AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.03.1991
QEYDİYYAT NÖMRƏSİ
88-XII
ADI
Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-03-1991, Nəşr nömrəsi: 05-06, Maddə nömrəsi: 115)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında

Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

 

“Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələləri üzrə SSRİ referendumunun təşkili və keçirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər haqqında” SSRİ Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına uyğun olaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1. Müəyyən edilsin ki, “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1991-ci il martın 17-də keçiriləcək SSRİ referendumunun mərkəzi respublika komissiyasının səlahiyyətini Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyası həyata keçirir.

2. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasına tövsiyə olunsun ki, SSRİ referendumunda səsvermənin keçirilməsi üçün Azərbaycan Respublikasında rayonların, rayon bölgüsü olmayan respublika tabeli və vilayət (DQMV) tabeli şəhərlərin sərhədləri hüdudunda dairələr təşkil etsin.

3. Müəyyən edilsin ki, SSRİ referendumunun dairə komissiyalarının səlahiyyətlərini Azərbaycan   Respublikası yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə ötən seçki kampaniyası dövründə beş il müddətinə təşkil olunmuş rayon və şəhər seçki komissiyaları həyata keçirirlər.

4. Azərbaycan Respublikası xalq deputatları Sovetləri və onların rəyasət heyətləri “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ Qanununa uyğun olaraq ən geci 1991-ci il martın 10-dək SSRİ referendumu məntəqələrinin yaradılmasını və məntəqə  komissiyalarının  təşkilini  təmin  etsinlər.

 

Azərbaycan Respublikası Lli Sovetinin sədri

E.  QAFAROVA.

 

Bakı şəhəri, 7 mart  1991-ci il.

№ 88—XII.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status