniz Təşkilatının Baş katibinə verilir.
19.
Konfrans Yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyanın ərəb və Çin dillərinə tərcüməsini hazırlamağı Baş katibdən xahiş etdi.
20.
Konfrans Yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyanın ispan dilində yenidən baxılmış tərcüməsini hazırlamağı Baş katibdən xahiş etdi ki, bu yeni tərcümə maraqlı Tərəflərin müzakirəsindən sonra indiki tərcüməni əvəz etsin.
21.
Baş katib Konfransın Yekun Aktının, qətnaməsinin və 16-cı maddədə göstərilən Protokolların təsdiq olunmuş surətlərini dəvət olunmuş dövlətlərə onların arzularına uyğun olaraq göndərəcək.
Bunun təsdiqi olaraq, aşağıda imza edənlər Yekun Aktını imzaladılar. Londonda 1988-ci il noyabrın 11-də imzalanmışdır.
Yük nişanı haqqında 1966-cı il tarixli
Beynəlxalq Konvensiyanın 1988-ci il tarixli
PROTOKOLU
Bu Protokolun Tərəfləri,
1966-cı il aprelin 5-də Londonda imzalanmış Yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyanın Tərəfləri olaraq,
yuxarıda adı çəkilən Konvensiyanın dənizdə gəmilərin və əmlakın, gəmidə insan həyatının təhlükəsizliyini artırmağa böyük köməyini etiraf edərək,
həmçinin yuxarıda adı çəkilən Konvensiyanın texniki müddəalarının təkmilləşdirilməsinin vacibliyini etiraf edərək,
daha sonra yuxarıda adı çəkilən Konvensiyaya, şəhadətnamələrin yoxlanması və tərtibi barədə digər beynəlxalq sənədlərdəki müddəalara uyğunlaşdırılmış müddəalar daxil edilməsi zərurətini etiraf edərək,
bu məqsədə nail olmaq üçün ən yaxşı üsulun Yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyaya Protokol tərtib etmək olduğunu hesab edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə I
Ümumi öhdəliklər
1. Bu Protokolun Tərəfləri, onun və ona edilən əlavənin bütün müddəaları əsas Protokolun ayrılmaz hissəsi olduğundan, ona riayət etməyi öhdələrinə götürürlər. Əsas Protokola edilən istinadlar, eyni zamanda ona edilən əlavələrlə eynidir.
2. Protokolun Tərəfləri arasındakı münasibətlərdə Yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiya (bundan sonra - Konvensiya), 29-cu maddə istisna olmaqla, əsas Protokolda göstərilən əlavə və dəyişiklikləri nə-zərə almaqla tətbiq olunur. Konvensiyanın və bu Protokolun Tərəfi olmayan dövlətin bayrağı altında üzmək hüququna malik gəmilərə gəldikdə isə, bu Protokolun Tərəfləri Konvensiya və bu Protokolun lazımi qədər tələblərini tətbiq edirlər ki, belə gəmilər üçün daha səmərəli rejim yaradılmasın.
Maddə II
Mövcud şəhadətnamələr
1.
Hökumət bayrağı altında üzən gəmilərin dövlətlərinə gəldikdə isə, bu Protokolun başqa müddəalarına baxmayaraq, yük nişanı haqqında mövcud Beynəlxalq şəhadətnamə bu Protokolun qüvvəyə mindiyi vaxt şəhadətnamələrin etibar müddəti qurtarana qədər etibarlı sayılır.
2.
Bu Protokolun Tərəfi 1966-cı il aprelin 5-də qəbul olunmuş yük nişanı haqqında 1966-cı il tarixli Beynəlxalq Konvensiyanın əsasında və ona müvafiq olaraq şəhadətnamələr vermir.
Maddə III
İnformasiyanın göndərilməsi
Bu Protokolun Tərəfləri Beynəlxalq Dəniz Təşkilatının (bundan sonra - Təşkilat) Baş katibinə aşağıdakı sənədləri göndərməli və təhvil verməlidirlər:
a)
Bu Protokolun toxunduğu müxtəlif məsələlərlə əlaqədar qanun mətnləri, qərarlar, qaydalar və s;
b)
Tərəflərə göndərmək məqsədilə onların adından məsələlərin həlli üçün təyin olunmuş müfəttiş və təşkilatların siyahısı, həmin müfəttiş və təşkilatlara verilən səlahiyyətlər və vəzifələr haqqında bildirişlər;
c)
bu Protokolun müddəaları əsasında verilmiş şəhadətnamələrin kifayət qədər nüsxəsi.
