AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
25.02.1992
QEYDİYYAT NÖMRƏSİ
79
ADI
Təbiəti mühafizə və təbiətdən istifadə haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-03-1992, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 154)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Təbiəti mühafizə və təbiətdən istifadə haqqında

Təbiəti mühafizə və təbiətdən istifadə haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I   f ə s i l

ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1. Təbiəti mühafizə obyekti

Bir-birilə qarşılıqlı əlaqədə olan təbiət komponentləri (torpaq, yerüstü və yeraltı sular, atmosfer havası, yerin təki, bitkilər və heyvanlar aləmi), onları birləşdirən ekoloji sistemlər və komplekslər təbiəti mühafizə obyektləridir.

M a d d ə 2. Təbii ehtiyatların mənsubiyyəti

Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində bütün təbii ehtiyatlar Azərbaycan  Respublikasının müstəsna  mülkiyyətidir.

M a d d ə 3. Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanunun məqsədi

Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanunun məqsədi cəmiyyət ilə təbiətin ahəngdar qarşılıqlı əlaqəsini təmin edərək Azərbaycanın əzəli təbii xüsusiyyətlərini, habelə canlı orqanizmləri və onların yaşayış mühitini qoruyub saxlamaqdır.

M a d d ə 4. Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanunun vəzifələri

Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanunun vəzifələri aşağıdakılardır:

təbii ehtiyatların ekoloji cəhətdən əsaslandırılmış istifadəsini, bərpasını və artırılmasını təmin etmək;

ətraf mühiti fiziki, kimyəvi, bioloji, radioaktiv, elektromaqnit təsirlərdən, səs-küydən, digər növ çirklənmələrdən və mənfi təsirlərdən qorumaq;

Azərbaycan üçün səciyyəvi olan əzəli landşaftı, ayrı-ayrı əraziləri, ekoloji sistemləri və kompleksləri, elmi, idrak, tarixi, estetik və mədəni əhəmiyyət daşıyan təbii obyektləri qoruyub saxlamaq;

təbii mühitə və təbii ehtiyatlara antropogen təsirin mənfi nəticələrini aradan qaldırmaq;

Azərbaycan əhalisini təbii mühitin və təbii ehtiyatların çirklənməsinin, korlanmasının və tükənməsinin zərərli təsirindən qorumaq;

təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində hüquqi şəxslərin və vətəndaşların hüquq və vəzifələrini müəyyən etmək;              

təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində digər ictimai əlaqələri tənzimləmək.

M a d d ə  5. Təbiəti mühafizə və təbiətdən    istifadə    haqqında Qanunun obyekti ,

Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanun ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində münasibətləri tənzimləyir.

Təbii mühitin ayrı-ayrı komponentləri ilə bağlı olan ictimai münasibətlər torpaqların, yer təkinin, su ehtiyatlarının, atmosfer havasının, floranın (o cümlədən meşə ehtiyatlarının), faunanın (o cümlədən balıq ehtiyatlarının), istirahət (rekreasiya) ehtiyatlarının mühafizəsi və onlardan istifadə haqqında bu Qanuna əsasən qəbul edilmiş qanunvericilik aktları ilə, habelə əlaqədar qanunlarla tənzimlənir.

M a d d ə  6. Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin tənzimlənməsi  sahəsində Azərbaycan Respublikasının müstəsna səlahiyyəti

Azərbaycan Respublikası təbiətdən istifadə və ətraf mühitin mühafizəsi qaydasını müstəqil müəyyən edir, bu sahədə bütün məsələləri özü həll edir.

M a d d ə 7.   Təbiətdən istifadə və təbiəti mühafizə prinsipləri

Azərbaycan Respublikasında təbiətdən istifadənin təşkilinin əsas prinsipi respublikanın ekoloji və sosial mənafeyinin iqtisadi mənafedən üstün olması şərtilə onların səmərəli uzlaşmasından ibarətdir.

