AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.09.2004
QEYDİYYAT NÖMRƏSİ
129
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və "Ovçu-vətəgəçilərə tüfənglərin və ov sursatlarının satılması qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 30 yanvar tarixli 57 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2004, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 745)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.09.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və "Ovçu-vətəgəçilərə tüfənglərin və ov sursatlarının satılması qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 30 yanvar tarixli 57 nömrəli q

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və "Ovçu-vətəgəçilərə tüfənglərin və ov sursatlarının satılması qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 30 yanvar tarixli 57 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.   "Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2.   "Ovçu-vətəgəçilərə tüfənglərin və ov sursatlarının satılması qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 30 yanvar tarixli 57 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3.   Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 11 sentyabr 2004-cü il

                         № 129

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 11 sentyabr tarixli 129 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və

dəyişikliklər edilən bəzi qərarlarının

SİYAHISI

1.  "Ov tüfənglərinin satılması və qeydiyyatının qaydaya salınması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 24 iyun tarixli 564 nömrəli qərarının 6-cı bəndinin "a" yarımbəndi çıxarılsın.

2.  "Azərbaycan SSR-də xarici turistlər tərəfindən ovçuluğun aparılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 26 iyul tarixli 512 nömrəli qərarının 8-ci bəndi çıxarılsın.

3.  "Respublikanın təbii resurslarının mühafizəsinin gücləndirilməsi tədbirləri və səmərəli istifadə haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1967- ci il 14 mart tarixli 113 nömrəli qərarının 4-cü bəndinin birinci abzası və həmin bəndin ikinci abzasından "(lisenziyalar)" sözü, 11-ci bəndindən "lisenziyalı" sözü və 3 nömrəli əlavəsinin 3-cü bəndinin "b" yarımbəndinin üçüncü abzası çıxarılsın.

4.   "Ovçuluq təsərrüfatında qayda yaratmaq, vəhşi heyvan və quşları mühafizə etmək və artırmaq tədbirləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 18 dekabr tarixli 624 nömrəli qərarının 5-ci bəndində "həmin cəmiyyət müəssisələrinin, idarələrinin və təşkilatlarının idarə etdikləri ov təsərrüfatı yerlərində, habelə Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin razılığı ilə digər müəssisələrin, idarələrin və təşkilatların idarə etdikləri ov təsərrüfatı yerlərində və başqa ov yerlərində" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ov etmək üçün icazədə göstərilən müddətdə" sözləri ilə əvəz edilsin və 9- cu, 16-cı və 17-ci bəndləri çıxarılsın.

5.   "Heyvanlar aləminin mühafizə və istifadə edilməsi haqqında" və "Atmosfer havasının mühafizəsi haqqında" SSRİ qanunlarının qəbul edilməsi ilə əlaqədar SSRİ Hökumətinin qərarlarının dəyişdirilməsi və qüvvədən düşmüş hesab edilməsi barədə" SSRİ Nazirlər Sovetinin 1982-ci il 5 yanvar tarixli 3 nömrəli qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 2 fevral tarixli 61 nömrəli qərarının 1-ci bölməsinin 1-6-cı bəndləri çıxarılsın.

6.   "Azərbaycan SSR-də ov təsərrüfatı aparılmasını yaxşılaşdırmaq tədbirləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 12 iyun tarixli 496 nömrəli qərarının dəyişdirilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 8 fevral tarixli 65 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1-ci bəndinin birinci abzası çıxarılsın və ikinci abzasında "müəssisə, idarə və təşkilatlar" sözləri "fiziki və hüquqi şəxslər" sözləri ilə əvəz edilsin;

2-ci bəndi üzrə:

