AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
05.07.2000
QEYDİYYAT NÖMRƏSİ
904-IQ
ADI
Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2000, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 496)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının aşağıdakı rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilsin:

Bakı şəhəri

Qaradağ rayonu üzrə

Qaradağ rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsi qəsəbələr kateqoriyasına aid edilsin və Ümid qəsəbəsi adlandırılsın.

Ümid qəsəbəsi mərkəz olmaqla Ümid qəsəbə inzibati ərazi vahidi yaradılsın.

Korgöz qəsəbəsi Qızıldaş qəsəbə vahidi tərkibindən ayrılaraq həmin qəsəbə mərkəz olmaqla Korgöz qəsəbə inzibati ərazi vahidi yaradılsın.

Ağcabədi rayonu üzrə

Poladlı kəndi Sarıcalı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Poladlı kənd inzibati ərazi vahidi yaradılsın.

Sarvanlar kəndi Kürdəmir kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Sarvanlar kənd inzibati ərazi vahidi yaradılsın.

Taynaq kəndi Sarıcalı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Taynaq kənd inzibati ərazi vahidi yaradılsın.

Ağdaş rayonu üzrə

Aşağı Zeynəddin kənd inzibati ərazi vahidi tərkibindəki Ağalı, Yuxarı Zeynəddin kəndləri, Aşağı Zeynəddin kəndinin 225 ha, Qaradağlı kənd inzibati ərazi vahidi tərkibindəki Qaradağlı kəndinin 70 ha, Maşad kənd inzibati ərazi vahidi tərkibindəki Maşad kəndinin 245 ha Ağdaş şəhərinə bitişik hissələri Ağdaş şəhərinin ərazisinə verilsin.

Aşağı Zeynəddin kənd inzibati ərazi vahidi tərkibindəki Ağalı və Yuxarı Zeynəddin kəndləri rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Ağstafa rayonu üzrə

Xılxına kəndi Qarahəsənli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Xılxına kənd inzibati ərazi vahidi yaradılsın.

Qarahəsənli kənd inzibati ərazi vahidinin Mollacəfərli kəndi Xılxına kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Astara rayonu üzrə

Şiyəkəran kəndi Şahağac kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Şiyəkəran kənd inzibati ərazi vahidi yaradılsın.

Gədəbəy rayonu üzrə

Moruxlu kəndi Samanlıq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Moruxlu kənd inzibati ərazi vahidi yaradılsın.

Samanlıq kənd inzibati ərazi vahidinin Tərs yer kəndi Moruxlu kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Parakənd kəndi Kiçik Qaramurad kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Parakənd kənd inzibati ərazi vahidi yaradılsın.

Kiçik Qaramurad kənd inzibati ərazi vahidinin Qarovultomba kəndi Parakənd kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Goranboy rayonu üzrə

Əlirzalı kəndi Xan Qərvənd kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Əlirzalı kənd inzibati ərazi vahidi yaradılsın.

Hacıqabul rayonu üzrə

Qazıməmməd şəhər inzibati ərazi vahidi tərkibindəki Qazıməmməd şəhəri Hacıqabul şəhəri adlandırılsın, Qazıməmməd şəhər inzibati ərazi vahidi Hacıqabul şəhər inzibati ərazi vahidi adlandırılsın.

Xanlar rayonu üzrə

Lahıc kənd inzibati ərazi vahidi tərkibindəki Lahıc, Ağyoxuş və Fadılı kəndləri rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Lahıc kənd inzibati ərazi vahidi ləğv edilsin.

Qazax rayonu üzrə

Əskipara kənd inzibati ərazi vahidi Aşağı Əskipara kənd inzibati ərazi vahidi adlandırılsın.

Aşağı Əskipara kənd inzibati ərazi vahidi tərkibindəki Boğanis Ayrım kəndi Bağanıs Ayrım kəndi adlandırılsın.

Aşağı Əskipara kənd inzibati ərazi vahidi tərkibindəki Xeyrimli kəndi Xeyrımlı kəndi adlandırılsın.

Quşçu Ayrım kənd inzibati ərazi vahidi tərkibindəki Mazamlı kəndi Məzəm kəndi adlandırılsın.

Quba rayonu üzrə

Fətəli xan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Fətəli xan şəhər tipli qəsəbəsi Qırmızı Qəsəbə şəhər tipli qəsəbəsi adlandırılsın, Fətəli xan qəsəbə inzibati ərazi vahidi Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi vahidi adlandırılsın.

Lənkəran rayonu üzrə

Günəhir kənd inzibati ərazi vahidi tərkibindəki Baliton kəndli Bəliton kəndi adlandırılsın.

Osakücə kənd inzibati ərazi vahidi tərkibindəki Tatova kəndi Tatoba kəndi adlandırılsın.

Rvo kənd inzibati ərazi vahidi tərkibindəki Eşlə kəndli Əşlə kəndi adlandırılsın.