Buna uyğun olaraq:

təbii ehtiyatlardan səmərəli və kompleks şəkildə, təbiət qanunları, Azərbaycanın təbii və təsərrüfat potensialının xüsusiyyətləri, təbii ehtiyatların qorunması, təbii və süni bərpası və artırılması imkanları nəzərə alınmaqla istifadə olunur;

təbii ehtiyatlardan Azərbaycan Respublikasının suveren hüquqlarına, mənafeyinə və qüvvədə olan qanunlarına əməl etməklə istifadə olunur;

təbii ehtiyatlardan istifadə və təbiəti mühafizə məsələləri Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə həll edilir.

 

II   f ə s i l

VƏTƏNDAŞLARIN  HƏYAT ÜÇÜN ƏLVERİŞLİ  OLAN SAĞLAM TƏBİİ MÜHİT HÜQUQLARI

Maddə 8. Vətəndaşların həyat üçün əlverişli olan təbii mühit hüququ

Azərbaycan Respublikasının hər bir vətəndaşı onun sağlamlığı və həyatı üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq hüququna malikdir.

Bu hüquq aşağıdakılarla təmin edilir:

ətraf təbii mühitə təsir göstərən məhsuldar qüvvələrin, müəssisələrin, qurğuların və başqa obyektlərin yerləşdirilməsi, ərazi-istehsal komplekslərinin, sənayenin, kənd təsərrüfatının, energetikanın, nəqliyyatın və xalq təsərrüfatının digər sahələrinin inkişafının planlaşdırılması zamanı ekoloji tələblərə əməl olunması ilə;

təbiətə, adamların həyatına və sağlamlığına, hüquqi və fiziki şəxslərə əmlakına və mənafeyinə vurulan zərərə görə Qanunla müəyyən edilmiş qaydada maddi məsuliyyətlə təmin edilir.

Vətəndaşların əlverişli ətraf təbii mühit hüququ təbiəti mühafizə ,təbii ehtiyatlardan səmərəli istifadə, təbii ehtiyatların bərpası və artırılması, təbiəti mühafizə qanunvericiliyinə əməl edilməsi sahəsində onların öz vəzifələrini yerinə yetirməsi ilə uzlaşdırılmalıdır.

M a d d ə 9.  Vətəndaşların sağlamlığının ətraf təbii mühitin mənfi təsirindən qorunması hüququ

Azərbaycan Respublikasının hər bir vətəndaşı təsərrüfat fəaliyyəti və ya digər fəaliyyət, qəzalar, bədbəxt hadisələr, təbii fəlakətlər nəticəsində ətraf təbii mühitin mənfi təsirindən sağlamlığının qorunması hüququna malikdir.

Bu hüquq aşağıdakılarla təmin edilir:

ətraf təbii mühitin keyfiyyətinin planlaşdırılması və normalaşdırılması, ekoloji cəhətdən zərərli fəaliyyətə yol verməməyə, qəzaların, bədbəxt hadisələrin, təbii fəlakətlərin qarşısını almağa və nəticələrini aradan qaldırmağa yönəldilən tədbirlər görülməsi;

ətraf təbii mühitin çirklənməsi və digər zərərli təsirlər, o cümlədən qəzalar və bədbəxt hadisələr nəticəsində vətəndaşların sağlamlığına dəymiş zərərin məhkəmə qaydasında və ya inzibati qaydada ödənilməsi;                                                             

ətraf təbii mühitin vəziyyətinə və təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin və ictimai nəzarətin həyata keçirilməsi, əhalinin ekoloji təhlükəsizliyinin təminatı tələblərinin pozulmasında təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi.

Maddə 10.  Vətəndaşların ekoloji məlumat almaq hüququ

Azərbaycan Respublikasının vətəndaşları bütövlükdə respublika üzrə, habelə ayrı-ayrı rayonlar, şəhərlər, zonalar və sahələr üzrə ekoloji vəziyyət haqqında vaxtında, tam və düzgün məlumat almaq hüququna malikdirlər.

Bu hüquq ətraf təbii mühitin müvafiq dövrdə vəziyyəti və onun dəyişməsi meylləri haqqında kütləvi informasiya vasitələrində müntəzəm məlumat verilməsi ilə təmin edilir.

Ətraf təbii mühitin keyfiyyəti kəskin surətdə pisləşdikdə, habelə fövqəladə ekoloji vəziyyət yarandıqda dərhal əhaliyə bu barədə məlumat və mütəxəssislərin müvafiq tövsiyələri verilir.