Maddə IV
İmzalama, ratifikasiya, qəbul, təsdiq etmə və qoşulma
1. Bu Protokol Təşkilatın qərargahında 1989-cu il martın 1-dən 1990-cı il fevralın 28-dək imzalanmaq üçün açılmışdır və ona qoşulmaq üçün açıq saxlanılmışdır. 3-cü bəndin müddəalarına riayət etməklə, dövlətlər bu Protokolun müddəaları ilə razılaşdıqlarını aşağıdakı yolla ifadə edə bilərlər:
a)
ratifikasiya, qəbul və ya təsdiq haqqında heç bir qeyd-şərt olmadan imzalama; və ya
b)
ratifikasiya, qəbul, təsdiq etmə şərti ilə sonradan ratifikasiya, qəbul və təsdiq etməklə imzalama; və ya
c)
qoşulma.
2.
Ratifikasiya, qəbul, təsdiq və ya qoşulma bu barədə sənədi saxlamaq üçün Baş katibə təhvil verdikdən sonra həyata keçirilir.
3.
Yalnız heç bir qeyd-şərt etmədən Konvensiyanı qəbul etmiş və ona qoşulmuş dövlətlər bu Protokolu qeyd-şərtsiz ratifikasiya, qəbul, təsdiq edə bilər və ya ona qoşula bilərlər.
Maddə V
Qüvvəyə minmə
1. Aşağıdakı iki şərt icra olunduğu tarixdən on iki ay keçdikdən sonra bu Protokol qüvvəyə minir:
a)
ticarət gəmilərinin ümumi tutumu ümumdünya ticarət donanmasının ümumi tutumunun 50%-dən aşağı olmamaqla, 15 dövlətdən az olmayan dövlətlər bu Protokolun 4-cü maddəsinə müvafiq olaraq öz razılığını bildirdikdə; və
b)
insan həyatının qorunması haqqında 1974-cü il tarixli Beynəlxalq Konvensiyaya 1988-ci il tarixli Protokolun qüvvəyə minməsi üçün şərtlər yerinə yetirildikdə;
1992-ci il fevralın 1-dək bu Protokolun qüvvəyə minməsi şərti ilə.
2.
Protokol onun qüvvəyə minməsi üçün lazımi şərtləri yerinə yetirdikdən sonra, lakin qüvvəyə minmə tarixinə qədər onun ratifikasiya, qəbul, təsdiq edilməsi və ya ona qoşulma haqqında sənədləri saxlanmağa təhvil verən dövlətlər üçün ratifikasiya, qəbul, təsdiq və ya qoşulma, hansı tarixin daha sonra gəlməsindən asılı olaraq, Protokol qüvvəyə mindiyi gün və yaxud sənədin saxlanmağa verildiyi tarixdən 3 ay keçdikdən sonra qüvvəyə minir.
3.
Ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma haqqında hər hansı bir sənəd bu Protokol qüvvəyə mindikdən sonra təhvil verilərsə, bu sənədin saxlanmağa verilməsindən 3 ay sonra qüvvəyə minir.
4.
Tərəflər üçün bu Protokolun VI maddəsinə müvafiq olaraq Konvensiya və ya Protokolda edilmiş düzəlişin qəbul olunduğu tarixdən sonra təhvil verilmiş ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma haqqında hər hansı sənəd bu Protokol və ya Konvensiyaya edilmiş düzəlişlərlə qəbul edilir.
Maddə VI
Düzəlişlər
1.
Bu Protokola, Protokolun Tərəflərinə aid düzəlişlər aşağıdakı bəndlərdə göstərilən əməliyyatlar vasitəsilə daxil edilə bilər:
2.
