Naxçıvan MSSR-in adında dəyişiklik ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasında (Əsas Qanununda) dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Ali Soveti “Naxçıvan MSSR-in adında dəyişiklik haqqında” Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 17 noyabr tarixli qərarını nəzərə alaraq qərara alır:
I. Azərbaycan Respublikasının Konstitusiyasında (Əsas Qanununda) aşağıdakı dəyişikliklər edilsin:
1.
70-ci, 72-ci maddələrdə, 79-cu maddənin 2-ci və 3-cü hissələrində, 80, 81, 82, 85, 86, 87, 92, 97 və 102-ci maddələrdə, 104-cü maddənin 4-cü və 35-ci bəndlərində, 107, 110 və 119-cu maddələrdə, 119-1-ci maddənin 4-cu və 5-ci bəndlərində, 123-cü maddədə, 125-ci maddənin 7-ci bəndində, 128-ci maddədə, VI bölmənin adında, 15-ci fəslin adında, 131, 132-ci maddələrdə, 16-ci fəslin adında, 133, 134, 135, 136, 140, 141, 151, 153, 154, 159, 160, 163, 164, 165 və 177-ci maddələrdə “Naxçıvan MSSR” sözləri “Naxçıvan Muxtar Respublikası” sözləri ilə əvəz edilsin.
2.
78-ci maddədə, 79-cu maddənin birinci hissəsində, 8-ci fəslin adında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” sözləri “Naxçıvan Muxtar Respublikası” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun qəbul edildiyi andan qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 5 fevral 1991-ci il.
№23—XII.