Maddə 11. Ekoloji əhəmiyyət daşıyan qərarların qəbul olunmasında və onların icrasına nəzarətdə vətəndaşların iştirak etmək hüququ

Azərbaycan Respublikasının vətəndaşları həyata keçirilməsi ətraf təbii mühitə mənfi təsirlə bağlı olan qərarların hazırlanmasında, qəbul olunmasında və onların icrasına nəzarətdə iştirak etmək hüququna malikdirlər.

Bu hüquq ekoloji əhəmiyyət daşıyan qərar layihələrinin elan olunması və açıq müzakirə edilməsi, layihələrin ictimai ekoloji ekspertizalarının keçirilməsi, dövlət orqanlarının vətəndaşların təkliflərini nəzərə almaq vəzifəsi, ətraf təbii mühitin mühafizəsində əhalinin iştirakının müxtəlif formalarından, o cümlədən referendumlardan istifadə olunması ilə təmin edilir. Xüsusən, nüvə enerjisindən istifadə edilməsi, yaxud respublikanın nüvə silahından azad zona elan olunması məsələsi referendumun müstəsna səlahiyyətinə aiddir.

 

III   fəsil

TƏBİƏTİ   MÜHAFİZƏ     TƏBİƏTDƏN   İSTİFADƏ   SAHƏSİNDƏ

DÖVLƏT RƏHBƏRLİYİ  VƏ İDARƏETMƏSİ

Maddə 12. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət rəhbərliyi

Azərbaycan Respublikasında təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət rəhbərliyini Azərbaycan Respublikasının Ali Soveti həyata keçirir.

Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində aşağıdakı məsələlər Azərbaycan Respublikası Ali Sovetinin müstəsna səlahiyyətinə aiddir:

a)    təbiəti mühafizə sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək;

b)    dövlət ekoloji proqramlarını təsdiq etmək;

v)    təbiəti mühafizə sahəsində münasibətlərin tənzimlənməsinin hüquqi əsaslarını müəyyənləşdirmək;

q)    ekologiya və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində xalq deputatları   Sovetlərinin səlahiyyətlərini, idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasını müəyyənləşdirmək;

ğ) fövqəladə ekoloji vəziyyət zonalarının hüquqi rejimini təyin etmək, zərər çəkmiş vətəndaşların statusunu müəyyənləşdirmək və respublika ərazisində belə zonaları elan etmək.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təbiəti mühafizə sahəsində münasibətləri tənzimləmək üçün:

a)    Azərbaycan Respublikasının ekoloji siyasətinin həyata keçirilməsini, vətəndaşların ekoloji hüquqlarını təmin edir;

b)ekoloji proqramları təsdiq edir;

v)   ətraf təbii mühitin öyrənilməsini təşkil edir;

q)    Naxçıvan Muxtar Respublikasının tabeliyində olan müəssisələr təbiəti mühafizə qanunvericiliyini pozduqda onların    fəaliyyətini dayandırır və ya məhdudlaşdırır;

ğ) zəruri hallarda Azərbaycan Respublikası ərazisində qüvvədə olan normativlərdən daha sərt ekoloji təhlükəsizlik normativləri müəyyən edir;

d)   qoruq  fondunun  ərazilərini  müəyyənləşdirir     qoruqların yaradılmasına dair təkliflər hazırlayır.

Maddə 13. Təbiəti mühafizə və təbiətdən  istifadə sahəsində dövlət idarəetməsi

Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər səlahiyyətli təşkilatlar bu Qanunu, təbii ehtiyatların qorunması və işlədilməsi sahəsində Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarını rəhbər tutaraq həyata keçirirlər.

