AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.05.1991
QEYDİYYAT NÖMRƏSİ
123-XII
ADI
Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-05-1991, Nəşr nömrəsi: 09-10, Maddə nömrəsi: 156)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməs

Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI ALİ  SOVETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

Respublikanın aşağıdakı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilsin:

Abşeron rayonu   üzrə

Masazır kəndi Xırdalan qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Masazır kənd Soveti yaradılsın.

Ağstafa rayonu üzrə

Saloğlu qəsəbəsi Köçvəlili kənd Sovetindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Saloğlu kənd Soveti yaradılsın.

Böyük Kəsik qəsəbəsi Sadıqlı kənd Sovetindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Böyük Kəsik kənd Soveti yaradılsın. Sadıqlı kənd Sovetinin V. İ. Lenin adına qəsəbəsi Böyük Kəsik kənd Sovetinin tərkibinə verilsin.

Eynallı kəndi Köçəsgər kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Eynallı kənd Soveti yaradılsın.

Qarahəsənli kəndi Düzqışlaq kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qarahəsənli kənd Soveti yaradılsın. Düzqışlaq kənd Sovetindən Mollacəfərli və Xılxına kəndləri Qarahəsənli kənd Sovetinin tərkibinə verilsin.

Göycəli kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Göycəli kənd Soveti yaradılsın.

Qırıqlı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılsın.

Balakən rayonu üzrə

Faktiki mövcud olan Gərəkli kəndi dürüstləşdirmə qaydasında Poştbinə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Poştbinə kənd Sovetinin mərkəzi Gərəkli kəndinə keçirilsin, Poştbinə kənd Soveti Gərəkli kənd Soveti adlandırılsın.

Qaysa kənd Soveti Qaysa kəndinin ərazisinin bir hissəsi Qabaqçöl qəsəbə Sovetinin tərkibinə verilsin.

Beyləqan rayonu üzrə

Faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Allahyarlı kəndi mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılsın.

Aşağı Çəmənli kəndi Çəmənli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Aşağı Çəmənli kənd Soveti yaradılsın.

Birinci Aşıqlı kəndi Əlinəzərlikənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Birinci Aşıqlı kənd Soveti yaradılsın.

Əmirzeydli kəndi Birinci Şahsevən kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əmirzeydli kənd Soveti yaradılsın.

İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılsın.

İmamverdili kəndi Qaralılar kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla İmamverdili kənd Soveti yaradılsın.

Qaralılar kənd Sovetinin Vətağa kəndi İmamverdili kənd Sovetinin tərkibinə verilsin.

Tatalılar kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Tatalılar kənd Soveti yaradılsın.

Bərdə rayonu üzrə

Bəcirəvan kəndi Xəsili kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Bəcirəvan kənd Soveti yaradılsın.

Böyük Göyüşlü kəndi Kolayır kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Böyük Göyüşlü kənd Soveti yaradılsın. Kolayır kənd Sovetindən Bala Göyüşlü kəndi Böyük Göyüşlü kənd Sovetinin tərkibinə verilsin.

Əmirli kəndi Xanərəb kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əmirli kənd Soveti yaradılsın. Xanərəb kənd Sovetindən Şahvəlilər kəndi Əmirli kənd Sovetinin tərkibinə verilsin.

Soğanverdilər kəndi Kətəlparaq kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Soğanverdilər kənd Soveti yaradılsın.

Çələbilər kəndi Otuzikilər kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Çələbilər kənd Soveti yaradılsın. Otuzikilər kənd Sovetindən Nifçi kəndi Çələbilər kənd Sovetinin tərkibinə verilsin.

Biləsuvar rayonu üzrə

Biləsuvar şəhər Sovetinin ərazisində faktiki mövcud olan Bəydili kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.

Bəydili kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Bəydili kənd Soveti yaradılsın.

Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılsın.

Çinarlı kəndi Kirovka kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Çinarlı kənd Soveti yaradılsın. Kirovka kənd Sovetindən Aranlı kəndi Çinarlı kənd Sovetinin tərkibinə verilsin.

Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılsın.

Təzəkənd kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılsın.

Əskərabad kəndi Aşağı Cürəli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əskərabad kənd Soveti yaradılsın.

Nəsimi kənd Sovetinin Nərimanovka kəndi Nərimankənd kəndi adlandırılsın.

Nərimankənd kəndi Nəsimi kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nərimankənd kənd Soveti yaradılsın.

