AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.07.2004
QEYDİYYAT NÖMRƏSİ
95
ADI
Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2004, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 586)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.07.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında

Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 75 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.        "Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2.      Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə aşağıdakı tərkibdə komissiya yaradılsın:

 

Komissiyanın sədri

M.Cabbarov                                              - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini

Komissiyanın sədr müavinləri:

N.Süleymanov                                          - Birləşmiş Universal Səhmdar Bankının əməliyyat blokunun baş direktoru

K.Həsənov                                                - İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin direktoru

Komissiyanın üzvləri:

V.İbrahimov                                              - Maliyyə Nazirliyinin Daxili borclanma şöbəsi müdirinin müavini

R.Mustafayev                                            - Ədliyyə Nazirliyinin Qanunvericilik və hüquqi təbliğat idarəsinin baş mütəxəssisi

Ə.Axundov                                                - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdiri

E.Nadirov                                                  - İqtisadi İnkişaf Nazirliyinin Hüquq departamentinin direktoru

S.Məmmədov                                            - Müdafiə Nazirliyinin Maliyyə idarəsinin pul təminatı şöbəsinin rəisi

İ.Salmanlı                                                  - Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi

 

Ə.Nağıyev                                                 - Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisinin müavini

C.Əliyev                                                    - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsinin müdiri

N.Süleymanov                                           - Dövlət Statistika Komitəsinin Milli hesablar statistikası şöbəsinin müdiri

Ü.Mürşüdov                                              - Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinin direktoru

E.Cəfərov                                                   - Milli Bankın Monetar təhlil və proqnozlaşdırma şöbəsinin rəisi

S.Sadıqov                                                  - Birləşmiş Universal Səhmdar Bankının Xəzinədarlıq departamentinin qiymətli kağızlar şöbəsinin rəisi

A.Əhmədov                                               - Respublika Auksion Mərkəzinin baş direktoru, komissiyanın katibi

 

 

3. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiya:

dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üçün Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan Muxtar Respublikasında paylama məntəqələrini yaratsın, onların fəaliyyətinə rəhbərlik etsin, paylama məntəqələrinin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirsin;

öz ünvanı, telefonları, vətəndaşları qəbul etmə saatları və məntəqələrin iş qrafiki barədə məlumatları 5 (beş) gün müddətində mətbuatda dərc etsin;

dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi ilə əlaqədar zəruri olan digər işləri görsün;

işini başa çatdırdıqdan sonra 10 (on) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ətraflı hesabat təqdim etsin.

4.      Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi "Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 75 nömrəli Fərmanının 2.2.2-ci və 2.3-cü bəndlərində, Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti isə həmin Fərmanın 2.2.2-ci bəndində nəzərdə tutulan siyahıları bir həftə ərzində Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiyaya təqdim etsinlər.

5.      Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 15 iyul 2004-cü il

                   № 95

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 15 iyul tarixli 95 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi

 

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.     Bu Qaydalar "Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 75 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) (bundan sonra - özəlləşdirmə payları) verilməsini tənzimləyir.

1.2.     Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiya özəlləşdirmə paylarının verilməsini Azərbaycan Respublikasının şəhər və rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında yaradılmış paylama məntəqələri vasitəsilə təşkil edir.

1.3.     "Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 75 nömrəli Fərmanına uyğun olaraq aşağıdakı şəxslərə bir özəlləşdirmə payı verilir:

1.3.1. Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyinə uyğun olaraq vaxtı ilə dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paymı almaq hüququ verilmiş, lakin hər hansı bir səbəbdən bu payları ala bilməyən Azərbaycan Respublikasının vətəndaşlarına;

1.3.2.       Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar şəhidlərinin qanuni varislərinə;

1.3.3.       Azərbaycan Respublikası torpaqlarının azad olunması, ərazi bütövlüyü və müstəqilliyi uğrunda aparılan hərbi əməliyyatlar zamanı yaralanmış və bu əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (müvafiq siyahılar Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respulikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim edilir);

1.3.4.       Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, Sosialist Əməyi Qəhrəmanları və onlara bərabər tutulan digər şəxslərə;

1.3.5.       20 Yanvar hadisələri zamanı əliliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına, İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə, Əfqanıstan müharibəsində həlak olmuş vətəndaşların ailələrinə və həmin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı əliliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına; [1]

1.3.6.       İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə (müvafiq siyahılar Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təqdim edilir).

 

II. DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYLARININ VERİLMƏSİ QAYDALARI

 

2.1.     Özəlləşdirmə payları vətəndaşlara (bu Qaydaların III bölməsində göstərilən hallardan başqa) onların qeydiyyatda olduqları ərazi üzrə paylama məntəqələrində verilir. Vətəndaşlar öz özəlləşdirmə paylarım şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə alırlar.

