Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədlərin nümunələrinin təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamədə nəzərdə tutulmuş aşağıdakı sənədlər təsdiq edilsin (əlavə olunur):
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri;
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri;
Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin eskizi, nümunəsi və təsviri;
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin spesifikasiyası.
[2]
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin eskizi, nümunəsi, təsviri və spesifikasiyası.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
bu Fərmanın 1-ci bəndində göstərilən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədlərin blanklarının hazırlanması və istehsalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirsin;
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilməsi üçün dövlət rüsumunun məbləğlərini təsdiq etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 15 iyul 2000-ci il
№ 372
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin
təsvİrİ
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (bundan sonra «şəxsiyyət vəsiqəsi» adlandırılacaq)
Şəxsiyyət vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa «Azərbaycan Respublikası», onun altında «Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi» sözləri yazılmışdır. Şəxsiyyət vəsiqəsində onun seriyası və nömrəsi yazılmışdır.
Şəxsiyyət vəsiqəsinin üz tərəfində «Soyadı», «Adı», «Atası: Soyadı, adı», «Anası: Soyadı, adı», «Doğulduğu yer», «Doğulduğu tarix», «Hansı ölkədən gəlib», «Cinsi» sözləri yazılmışdır;
arxa tərəfində, «Yaşayış yeri», «Vəsiqəni verən orqan», «Vəsiqənin verilmə tarixi», «Qan qrupu», «Etibarlıdır» sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
15 iyul tarixli 372 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin
təsvİrİ
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (bundan sonra «şəxsiyyət vəsiqəsi» adlandırılacaq)
Şəxsiyyət vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa «Azərbaycan Respublikası», onun altında «Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi» sözləri yazılmışdır.
Şəxsiyyət vəsiqəsinin üz tərəfində gerbin alt hissəsində
Şəxsiyyət vəsiqəsində onun seriyası və nömrəsi yazılmışdır.
Şəxsiyyət vəsiqəsinin üz tərəfində «Soyadı», «Adı», «Atasının adı», «Doğulduğu yer və tarix», «Hansı ölkədən gəlib», «Cinsi» sözləri yazılmışdır;
arxa tərəfində, «Ailə vəziyyəti», «Boyu», «Gözlərinin rəngi», «Qan qrupu», «Yaşayış yeri», «Vəsiqəni verən orqan», «Vəsiqənin verilmə tarixi», «Etibarlıdır», «Vəsiqə sahibinin imzası» sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.
Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin
təsvİrİ
Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (bundan sonra «şəxsiyyət vəsiqəsi» adlandırılacaq) 8,8 sm x 12,5 sm ölçülü cilddən və 21 səhifədən ibarətdir.
Cildin 1-ci səhifəsi açıq qəhvəyi rəngdədir, onun üstündə qızıl rənglə, Azərbaycan dilində, yuxarıda «Azərbaycan Respublikası» sözləri, aşağıda «Vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi» sözləri yazılmış, ortada Azərbaycan Respublikası Dövlət gerbinin qrafik təsviri verilmişdir.
Cildin 2-ci səhifəsi cildin rənginə uyğun ornamentlə işlənmiş və yuxarıda «Azərbaycan Respublikası», aşağıda isə «Vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi» sözləri yazılmış və ortada Azərbaycan Respublikası Dövlət gerbinin ağ rəngli təsviri verilmişdir.
Cildin 3-cü səhifəsində ornament fonunda aşağı hissədə «Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının mülkiyyətidir» və «Şəxsiyyət vəsiqəsi 21 səhifədən ibarətdir» sözləri yazılmışdır, ortada Azərbaycan Respublikası Dövlət gerbinin ağ rəngli təsviri verilmişdir, yuxarı hissədə «Qan qrupu» sözləri yazılmışdır.
Cildin 4-cü səhifəsi açıq qəhvəyi rəngdədir. Onun üstündə heç bir yazı və təsvir yoxdur.
