×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.09.2004
QEYDİYYAT NÖMRƏSİ
142
ADI
Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2004, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 755)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.09.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 347 nömrəli Sərəncamının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün tələb olunan ştat vahidlərinin minimum say həddi şöbə yaradılması üçün - 8 vahid (dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrində 3 vahid), sektor yaradılması üçün - 3 vahid müəyyən edilsin. [1]

2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilsin: [2]

 

Sıra

№-si

Kateqoriyalar üzrə dövlət orqanları

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

400

2.

1-ci kateqoriya dövlət orqanlarında

385

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

365

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

345

 

3. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilər üçün bu qərarın 2-ci bəndində nəzərdə tutulmayan vəzifələr üzrə vəzifə maaşları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla bu orqanların rəhbərləri tərəfindən müəyyən edilir.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 28 sentyabr 2004-cü il

                    № 142

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 dekabr 2005-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1224)

2.       01 fevral  2007-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 180)

3.       8 fevral  2007-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 186)

4.       13 fevral 2008-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 120)

5.        25 iyul 2008-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 688)

6.       13 dekabr 2013-cü il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1631)

7.       9 fevral 2018-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2018-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 344)

8.       15 mart 2018-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 mart 2018-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 609)

9.       28 fevral 2019-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 367)

10.    7 avqust 2019-cu il tarixli 347 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 avqust 2019-cu il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1454)

11.    14 yanvar 2022-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 yanvar 2022-ci il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 65)

12.    25 avqust 2022-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1018)

13.    20 yanvar 2023-cü il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 21 yanvar 2023-cü il, “Xalq” qəzeti 22 yanvar 2022-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 136)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 14 dekabr 2005-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1224) ilə 1-ci bəndində “8 vahid” sözlərindən sonra “(dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrində 3 vahid)” sözləri əlavə edilmişdir.

 

[2] 25 iyul 2008-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 688) ilə 2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.  Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2007-ci il fevralın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

 

Aylıq vəzifə maaşının

məbləği (manatla)

1-ci kateqoriya dövlət orqanlarında

113

2-ci kateqoriya dövlət orqanlarında

88

3-cü kateqoriya dövlət orqanlarında

80

4-cü kateqoriya dövlət orqanlarında

73

5-ci kateqoriya dövlət orqanlarında

65

6-cı və 7-ci kateqoriya dövlət orqanlarında

60

13 dekabr 2013-cü il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1631) ilə 2-ci hissəsindəki cədvəldə 2013-cü il sentyabrın 1-dən 2013-cü il dekabrın 1-dək “ 100 rəqəmi “ 105 rəqəmi ilə əvəz edilmişdir.

13 dekabr 2013-cü il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1631) ilə 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2008-ci il iyulun 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

 

Aylıq vəzifə maaşının məbləği (manatla)

1-ci kateqoriya dövlət orqanlarında

150

2-ci kateqoriya dövlət orqanlarında

140

3-cü kateqoriya dövlət orqanlarında

130

4-cü kateqoriya dövlət orqanlarında

120

5-ci kateqoriya dövlət orqanlarında

110

6-cı və 7-ci kateqoriya dövlət orqanlarında

100

9 fevral 2018-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 fevral 2018-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 344) ilə 2-ci hissədəki cədvəldə “ 125 rəqəmi “ 130 rəqəmi ilə əvəz edilmişdir.

15 mart 2018-ci il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 mart 2018-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 609) ilə qərarın 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) vəzifə maaşları 2013-cü il dekabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

 

 

Aylıq vəzifə maaşının məbləği

(manatla)

Ali kateqoriya dövlət orqanlarında

175

1-ci kateqoriya dövlət orqanlarında

165

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

155

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

130

28 fevral 2019-cu il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 367) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

 

Sıra

№-si

 

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

195

2.

1-ci kateqoriya dövlət orqanlarında

185

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

175

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

145

7 avqust 2019-cu il tarixli 347 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 avqust 2019-cu il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1454) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Sıra

№-si

 

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

220

2.

1-ci kateqoriya dövlət orqanlarında

210

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

200

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

180

14 yanvar 2022-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 yanvar 2022-ci il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 65) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Sıra

№-si

 

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

310

2.

1-ci kateqoriya dövlət orqanlarında

295

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

280

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

260

 

25 avqust 2022-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1018) ilə 2-ci hissəsinə “xadimə” sözündən əvvəl “qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi,” sözləri əlavə edilmişdir.

 

20 yanvar 2023-cü il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 21 yanvar 2023-cü il, “Xalq” qəzeti 22 yanvar 2022-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 136) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi,xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilsin:

 

Sıra

-si

 

Aylıq vəzifə maaşının məbləği (manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

370

2.

1-ci kateqoriya dövlət orqanlarında

355

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

335

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

315

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status