Dövlət gənclər siyasəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Dövlət gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu bu siyasətin həyata keçirilməsinin hüquqi, iqtisadi, siyasi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir.
I. ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri
Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının fəaliyyətinin mühüm istiqamətidir və onun dövlət hakimiyyəti orqanları tərəfindən həyata kecirilə» bu snyasət boyüməkdə olan nəslin hərtərəfli inkişafı, bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdür.
Dövlət gənclər siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
xalqın gələcəyini müəyyən edən xüsusi içtimai qrup kimi gənclərin özünəməxsus mənafe və ehtiyacları olduğunun etiraf edilməsi:
cinsindən, milliyyətindən dilindən, dini etiqadından, təhsilindən, sosial mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq bərabərliyinə təminat verən hüquqi və sosial statusunun müəyyənləşdirilməsi;
gənclərin hərtərəfli sosial, mənəvi və fiziki inkişafına, onların hüquq və azadlıqlarının Həyata kecirilməsinə təminat verən şəraitin yaradılması;
gənclərdə xalqın mədəni irsinə və ənənələrinə, nəsillərin mənəvi əlaqəsinə qayğıkeş münasibətin tərbiyə edilməsi;
gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti;
gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilati təminatların yaradılması.
Respublikanın gəncləri, gənclər təşkilatları və birlikləri onlara verilmiş hüquq və azadlıqlardan, sosial-iqtisadi güzəştlərdən istifadə edərək fəaliyyətlərinin respublikanın, cəmiyyətin tərəqqisinə, onun mənafeyinin qorunmasına yönəldirlər.
M a d d ə 2. Dövlət gənclər siyasətinin həyata keçirilməsi qaydaları
Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilir; onların səlahiyyətinə aşağıdakı məsələlər daxildir:
Azərbaycan Respublikasının bütüm ərazisində dövlət gənclər siyasətinin ümumi təşkilati, iqtisadi, hüquqi əsaslarının və istiqamətlərinin müəyyən edilməsi;
Dövlət gənclər siyasəti sahəsində Azərbaycan Respublikası xalqının milli xüsusiyyətlərini nəzərə alan kompleks və məqsədli respublika proqramlarının təsdiq olunması və həyata kecirilməsi;
respublika gənclərinin hüquqlarını və hərtərəfli inkişafını təmin edən sosial norma və normativlərin müəyyən edilməsi;
respublikanın gənclər təşkilatlarının hüquqi statusunun müəyyən edilməsi;
respublikada gənclərlə iş üzrə müvafiq dövlət orqanlarının yaradılması;
dövlət gənclər siyasətinin həyata keçirmək üçün Azərbaycan Respublikasının büdcəsində nəzərdə tutulmuş vəsaitin və bu məqsədlər üçün könüllü verilən vəsaitlərin sərf edilməsi;
Azərbaycan Respublikası adından dövlət gənclər siyasəti məsələləri üzrə beynəlxalq əlaqələrin həyata keçirilməsi.
Maddə3. Dövlət gənclər siyasətinin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikasının səlahiyyəti
Naxçıvan Muxtar Respublikası dövlət gənclər siyasəti ilə əlaqədar Azərbaycan Respublikasının səlahiyyətinə daxil olmayan bütün məsələləri öz ərazisində müstəqil həll etmək ixtiyarına malikdir.
M a d d ə 4. Gənclər siyasətinə dair Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət gənclər siyasəti və gənclərin hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə tənzimlənir.
M a d d ə 5. Azərbaycan Respublikasının gənclər haqqında qanunvericiliyi və beynəlxalq müqavilələri
Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar Azərbaycan Respublikasının gənclər haqqında qanunvericiliyindəki qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
II. GƏNCLƏRİN HÜQUQİ VƏ SOSİAL MÜDAFİƏSİ
M a d d ə 6 Gənclərin hüquqlarının müdafiəsinin təmin olunması
1. Azərbaycan Respublikasında gənclər Azərbaycan Respublikasının Konstitusiyasında, respublikanın başqa qanunlarında təsbit edilmiş sosial-iqtisadi, siyasi və şəxsi hüquq və azadlıqlara malikdirlər və Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirirlər.
Dikər sosial qruplarla gənclərin əsl hüquq bərabərliyinə nail olmaq məqsədilə 14 yaşından 30 yaşınadək gənclər, gənc mütəxəssislər, ər-arvadın yaşı 30-dan yuxarı olmayan gənc ailələr üçün əsas hüquq və azadlıqlarını real surətdə həyata keçirmək imkanı verən şərait yaradılır və əlavə təminatlar müəyyən edilir.
