Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Suveren Dövlətlər İttifaqı haqqında Müqavilə layihəsinin müzakirə edilməsinin yekunları barəsində
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN QƏRARI
Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti Suveren Dövlətlər İttifaqı haqqında Müqavilənin layihəsinə dair Azərbaycan Respublikası Ali Sovetinin Qanunvericilik, qanunçuluq və vətəndaşların hüquqları məsələləri, Dövlət suverenliyi, xarici siyasət və xaricdə yaşayan soydaşlarla əlaqələr, İqtisadiyyat məsələləri, Sənaye və energetika, Dövlət təhlükəsizliyi, hərbi işlər və hüquq qaydası daimi komissiyalarının təkliflərini, "Müstəqil Azərbaycan" deputat qrupunun təkliflərini, Azərbaycan Respublikasının xalq deputatlarından və Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarından daxil olmuş təklifləri nəzərdən keçirib ümumiləşdirərək qərara alır:
1.
Qeyd edilsin ki, SSRİ Ali Sovetinə, SSRİ Federasiya Şurasına, SSRİ xalq deputatlarının IV Qurultayında təşkil edilmiş hazırlıq Komitəsinə Azərbaycan Respublikasının verdiyi bir sıra təkliflər Suveren Dövlətlər İttifaqı haqqında Müqavilənin layihəsində öz əksini tapmışdır.
2.
Azərbaycan Respublikasının Ali Soveti daimi komissiyaların rəylərində, "Müstəqil Azərbaycan" deputat qrupunun, Azərbaycan Respublikası xalq deputatlarının təkliflərində Yeni İttifaq Müqaviləsinin bağlanılması ideyasının bəyənildiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Ali Sovetinə tövsiyə edilsin ki, Suveren Dövlətlər İttifaqı haqqında Müqavilənin layihəsini ümumən bəyənsin.
3.
Azərbaycan Respublikasının Ali Sovetinə tövsiyə edilsin ki, Suveren Dövlətlər İttifaqı haqqında Müqaviləni işləyib tamamlamaq və imzalamaq üçün Azərbaycan Respublikasının aşağıdakı tərkibdə səlahiyyətli nümayəndə heyətini təsdiq etsin:
1. A. N. Mütəllibov - Azərbaycan Respublikasının Prezidenti, nümayəndə heyətinin rəhbəri;
2. E. M. Qafarova - Azərbaycan Respublikası Ali Sovetinin sədri;
3. H. Ə. Həsənov - Azərbaycan Respublikasının Baş naziri;
4. Ə. F. Əliyev - Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri;
5. R. A. Ağayev - Bakı Şəhər Xalq Deputatları Sovetinin sədri;
6. C. H. Hilalzadə - Gəncə şəhərindəki 32 nömrəli tikinti idarəsinin briqadiri; SSRİ xalq deputatı;
7. M. Ə. İbrahimov - Respublikanın xalq yazıçısı, SSRİ xalq-deputatı;
8. T. K. İsmayılov - SSRİ Baş Kosmos İdarəsi Kosmik Tədqiqatlar elm-istshsal birliyinin baş direktoru-baş konstruktoru, SSRİ Ali Soveti Rəyasət heyətinin üzvü;
9. N. V. Nikitin - İsmayıllı rayonundakı Kalinin adına kolxozun sədri, Azərbaycan Respublikasının xalq deputatı.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
E. QAFAROVA.
Bakı şəhəri, 24 iyun 1991-ci il.
№ 138-XII.