Torpaq, su, meşə, mineral ehtiyatlarının və digər ehtiyatların mühafizəsi və onlardan səmərəli istifadə sahəsində dövlət idarəetməsi Azərbaycan Respublikasının həmin ehtiyatlar haqqında məcəllələrinin  tələblərinə  müvafiq   surətdə  həyata   keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, nazirlikləri, baş idarələri, dövlət təşkilatları və idarələri öz tabeliyindəki müəssisələrdə və obyektlərdə təbii ehtiyatlardan səmərəli, kompleks istifadəni və ətraf mühitin mühafizəsini təşkil edir, təbiəti mühafizə və təbiətdən istifadə sahəsində idarəetmə funksiyalarını öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Maddə 14.     Təbiəti mühafizənin təbiətdən istifadənin idarə olunması sahəsində Yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti

Yerli icra hakimiyyəti orqanları idarə etdikləri inzibati ərazi vahidinin hüdudları daxilində təbiəti mühafizənin, təbii ehtiyatlardan səmərəli və kompleks istifadənin təşkili üçün məsuliyyət daşıyırlar.

Öz ərazisinin hüdudları daxilində yerli icra hakimiyyəti orqanları:

təbii ehtiyatlardan istifadəyə və ətraf mühitin mühafizəsinə dair yerli proqramları və tədbir planlarını hazırlayır və onların  yerinə yetirilməsi üçün büdcə təxsisatını təsdiq edirlər;

təbiəti mühafizə, təbii mühitə mənfi antropogen təsirin aradan qaldırılması, təbii ehtiyatların artırılması və onlardan səmərəli istifadə olunması üçün tədbirləri maliyyələşdirir, bu işlərin maddi-texniki təminatına kömək edirlər;

təbiəti mühafizə və təbiətdən istifadə sahəsində birliklərin, müəssisələrin, təşkilatların və idarələrin, habelə vətəndaşların fəaliyyətini təşkil edir və əlaqələndirirlər;

qorunan təbii ərazilərin və komplekslərin, təbiət abidələrinin rejiminə əməl olunmasını təmin edir, qorunan yerli əhəmiyyətli əraziləri, kompleksləri və təbiət abidələrini elan edirlər;

öz səlahiyyətləri daxilində təbii ehtiyatlardan istifadə hüququ verir, əsas olduqda bu hüququ məhdudlaşdırır və ya ondan məhrum. edirlər;

təbii ehtiyatlardan istifadə hüququ üçün haqq (təbii ehtiyatlar üçün haqqın tərkib hissəsi kimi) müəyyən edir, ərazinin xüsusiyyətlərini nəzərə almaqla təbiət istifadəçilərindən təbii ehtiyatlara və ətraf mühitə tullantılara görə haqqın güzəştlə alınması barədə dövlət orqanlarına vəsatətlə müraciət edirlər;

təbiəti mühafizə və təbiətdən istifadə sahəsində mübahisələri; müzakirə və həll edirlər.

hüquq mühafizə və təbiəti mühafizə orqanlarının təqdimatına əsasən, təbiəti mühafizə qanunlarını kobudcasına pozan müəssisələrin fəaliyyətini dayandırır və ya qadağan edirlər.

Yerli icra hakimiyyəti orqanları təbiəti mühafizə orqanlarının və meşə idarələrinin xəbəri olmadan meşə fondunun və xüsusi qorunan ərazilərin torpaqlarının başqa məqsədlər üçün ayrılmasına və istifadə edilməsinə icazə verə bilməzlər.

 

IV   fəsil

TƏBİƏTİ MÜHAFİZƏNİN TƏMİN EDİLMƏSİ VƏ TƏBİƏTDƏN

İSTİFADƏNİN TƏNZİMLƏNMƏSİ  SAHƏSİNDƏ İQTİSADİ TƏDBİRLƏR

Maddə  15.    Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləməyin  iqtisadi  mexanizmi

Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləməyin iqtisadi mexanizminin əsas vəzifəsi ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə, onların bərpası və artırılması tədbirlərinin işlənib hazırlanmasına, planlaşdırılmasına və yerinə yetirilməsinə təbiət istifadəçilərinin maddi həvəsini artırmaqdır.

Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləməyin iqtisadi mexanizmi aşağıdakı şəkildə həyata keçirilir:

təbii ehtiyatlardan istifadəyə, ətraf mühitə tullantıların, çirkabın və çirkləndirici maddələrin yerləşdirilməsinə görə haqq tutulması;

təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli və kompleks istifadə sahəsində müsbət nəticələrə nail olmuş müəssisələrin təşkilatların və idarələrin, ictimai və digər orqanların işçi kollektivlərinin, habelə ayrı-ayrı vətəndaşların maddi həvəsləndirilməsi;

təbiəti mühafizə, təbiəti bərpa tədbirləri görülərkən, qənaətcil və az tullantılı texnologiyalar və istehsalatlar tətbiq edilərkən, təkrar xammaldan istifadə olunarkən, ekoloji səmərə verən digər fəaliyyət həyata keçirilərkən dövlət, kooperativ, ictimai və digər müəssisələrə, təşkilatlara və idarələrə, habelə fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara vergi və kredit güzəştləri edilməsi;

ekoloji cəhətdən saf məhsul üçün həvəsləndirici qiymətlər və üstəlik haqqlar müəyyən edilməsi;

dövlət müəssisələrinin və təşkilatlarının vəzifəli şəxsləri və işçiləri təbiəti mühafizə tələblərinin pozulmasına yol verdikdə və ya təbiəti mühafizə tədbirlərinin görülməsinə dair tapşırıqları yerinə yetirmədikdə əsas təsərrüfat fəaliyyətinin nəticələrinə görə verilən mükafatlardan onların tamamilə və ya qismən məhrum edilməsi;

ətraf təbii mühitə və təbii ehtiyatlara dəymiş zərərin əvəzinin alınması (o cümlədən valyuta ilə).  

Azərbaycan Respublikasının qanunvericiliyində təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli və kompleks istifadə sahəsində fəaliyyəti iqtisadi cəhətdən həvəsləndirməyin digər növləri də müəyyən edilə bilər.

Təbiəti mühafizəni iqtisadi cəhətdən həvəsləndirmək tədbirləri mərkəzləşdirilmiş və başqa mənbələrin vəsaiti hesabına maliyyələşdirilir. Bu məqsəd üçün respublika və ictimai təbiəti mühafizə fondlarının vəsaiti də cəlb edilə bilər.

Maddə 16. Təbii ehtiyatlardan istifadənin pullu olması

Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin torpaqdan, sudan, yerin təkindən, bitkilər və heyvanlar aləmindən, istirahət (rekreasiya) və digər təbii ehtiyatlardan istifadə etməsinə görə haqq, habelə çirkləndirici maddələrin ətraf mühitə təyin edilmiş normativlər həddində və normativlərdən artıq atılmasına (axıdılmasına, tullantıların yerləşdirilməsinə) görə haqq müəyyən olunur.

Təbii ehtiyatlardan istifadəyə və ətraf mühiti çirkləndirməyə görə haqq ödənilməsi təbiət istifadəçilərini təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə və onların qənaətlə işlədilməsi tədbirlərini yerinə yetirmək zərurətindən, habelə təbiəti mühafizə qanunvericiliyinin pozulması nəticəsində ətraf təbii mühitə dəymiş zərəri ödəməkdən azad etmir.

M a d d ə 17. Azərbaycan Respublikasının təbiəti mühafizə fondu

Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii ehtiyatların bərpası və artırılması, təbiətdən istifadəni idarəetmə və təbiətdə istifadəyə nəzarət sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, digər təbiəti mühafizə tədbirlərinin və bunları təmin edən tədbirlərin həyata keçirilməsi, ekologiya sahəsində elmi işlərin aparılması, habelə təbiəti mühafizə sistemini saxlamaqdan və təbiəti mühafizə işçilərini maddi həvəsləndirməkdən ötrü maliyyə ehtiyaclarının qismən ödənilməsi üçün Azərbaycan Respublikasının təbiəti mühafizə fondu fəaliyyət göstərir.

Göstərilən fond təbii ehtiyatlardan istifadə haqqından, ətraf mühitə çirkləndirici maddələrin tullanmasına görə tədiyyələrdən, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə tutulan vəsaitdən ayırmalar, məqsədli və könüllü ödəmələr və digər mənbələr hesabına Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi yanında formalaşdırılır.

Azərbaycan Respublikası təbiəti mühafizə fondunun yaradılması və ondan istifadə olunması qaydası fond haqqında Əsasnamədə müəyyən edilir.