1-ci abzasın birinci cümləsində "SSRİ-nin" sözü çıxarılsın, "bütün vətəndaşları" sözləri "ovçuluq bileti və ov etmək üçün icazə almış vətəndaşlar" sözləri ilə əvəz edilsin, ikinci cümləsində "həmin cəmiyyətlərin ov təsərrüfatı apardığı yerlərdə, habelə başqa müəssisə, idarə və təşkilatların ov təsərrüfatı apardığı yerlərdə və digər ov yerlərində Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin icazəsi ilə" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ov etmək üçün icazədə göstərilən müddətdə" sözləri ilə əvəz edilsin və üçüncü cümləsi çıxarılsın;

2-ci abzasında "lisenziya və putyovkalar əsasında, SSRİ vətəndaşı" sözləri "icazələr əsasında, əcnəbilər və vətəndaşlığı" sözləri ilə əvəz edilsin;

4-cü abzası çıxarılsın;

5-ci abzası, "a" və "b" yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

"Üzvlük biletləri ovçular cəmiyyətləri tərəfindən verilir.";

3-cü bəndi üzrə:

1-ci abzasın birinci cümləsində "Azərbaycan SSR ərazisində ovçuluğa və ov təsərrüfatı aparılmasına dair əsasnamə ilə müəyyənləşdirilən qaydada qoyulmuş" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş" sözləri ilə əvəz edilsin və ikinci cümləsində "SSRİ Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla" sözləri çıxarılsın;

2-ci abzası çıxarılsın;

4-cü bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verir.".

7.  Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 31 dekabr tarixli 514 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Hökumətinin qərarlarına edilən dəyişikliklər"in 2-ci bəndinin ikinci abzasında "həmin cəmiyyət müəssisələrinin, idarələrinin və təşkilatlarının idarə etdikləri ov təsərrüfatı yerlərində, habelə Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin razılığı ilə digər müəssisələrin, idarələrin və təşkilatların idarə etdikləri ov təsərrüfatı yerlərində və başqa ov yerlərində" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ov etmək üçün icazədə göstərilən müddətdə" sözləri ilə əvəz edilsin.

8.  Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 15 iyun tarixli 256 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 8 fevral tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş (Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 noyabr tarixli 417 nömrəli, 1985-ci il 13 avqust tarixli 268 nömrəli və 1986-cı il 2 sentyabr tarixli 275 nömrəli qərarları ilə edilmiş dəyişikliklər və əlavələrlə) Azərbaycan SSR ərazisində ovçuluğa və ov təsərrüfatı aparılmasına dair Əsasnaməyə edilən dəyişikliklərin və əlavələrin Siyahısı"nın 5-ci bəndi çıxarılsın.

9.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyaclan üçün istifadə Qaydaları"nın 2-ci bəndinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"Ovçuluq təsərrüfatlarının aparılması məqsədilə meşə fondu sahələrinin ov yerləri azı 10 il müddətində hüquqi və fiziki şəxslərin istifadəsinə verilə bilər.".

10.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları"nın 10-cu bəndindən "və ovçuluq" sözləri çıxarılsın və həmin bənddə "25 ilə qədər" sözlərindən sonra ", ovçuluq təsərrüfatlarının aparılması məqsədilə hüquqi    fiziki şəxslərin müraciətlərinə əsasən azı 10 il müddətinə" sözləri əlavə edilsin.

11.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları"nın 3-cü bölməsinin 1-ci bəndinin birinci abzasında "Təbii sərbəstlik" sözləri "Sərbəst və yarımsərbəst" sözləri ilə əvəz edilsin.

12.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"nin 3-cü bəndinin "b" yarımbəndində "təbiətdən istifadəyə" sözləri "ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər istisna olmaqla, təbiətdən istifadəyə" sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 3 may tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmi obyektlərinin və onların əldə edilməsi həcminin dövlət uçotuna alınması, heyvanlar aləmi obyektlərinin dövlət kadastrının aparılması və heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin həyata keçirilməsi Qaydaları"nın 1.3-cü bəndinin birinci cümləsindən sonra aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Ov obyektlərinin monitorinqi heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin tərkib hissəsidir.".

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status