AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
26.11.1991
QEYDİYYAT NÖMRƏSİ
281-XII
ADI
Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1991, Nəşr nömrəsi: 24, Maddə nömrəsi: 450)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1. Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.     13-cü maddənin birinci hissəsindən, 72-ci maddənin 8-ci bəndindən, 137, 153, 159, 160-cı maddələrdən, 177-ci maddənin ikinci hissəsindən "Dağlıq Qarabağ Muxtar Vilayəti" sözləri çıxarılsın

2.     70-ci maddənin birinci hissəsindən "və Dağlıq Qarabağ Muxtar Vilayəti" sözləri çıxarılsın.

3.   72-ci maddənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"3) Azərbaycan Respublikasının milli dövlət quruluşu məsələlərini həll etmək".

4.   78-ci maddədə:

a) birinci hissədən "və Dağlıq Qarabağ Muxtar Vilayəti" sözləri çıxarılsın;

b) ikinci hissədə "Ağdaş" sözündən sonra "Ağdərə" sözü, "Xaçmaz" sözündən sonra "Xocavənd, Xocalı" sözləri, "Şəki" sözündən sonra "Şuşa" sözü, şəhərlər sırasında "Sumqayıt" sözündən sonra "Xankəndi" sözü, "Şəki" sözündən sonra "Şuşa" sözü əlavə edilsin.

5.   9-cu fəsil çıxarılsın.

6.  85-ci maddədən, 104-cü maddənin üçüncü hissəsinin 35-ci bəndindən, 119-1-ci maddənin 4-cü bəndindən, 121-4-cü maddənin 11-ci bəndindən, 140-cı maddənin birinci hissəsindən, 143, 145, 151-ci maddələrdən, 164-cü maddənin üçüncü hissəsindən ismin müxtəlif hallarında "Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti" sözləri çıxarılsın.

7. 104-cü maddənin üçüncü hissəsində:

a) 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2) Azərbaycan Respublikasının milli dövlət quruluşu məsələlərinin həll edilməsi";

b) 3-cü bənddəki "Dağlıq Qarabağ Muxtar Vilayəti sərhədlərinin və rayon bölgüsünün müəyyən edilməsi və dəyişdirilməsi" sözləri çıxarılsın;

v) 39, 40, 41-ci bəndlər müvafiq olaraq 40, 41, 42-ci bəndlər hesab edilsin;

q) aşağıdakı məzmunda 39-cu bənd əlavə olunsun:

"39) hərbi vəziyyətin tətbiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin qərarının təsdiq edilməsi".

8. 110-cu maddənin birinci hissəsindən "Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti simasında Dağlıq Qarabağ Muxtar Vilayətinə" sözləri çıxarılsın.

9.     119-cu maddənin birinci hissəsindən "və Dağlıq Qarabağ Muxtar Vilayətinin" sözləri çıxarılsın, "nümayəndələrindən" sözü "nümayəndəsindən" sözü ilə əvəz edilsin.

10.  119-1-ci maddənin 5-ci bəndindən "və Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin" sözləri çıxarılsın.

11.  121-4-cü maddədə:

a)   17, 18-ci bəndlər müvafiq olaraq 18, 19-cu bəndlər hesab edilsin;

b) aşağıdakı məzmunda 17-ci bənd əlavə olunsun:

"17) səfərbərlik elan edir; Azərbaycan Respublikasının müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyi naminə hərbi vəziyyət elan edir və qəbul etdiyi qərarı ləngitmədən Azərbaycan Respublikası Ali Sovetinin təsdiqinə verir".

12.   140-cı maddənin üçüncü hissəsindən "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanunla və" sözləri çıxarılsın.

13.   163-cü maddənin ikinci hissəsindən, 164-cü maddənin üçüncü hissəsindən, 165-ci maddənin ikinci hissəsindən ismin müvafiq hallarında "Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Məhkəməsi" sözləri çıxarılsın.

14.   165-ci maddənin ikinci hissəsində "sədrləri daxildirlər" sözləri "sədri daxildir" sözləri ilə əvəz edilsin.

II. Bu Qanun qəbul edildiyi andan qüvvəyə minsin.

 

Azərbaycan Respublikasının Prezidenti

A.     MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 26 noyabr 1991-ci il.

 № 281-XII

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status