M a d d ə      18. Ətraf təbii mühiti mühafizənin və təbiətdən istifadənin ictimai fondları

Ətraf təbii mühiti mühafizənin və təbiətdən istifadənin ictimai fondları əhalinin vəsaiti, ictimai təşkilatların verdiyi haqlar və başqa mənbələr hesabına, mələ gəlir. Bu fondlar ictimai və başqa təşkilatlar tərəfindən yaradılır və ətraf təbii mühiti mühafizə, təbiətdən səmərəli və kompleks istifadə məqsədlərinə sərf olunur.

Göstərilən fondların yaradılması və sərf olunması qaydası onlar haqqında müvafiq ictimai təşkilatların təsdiq etdikləri əsasnamələrdə müəyyənləşdirilir.

Azərbaycan Respublikasında təbiəti mühafizə tədbirlərini maliyyələşdirmək, təbii ehtiyatlardan səmərəli istifadə etmək və ekoloji təhlükəsizliyin təmin olunması işlərini həvəsləndirmək üçün başqa fondlar da yaradıla bilər.

 

V   f əs i l

TƏBİƏTDƏN İSTİFADƏ HÜQUQU

Maddə  19. Təbiətdən istifadə obyektləri

Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində yerləşən təbii mühit ünsürləri, habelə ayrı-ayrı təbii komplekslər və obyektlər   Azərbaycan  Respublikasının təbiətdən  istifadə obyektləridir.

M a d d ə 20. Təbiətdən istifadə subyektləri

Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində fəaliyyət göstərən müəssisələr, təşkilatlar, digər hüquqi şəxslər və vətəndaşlar Azərbaycan  Respublikasının   təbiətdən  istifadə  subyektləridir.

M a d d ə 21. Təbiətdən istifadə hüququnun əsası

Təbii ehtiyatlardan istifadə hüququnun əsasını müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilən, dövlət sanitariya nəzarəti orqanlarının razılığı ilə dövlət təbiəti mühafizə orqanları tərəfindən verilən icazə (təbiətdən istifadə haqqında müqavilə) təşkil edir.

Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən olunmuş hallarda təbiət istifadəçisinin hüquqlarının həyata keçirilməsi məhdudlaşdırıla və ya ona xitam verilə bilər.

Maddə 22. Təbiət istifadəçilərinin əsas  vəzifələri

Təbiət istifadəçiləri:

cəmiyyətin ekoloji və sosial mənafelərinin iqtisadi mənafedən üstün olması şərti ilə onların səmərəli uzlaşmasına riayət etməli;

istifadəyə verilmiş təbii ehtiyatlardan səmərəli istifadə etməli;

təbii ehtiyatların işlədilməsi, qorunması, bərpası və artırılması məsələlərini kompleks həll etməli;

ətraf mühitə mənfi təsirin qarşısını almaq üçün tədbirlər görməli, belə təsirin zərərli nəticələri aşkar olunduqda isə onların təcili aradan qaldırılması üçün zəruri tədbirlər görməli;

təbiətin bütövlüyünün və canlı təbiət növlərinin rəngarəngliyinin qorunmasını təmin etməli;

digər təbiət istifadəçilərinin hüquqlarını və qanuni mənafelərini pozmamalı;

təbiətə, adamların həyatına və sağlamlığına, hüquqi şəxslərin, vətəndaşların əmlakına və mənafelərinə vurduqları zərəri ödəməlidirlər.

VI   f ə s i l

ƏTRAF MÜHİTİN VƏ TƏBİƏTDƏN İSTİFADƏNİN VƏZİYYƏTİNİN

DÖVLƏT MÜŞAHİDƏ VƏ NƏZARƏT SİSTEMİ

M a d d ə 23. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində nəzarətin vəzifələri

Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində nəzarətin vəzifələri ətraf təbii mühitin vəziyyətini, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətin təsiri ilə onun dəyişməsini, təbiətə təsirin və ətraf təbii mühitdən təbii ehtiyatların götürülməsi həcmini müşahidə edib öyrənmək, həmçinin təbiətin mühafizəsinə, ekologiyanın sağlamlaşdırılmasına, təbii ehtiyatların səmərəli işlədilməsinə, bərpasına və artırılmasına dair planların və tədbirlərin yerinə yetirilməsini, təbiəti mühafizə qanunvericiliyinin tələblərinə və ətraf təbii mühitin keyfiyyət normativlərinə əməl olunmasını yoxlamaqdır.