Gənc vətəndaşların hüquq və azadlıqlarının yaşa görə bilavasitə, yaxud dolayısı ilə qanunda nəzərdə tutulmamış hör hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir.
2. Yetkinlik yaşına çatmayanlar dövlət tərəfindən xüsusi müdafiə olunur. Ədalət və humanizm prinsiplərini rəhbər tutaraq, habelə yetkinlik yaşına çatmamış şəxslərin öz əməllərinin mahiyyətini həmin yaşda tam dərk edə bilmədiklərini nəzərə alaraq onların özləri üçün hüquqlar qazanması, vəzifələr müəyyən etməsi və hüquqi məsuliyyət daşıması imkanlarını məhdudlaşdırmaq, müvafiq hallarda isə onların öz hüquqlarını həyata keçirməsi üçün xüsusi qaydalar müəyyən etmək olar.
Yetkinlik yaşına çatmamış gənclərin fəaliyyət qabiliyyəti yalnız onların mənafeyi naminə və yalnız Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırıla bilər.
M a d d ə 7. Tədris müəssisələri ilə qarşılıqlı münasibətlərdə gənclərin hüquqlarının təmin olunması
Gənc vətəndaşlarla tədris müəssisələri arasında hüquq münasibətləri bərabərlik prinsipinə əsaslanır.
2.
Tədris müəssisələrinin müdiriyyəti ilə qarşılıqlı münasibətlərdə təhsil alan gənclərin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunları, habelə təhsil alan gənclərin, yaxud onların qanuni nümayəndələrinin iştirakı ilə tədris müəssisələrinin özünüidarə orqanlarının qəbul etdikləri qanunlara zidd olmayan aktlar və tədris müəssisələrinin kollektivləri ilə müdiriyyəti arasında bağlanan müqavilələr (sazişlər) ilə müəyyən edilir.
3.
Tədris müəssisələri müdiriyyətinin və işçilərinin ixtiyari yoxdur ki, tələbələri və şagirdləri bilavasitə tədris prosesinin tələblərindən irəli gəlməyən vəzifələri yerinə yetirməyə məcbur etsin, onları öz hüquqlarından istifadə etməkdən çəkindirsən, habelə onların şəxsi həyatına qarışsın və insan ləyaqətinin alçaltsınlar. Tədris müəssisələrinin müdiriyyəti və ya işçiləri tərəfindən hüquqa zidd bu cür hərəkətlərə yol verilərsə, hüquqları pozulmuş şagird və tələbələr, yaxud onların qanuni nümayəndələri məhkəməyə müraciətə də bilərlər.
M a d d ə 8. Gənclərin sahibkarlıq fəaliyyətinin müdafiəsi
1. Dövlət gənclərin, gənc ailələrin və sahibkarlıq fəaliyyəti üçün birləşən iştirakçılarının ümumi sayının beşdə dörd hissəsi 30 yaşından cavan vətəndaşlardan ibarət olan kollektivlərin sahibkarlıq fəaliyyətinin iqtisadi, təşkilati, hüquqi müdafiəsindən ötrü tədbirlər sistemi müəyyən edir.
həmin tədbirlər bu Qanuna və dikər qanunvericilik aktlarına uyqun olaraq qəbul edilən dövlət proqramları əsasında həyata keçirilir.
2.
Fərdi əmək fəaliyyəti, yaxud kəndli təsərrüfatı ilə məşğul olan, gənc vətəndaşlar və gənc ailələr, onların yaratdıqları kooperativlər, mərkəzlər, dikər müəssisələr fəaliyyətlərinin ilk 3 ili ərzində gəlir (mənfəət) vergisi ödəməkdən azad edilirlər.
3.
Üzvlərinin beşdə dörd hissəsi gənclərdən ibarət olan yeni yaradılmış istehsal birliklərinə, koopsrativlərə, digər müəssisələrə və fərdi əməklə məşğul olan gənclərə müəssisə və təşkilatlar vergi tutulmayan məqsədli faizsiz borclar verə bilər.
Bank idarələri göstərilən məqsədlər üçün güzəştin şərtlərlə kreditlər verə bilər. Bu güzəştli kreditlərdən istifadə edilməsinə görə bank müəssisələrinin aldığı faizlərdən vergi tutulmur.