Şəxsiyyət vəsiqəsinin 3-cü və 4-cü səhifələrindən başqa, bütün səhifələri ornamentlə işlənmiş, ortada Azərbaycan Respublikası Dövlət gerbinin ağ rəngli təsviri verilmişdir. Səhifənin aşağısında adi sıra nömrəsi qoyulmuşdur.
Cildin 1-ci səhifəsindən başqa, cildin digər səhifələrindəki yazılar Azərbaycan və ingilis dillərindədir.
Şəxsiyyət vəsiqəsinin 1-ci səhifəsində yuxarıda «Azərbaycan Respublikası» sözləri, aşağıda «Vətəndaşlığı Olmayan Şəxsin Şəxsiyyət Vəsiqəsi» sözləri yazılmış, ortada Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilmişdir.
Səhifənin aşağısında şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi göstərilmişdir.
Şəxsiyyət vəsiqəsinin 2-ci səhifəsində yuxarıda «Xüsusi qeydlər» sözləri yazılmışdır.
Şəxsiyyət vəsiqəsinin 3-cü səhifəsində rəngli ornament fondunda «Azərbaycan Respublikası» sözləri, aşağıda «Azərbaycan Respublikası hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi» sözləri yazılmış, vəsiqənin seriyası, ölkənin kodu, vəsiqənin nömrəsi göstərilmiş, vəsiqə sahibi haqqında məlumat verilməsi üçün ayrılmış 9 bölmədə «Soyadı», «Adı, atasının adı», «Hansı ölkədən gəlib», «Doğulduğu tarix», «Doğulduğu yer», «Verilmə tarixi», «Cinsi», «Etibarlıdır», «Vəsiqəni verən orqan» sözləri yazılmış, 3 sm x 4 sm ölçülü fotoşəkil üçün yer qoyulmuşdur. Səhifənin aşağısında maşınla oxunan zona ayrılmışdır.
Şəxsiyyət vəsiqəsinin 4-cü səhifəsində ornament fondunda aşağıda «Şəxsiyyət vəsiqəsi sahibinin imzası» və «Şəxsiyyət vəsiqəsini verən vəzifəli şəxsin imzası» sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.
Şəxsiyyət vəsiqəsinin 3-cü və 4-cü səhifələri doldurulduqdan sonra şəffaf qoruyucu təbəqələr arasında yerləşdirilib sıxılır.
Şəxsiyyət vəsiqəsinin 5-ci səhifəsində şəxsiyyət vəsiqəsi sahibinin uşaqları haqqında məlumat — «Uşaqları», «Soyadı, adı», «Doğulduğu tarix», «Cinsi» sözləri yazılmışdır.
Şəxsiyyət vəsiqəsinin 6-21-ci səhifələrində «Vizalar» sözü yazılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
15 iyul tarixli 372 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyəti vəsiqəsinin
spesİfİkasİyası
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (bundan sonra «şəxsiyyət vəsiqəsi» adlandırılacaq) yüksək keyfiyyətli şəffaf plastik örtük (laminat) arasında yerləşdirilmiş və beynəlxalq standartlara uyğun şəxsiyyət vəsiqəsinin istehsalında istifadə olunan teslin adlanan materialdan ibarətdir.
Teslin çap üçün əlverişli olan sintetik, donuq materialdır. Yüksək temperatura və kimyəvi maddələrin təsirinə müqavimətlidir. Rütubətə davamlıdır, fototəsvirin keyfiyyətini yüksəltməklə yanaşı onun saxtalaşdırılmasının qarşısını almaqda xüsusi keyfiyyətə malikdir.
Şəxsiyyət vəsiqəsi şəffaf plastik arasında teslindən istifadə olunmaqla isti sıxma üsulu ilə hazırlanır.
Şəxsiyyət vəsiqəsinin qalınlığı 0,76 mm-dir. günclər
Optik nəzarət oxunuşu maşınında və ya maqnit xətt oxuyucusu olan maşında oxuna bilmək üçün şəxsiyyət vəsiqəsinin səthi hamardır.
