Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I.
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin, Ağcabədi, Ağdaş, Ağsu, Beyləqan, Füzuli, Gədəbəy, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qəbələ, Neftçala, Oğuz, Sabirabad, Zaqatala və Zərdab rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Əli Bayramlı şəhəri üzrə
Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibində faktik mövcud olan ərazi vahidi Bayramlı qəsəbəsi adlandırılsın və şəhərin ərazi vahidləri siyahısına daxil edilsin.
Bayramlı qəsəbəsi Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Bayramlı qəsəbə inzibati ərazi vahidi yaradılsın.
Ağcabədi rayonu üzrə
Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılsın.
Ağdaş rayonu üzrə
Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Nemətabad kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılsın.
Ağsu rayonu üzrə
Ləngəbiz kəndi Qəşəd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ləngəbiz kənd inzibati ərazi vahidi yaradılsın.
Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.
Beyləqan rayonu üzrə
Mil qəsəbəsi Milabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Mil qəsəbə inzibati ərazi vahidi yaradılsın.
Türklər qəsəbəsi Şərq qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Türklər qəsəbə inzibati ərazi vahidi yaradılsın.
Füzuli rayonu üzrə
Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil edilsin.
Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
Gədəbəy rayonu üzrə
Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılsın.
Dəyəqarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Günəşli kəndi adlandırılsın.
Orconikidze kənd inzibati ərazi dairəsi tərkibindəki Orconikidze kəndi Nərimankənd kəndi adlandırılsın, Orconikidze kənd inzibati ərazi dairəsi Nərimankənd kənd inzibati ərazi dairəsi adlandırılsın.
Şurakənd kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Şahdağ kəndi adlandırılsın, Şurakənd kənd inzibati ərazi dairəsi Şahdağ kənd inzibati ərazi dairəsi adlandırılsın.
Göyçay rayonu üzrə
Aşağı Qaraməryəm və Dövranlı kəndləri Alxasava kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Aşağı Qaraməryəm kəndi olmaqla, Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi yaradılsın.
Bəydövül kəndi Alpout kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Bəydövül kənd inzibati ərazi vahidi yaradılsın.
Kürdşaban və Yenikənd kəndləri Məlikkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kürdşaban kəndi olmaqla, Kürdşaban kənd inzibati ərazi dairəsi yaradılsın.
Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılsın.
Mallı Şıxlı və Ərəbşahverdi kəndləri Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Mallı Şıxlı kəndi olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılsın.
Müskürlü və Qəbələ Müskürlü kəndləri Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Müskürlü kəndi olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılsın.
Xaçmaz rayonu üzrə
Aşağı Zeyd kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeyd kəndi Aşağı Zeyid kəndi adlandırılsın, Aşağı Zeyd kənd inzibati ərazi dairəsi Aşağı Zeyid kənd inzibati ərazi dairəsi adlandırılsın.
Aşağı Zeyid kənd inzibati ərazi dairəsi tərkibindəki Çiləgir kəndi Çılğır kəndi adlandırılsın.
Yalama kənd inzibati ərazi dairəsi tərkibindəki Zeyxuroba kəndi Xanoba kəndi adlandırılsın.
İmişli rayonu üzrə
Ölcələr kənd inzibati ərazi dairəsi tərkibindəki Qaralar kəndi Yuxarı Qaralar kəndi adlandırılsın.
İsmayıllı rayonu üzrə
Soltankənd və Uştal kəndləri Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılsın.
Kürdəmir rayonu üzrə
Böyük Kəngərli kənd inzibati ərazi dairəsi tərkibindəki Bağban kəndi Bağman kəndi adlandırılsın.
Karrar kənd inzibati ərazi dairəsi tərkibindəki Qarıs Əyribənd kəndi Garıs Əyribənd kəndi adlandırılsın.
Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılsın.
Karrar qəsəbəsi, Xınıslı və Muğanlı kəndləri Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
Qarabucaq qəsəbəsi, Qurdbayram və Qarabucaq kəndləri Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarabucaq qəsəbəsi mərkəz olmaqla, Qarabucaq qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
Mehdili, Dayıkazımlı, Qoçulu və Öyləqulu kəndləri Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılsın.
Qəbələ rayonu üzrə
Cığatelli və Xırxatala kəndləri Həmzəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Cığatelli kəndi mərkəz olmaqla, Cığatelli kənd inzibati ərazi dairəsi yaradılsın.
Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılsın.
Uludaş və Yemişanlı kəndləri Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Uludaş kəndi mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılsın.
Neftçala rayonu üzrə
Kürkənd kənd inzibati ərazi dairəsi tərkibindəki 2 №-li Mayak qəsəbəsi-nə kənd statusu verilsin və həmin qəsəbə 2 №-li Mayak kəndi adlandırılsın.
Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki 1 №-li Mayak, Qırmızı Şəfəq və Sübh qəsəbələrinə kənd statusu verilsin və həmin qəsəbələr müvafiq olaraq 1 №-li Mayak, Qırmızı Şəfəq və Sübh kəndləri adlandırılsın.
Tatarməhlə kənd inzibati ərazi tərkibindəki İsmilli kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılsın.
Oğuz rayonu üzrə
Bayan kəndi Oğuz şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, hə-min kənd mərkəz olmaqla, Bayan kənd inzibati ərazi vahidi yaradılsın.
Muxas kəndi Bucaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, hə-min kənd mərkəz olmaqla, Muxas kənd inzibati ərazi vahidi yaradılsın.
Sabirabad rayonu üzrə
Aleksandrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Aleksandrovka kəndi Şəhriyar kəndi adlandırılsın, Aleksandrovka kənd inzibati ərazi dairəsi Şəhriyar kənd inzibati ərazi dairəsi adlandırılsın.
Haşımxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Haşımxanlı kəndi Həşimxanlı kəndi alandırılsın, Haşımxanlı kənd inzibati ərazi dairəsi Həşimxanlı kənd inzibati ərazi dairəsi adlandırılsın.
Qasımbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Axtaçı kəndi Yuxan Axtaçı kəndi adlandırılsın.
Quruzma kənd inzibati ərazi dairəsi tərkibindəki Qovlar kəndi Kovlar kəndi adlandırılsın.
Moranlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bala Haşımxanlı kəndi Bala Həşimxanlı kəndi adlandırılsın.
Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Nizami kəndi adlandırılsın, Vladimirovka kənd inzibati ərazi dairəsi Nizami kənd inzibati ərazi dairəsi adlandırılsın.
Nizami kənd inzibati ərazi dairəsi tərkibindəki Xersonovka kəndi Nəsimi kəndi adlandırılsın.
Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılsın.
Zaqatala rayonu üzrə
Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı, Oytala və Voytala kəndləri müvafiq olaraq Abaəli, Höytala və Vöhtala kəndləri adlandırılsın.
Zərdab rayonu üzrə
Qoşaoba kəndi Zərdab şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qoşaoba kənd inzibati ərazi vahidi yaradılsın.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2004-cü il
№ 727-IIQ