Qobustan rayonu üzrə

Ərəbşalbaş kəndi Leninabad kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ərəbşalbaş kənd Soveti yaradılsın. Leninabad kənd Sovetinin Təklə Mirzəbaba kəndi Ərəbşalbaş kənd Sovetinin tərkibinə verilsin.

Qubadlı rayonu üzrə

Kavdadıq kənd Sovetinin mərkəzi Ulaşlı kəndinə keçirilsin və kənd Soveti Ulaşlı kənd Soveti adlandırılsın.

Qaralar kəndi Ulaşlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qaralar kənd Soveti yaradılsın. Ulaşlı kənd Sovetindən Kavdadıq və Hüseynuşağı kəndləri Qaralar kənd Sovetinin tərkibinə verilsin.

Mahmudlu kəndi Qayalı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Mahmudlu kənd Soveti yaradılsın.

Tatar kəndi Xocahan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Tatar kənd Soveti yaradılsın. Xocahan kənd Sovetindən Qaraqoyunlu və Qiyaslı kəndləri Tatar kənd Sovetinin tərkibinə verilsin.

Əliquluuşağı kəndi Məlikəhmədli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əliquluuşağı kənd Soveti yaradılsın.

Aşağı Çibikli kənd Sovetinin Əyin kəndi Çardaqlı kənd Sovetinin, Sarıyataq kənd Sovetinin Qarağac kəndi Qaracallı kənd Sovetinin tərkibinə verilsin.

Zaqatala rayonu üzrə

Əliabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin. Əliabad kənd Soveti ləğv edilərək, Əliabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Əliabad qəsəbə Soveti yaradılsın.

İsmayıllı rayonu üzrə

Xankəndi kəndi Basqal kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Xankəndi kənd Soveti yaradılsın. Basqal kənd Sovetinin Kürdüvan kəndi Xankəndi kənd Sovetinin tərkibinə verilsin.

Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin. Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılsın.

Faktiki mövcud olan Aşağı Zərnava kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.

Zərnava kəndi Tağlabiyan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Zərnava kənd Soveti yaradılsın. Aşağı Zərnava kəndi və Tağlabiyan kənd Sovetinin Sərdəhar və Müşkəmir kəndləri Zərnava kənd Sovetinin tərkibinə verilsin.

Yevlax rayonu üzrə

Xaldan kənd Sovetinin Erməni Bazar kəndi Xaldan kəndi ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılsın.

Mingəçevir qəsəbə Sovetinin Mironabad kəndi Nərimanabad kəndi adlandırılsın.

Səmədabad kəndi Mingəçevir qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Səmədabad kənd Soveti yaradılsın. Mingəçevir qəsəbə Sovetindən Bünyadabad, İsmayılabad və Nərimanabad kəndləri Səmədabad kənd Sovetinin tərkibinə verilsin.

Nemətabad kəndi Mingəçevir qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Nemətabad kənd Soveti yaradılsın. Mingəçevir qəsəbə Sovetindən Yaldili kəndi və Duzdax qəsəbəsi Nemətabad kənd Sovetinin  tərkibinə  verilsin.

Şəhər tipli Mingəçevir qəsəbəsi şəhər tipli «28 Aprel» qəsəbəsi ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılsın, Mingəçevir qəsəbə Soveti ləğv edilsin.

Kəlbəcər rayonu üzrə

Təkəqaya kəndi Lev kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təkəqaya kənd Soveti yaradılsın. Lev kənd Sovetindən Babaşlar və Bozlu kəndləri Təkəqaya kənd Sovetinin tərkibinə verilsin.

Susuzluq kəndi Yanşaq kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Susuzluq kənd Soveti yaradılsın. Yanşaq kənd Sovetindən Qasımbinəsi kəndi Susuzluq kənd Sovetinin tərkibinə verilsin.

Comərd kəndi Kilsəli kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Comərd kənd Soveti yaradılsın. Kilsəli kənd Sovetindən Qaragüney, Nəcəfalılar və Pirilər kəndləri Comərd kənd Sovetinin tərkibinə verilsin.

Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılsın. Sınıqkilsə kənd Sovetindən İkinci Milli və Üçüncü Milli kəndləri Birinci Milli kənd Sovetinin tərkibinə verilsin.

Çıraq kəndi İstisu qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Çıraq kənd Soveti yaradılsın. Zivel kənd Sovetindən Tövlədərə və Məmmədsəfi kəndləri Çıraq kənd Sovetinin tərkibinə verilsin.