Təşkilat Tərəfindən baxıldıqdan sonra aparılan düzəlişlər:
(a)
Bu Protokolun Tərəfinin təklif etdiyi bu Protokola düzəliş Təşkilatın Baş katibinə təqdim olunur, o isə düzəlişi baxılmazdan ən azı 6 ay əvvəl Təşkilatın bütün üzvlərinə və Konvensiyanın razılığa gələn bütün hökumətlərinə göndərir;
(b)
yuxarıdakı qaydada təklif olunan və göndərilən hər hansı düzəliş Təşkilatın dənizdə təhlükəsizlik Komitəsinə baxılmaq üçün göndərilir;
c) bu Protokolun Tərəfləri olan dövlətlər Təşkilatın üzvləri olub-olmamasından asılı olmayaraq, düzəlişlərin müzakirə və bəyənilməsi üçün dənizdə təhlükəsizlik Komitəsinin işində iştirak edə bilərlər;
(d)
c yarımbəndində göstərilənlərə əsasən düzəlişlər Dənizdə təhlükəsizliyin müdafiəsinin geniş tərkibli Komitəsində (bundan sonra - Dənizdə təhlükəsizliyin müdafiəsinin geniş tərkibli Komitəsi) iştirak edən və səs verənlərin üçdə iki səs çoxluğu ilə bəyənilir, bir şərtlə, səsvermə zamanı Tərəflərin heç olmasa üçdə biri iştirak etsin;
(e)
d yarımbəndinə müvafiq olaraq bəyənilmiş Düzəlişlər Təşkilatın Baş katibi Tərəfindən qəbul olunmaq üçün bütün Tərəflərə göndərilir;
(f) (i) bu Protokolun A əlavəsinə və yaxud maddəsinə edilən düzəliş və ya Protokolun Tərəfləri barədə Konvensiyanın maddəsinə edilən düzəliş Protokolun bu Tərəflərinin üçdə iki səs çoxluğu ilə qəbul edildiyi tarixdən qəbul olunmuş sayılır;
(ii) bu Protokolun B əlavəsinə edilən düzəliş və ya bu Protokolun Tərəfləri üçün edilmiş Konvensiyaya əlavəyə düzəlişlər qəbul olunmuş hesab edilir:
(aa) bu Protokolun Tərəflərinə qəbul üçün göndərildiyi tarixdən iki il sonra və ya
(bb) geniş tərkibli Dənizdə təhlükəsizlik Komitəsində Tərəflərin üçdə iki səs çoxluğu ilə bəyənildikdə və bir ildən az olmayaraq, əgər təyin edilibsə,
əgər Tərəflərin üçdə ikisindən çoxu və yaxud ümumi ticarət donanması ümumi tutumuna görə bütün Tərəflərin donanmalarının azı 50 faizini təşkil edən Tərəflər düzəlişə etiraz etmələri haqda göstərilmiş müddət ərzində Təşkilatın Baş katibinə bildiriş göndərərlərsə, düzəliş qəbul edilmir;
(g) bu Protokolun f (i) yarımbəndində göstərilən düzəliş onu qəbul edən bu Protokolun Tərəfləri üçün onun qəbul olunduğu tarixdən 6 ay sonra qüvvəyə minir, lakin bu tarixdən sonra onu qəbul edəcək hər bir Tərəf üçün isə həmin Tərəfin onu qəbul etdiyi tarixdən 6 ay sonra qüvvəyə minir;
(ii) f (ii) yarımbəndindəki düzəliş bu Protokolun bütün Tərəfləri üçün qüvvəyə minir. Lakin həmin yarımbəndə daxil olan düzəlişlərə etirazmı göndərən Tərəflər və bu etirazı 6 ay müddətində geri götürməyən Tərəf istisna təşkil edir. Lakin bu düzəlişin qüvvəyə mindiyi tarixə qədər hər hansı bir Tərəf Təşkilatın Baş katibinə bildirə bilər ki, o özünü bu düzəlişin qüvvəyə minmə tarixindən bir ildən çox olmayan müddətə və ya düzəliş bəyənilərkən geniş tərkibli Dənizdə Təhlükəsizlik Komitəsində iştirak edən və səs verənlərin üçdə iki səs çoxluğu ilə müəyyən edilən daha uzun müddətə bu düzəlişi tətbiq etməkdən azad edir.
3. Konfrans çağırmaqla edilən düzəliş:
(a)
bu Protokolun Tərəfinin, Tərəflərin heç olmasa üçdə birinin tərəfdar olduğu xahişinə görə Təşkilat bu Protokola və Konvensiyaya düzəlişləri müzakirə etmək üçün Tərəflərin Konfransını çağırır;
(b)
iştirak edən və səs verən Tərəflərin üçdə ikisinin bəyəndiyi hər bir düzəliş qəbul edilmək üçün Təşkilatın Baş katibi Tərəfindən bütün Tərəflərə göndərilir;
(c)
əgər Konfrans başqa qərar qəbul etmirsə, düzəliş qəbul edilmiş sayılır və 2 g və 2 f yarımbəndlərində nəzərdə tutulmuş üsullara uyğun olaraq qüvvəyə minir, o şərtlə ki, bu yarımbəndlərdə Dənizdə təhlükəsizliyin müdafiəsinin geniş tərkibli Komitəsinə edilən istinadlar Konfransa edilən istinad sayılsın;
4. (a) 2 f (ii) yarımbəndində göstərilən qüvvəyə minmiş düzəlişi qəbul etmiş bu Protokolun Tərəfi, Protokolun Tərəfinin bayrağı altında üzən, həmin yarımbəndin müddəalarına əsasən düzəlişə etiraz edən və öz etirazım geri çağırmayan gəmiyə verilən şəhadətnaməyə bu Protokolun imtiyazlarmı şamil etməyə borclu deyil;
(b) Protokolun Tərəfi olan dövlətin bayrağı altında üzən, 2 g (ii) yarımbəndinin müddəalarına uyğun olaraq özünü düzəlişi həyata keçirməkdən azad etməsi barədə Təşkilatın Baş katibini xəbərdar etmiş gəmiyə verilən şəhadətnaməyə 2 f (ii) yarımbəndindəki qüvvəyə minmiş düzəlişi qəbul edən bu Protokolun Tərəfi bu Protokolun imtiyazlarını şamil edir.