2.2.     16 yaşına çatmayan, habelə müvafiq qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslərin özəlləşdirmə paylarını onların qanuni nümayəndələri, qəyyumları və ya himayəçiləri özlərinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməklə ala bilərlər.

2.3.   Hər hansı səbəbdən özəlləşdirmə paymı vətəndaşın şəxsən almaq imkanı yoxdursa, o, qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə ilə payının alınmasını Azərbaycan Respublikasının istənilən vətəndaşına həvalə edə bilər.

2.4.     Bu Qaydaların 1.3.3-cü bəndində göstərilən vətəndaşlara özəlləşdirmə payları Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin), Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin təqdim etdikləri siyahı əsasında verilir.

Bu Qaydaların 1.3.6-cı bəndində göstərilən vətəndaşlara özəlləşdirmə payları Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin təqdim etdikləri siyahı əsasında verilir.

Siyahılarda adı olmayan şəxslər özəlləşdirmə paylarının verilməsi ilə əlaqədar paylama məntəqələrinə müraciət edə bilərlər.

2.5. Bu Qaydaların 1.3.2-ci, 1.3.4-cü və 1.3.5-ci bəndlərində göstərilən vətəndaşlar özəlləşdirmə paylarını almaq üçün şəxsiyyətlərini təsdiq edən sənədlə yanaşı aşağıdakı müvafiq sənədləri də təqdim edirlər:

Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar şəhidlərinin qanuni varisləri - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən vəsiqəni;

Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları və onlara bərabər tutulan digər şəxslər - müvafiq təltifləri təsdiq edən vəsiqəni;

20 Yanvar hadisələri zamanı əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşları - Tibbi Sosial Ekspert Komissiyasının (1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının arayışını) qərarını; [2]

İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər əlilliyi olan şəxslərin elektron reyestrindən çıxarışı; [3]

Əfqanıstan müharibəsində həlak olmuş vətəndaşların ailələri - vətəndaşın Əfqanıstanda həlak olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsindən arayışı, həlak olmuş vətəndaşlara qohumluq dərəcəsini təsdiq edən sənədi; [4]

Əfqanıstan müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər - Əfqanıstanda yaralanması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsindən arayışı və Tibbi Sosial Ekspert Komissiyasının (1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının arayışını) qərarını; [5]

Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşları - Tibbi Sosial Ekspert Komissiyasının (1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının arayışını) qərarını.

 

III. BƏZİ QRUP VƏTƏNDAŞLARA DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYLARININ VERİLMƏSİ QAYDALARI

 

3.1. Azərbaycan Respublikasının aşağıda göstərilən vətəndaşlarına özəlləşdirmə paylarının verilməsi fərqli qaydada həyata keçirilir:

hərbi xidmətdə olanlara;

məcburi köçkünlərə;

dövlət himayəsində olan uşaq və körpələr evində saxlanılan şəxslərə;

uzun müddət və ya daimi müalicə müəssisələrində, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində saxlanılan (o cümlədən fəaliyyət qabiliyyəti olmayan və fəaliyyət qabiliyyəti məhdud olan) şəxslərə; [6]

daimi yaşayış yeri olmayan şəxslərə;

istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə;

Azərbaycan Respublikasının hüdudlarından kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına.

3.2. Hərbi xidmətdə olan şəxslərə özəlləşdirmə paylarının verilməsi aşağıdakı qaydada həyata keçirilir:

müddətli hərbi xidmətdə olanlara özəlləşdirmə payları hərbi hissənin komandanlığı tərəfindən 2 (iki) nüsxədə təqdim olunmuş siyahılar əsasında hərbi hissənin yerləşdiyi ərazi üzrə verilir;

müddətli hərbi xidmətdə olan vətəndaşlardan başqa, bütün hərbi qulluqçulara özəlləşdirmə payları daimi qeydiyyatda olduqları ərazi üzrə verilir.

3.3. Məcburi köçkünlərə özəlləşdirmə paylarının verilməsi aşağıdakı qaydada həyata keçirilir:

məcburi köçkün statusuna malik olan Azərbaycan Respublikasının vətəndaşları (hal-hazırda məskunlaşdıqları ərazidə daimi qeydiyyatı olmayanlar) özəlləşdirmə paylarını məskunlaşdıqları ərazi üzrə alırlar;

həmin şəxslərin siyahıları ərazi üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən tərtib olunur və 2 (iki) nüsxədə Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiyaya və müvafiq paylama məntəqəsinə təqdim edilir.