Sarıdaş kəndi Nadirxanlı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sarıdaş kənd Soveti yaradılsın. Nadirxanlı kənd Sovetindən Güneypəyə kəndi Sarıdaş kənd Sovetinin tərkibinə verilsin.

Masallı rayonu üzrə

Sığdaş kəndi Böyük Kolatan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sığdaş kənd Soveti yaradılsın. Böyük Kolatan kənd Sovetindən Xanalıyan, Babakücə və Ninəlov kəndləri Sığdaş kənd Sovetinin tərkibinə verilsin.

Şıxlar kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Şıxlar kəndi mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılsın.

Təzəkənd kəndi Yeddioymaq kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd Soveti yaradılsın.

Xızı rayonu üzrə

Faktiki mövcud olan Vərdah, Qarabulaq, Qasımkənd, Dizəvər, Əmbizlər, Əngilan, Yuxarı Əngilan. Güneyqışlaq, Təzəkənd, Çistı Klyuç kəndləri dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.

Ağdərə kəndi mərkəz olmaqla Ağdərə kənd Soveti yaradılsın. Tudar kəndi Ağdərə kənd Sovetinin tərkibinə verilsin.

Baxışlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Baxışlı kənd Soveti yaradılsın. Güneyqışlaq, Vərdah kəndləri və Xızı kənd Sovetinin Bəyəhmədyurd kəndi Baxışlı kənd Sovetinin tərkibinə verilsin.

Qarabulaq kəndi mərkəz olmaqla Qarabulaq kənd Soveti yaradılsın. Dizəvər kəndi Qarabulaq kənd Sovetinin tərkibinə verilsin.

Qasımkənd kəndi mərkəz olmaqla Qasımkənd kənd Soveti yaradılsın. Əmbizlər və Yuxarı Əngilan kəndləri Qasımkənd kənd Sovetinin tərkibinə verilsin.

Sitalçay kəndi Giləzi kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sitalçay kənd Soveti yaradılsın.

Tıxlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Tıxlı kənd Soveti yaradılsın. Əngilan, Təzəkənd kəndləri və Altıağaç kənd Sovetinin Qars kəndi Tıxlı kənd Sovetinin tərkibinə  verilsin.

Fındığan kəndi Xızı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Fındığan kənd Soveti yaradılsın. Xızı kənd Sovetinin Xələnc kəndi Fındığan kənd Sovetinin tərkibinə verilsin.

Altıağac kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin. Altıağac kənd Soveti ləğv edilərək, Altıağac şəhər tipli qəsəbəsi mərkəz olmaqla Altıağac qəsəbə Soveti yaradılsın. Çistı Kdyuç kəndi Altıağac qəsəbə Sovetinin tərkibinə verilsin.

Giləzi kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin. Giləzi kənd Soveti ləğv edilərək, Giləzi şəhr tipli qəsəbəsi mərkəz olmaqla Giləzi qəsəbə Soveti yaradılsın.

Xızı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin. Xızı kənd Soveti ləğv edilərək, Xızı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Xızı qəsəbə Soveti yaradılsın.

Şuraabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilsin. Şuraabad kənd Soveti ləğv edilərək, Şuraabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şuraabad qəsəbə Soveti yaradılsın.

Şamaxı   rayonu üzrə

Məlikçobanlı kəndi Çarxan kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Məlikçobanlı kənd Soveti yaradılsın.

Qonaqkənd kəndi Hacılı kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qonaqkənd kənd Soveti yaradılsın.

Çaylı kəndi Göylər kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Çaylı kənd Soveti yaradılsın.

Kərkənc kəndi Mədrəsə qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kərkənc kənd Soveti yaradılsın.

Meysəri kəndi Mirikənd kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Meysəri kənd Soveti yaradılsın.

Ərçiman kəndi Dəmirçi kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ərçiman kənd Soveti yaradılsın.

Dzerjinovka kənd Sovetinin Əngəxaran kəndi Şamaxı şəhər Sovetinin  tərkibinə  verilsin.

DQMV-nin Hadrut rayonu üzrə

Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılsın.

Faktiki mövcud olan Quşçular kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılsın. Quşçular kəndi Günəşli kənd Sovetinin tərkibinə verilsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA.

 

Bakı şəhəri, 25 may 1991-ci il.

№ 123—XII.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status