98 - Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.07.2004
QEYDİYYAT NÖMRƏSİ
98
ADI
Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2004, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 589)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.07.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə

Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifmi nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2.  "Polis əməkdaşının maddi və sosial təminatlan ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.1-ci bəndində, 1 nömrəli əlavəsinin adında, 1-ci bəndində, ulduz işarəsi altında olan cümləsində, 7-ci bəndində, 10-cu bəndinin ikinci abzasında və 14-cü bəndində "xidmət illərinə" sözlərinin əvvəlinə "fasiləsiz" sözü əlavə edilsin, həmin əlavənin 1-ci bəndində "iş stajına görə" sözləri "fasiləsiz xidmət illərinə görə" sözləri ilə əvəz edilsin.

3.  "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 yanvar tarixli 4 nömrəli qərarının 1-ci bəndində "xidmət illərinə" sözlərinin əvvəlinə "fasiləsiz" sözü əlavə edilsin.

4.      Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 22 iyul 2004-cü il

   № 98

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması

 

QAYDASI

 

l. Bu Qayda Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə və daxili işlər orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və daxili işlər orqanlarının kadrlarına daxil edilərək xüsusi rütbə verilmiş sıravi, kiçik, orta, böyük və ali rəis heyəti əməkdaşlarına (bundan sonra - əməkdaşlar) fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir.

2. Fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə aşağıdakı dövrlər hesablanır:

daxili işlər orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti;

daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; [1]

xidmət illərinə görə haqq ödənilməklə digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; [2]

xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

daxili işlər orqanlarından xaric edilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, daxili işlər orqanlarında əvvəl xidmət etdiyi müddət; [3]

Daxili İşlər Nazirliyinin tədris müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət;

daxili işlər orqanlarında xidmət keçərkən əmək haqqının saxlanması şərtilə əməkdaşların vəzifədən kənarlaşdırıldıqları müddət;

təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifə-dən azad edilərək daxili işlər orqanının sərəncamında saxlanılma müddəti;

hər il verilən əsas məzuniyyət, habelə qısamüddətli, xəstəliyə görə, tətilə çıxmaqla (kursantlar üçün), Daxili İşlər Nazirliyinin tədris müəssisələrini bitirməklə əlaqədar, əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə), hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyət müddəti; [4]

dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. [5]

3.  Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, sonradan isə xidmətə bərpa edilmiş əməkdaşların xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan daxili işlər orqanlarında xidmət aparmadıqları müddət fasiləsiz xidmət illərinə daxil edilir.

4.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik daxili işlər orqanlarının rəis və sıravi heyətinə

mənsub şəxslərin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət fasiləsiz xidmət illərinə daxil edilir.

5. Daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illəri:

xüsusi təyinatlı struktur vahidində xidmət edən əməkdaşların bir ayı - bir ay yarım:

partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə və terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət edən əməkdaşların bir ayı-iki aya, terror əleyhinə aparılan əməliyyatlarda, o cümlədən beynəlxalq polis qüvvələrinin tərkibində iştirak müddəti bir xidmət günü üç günə bərabər tutularaq hesablanır. Bu halda xidmət müddəti terror əleyhinə aparılan əməliyyatın başlandığını, başa çatdığını əks etdirən və əməkdaşların iştirakını təsdiqləyən Daxili İşlər Nazirliyinin müvafiq sənədi əsasında müəyyən edilərək hesablanır.

6. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır.

7. Bu Qayda təsdiq edilən günədək daxili işlər orqanları əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün hesablanmış xidmət illəri dəyişdirilə bilməz.

8. Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq onların orta əmək haqlan hesablanarkən nəzərə alınır.

9.  Əməkdaşlara fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illəri Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş komissiyaların rəyi əsasında əmrlə təsdiq edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

2.       24 fevral 2011-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 161)

3.       5 iyun 2014-cü il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 729)

4.       15 noyabr 2016-cı il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1941)

5.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

6.       25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsinin beşinci abzasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir.

 

[2] 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası"nın 2-ci bəndinin altıncı abzasında "hüquq mühafizə" sözlərindən sonra "və fövqəladə hallar" sözləri əlavə edilmişdir.

 

[3] 5 iyun 2014-cü il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 729) ilə “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsində səkkizinci — on birinci abzaslar müvafiq olaraq doqquzuncu — on ikinci abzaslar hesab edilmişdir və həmin hissəyə yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.

 

[4] 24 fevral 2011-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 161) ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci bəndinin on birinci abzasında “əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə)” sözlərindən sonra “, hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət” sözləri əlavə edilmişdir.

15 noyabr 2016-cı il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1941) ilə 2-ci hissənin on ikinci abzasında “müdavimlər” sözü “kursantlar” sözü ilə əvəz edilmişdir.

 

[5] 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290) ilə “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsinin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on üçüncü abzas əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status