×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
29.07.2004
QEYDİYYAT NÖMRƏSİ
329
ADI
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasında nəzərdə tutulmuş milli koordinasiya mərkəzinin təyin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2004, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 571)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasında nəzərdə tutulmuş milli koordinasiya mərkəzinin təyin edilməsi barədə

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasında nəzərdə tutulmuş milli koordinasiya mərkəzinin təyin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının 2003-cü il 9 dekabr tarixli 554-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq qərara alıram:

1.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq məlumatların mübadiləsi məqsədilə Azərbaycan Respublikası tərəfindən milli koordinasiya mərkəzi təyin edilsin.

2.  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən milli koordinasiya mərkəzinin təyin edilməsi barədə həmin Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2004-cü il

№ 329

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status