3.4. Dövlət himayəsində olan uşaq və körpələr evində saxlanılanların özəlləşdirmə paylarının verilməsi aşağıdakı qaydada həyata keçirilir:

3.4.1.   uşaq və körpələr evində saxlanılanların qanuni nümayəndələri, qəyyumu və ya himayəçiləri olduqda özəlləşdirmə paylarının alınması onlar tərəfindən həyata keçirilir. Həmin şəxslər özəlləşdirmə paylarını uşaq evlərinin yerləşdiyi ərazi üzrə müvafiq paylama məntəqələrindən ala bilərlər. Bu zaman onların hüququnu təsdiq edən sənəd təqdim edilməlidir;

3.4.2.   uşaq və körpələr evində saxlanılanların qanuni nümayəndələri, qəyyumu və ya himayəçiləri olmadıqda özəlləşdirmə payları uşaq və körpələr evlərinin müdiriyyəti tərəfindən (iki) nüsxədə tərtib olunmuş və Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiyaya və paylama məntəqələrinə təqdim edilmiş siyahılar əsasında uşaq və körpələr evinin müdirinə (müdir olmadıqda onun vəzifəsini icra edənə) və ya baş mühasibə verilir. Həmin şəxslər tərəfindən yerli icra hakimiyyəti orqanının onların səlahiyyətlərini və uşaqların siyahısını təsdiq edən məktubu və uşaqların doğum haqqında şəhadətnamələri təqdim edilməlidir;

3.4.3.   dövlətin himayəsində olan uşaqların saxlanıldığı uşaq və körpələr evinin müdiriyyəti orada saxlanılanların özəlləşdirmə paylarının saxlanılmasına və qorunmasına görə məsuliyyət daşıyır.

3.5. Uzun müddət və ya daimi müalicə müəssisələrində saxlanılan (o cümlədən fəaliyyət qabiliyyəti olmayan və fəaliyyət qabiliyyəti məhdud olan) şəxslərə özəlləşdirmə paylarının verilməsi aşağıdakı qaydada həyata keçirilir:

3.5.1. ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, müalicə müəssisələrində daimi saxlanılan, lakin fəaliyyət qabiliyyəti olan şəxslərə özəlləşdirmə payları müdiriyyət tərəfindən 2 (iki) nüsxədə tərtib olunmuş, Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiyaya və paylama məntəqələrinə təqdim edilmiş siyahılar əsasında ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə müəssisəsinin müdirinə (müdir olmadıqda onun vəzifəsini icra edənə) və ya baş mühasibə verilir.

Ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsinin, müalicə müəssisəsinin müdiri (müdir olmadıqda onun vəzifəsini icra edən) və ya baş mühasib özəlləşdirmə paylarını aldıqdan sonra 5 (beş) gün müddətində orada saxlanılan şəxslərə özəlləşdirmə paylarım verir və onların imzaları olan siyahını müvafiq məntəqəyə təqdim edir; [7]

3.5.2. ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsində, müalicə müəssisələrində daimi saxlanılan, lakin fəaliyyət qabiliyyəti olmayan və yaxud məhdud olan (o cümlədən uzun müddət xəstəxanalarda, müalicə-əmək müəssisələrində və ruhi xəstəxanalarda müalicədə olan) şəxslərin özəlləşdirmə paylarmı həmin şəxslərin qəyyumları və yaxud himayəçiləri onların hüquqlarını təsdiq edən sənədləri təqdim etməklə müalicə müəssisəsində saxlanılan qohumlarının özəlləşdirmə payını müalicəxanaların yerləşdiyi ərazi üzrə məntəqədən ala bilərlər. [8]

3.6. Daimi yaşayış yeri olmayan şəxslərə özəlləşdirmə paylarının verilməsi aşağıdakı qaydada həyata keçirilir:

daimi yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşları özəlləşdirmə paylarını almaq üçün müvəqqəti yaşadıqları ərazidəki məntəqədə şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə (uşaqlar üçün doğum haqqında şəhadətnaməni) ayrıca siyahıya daxil edilirlər. Bundan sonra özəlləşdirmə payının verilməsi ümumi qaydada həyata keçirilir.

3.7.  Özəlləşdirmə payı almaq hüququ olan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunan, habelə həbs qətimkan tədbiri qismində istintaq təcridxanalarında saxlanılan şəxslərə özəlləşdirmə paylarının verilməsi cəzanı icra edən müəssisələrdə cəzaçəkmə müəssisəsinin və istintaq təcridxanasının müdiriyyəti tərəfindən 2 (iki) nüsxədə təqdim edilmiş siyahılar əsasında xüsusi qaydada təşkil edilmiş paylama məntəqələri vasitəsilə həyata keçirilir. Azadlığa buraxılarkən həmin şəxslərin buraxılması haqqında arayışa müəssisənin rəisi tərəfindən özəlləşdirmə payının verilməsi barədə qeyd edilir. [9]

3.8.     Azərbaycan Respublikasının hüdudlarından kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına özəlləşdirmə paylarının verilməsi aşağıdakı qaydada həyata keçirilir:

Azərbaycan Respublikasının hüdudlarından kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları özəlləşdirmə paylarmı şəxsən ala bilərlər. Gəlmək imkanı olmadıqda həmin şəxslər Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə ilə özəlləşdirmə paylarının alınmasını Azərbaycan Respublikasının istənilən vətəndaşına həvalə edə bilərlər.

