Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayəti Mardakert rayonunun inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayəti Mardakert rayonunun iqtisadi və sosial inkişafı üçün şəraiti təkmilləşdirmək məqsədi ilə və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
Yeni Qaralar kənd Soveti yaradılsın və Yeni Qaralar kəndi Sırxavənd kənd Sovetinin tərkibindən onun tərkibinə verilsin.
Orta Güneypəyə kənd Soveti yaradılsın və Orta Güneypəyə kəndi Baş Güneypəyə kənd Sovetinin tərkibindən onun tərkibinə verilsin.
Xatınbəyli kənd Soveti yaradılsın və Xatınbəyli kəndi Manikli kənd Sovetinin tərkibindən onun tərkibinə verilsin.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 4 noyabr 1991-ci il.
№ 441.