M a d d ə 9. Gənclərin sosial inkişafı ilə əlaqədar fəaliyyətə yardım
1. Dövlət gənclərin sosial inkişafı sahəsində ictimai iş aparan ictimai və başqa təşkilatlara lazımi maliyyə yardımı və dikər maddi yardım göstərir, onların fəaliyyəti üçün güzəştli hüquqi rejim müəyyənləşdirir, həmçinin iqtisadi tənzimləmə üsullarından istifadə edərək gənclərin sosial cəhətdən püxtələşməsi və inkişafı, onların yaradıcılıq potensialından istifadə olunması üçün şərait yaradılmasına müəssisələrin və təşkilatların maya qoymasını şirnikləşdirir.
2. Müəssisə və təşkilatların gəlirinin (mənfəətinin) uşaqlar və gənclər üçün sosial-mədəni obyektlərin tikintisinə və bu obyektlərin saxlanılmasına yönəldilmiş hissəsindən vergi tutulmur. Uşaqlar və gənclər üçün sosial-mədəni obyektlərin, eləcə də gənclərin mənzil kooperativlərinin tikilməsindən ötrü bankların verdiyi borcdan istifadəyə görə faiz alınmır.
3. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları və yerli xalq deputatları Sovetləri gənclərin sosial inkişafı ilə əlaqədar müxtəlif məsələləri həll etmək üçün büdcədənkənar xüsusi vəsait fondları yarada bilərlər.
Göstərilən fondlar əhalinin və müəssisələrin respublika üzrə və yerlərdə istiqraz vərəqələri buraxmaq, pul-şey lotereyaları keçirmək yolu ilə əldə edilən pul vəsaiti, dövlət, kooperativ və ictimai müəssisə və təşkilatların, eləcə də vətəndaşların ianələri hesabına yaranır. Büdcə təxsisatına qənaət edilməsi, mədaxilin məxarici üstələməsi hesabına yaranan məbləğlər və büdcənin icrası zamanı dikər mənbələrdən əldə edilən vəsait bu fondlara daxil edilə bilər.
4.
Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanlarının və yerli xalq deputatları Sovetlərinin büdcə vəsaiti və büdcədənkənar xüsusi vəsait fondları hesabına gənclər üçün sosial ödənc və güzəştlərin həcmini artırmağa, eləcə də ödənc və güzəştlərin yeni növlərini tətbiq etməyə ixtiyarı vardır.
5.
Gənclərin təsərrüfat birliklərinin ödədikləri vergilər və vergidən əlavə tədiyələr, gənclər təşkilatlarının, onların müəssisələrinin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirdən tutulan vergilər bütünlüklə yerli büdcəyə daxil edilir və onlardan məqsədli təyinatı üzrə gənclərin sosial problemlərinin həlli üçün istifadə edilir.
6.
Gənc vətəndaşlara və gənc ailələrə fərdi ev tikdirmək üçün torpaq sahəsi almaqda güzəştlər edilir.
M a d d ə 10. Gənc vətəndaşlara və gənc ailələrə kredit verilməsi
1. Azərbaycan Respublikasında banklar yaşayış evləri və mənzil almaq, mənzil-tikinti kooperativlərinə payçı kimi daxil olma haqqını ödəmək, ev təsərrüfatı yaratmaq, uzun müddət istifadə edilən ev əşyaları almaq və başqa məqsədlər üçün gənc vətəndaşlara və gənc ailələrə uzunmüddətli kreditlər verirlər.
Belə kreditlər azaldılmış faizlə verilir və güzəştli qaydada ödənilir. Göstərilən kreditləri kooperativ, kommersiya, səhmdar bankları və başqa banklar, eləcə də müəssisə və təşkilatlar verə bilər.
2. Uşaq doğularkən gənc ailələrə 10 il müddətinə faizsiz bank borcları verilir və borcun ödənilməsinə uşaq 3 yaşına çatandan sonra başlanır. Borcu qaytarmağa başlayana qədər ikinci uşaq doğularsa, borcun məbləği 50 faiz azaldılır, onun qalan hissəsi isə ikinci uşaq 3 yaşına çatdıqdan sonra ödənilməyə başlanır. Qalan borcun ödənilməsi başlanana qədər üçüncü uşaq doğularsa, borc tamamilə silinir.
Borc alanların bu maddədə nəzərdə tutulmuş əsaslara görə borcu ödəməkdən azad edilməsi, yaxud borcun məbləğinin azaldılması ilə əlaqədar olaraq kredit idarələrinin düşdüyü zərər Azərbaycan Respublikası büdcəsinin vəsaiti hesabına ödənilir.
Borcun məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin hər il hesablanan minimum dolanacaq xərcinə uyğun olaraq hər uşağa göstərilən müddət ərzində baxılması imkanı nəzərə almaqla müəyyən edir.
M a d d ə 11. Uşaqlı ailələrə müavinətlər
Uşaqlı ailələr aşağıdakı müavinətləri almaq hüququndan istifadə edirlər:
uşaq doğulması ilə əlaqədar birdəfəlik müavinət;
uşağa baxmaq üçün aylıq müavinət (ailə müavinəti);
onun atasının və ya anasının iştirakı olmadan tərbiyə edən şəxslər üçün müavinət;
aztəminatlı ailələrə uşaqlar üçün verilən müavinət;
uşaq müəyyən yaşa çatanadək ona baxmaq üçün verilən aylıq müavinət;
müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqları üçün verilən aylıq müavinət.
2.
hər bir uşaq doğulduqda uşağın doğulduğu ildən əvvəlki ildə xalq təsərrüfatında fəhlə və qulluqçuların orta aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət verilir.
3.
Uşağa baxmaq üçün aylıq müavinət (ailə müavinəti) uşağın doğulduğu aydan sonra növbəti aydan başlayaraq uşaq 16 yaşa çatana qədər, təhsil alanlar isə 18 yaşına çatana qədər (uşağın göstərilən yaşa çatdığı ay da daxil olmaqla) verilir.
Ailə müavinətinin məbləği:
bir uşaq üçün - xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların minimum əmək haqqının 25 faizi qədər;
iki uşaq üçün - xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların minimum əmək haqqının 60 faizi qədər;
üç uşaq üçün - xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların minimum əmək haqqının 100 faizi qədər;
dörd və daha çox uşaq üçün - xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların minimum əmək haqqının 125 faizi qədər müəyyən edilir.
4. Uşağı onun atasının və ya anasının iştirakı olmadan tərbiyə edən şəxslər üçün müavinət uşağı (doğma, yaxud övladlığa götürülmüş uşağını) bir tərəfin iştirakı olmadan tərbiyə edən və bundan uşağı saxlamaq üçün daimi vəsait almayan o biri tərəfə təyin edilir.
Göstərilən şəxslər nikah bağladıqda həmin müavinətin təyin edilməsi və ödənilməsi hüququna xitam verilmir. Uşaqlar qəyyuma verildikdə onun maddi gəlirindən asılı olmayaraq ona müavinət verilir.
5. Yetkinlik yaşına çatmamış uşaqlar olan ailələrdə adambaşına gəlirin məbləği minimum dolanacaq xərcindən çox deyilsə, belə ailələr aztəminatlı sayılır və onlar hər uşağın payına düşən real gəlirlə minimum dolanacaq xərci arasındakı fərq məbləğində müavinət alırlar.
Müavinət hər bir uşaq üçün təyin edilir və uşağın iki aylığından başlayaraq o 16 yaşa (təhsil alanlar - 18 yaşa) çatanadək ödənilir. Ailənin gəlir səviyyəsi müəyyən edilərkən ərə, arvada, uşaqlarına (doğma və övladlığa götürülmüş uşaqlara və himayədə olan əmək qabiliyyətinin itirmiş ailə üzvlərinə) verilən ödənclər nəzərə alınır.
Ögey ata və ya ögey ana ilə birlikdə yaşayan ögey uşaqlar üçün bunların öz valideyninə müavinət təyin edilməyibsə bu müavinət ögey valideynə verilir. Ailədə adambaşına gəliri təyin edərkən başqa uşaqlarla bərabər ögey uşaqlar da hesaba alınır, bu şərtlə ki, onlar öz valideyinin ailəsində hesaba alınmış olmasınlar.
Qəyyumluqda olan uşaqlar üçün müavinət almaq hüququ onların qəyyumlarına məxsusdur. Belə hallarda müavinət almaq hüququ müəyyən edilərkən qəyyumların gəlirləri deyil, uşaqlar üçün alınan pensiya və aliment hesaba alınır.
Müavinət almaq hüququ müəyyənləşdirilərkən valideynlik hüququndan məhrum edilmiş şəxslərin uşaqları bunların ailə tərkibində hesaba alınmır. Valideyn bir-birindən ayrı yaşadıqları halda uşaqlar əslində atasının, ya da anasının ailəsində yaşadıqlarına görə hesaba alınırlar.
