Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 15-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyən edilsin.
[1]
2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
[2]
Kollegiyanın sədri
Azərbaycan Respublikasının Xarici İşlər naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri
“ADA” Universitetinin rektoru
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi.
|
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 3 sentyabr 2004-cü il
№ 122
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 17 iyul 2006-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 640)
- 12 sentyabr 2006-cı il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 815)
- 17 yanvar 2011-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 61)
- 4 may 2012-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 468)
5.
12 sentyabr 2014-cü il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1129)
6.
21 dekabr 2015-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1589)
7.
18 iyul 2018-ci il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2018-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1643)
8.
11 iyun 2019-cu il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1154)
- 21 sentyabr 2020-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1218)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
21 dekabr 2015-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1589) ilə “Kollegiyanın üzvləri” hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əzimov Araz Böyükağa oğlu — nazir müavini
Xələfov Xələf Alı oğlu — nazir müavini
Məmmədquliyev Mahmud Əhməd oğlu — nazir müavini
Hüseynov Nadir Sabir oğlu — nazir müavini
Paşayev Hafiz Mir-Cəlal oğlu — nazir müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “ADA” Universitetinin rektoru
İsgəndərov Fuad Eldar oğlu — xüsusi tapşırıqlar üzrə səfir
Qurbanov İlqar Şıxəli oğlu — xüsusi tapşırıqlar üzrə səfir
18 iyul 2018-ci il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2018-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1643) ilə “Kollegiyanın üzvləri” hissəsində “İsmayılov Əsgər Hüseyn oğlu - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi” sözləri “Həsənov Ramiz Ayvaz oğlu - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.
11 iyun 2019-cu il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1154) ilə 2-ci hissənin “Kollegiyanın üzvləri” bölməsindən “Sarıcalinskaya Elmira Yaqub qızı – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kadrlar və ixtisasartırma idarəsinin rəisi” sözləri çıxarılmışdır və həmin bölməyə “Hüseynov Hüseyn İsmayıl oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hüquqi təminat idarəsinin rəisi” sözlərindən sonra “Ələkbərli Vüsal Ziyad oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi” sözləri əlavə edilmişdir.
[2]
21 sentyabr 2020-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1218) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Məmmədyarov Elmar Məhərrəm oğlu – xarici işlər naziri
Kollegiyanın üzvləri:
Əzimov Araz Böyükağa oğlu – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Hüseynov Nadir Sabir oğlu – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Xələfov Xələf Alı oğlu – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Məmmədquliyev Mahmud Əhməd oğlu – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Paşayev Hafiz Mir-Cəlal oğlu – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru
Həsənov Ramiz Ayvaz oğlu – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sarıcalinskaya Elmira Yaqub qızı – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kadrlar və ixtisasartırma idarəsinin rəisi
Hüseynov Hüseyn İsmayıl oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hüquqi təminat idarəsinin rəisi
Ələkbərli Vüsal Ziyad oğlu – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi