×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.05.2004
QEYDİYYAT NÖMRƏSİ
651-IIQ
ADI
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2004, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 506)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 1 . Qanunun məqsədi

 

Bu Qanun Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra – Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri) xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin (bundan sonra – əməkdaşlar) həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. [2]

 

Maddə 2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında qanunvericilik

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşlarının dövlət icbari şəxsi sığortasının hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

 

Maddə 3. Əsas anlayışlar

 

3.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

3.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

3.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

3.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşları;

3.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

3.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;

3.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 8-ci maddəsi ilə müəyyən edilən hal;

3.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;

3.1.8. sığorta vəsaiti – bu Qanunun 11-1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;

3.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;

3.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsait.

 

Maddə 4. Dövlət icbari şəxsi sığortanın prinsipləri

 

4.1.Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:

4.1.1.dövlət icbari şəxsi sığortanın məcburiliyi;

4.1.2. dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.

 

Maddə 5. Sığortaolunanın hüquq və vəzifələri

 

5.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:

5.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;

5.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

5.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;

5.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.

5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

5.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək; [3]

5.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.

5.3. Bu Qanunun 5.1.2-ci, 5.1.3-cü və 5.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

 

Maddə 6. Sığortaçının hüquq və vəzifələri

 

6.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

6.1.1. sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

6.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

6.1.3. sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı, sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

6.1.4. sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

6.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

6.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:

6.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

6.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

6.2.3. hər bir sığortalıya və bu Qanunun 12.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

6.2.4. sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

6.2.5. sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

6.2.6. bu Qanunun 11-1-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

6.2.7. sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

6.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. [4]

 

Maddə 6-1. Sığortalının hüquq və vəzifələri

 

6-1.1. Sığortalının aşağıdakı hüquqları vardır:

6-1.1.1. özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

6-1.1.2. sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

6-1.1.3. sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

6-1.1.4. sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

6-1.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

6-1.2. Sığortalının aşağıdakı vəzifələri vardır:

6-1.2.1. sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

6-1.2.2. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

6-1.2.3. sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 7-1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

6-1.2.4. sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

6-1.2.5. sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;

6-1.2.6. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. [5]

 

M a d d ə   7 . Sığorta məbləği və sığorta haqqı

 

7.1.      Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər diplomatik vəzifə tutan şəxslər altı min altı yüz manat, inzibati-texniki xidməti həyata keçirən şəxslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər. [6]

7.2.      Sığorta haqqı bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir. [7]

 

Maddə 7-1. Sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası

 

Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [8]

 

M a d d ə   8 . Sığorta ödənişləri

 

8.1. Sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir. [9]

8.2. Sığortaolunan sığorta hadisəsi nəticəsində həlak olduqda (vəfat etdikdə) və ya sağlamlığına zərər vurulduqda, ona bu Qanunun 7.1-ci maddəsində müəyyən edilmiş sığorta məbləğindən aşağıdakı miqdarda faizlə sığorta ödənişi verilir:

8.2.1. həlak olması (vəfat etməsi) - 100 faiz;

8.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 80 faiz; [10]

8.2.3. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 60 faiz; [11]

8.2.4. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 40 faiz; [12]

8.2.5. əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət alması - 20 faiz; [13]

8.2.5-1. az ağır xəsarət alması – 15 faiz; [14]

8.2.6. yüngül xəsarət alması - 10 faiz.

8.3. Sığortaolunan sığorta hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərdən bu hadisənin baş verdiyi gündən üç il müddətində vəfat edərsə və ya sağlamlığına zərər vurularsa, sığortaolunanın bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq aldığı Müvafiq sığorta ödənişi ilə sığortanın tam məbləği arasındakı fərq onun varisinə və ya sığortaolunanın özünə bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişi ödənilir. [15]

8.4. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. [16]

 

Maddə 9. Dövlət icbari şəxsi sığortanın aparılması qaydası

 

9.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

9.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 7-1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortaçıya ödəyir.

9.3. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

9.4. Sığortaolunanlar işə təyin olunduqları tarixdən bu Qanunla müəyyən olunmuş qaydada sığorta olunurlar.

 

Maddə 10. Sığorta ödənişinin verilməsi

 

10.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadığı hallarda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

10.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.

10.3. Bu Qanunun 6-1.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.

10.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.

 

Maddə 11. Sığorta ödənişinin verilməsindən imtina

 

11.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

11.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

11.1.2. sığortaolunan bu Qanunun 10.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [17]

11.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

11.1.4. hadisə sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

11.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

11.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 11.1.2-ci maddəsində göstərilən hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir. [18]

 

Maddə 11-1. Sığorta vəsaitləri

 

11-1.1. Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

11-1.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

11-1.1.2. kreditlər;

11-1.1.3. sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

11-1.1.4. qanunla qadağan edilməyən digər mənbələr.

11-1.2. Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

11-1.2.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

11-1.2.2. sığorta ehtiyatının yaradılmasına;

11-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

11-1.2.4. idarəetmə xərclərinə;

11-1.2.5. qanunla müəyyən edilən digər istiqamətlərə.