Müavinətin məbləği ildə bir dəfə, ailənin ümumi gəlirin təsdiq edən sənədlərə əsasən yenidən hesablanır.
6. Uşağa bilavasitə baxan ana (ata) və ya ailənin başqa üzvü uşaq 3 yaşa çatana qədər ona qulluq etmək üçün qismən ödənişli məzuniyyətə çıxmaq hüququna malikdir. həmin məzuniyyət dövründə xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların minimum əmək haqqının 100 faizi məbləğində aylıq müavinət verilir.
Göstərilən ailə üzvləri uşağa baxmaq üçün uşaq 5 yaşına çatana qədər ödənişsiz məzuniyyətə çıxmaq hüququna malikdirlər. Uşağın muzmin xəstəliyi ilə əlaqədar müalicə müəssisəsinin rəyinə əsasən qulluq göstərilməsi zəruri olduqda həmin məzuniyyətin müddəti uşaq 6 yaşına çatana qədər uzadıla bilər.
7.
Müddətli xidmətdə olan hərbi qulluqçuların xidmət keçdiyi bütün vaxt ərzində onların uşaqlarına xalq təsərrüfatında çaLışan fəhlə və qulluqçuların orta əmək haqqının 50 faizi məbləğində aylıq müavinət verilir.
8.
Yerli hakimiyyət orqanlarının, müəssisələrin, təşkilatların gənc ailələrə verilən müavinət məbləğini öz maliyyə imkanları daxilində artırmaq hüququ vardır.
9.
Bu Qanunda nəzərdə tutulan müəyyən müavinətin alınması bu Qanuna və Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarına əsasən əlavə müavinətlər almağa mane olmur.
M a d d ə 12. Əmək qabiliyyətini müvəqqəti itirməyə görə gənc işçilərə verilən müavinət
1. Gənc işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə aşağıdakı məbləğlərdə müavinət verilir:
yetkinlik yaşına çatmamış işçilərə; himayəsində 16 yaşa (təhsil alanlar - 18 yaşa) çatmamış iki və daha çox uşaq olan şəxslərə, eləcə də himayəsində həmin yaşda uşaq olan tək valideynlərə - orta əmək haqqının 100 faizi qədər;
himayəsində həmin yaşda uşaq olan şəxslərə, eləcə də 23 yaşa çatmamış işçilərə orta əmək haqqının 80 faizi qədər.
İşlədiyi axırıncı il ərzində qanunvericiliyə görə işdən azad edilməklə cəzalandırılan hərəkətlərə yol verdiyi üçün müdiriyyətin təşəbbüsü ilə işdən azad edilmiş işçilərə (yetkinlik yaşına çatmayanlardan başqa) bu qayda şamil edilmir.
2.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinət bütün hallarda xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların minimum əmək haqqından aşağı və müavinət hesablanarkən əsas götürülən əmək haqqı məbləğindən yuxarı ola bilməz.
3.
həmin müavinətin məbləği təyin edilərkən nəzərə alınan fasiləsiz iş stajına iş və hərbi xidmət vaxtından əlavə, ali və orta ixtisas məktəblərində, məktəblərdə və kadr hazırlığı kurslarında təhsil müddəti də daxil edilir.
M a d d ə 13. Xüsusi sosial ödənclər
Tələbələrə, aspirantlara (müdavimlərə) və şagirdlərə ödənilən təqaüdlərin məbləği, habelə müddətli xidmətdə olan hərbi qulluqçuların və hərbi məktəb kursantlarının pul təminatının məbləği xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların əvvəlki ildə formalaşmış orta əmək haqqının məbləğinə faiz nisbəti əsasında müəyyən olunur.
M a d d ə 14. Nəqliyyatdan, mədəni-maarif və idman-sağlamlıq müəssisələrindən istifadə edilməsində gənclər üçün güzəştlər
Ümumtəhsil və orta ixtisas təhsili məktəblərinin şagirdləri, ali məktəb tələbələri və aspirantları, müddətin hərbi xidmətdə olan hərbi qulluqçular dəmiryol, avtomobil, su və hava nəqliyyatından, həmçinin şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) güzəştli şərtlərlə istifadə etmək hüququna malikdirlər.
Güzəştli rejim gənclər turizmi, həmçinin beynəlxalq gənclər turizmi sahəsində sərnişin daşımalarında nəqliyyat vasitələrindən istifadə olunmasına da şamil edilir. Bu cür güzəştlərin qüvvədə olan müddəti təqvim ilinin bir hissəsi ilə məhdudlaşdırıla bilməz.
