010.000.000
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qərar qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini yarat-maq və Valeh Əyyub oğlu Bərşadlı yoldaşı Azərbaycan Respublikasının müdafiə naziri təyin etmək məqsədəuyğun sayılsın.
Bu fərman Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verilsin.
Azərbaycan Respublikasının Prezidenti
A.
MÜTƏLLİBOV.
Bakı şəhəri, 5 sentyabr 1991-ci il.
№ 334