Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Müstəqil Dövlətlər Birliyinə münasibəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ MİLLİ ŞURASININ QƏRARI
Dövlət quruculuğu, hüquqi siyasət, xarici işlər və iqtisadiyyat komissiyalarının Müstəqil Dövlətlər Birliyinə münasibət məsələsi üzrə rəylərini müzakirə edib Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:
1.
Azərbaycan Respublikasının indiki vəziyyətdə Müstəqil Dövlətlər Birliyinə qoşulması məqsədəuyğun sayılmasın.
2.
Azərbaycan Respublikası ərazisində yerləşən Sovet Silahlı Qüvvələri hissələrinin statusunu Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına, Azərbaycan Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarlarına və respublika Prezidentinin fərmanlarına əsasən müəyyən etmək və həmin hissələrin tezliklə Azərbaycan Respublikasından çıxarılması barədə Müstəqil Dövlətlər Birliyi ilə danışıqlar aparmaq Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin.
Azərbaycan Respublikası Ali Soveti
Sədrinin birinci müavini
Z. SƏMƏDZADƏ.
Bakı şəhəri, 20 dekabr 1991-ci il.
№ 32.