Ümumtəhsil və orta ixtisas təhsili məktəblərinin şagirdləri, tələbələr, müddətli hərbi xidmətdə olan hərbi qulluqçular mədəni maarif və idman-sağlamlıq müəssisələrindən güzəştli qiymətlərlə istifadə edirlər.
Göstərilən güzəştlərin verilməsi qaydası qüvvədə olan qanunvericiliklə tənzimlənir.
III. AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT
GƏNCLƏR SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNİN
TƏŞKİLATİ ƏSASLARI
M a d d ə 15. Xalq deputatları Sovetləri gənclərlə əlaqədar işlərə dövlət rəhbərliyinin əsas vəsiləsidir
1. Gənclərlə əlaqədar işlərə dövlət rəhbərliyini səlahiyyətli dövlət hakimiyyəti orqanları olan xalq deputatları Sovetləri həyata keçirirlər.
Gənclərlə əlaqədar işlərə dair müvafiq Sovetin səlahiyyətinə aid məsələləri hazırlamaq və ilk mərhələdə bu məsələlərə baxmaq, onun qərarlarının icrasını təmin etmək və həyata keçirilməsinə nəzarət etmək üçün Azərbaycan Respublikasının Ali Soveti, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və yerli xalq deputatları Sovetləri gənclərlə iş aparan daimi komitələr və komissiyalar yaradırlar.
2.
Gənclərlə iş aparan daimi deputat orqanlarının şəxsi heyəti formalaşdırılarkən göstərilən orqanların fəaliyyətində gənclərin öz təşkilatları vasitəsilə ifadə edilən mənafelərinin daha tam nəzərə alınmasını təmin etmək məqsədilə gənclər təşkilatlarını təmsil edən xalq deputatları bu orqanlara cəlb edilir.
3.
Xalq deputatları Soveti qarşısında hesabat verməli olan icra və sərəncam orqanlarının gənclərlə işə dair normativ sənədlərinin layihələri qabaqcadan müzakirə etmək və rəy vermək üçün hökmən gənclərlə iş aparan daimi deputat orqanlarına təqdim edilir.
Gənclərlə iş aparan daimi deputat orqanlarının ixtiyarı var ki, həmin deputat orqanının səlahiyyətinə aid edilmiş məsələlər üzrə müvafiq xalq deputatları Soveti qarşısında hesabat verməli olan dövlət idarəetmə orqanlarının hər hansı sənədlərinin layihələrini qabaqcadan müzakirə etmək və rəy vermək üçün onlardan tələb etsinlər.
Gənclərlə iş aparan daimi deputat orqanları vaxtaşırı, müəyyən edilmiş qaydaya uyqun olaraq gənclər siyasətinin həyata keçirilməsi üçün xalq deputatları Sovetinin tabeliyində olan vəzifəli şəxslərin, dövlət idarəetmə orqanlarının vəzifəli şəxslərinin və ictimai təşkilatların müvafiq rəhbər orqanlarının vəzifəli şəxslərinin məlumatını dinləyir.
M a d d ə 16. Gənclərlə əlaqədar işlərin dövlət tərəfindən idarə edilməsi
Respublikada gənclərlə əlaqədar işləri dövlət adından Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti. orqanları idarə edirlər.
M a d d ə 17. Gənclər üçün sosial xidmətlər sistemi
Gənclər üçün sosial xidmətlər sistemi aşağıdakı vəzifələri yerinə yetirir:
həyatın bütün sahələrində gənclərin hüquq və imkanları haqqında onlara məlumat vermək;
azyaşlılara, gənclərə və onların valideynlərinə, gənc ailələrə məsləhətlər vermək, onlara pedaqoji, hüquqi və dikər sosial yardım göstərmək;
səhhət qüsurlarına görə xüsusilə əlverişsiz şəraitə düşmüş və əlil gənclərə, həmçinin dövlət uşaq tərbiyə müəssisələrində saxlanılan, oradan çıxan nəzarətsiz qalan azyaşlılara kömək göstərmək;
hüquq qaydalarını pozmuş yetkinlik yaşına .çatmayanlar üçün xüsusi təlim-tərbiyə müəssisələrində sosial iş aparmaq;
xüsusi təlim-tərbiyə müəssisələrindən çıxdıqdan və azadlıqdan məhrumolunma vaxtı qurtardıqdan sonra vətəndaş həyatına uyğunlaşmaqda gənclərə kömək göstərmək;
gənclərin inkişafı üçün lazımi şəraitin yaradılması ilə bağlı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş başqa vəzifələri həyata keçirmək.