11-1.3. İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

11-1.4. Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

11-1.5. Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

11-1.6. Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

11-1.7. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

 

Maddə 11-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

 

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. [19]

 

Maddə 12. Nəzarət və bu Qanunun pozulmasına görə məsuliyyət

 

12.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

12.2. Sığortaçı dövlət icbari şəxsi sığorta sahəsində görülmüş işlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verir.

12.3. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. [20]

 

Maddə   13. Mübahisələrə baxılması qaydası

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. [21]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 may 2004-cü il

                   № 651-IIQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223)

2.       17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)

3.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

4.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)

5.       4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336)

6.       24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 351)

7.       28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 36)

8.       19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828)

9.       22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896)

10.    3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319)

11.    20 dekabr 2022-ci il tarixli 741-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 194)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə adında “xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari” sözləri “diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223) ilə 1.1-ci maddəsində "nümayəndəliklərində" sözündən sonra "və konsulluqlarında" sözləri əlavə edilmişdir.

3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə 1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.1.         Bu Qanun Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra - Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri) qulluq edən şəxslərin icbari sığortası qaydalarını müəyyən edir.

Bu Qanunun məqsədləri üçün Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslər dedikdə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa Müvafiq olaraq diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər (diplomatik xidmət əməkdaşları) və həmin orqanların inzibati-texniki xidmətini həyata keçirən şəxslər nəzərdə tutulur.

 

[3] 20 dekabr 2022-ci il tarixli 741-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 194) ilə 5.2.1-ci və 6.1.2-ci maddələrə mümkün olmadığı hallarda sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sözləri əlavə edilmişdir.

 

[4] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2-ci maddədə "Sığorta haqqında" sözləri "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 2-ci maddədə “Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Diplomatik xidmət haqqında”, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə, bu Qanunla” sözləri “bu Qanunla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə” sözləri ilə əvəz edilmişdir.

17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 6.2-ci maddəsində “narkotik və” sözləri “narkotik vasitələrdən, psixotrop maddələrdən və ya” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2018-ci il tarixli 1419-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 36) ilə 2-ci maddənin mətni 2.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 2.2-ci maddə əlavə edilmişdir.

24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 351) ilə 5-ci maddənin mətni 5.1-ci maddə hesab edilmişdir və yeni məzmunda 5.2-ci maddə əlavə edilmişdir.

3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə 2 – 6-cı maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

M a d d ə 2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında qanunvericilik

2.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası bu Qanunla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.

2.2. Ələt azad iqtisadi zonasında Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

 

M a d d ə   3 . Sığorta olunan

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər bu Qanuna uyğun olaraq sığorta olunanlardır.

M a d d ə   4 . sığortalı

Sığortalı Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən Müvafiq icra hakimiyyəti orqanıdır.

M a d d ə   5 . Sığortaçı

5.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin sığortaçısı dövlət sığorta orqanıdır.

5.2. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

M a d d ə   6 . Sığorta hadisəsi

6.1.         Sığorta olunanın fərdi qəza (bədbəxt hadisə) nəticəsində həlak olması (vəfat etməsi) və ya sağlamlığına zərər vurulması (əlillik və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir.

6.2.         Fərdi qəzanın (bədbəxt hadisənin) sığorta olunanın sərxoş halda olması, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya toksiki maddələrdən istifadəsi, özünə qəsd etməsi nəticəsində baş verməsi sığorta hadisəsi sayılmır.

Sığorta hadisəsi baş verdikdə sığorta olunan və ya sığortalı bu barədə sığortaçım xəbərdar etməlidir.

 

[5] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə yeni məzmunda 6-1-ci maddə əlavə edilmişdir.

 

[6] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə  7.1-ci maddəsində “şərti maliyyə vahidinin 10 (on) min misli” sözləri “on bir min manat” sözləri ilə, “şərti maliyyə vahidinin 6 (altı) min misli” sözləri “altı min altı yüz manat” sözləri ilə və “şərti maliyyə vahidinin 4 (dörd) min misli” sözləri “dörd min dörd yüz manat” sözləri ilə əvəz edilmişdir.

 

[7] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə 7.2-ci maddədə “sığorta haqqı” sözlərindən sonra “bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan” sözləri əlavə edilmişdir.

 

[8] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə yeni məzmunda 7-1-ci maddə əlavə edilmişdir.

 

[9] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə 8.1-ci və 8.2-ci maddələr müvafiq olaraq 8.2-ci və 8.3-cü maddələr hesab olunmuşdur və yeni məzmunda 8.1-ci maddə əlavə edilmişdir.

 

[10] 19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828) ilə 8.1.2-ci, 8.1.3-cü və 8.1.4-cü maddələrdə “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896) ilə 8.1.2-ci maddədə “I dərəcə əlillik” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə” sözləri ilə əvəz edilmişdir.

 

[11] 22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896) ilə 8.1.3-cü maddədə “II dərəcə əlillik” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə” sözləri ilə əvəz edilmişdir.

 

[12] 22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896) ilə 8.1.4-cü maddədə "III dərəcə əlillik” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə” sözləri ilə əvəz edilmişdir.