 

IV. PAYLAMA MƏNTƏQƏLƏRİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

4.1. Dövlət özəlləşdirmə payları Birləşmiş Universal Səhmdar Bankı tərəfindən dislokasiya üzrə müvafiq filiallara verilir. Birləşmiş Universal Səhmdar Bankının filialları dövlət özəlləşdirmə paylarının saxlanmasına və qorunmasına görə məsuliyyət daşıyırlar.

4.2.   Paylama məntəqələrinin tərkibi 5 (beş) nəfərdən az olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Birləşmiş Universal Səhmdar Bankının yerli qurumlarının, habelə yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olur və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yerli qurumlarının rəhbərlərinin təqdimatına əsasən Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiya tərəfindən təsdiq olunur. Paylama məntəqələri Birləşmiş Universal Səhmdar Bankının müvafiq filiallarında yerləşir. [10]

4.3.   Özəlləşdirmə payları hər gün sayılır, yoxlanılır və heç bir çatışmazlıq müəyyən edilmədikdə, Birləşmiş Universal Səhmdar Bankının yerli filialları və şöbələri ilə paylama məntəqəsi arasında bu barədə təhvil-təslim aktı tərtib edilir.

4.4.   Hər hansı səbəbdən qəbul edilməsi mümkün olmayan (say çatışmazlığı, yararsız vəziyyətə düşməsi və s.) özəlləşdirmə payları barədə ayrıca akt tərtib edilir.

4.5.   Özəlləşdirmə paylarının verilməsi başa çatdıqdan sonra paylama məntəqələri verilən özəlləşdirmə paylarının qeydiyyatı və uçotu kitabını bağlayır və onları Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiyaya təhvil verir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 oktyabr 2011-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 974)

2.       11 dekabr 2012-ci il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1364)

3.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

4.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

5.       7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516)

6.       5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 1.3.5-ci yarımbəndində hər iki halda “əlil olmuş” sözləri “əliliyi müəyyən edilmiş” sözləri ilə, “əlillərinə” sözü “ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə və “müharibənin əlillərinə” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci bəndin dördüncü və səkkizinci abzaslarında “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə və “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının) arayışını” sözləri “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının arayışını) qərarını” sözləri ilə əvəz edilmişdir.

 

[3] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci bəndinin beşinci abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

İkinci Dünya müharibəsi əlilləri - Böyük Vətən müharibəsi əlilinin vəsiqə-sini;

 

[4] 11 dekabr 2012-ci il tarixli 300 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr 2012-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1364) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci bəndinin altıncı və yeddinci abzaslarında “hərbi komissarlıqdan” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsindən” sözləri ilə əvəz edilmişdir.

5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci bəndinin altıncı və yeddinci abzaslarına “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.

 

[5] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci bəndinin yeddinci abzasda “əlilləri” sözü “ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə və “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının) arayışını” sözləri “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının arayışını) qərarını” sözləri ilə əvəz edilmişdir.

 

[6] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 3.1-ci bəndinin beşinci abzasında “qocalar (stasionar sosial xidmət müəssisəsində) və əlillər evində” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilmişdir.

 

[7] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 3.5.1-ci yarımbəndinin birinci abzasında hər iki halda ismin müvafiq hallarında “qocalar (stasionar sosial xidmət müəssisəsində) və əlillər evi” sözləri ismin müvafiq hallarında “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə və ikinci abzasında “Qocalar və əlillər evinin (stasionar sosial xidmət müəssisəsinin)” sözləri “Ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[8] 7 mart 2019-cu il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 516) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 3.5.2-ci yarımbəndində “qocalar və əlillər evində (stasionar sosial xidmət müəssisəsində)” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsində” sözləri ilə əvəz edilmişdir.

 

[9] 19 oktyabr 2011-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 974) ilə "Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları"nın 3.7-ci bəndinin birinci cümləsindən "və azadlığın məhdudlaşdırılması" sözləri çıxarılmışdır.

 

[10] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 4.2-ci bəndinin birinci cümləsində (hər iki halda) “İqtisadi İnkişaf Nazirliyinin” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 4.2-ci bəndinin birinci cümləsindən (hər iki halda) “və Sənaye” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status