Şəxsiyyət vəsiqəsinin ön hissəsinin altı boyunca maşınla oxuna bilən iki zolaqlı Optik Nəzarət Oxusu hissəsi vardır.
Xüsusi mühafizə dərəcələri olan bu sənəd müasir texniki imkanlar vasitəsi ilə saxtalaşdırıla, yaxud surətçıxarma üsulu ilə hazırlana bilməz.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
15 iyul tarixli 372 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin
[3]
təsvİrİ
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə (bundan sonra «qeydiyyat vəsiqəsi» adlandırılacaq)
Qeydiyyat vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa «Azərbaycan Respublikası», onun altında «Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə» sözləri yazılmışdır. Qeydiyyat vəsiqəsində onun seriyası və nömrəsi yazılmışdır.
Qeydiyyat vəsiqəsinin üz tərəfində gerbin alt hissəsində
ortada «Soyadı və adı», «Doğulduğu yer və tarix», «Vətəndaşlığı», «Cinsi» sözləri yazılmışdır;
arxa tərəfində «Vəsiqəni verən orqan», «Vəsiqənin verilmə tarixi», «Etibarlıdır», «Vəsiqə sahibinin imzası» sözləri yazılmış və möhür üçün yer qoyulmuşdur.
Qeydiyyat vəsiqəsində yazılar Azərbaycan və ingilis dillərindədir.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
15 iyul tarixli 372 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin
SPESİFİKASİYASI
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə (bundan sonra «qeydiyyat vəsiqəsi» adlandırılacaq) yüksək keyfiyyətli şəffaf plastik örtük (laminat) arasında yerləşdirilmiş və beynəlxalq standartlara uyğun vəsiqələrin istehsalında istifadə olunan teslin adlanan materialdan ibarətdir.
Teslin çap üçün əlverişli olan sintetik, donuq materialdır. Yüksək temperatura və kimyəvi maddələrin təsirinə müqavimətlidir. Rütubətə davamlıdır, fototəsvirin keyfiyyətini yüksəltməklə yanaşı onun saxtalaşdırılmasının qarşısını almaqda xüsusi keyfiyyətə malikdir.
Qeydiyyat vəsiqəsi şəffaf plastik arasında teslindən istifadə olunmaqla isti sıxma üsulu ilə hazırlanır.
Qeydiyyat vəsiqəsinin qalınlığı 0,76 mm-dir. günclər
Optik nəzarət oxunuşu maşınında və ya maqnit xətt oxuyucusu olan maşında oxuna bilmək üçün şəxsiyyət vəsiqəsinin səthi hamardır.
Qeydiyyat vəsiqəsinin ön hissəsinin altı boyunca maşınla oxuna bilən iki zolaqlı Optik Nəzarət Oxusu hissəsi vardır.
Xüsusi mühafizə dərəcələri olan bu sənəd müasir texniki imkanlar vasitəsi ilə saxtalaşdırıla, yaxud surətçıxarma üsulu ilə hazırlana bilməz.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 13 fevral 2009-cu il tarixli 62 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 75)
- 28 avqust 2013-cü il tarixli 969 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 912)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 fevral 2009-cu il tarixli 62 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 75) ilə adında, birinci abzasında və 1-ci bəndində “və əcnəbilərin” sözləri “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri ilə əvəz edilmişdir.
28 avqust 2013-cü il tarixli 969 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 912) ilə Fərmanın adından, preambulasından və 1-ci hissəsindən “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri çıxarılmışdır.
[2]
28 avqust 2013-cü il tarixli 969 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 912) ilə 1-ci hissənin beşinci abzasında nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və altıncı abzas ləğv edilmişdir.
[3]
28 avqust 2013-cü il tarixli 969 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 912) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin eskizi”, “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin nümunəsi”, “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin təsviri” və “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin spesifikasiyası” ləğv edilmişdir.