×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
15.07.2000
QEYDİYYAT NÖMRƏSİ
474
ADI
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə üzrə Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2000, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 536)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə üzrə Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının 1998-ci il 1 dekabr tarixli, Qanunu ilə təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləsinin III maddəsinin 4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə ilə təsis olunmuş Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi haqqında Müqavilə Təşkilatı və həmin Müqavilənin iştirakçısı olan digər dövlətlər ilə əlaqələrin həyata keçirilməsini təmin edən milli əlaqələndirmə mərkəzi qismində Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan məqsədlər üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müvafiq ştat vahidlərinin ayrılması məsələsinə baxıb həll etsin.

3. Azərbaycan Respublikasının Xaric İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə üzrə Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilməsi barədə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Haqqında Müqavilə Təşkilatına müvafiq bildiriş göndərsin.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 15 iyul 2000-ci il
                 № 474

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status