Şağlasər kənd inzibati ərazi vahidi tərkibindəki Şağlasər kəndi Şağlaser kəndi adlandırılsın, Şağlasər kənd inzibati ərazi vahidi Şağlaser kənd inzibati ərazi vahidi adlandırılsın.

Masallı rayonu üzrə

Qəriblər kəndi Qodman kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Qəriblər kənd inzibati ərazi vahidi yaradılsın.

Qodman kənd inzibati ərazi vahidinin Dəmbəlov, İsi və Şıxlar kəndləri Qəriblər kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Saatlı rayonu üzrə

Hacıqasımlı kənd inzibati ərazi vahidi tərkibindəki Aşağı Hacıqasımlı kəndi Hacıqasımlı kəndi adlandırılsın.

Hacıqasımlı kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Hacıqasımlı kəndi Məzrəli kəndi adlandırılsın.

Siyəzən rayonu üzrə

Ərziküş kənd inzibati ərazi vahidi tərkibindəki Günəvşa kəndi Künövşə kəndi adlandırılsın.

Ərziküş kənd inzibati ərazi vahidi tərkibindəki Yanıq Alayaz kəndi Yanıq Ələz kəndi adlandırılsın.

Ərziküş kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Alayaz kəndi Yuxarı Ələz kəndi adlandırılsın.

Şamaxı rayonu üzrə

Çarxan kənd inzibati ərazi vahidi tərkibindəki Boyat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.

Şəki rayonu üzrə

Baş Kəldək kəndi Baş Küngüt kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Baş Kəldək kənd inzibati ərazi vahidi yaradılsın.

Baş Küngüt kənd inzibati ərazi vahidinin Aşağı Kəldək və Oraban kəndləri Baş Kəldək kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Birici Biləcik kəndi Aşağı Göynük kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Biləcik kənd inzibati ərazi vahidi yaradılsın.

Aşağı Göynük kənd inzibati ərazi vahidinin İkinci Biləcik və Baqqal kəndləri Biləcik kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Bolludərə kəndi Turan qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Bolludərə kənd inzibati ərazi vahidi yaradılsın.

Turan qəsəbə inzibati ərazi vahidinin Qaratorpaq kəndi Bolludərə kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Çeşməli kəndi Şəki şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Çeşməli kənd inzibati ərazi vahidi yaradılsın.

Şəki şəhər inzibati ərazi vahidinin Oryat kəndi Çeşməli kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Kiş kəndi Şəki şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Kiş kənd inzibati ərazi vahidi yaradılsın.

İbrahimkənd kəndi Aşağı Küngüt kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla İbrahimkənd kənd inzibati ərazi vahidi yaradılsın.

Aşağı Küngüt kənd inzibati ərazi vahidinin Fazıl kəndi İbrahimkənd kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Küdürlü kəndi Daşüz kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Küdürlü kənd inzibati ərazi vahidi yaradılsın.

Daşüz kənd inzibati ərazi vahidinin Kosalı və Qızılarx kəndləri Küdürlü kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Qayabaşı kəndi Turan qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Qayabaşı kənd inzibati ərazi vahidi yaradılsın.

Turan qəsəbə inzibati ərazi vahidinin Sarıca kəndi Qayabaşı kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Qudula kəndi Daşüz kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Qudula kənd inzibati ərazi vahidi yaradılsın.

Cumay kənd inzibati ərazi vahidinin Babaratma və Qaradağlı kəndləri Qudula kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Şirinbulaq kəndi Aydınbulaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Şirinbulaq kənd inzibati ərazi vahidi yaradılsın.

Şorsu kəndi Cumay kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Şorsu kənd inzibati ərazi vahidi yaradılsın.

Tərtər rayonu üzrə

Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılsın.

Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Buruc kəndi Sarıcalı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Buruc kənd inzibati ərazi vahidi yaradılsın.

Sarıcalı kənd inzibati ərazi vahidinin Güləbatlı kəndi Buruc kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Ələsgərli kəndi Səhləbad kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Ələsgərli kənd inzibati ərazi vahidi yaradılsın.

Səhləbad kənd inzibati ərazi vahidinin Bayandur və Yenikənd kəndləri Ələsgərli kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Əskipara kəndi Qaraağacı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Əskipara kənd inzibati ərazi vahidi yaradılsın.

Köçərli kəndi Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Köçərli kənd inzibati ərazi vahidi yaradılsın.

Zərdab rayonu üzrə

Dəkkəoba kəndi Dəli Quşçu kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Dəkkəoba kənd inzibati ərazi vahidi yaradılsın.

Əlibəyli kəndi Gəlmə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Əlibəyli kənd inzibati ərazi vahidi yaradılsın.

Gəlmə kənd inzibati ərazi vahidinin Allahqulubağı kəndi Əlibəyli kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.

Naxçıvan Muxtar Respublikası

Babək rayonu üzrə

Əliabad kənd inzibati ərazi vahidi tərkibindəki Sovetabad kəndi Xətai kəndi adlandırılsın.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 5 iyul 2000-ci il
               № 904-IQ

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status