M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə aşağıdakılara fəxri adlar verilsin:
"Azərbaycan Respublikasının xalq artisti"
1. Qasımov Yusif Əli oğlu - Azərbaycan Dövlət Rəqs Ansamblının solisti.
2. Eldarova Tamilla Məmməd qızı - Azərbaycan Dövlət Rəqs Ansamblının solisti.
"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi"
1. Beybudzadə Eldar Allahyar oğlu - Azərbaycan Dövlət Rəqs Ansamblının musiqi rəhbəri.
2. Mustafayev Faiq Hacı oğlu - dirijor.
"Azərbaycan Respublikasının əməkdar artisti"
1.
Astaxin Vitali Vladimiroviç - Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestrinin trombonçalanlar qrupunun konsertmeysteri.
2.
Babayev Adil Bəhram oğlu - Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestrinin violonçelçalanlar qrupunun konsertmeysteri.
3.
Bayramova Cəmilə Əsədulla qızı - Azərbaycan Dövlət Rəqs Ansamblının solisti.
4.
Bəşirov Xanlar Əyyub oğlu - Azərbaycan Dövlət Rəqs Ansamblının solisti.
5.
Qandaxov Fərhad Sədrəddin oğlu - Azərbaycan Dövlət Rəqs Ansamblının solisti.
6.
Nemanzadə Sevda Əhməd qızı - Q. Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin artisti.
7.
Rüstəmov Elxan Baba oğlu - Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin valtornaçalanlar qrupunun konsertmeysteri.
8.
Cəbrayılzadə Anatoli İsrailoviç - bədii nitq janrının artisti.
"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" Əhmədov Əli Davud oğlu - səhnə ayaqqabısı ustası
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 19 sentyabr 1991-ci il.
№ 345.