IV. AZƏRBAYCAN RESPUBLİKASINDA GƏNCLƏR TƏŞKİLATLARININ FƏALİYYƏTİ
M a d d ə 18. Azərbaycan Respublikasında gənclər təşkilatları
1. Sıralarında 30 yaşınadək gəncləri birləşdirən ictimai təşkilatlar gənclər təşkilatları hesab olunur. Bu halda gənclər təşkilatlarının ixtiyarı var ki, həmin təşkilatların seçdiyi orqanların tərkibinə seçilmiş, yaxud onlarda işləyən üzvləri üçün göstərilən tələbdən istisnalar müəyyən etsin.
Əsasən gəncləri birləşdirən ictimai təşkilatların nizamnamədə nəzərdə tutulan fəaliyyəti gənclərin sosial cəhətdən püxtələşməsinin və inkişafının təmin edilməsinə yönəldilmişdirsə, yaşı 30-dan yuxarı olan üzvlərin sayı isə həmin təşkilatların üzvlərinin ümumi sayının 20 faizindən çox deyilsə, belə təşkilatlar da gənclər təşkilatına aiddir.
2. Gənclər təşkilatlarının assosiasiyaları (ittifaqları, birlikləri) da gənclər təşkilatlarıdır.
Azərbaycan Respublikasında gənclərin belə kütləvi hərəkatları fəaliyyət göstərə bilər ki, bunların iştirakçıları üzv kimi qeydə alınmasın (sənədləşdirilməsin). Kütləvi hərəkatların seçkili orqanları (komitələr, şuralar, idarə heyətləri və s.) gənclər təşkilatlarının müvafiq orqanlarının hüquqlarına malikdirlər.
3.
Gənc vətəndaşların birlikləri ictimai təşkilatlar tərəfindən yaradılmışdırsa, həmin ictimai təşkilatların nizamnamə vəzifələri çərcivəsində və onların rəhbər orqanlarının qərarları əsasında fəaliyyət göstərirlərsə, belə birliklər həmin ictimai təşkilatların gənclərdən (yeniyetmələrdən) ibarət bölmələridir və onlar gənclər təşkilatları sayılmırlar.
4.
Gənclər təşkilatlarının hüquqi statusu ictimai birliklər haqqında qanunvericiliklə, eləcə də dikər müvafiq qanunvericiliklə aktları ilə müəyyən edilir.
M a d d ə 19. Gənclər təşkilatlarına Dövlət tərəfindən yardım göstərilməsi
Gənclər təşkilatlarına maliyyə yardımı ən əvvəl gənclər təşkilatlarının əldə etdiyi gəlirlərin, o cümlədən onlara məxsus müəssisələrdən əldə edilən gəlirlərin, səhmlərin, istiqrazlar və dikər qiymətli kağızlar üzrə gəlirlərin, bu təşkilatlara kredit ehtiyatları kimi məxsus olan pul vəsaitindən istifadə etmək vasitəsilə əldə edilən gəlirlərin, eləcə də onların həyata kecirdikləri pullu tədbirlərdən və dikər iqtisadi fəaliyyətdən əldə edilən vəsaitin vergidən azad edilməsi şəklində həyata keçirilir.
Gənclər təşkilatlarının tabeliyində olan müəssisələrin gəlirinin (mənfəətinin) həmin təşkilatlar üçün ayırdıqları hissəsindən vergi tutulmur.
Gənclər təşkilatlarının müəssisələri və bu təşkilatların tabeliyində olaraq təsərrüfat hesabı əsasında fəaliyyət göstərən təşkilatlardan başqa bütün gənclər təşkilatları torpaqdan istifadə etməyə görə haqq (müamilə ödənci, icarə haqqı) verməkdən azad edilir, yaxud bu haqqı güzəştli şərtlərlə ödəyirlər.
M a d d ə 20. Gənclər təşkilatlarımın beynəlxalq fəaliyyəti
1, Azərbaycan Respublikası gənclər təşkilatlarının beynəlxalq əlaqələrində gənclərin iştirak etməsi, ayrı-ayrı şəxslərin və gənclərdən ibarət qrupların beynəlxalq mübadiləsi üçün əlverişli şərait yaradır.