 

[13] 19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828) ilə 8.1.5-ci maddədə “qrupu təyin olunmadan” sözləri “dərəcəsi müəyyən edilmədən” sözləri ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896) ilə 8.1.5-ci maddədən “dərəcəsi” sözü çıxarılmışdır.

 

[14] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286) ilə 8.2-ci maddədə “Sığorta olunan” sözləri “Sığortaolunan” sözü ilə əvəz edilmişdir və yeni məzmunda 8.2.5-1-ci maddə əlavə edilmişdir.

 

[15] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə 8.3-cü maddədə “Sığorta olunan” sözləri “Sığortaolunan” sözü ilə, hər iki halda “sığorta olunanın” sözləri “sığortaolunanın” sözü ilə əvəz edilmişdir.

 

[16] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə yeni məzmunda 8.4-cü maddə əlavə edilmişdir.

 

[17] 20 dekabr 2022-ci il tarixli 741-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 10 fevral 2023-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 194) ilə 11.1.2-ci maddəyə müəyyən edildikdə sözlərindən sonra (“İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) sözləri əlavə edilmişdir.

 

[18] 4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə yeni məzmunda 9.7-ci maddə əlavə edilmişdir.

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 10.2-ci maddə ləğv edilmişdir.

24 fevral 2015-ci il tarixli 1210-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 aprel 2015-ci il, № 069, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 351) ilə yeni məzmunda 10.3-cü maddə əlavə edilmişdir.

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 11.1.1.2-ci maddədən “notariat qaydasında təsdiq olunmuş” və 11.1.2.1-ci maddədən “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır.

19 may 2020-ci il tarixli 110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2020-ci il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 828) ilə 11.1.2.1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

11.1.2.1. əlillik haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixi göstərilməklə) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın notariat qaydasında təsdiq edilmiş surəti;

3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə 9 – 11-ci maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

M a d d ə   9 . Sığortanın aparılması qaydaları

9.1.          Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası sığortalı ilə sığortaçı arasında bağlanmış müqavilə əsasında aparılır.

9.2.          sığortalı növbəti il üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin siyahısını tərtib edir və cari ilin sonunadək sığortaçıya təqdim edir.

9.3.   Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində dövlət qulluğuna qəbul edilən şəxslər işə qəbul olunduqları tarixdən müvafiq qaydada sığorta olunmuş hesab edilirlər.

9.4.   Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

9.5.          Sığorta haqlarının məbləği hər ilin əvvəlində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin sayına uyğun olaraq hesablanır.

9.6.   Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləği sığortalı tərəfindən rübdə bir dəfə sığortaçının hesabına köçürülür.

9.7.    Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.

M a d d ə   10. Sığorta ödənişinin verilməsi müddəti

10.1.          Sığortaçı bu Qanunla nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya onun varisinə sığorta ödənişini bu Qanunun 11-ci maddəsində göstərilmiş sənədləri aldığı gündən 7 (yeddi) təqvim günü ərzində ödəyir.

10.2.          Sığorta olunan, yaxud onun varisi sığorta ödənişini bu Qanunla müəyyən edilmiş hallarda və qaydada almadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Müvafiq olaraq sığorta hadisəsinin baş verdiyi gündən 3 (üç) il müddətində sığortaçıdan tələb etmək hüququna malikdir.

10.3.          Sığortaçı sığorta ödənişini bu Qanunun 10.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

M a d d ə   11. Sığorta ödənişinin alınması üçün tələb olunan sənədlər

11.1. Sığorta ödənişinin alınması üçün sığorta olunan, yaxud onun varisi tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığorta olunanın qulluq etdiyi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində tutduğu vəzifə barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədlər təqdim edilir:

11.1.1.   həlak olması (vəfat etməsi) halında:

11.1.1.1.               sığorta olunanın ölümü haqqında şəhadətnamənin surəti;

11.1.1.2.               vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti;

11.1.2.   sığorta olunanın sağlamlığına zərər vurulduğu halda:

11.1.2.1.               “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti;

11.1.2.2.               ağır və ya yüngül xəsarətin alınmasını təsdiq edən tibbi arayış.

11.2. Ağır və yüngül xəsarət növlərinin siyahısını Müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

[19] 3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə yeni məzmunda 11-1-ci və 11-2-ci maddələr əlavə edilmişdir.

 

[20] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 4-cü maddənin adında və mətnində, 6.3-cü, 9.1-ci, 9.2-ci, 9.6-cı, 12.1-ci və 12.2-ci maddələrdə ismin müvafiq hallarında "sığorta etdirən" sözləri ismin müvafiq hallarında "sığortalı" sözü ilə əvəz edilmişdir.

4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 12.2-ci maddədə “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2021-ci il tarixli 420-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1319) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə   12. Bu Qanunun icrasına nəzarət və onun pozulmasına rə məsuliyyət

12.1.         Bu Qanunun icrasına nəzarəti öz səlahiyyətləri daxilində sığortalı və sığortaçı həyata keçirir.

Bu Qanunun müddəalarının pozulmasına görə sığortalının və sığortaçının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

 

[21] 4 aprel 2014-cü il tarixli 930-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 336) ilə 13-cü maddədə “mübahisələr” sözündən sonra “Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status