5. Əgər xüsusi şərt qoyulmursa, bu maddəyə əsasən gəminin konstruksiyasına aid olan hər hansı düzəliş, qüvvəyə mindiyi tarixdə və ya ondan sonrakı tarixdə yalnız artıq killəri qoyulmuş gəmilərə tətbiq olunur.
6.
2 g (ii) yarımbəndinə uyğun olaraq düzəlişin qəbulu və ya ona etiraz barəsində istənilən bəyanat, bildiriş yazılı şəkildə Təşkilatın Baş katibinə verilir, o isə bu haqda bu Protokolun Tərəflərini xəbərdar edir.
7.
Təşkilatın Baş katibi bu maddəyə uyğun olaraq qüvvəyə minmiş bütün düzəlişlər və onların tarixi barəsində bütün Tərəfləri xəbərdar edir.
Maddə VII
1.
Bu Protokolu istənilən Tərəf onun üçün həmin Protokolun qüvvəyə minməsindən 5 il keçdikdən sonra ləğv edə bilər.
2.
Ləğv etmə Təşkilatın Baş katibinə ləğv etmə haqqında sənədin saxlanmağa verilməsi yolu ilə həyata keçirilir.
3.
Ləğv etmə Təşkilatın Baş katibinin ləğv etmə haqqında sənədi almasından bir il ötdükdən sonra qüvvəyə minir.
4.
Hər hansı bir Tərəfin Konvensiyanı ləğvi bu Protokolun Tərəfinin ləğv etməsi hesab olunur. Belə ləğv etmə Konvensiyanın 30-cu maddəsinin 3-cü bəndinə müvafiq olaraq Konvensiyanı ləğv etmə tarixindən qüvvəyə minir.
Maddə VIII
Depozitari
1.
Bu Protokol saxlanmaq üçün Təşkilatın Baş katibinə (bundan sonra - depozitari) təhvil verilir.
2.
Depozitari:
(a) bu Protokolu imzalamış və yaxud ona qoşulmuş dövlətlərin hökumətlərinə aşağıdakılar barədə məlumat verməlidir:
(i) tarixi göstərilməklə ratifikasiya, qəbul, təsdiq və qoşulma haqqında hər bir yeni imzalama və ya verilən sənədİn saxlanması barədə;
(ii) bu Protokolun qüvvəyə minmə tarixi barədə;
(iii) bu Protokolun ləğv edilməsi haqqında hər hansı bir sənədin saxlanmağa verilməsi barədə; onun alınma tarixini və ləğvetmənin qüvvəyə minmə tarixini göstərməklə;
b) bu Protokolu imzalamış və ya ona qoşulmuş dövlətlərin hökumətinə bu Protokolun mətninin əslindən çıxarılmış, təsdiq olunmuş surətini göndərməlidir.
3. Bu Protokol qüvvəyə minən kimi depozitari onun mətninin əslinin təsdiq olunmuş surətini BMT Nizamnaməsinin 102-ci maddəsinə əsasən qeydiyyata alınmaq və nəşr olunmaq üçün BMT Katibliyinə göndərir.
Maddə IX
Dillər
Bu Protokol bir əsl nüsxədə ingilis, ərəb, ispan, Çin, rus, fransız dillərində tərtib olunmuşdur, həm də bütün mətnlər eynidir.
Min doqquz yüz səksən səkkizinci il noyabrın on birində Londonda imzalanmışdır.
Bunun təsdiqi olaraq, öz hökumətləri Tərəfindən lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Protokolu imzalamışlar.