2. Gənclər təşkilatları özlərinin beynəlxalq fəaliyyətinin müəyyən edilmiş qaydada həm bilavasitə, həm də bu təşkilatların müvafiq assosiasiyaları (komitələri, fondları, şuraları və s.) vasitəsilə həyata keçirirlər. Dövlət hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydalar gənclər təşkilatının xarici ölkələrdəki gənclər təşkilatları və hərəkatları ilə bilavasitə əlaqə saxlamaq imkanlarını məhdudlaşdırmamalıdır.
V. AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT GƏNCLƏR
SİYASƏTİ HAQQINDA QANUNUN HƏYATA
KEÇİRİLMƏSİ ÜÇÜN TƏMİNATLAR
M a d d ə 21. Gənc vətəndaşların və gənclər təşkilatlarının bu Qanunda təsbit edilmiş hüquqlarıma təminat
1.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarında nəzərdə tutulan əsaslara görə gənc vətəndaşların fəaliyyət imkanlarının məhdudlaşdırıldığı hallar istisna olmaqla gənclər və onların təşkilatları bu Qanunda təsbit edilmiş hüquqlarını bilavasitə və tamamilə həyata keçirirlər.
2.
Əkər bu hüquqlardan istifadə etmək üçün onların həyata keçirilməsi qaydasını və rəsmiyyətini müəyyənləşdirmək lazımdırsa, dövlət hakimiyyəti və idarəetmə orqanları həmin məsələləri tənzimləyən lazımi normativ və digər hüquqi aktlar qəbul etməyə borcludurlar.
Bu halda göstərilən aktlar qəbul edilənədək gənc vətəndaşların və gənclər təşkilatlarının ixtiyarı vardır ki, öz hüquqlarını müstəqil seçdikləri və qüvvədə olan qanunvericiliyə zidd gəlməyən qaydada həyata keçirsinlər. Belə hallarda hüquqların həyata keçirilməsinə hər hansı şəkildə mane olmaq qeyri-qanunidir.
Hüquqların həyata keçirilməsi və müdafiəsi dövlət təşkilatlarının və onların vəzifəli şəxslərinin fəaliyyətindən asılıdırsa, bunun üçün qanunvericiliklə təsbit edilmiş qayda (rəsmiyyət) olmadıqda, gənclər təşkilatları həmin qaydanı öz səlahiyyətləri daxilində müstəqil surətdə, hüquqların müdafiəsi zamanı isə mövcud qanunvericilikdəkinə oxşar əsaslarla müəyyənləşdirirlər. Əvvəlcədən müəyyənləşdirilmiş qaydanın (rəsmiyyətin) olmaması hüququn həyata keçirilməsindən və onun müdafiə edilməsindən imtina etmək üçün əsas ola bilməz.
M a d d ə 22. Azərbaycan Respublikasında dövlət gənclər siyasəti haqqında Qanunun onun inkişafı istiqamətində qəbul edilən qanunvericilik aktları ilə qarşılıqlı əlaqəsi
1. Respublikanın iqtisadi imkanları artdıqca Azərbaycan Respublikası gənclərin hüquqlarını tənzimləyən qanunvericiliyi onun əhatə dairəsinin artması və daha dolğun həyata keçirilməsi üçün təminatların möhkəmləndirilməsi istiqamətində müntəzəm surətdə təkmilləşdirir.
Gənclər barəsində hazırda qüvvədə olan qanunvericiliyə əlavələr və dəyişikliklər gənclərə verilmiş olan hüquq və azadlıqları məhdudlaşdırmamalıdır.
2. Dövlət təşkilatları bu Qanunun həyata keçirilməsi ilə əlaqədar normativ və dikər hüquqi aktlar qəbul edərkən bu Qanunun müddəalarına riayət edilməsi üçün məsuliyyət daşıyır. həm də bu Qanuna zidd olan və ya bu Qanunda gənclər və gənclər təşkilatları üçün nəzərdə tutulmuş hüquqları məhdudlaşdıran hər hansı akt və ya sərəncam qəbul olduğu andan ya tamamilə, ya da müvafiq hissədə etibarsız sayılır və ləğv edilməlidir.
Bu Qanuna zidd olan aktın həyata keçirilməsi nəticəsində gənclərə və gənclər təşkilatlarına dəyən zərər tam həcmdə müvafiq dövlət orqanının sərəncamında olan vəsait hesabına ödənilməlidir.
Gənclərin və gənc ailələrin sosial təminatı ilə əlaqədar bu Qanunda müəyyən edilən imtiyazlar, ödənclərin məbləği mövcud qanunvericilikdə nəzərdə tutulduğundan az olarsa, qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydalar tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 13 noyabr 1991-ci il. "
№ 269-XII.