Azərbaycan Respublikasında təbiəti mühafizə və təbiətdən istifadə sahəsində nəzarət sistemi dövlət; idarə, istehsalat nəzarətindən və ictimai nəzarətdən ibarətdir.

M a d d ə 24. Ətraf  təbii mühiti  müşahidənin respublika sistemi (ekoloji monitorinq)

Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər .dənizindəki iqtisadi zonasının hüdudları daxilində daimi fəaliyyət göstərən respublika kompleks ekoloji monitorinq sistemi təşkil olunur. Monitorinq sistemi ətraf təbii mühitin vəziyyətini, orada baş verən fiziki, kimyəvi, bioloji prosesləri, atmosfer havasının, torpağın, su obyektlərinin çirklənməsi səviyyəsini, bunun flora və faunaya, əhalinin sağlamlığına təsirinin nəticələrini müşahidə məsələlərini, əlaqədar təşkilatları və əhalini ətraf təbii mühitin vəziyyəti və dəyişilməsi haqqında cari və təcili məlumatla, bu sahədə xəbərdarlıq və proqnozlarla təmin etmək məsələlərini həll edir.

Kompleks ekoloji monitorinqin məzmununu, quruluşunu və həyata keçirilməsi qaydasını dövlət sanitariya orqanlarının razılığı ilə Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi müəyyən edir.

Kompleks ekoloji monitorinqi Azərbaycan Respublikasının hidrometeorologiya Komitəsi, habelə Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və bunun üçün səlahiyyət verilmiş digər orqanlar həyata keçirirlər.

M a d d ə 25. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət nəzarəti

Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində təbiəti mühafizə və təbiətdən istifadə sahəsində vahid dövlət nəzarətini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi. habelə müvafiq fəaliyyət istiqamətləri üzrə — Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, yerlərdə isə bundan əlavə xalq deputatları Sovetləri həyata keçirirlər.

Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət nəzarəti orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərinə uyğun olaraq müəyyən edilmiş qaydada aşağıdakı hüquqlara malikdirlər:

idarə mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq müəssisələrə, təşkilatlara, idarələrə və onlara məxsus obyektlərə, habelə vətəndaşların təsərrüfatlarına getmək, öz   xidmət vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, analizlərlə, başqa  materiallarla tanış olmaq;

təbiəti mühafizə qaydalarını pozmaqla əldə edilmiş məhsulları və qanunsuz istifadə edilən ov alətlərini, nəqliyyat vasitələrini, habelə müvafiq sənədləri almaq, şəxsi axtarış aparmaq, əşyalara, nəqliyyat vasitələrinə baxmaq, silahları və təbiətdən əldə edilmiş məhsulları yoxlamaq;

vəzifəsindən asılı olaraq müəyyən edilən müvafiq qaydada xidməti silah gəzdirmək və işlətmək;

təmizləyici və digər zərərsizləşdirici qurğuların, onlara nəzarət vasitələrinin işini, təbii ehtiyatlardan faktiki istifadə həcmlərinin hesabat göstəricilərinə uyğunluğunu, ətraf təbii mühitin keyfiyyət normativlərinə, təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasını, təbiəti mühafizə və təbiətdən səmərəli istifadənin təmin edilməsi tədbirlərinin yerinə yetirilməsini yoxlamaq;

nöqsanların aradan qaldırılmasını tələb etmək, verilmiş hüquqlar daxilində obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikintisi, yenidən qurulması, istismara verilməsi, istismarı barədə icrası məcburi olan sərəncamlar (göstərişlər, qərarlar, tövsiyələr) vermək;

təqsirli şəxsləri müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb etmək, onların intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üçün materialları müvafiq təşkilatlara göndərmək, təbiəti mühafizə qanunvericiliyinin pozulması nəticəsində ətraf təbii mühitə və ya adamların sağlamlığına dəymiş zərərin ödənilməsi barədə məhkəmə və ya arbitraj vasitəsilə iddia qaldırmaq, ekoloji hüquq pozuntularına görə cərimələr kəsmək;

ətraf təbii mühitə, onun pisləşməsi nəticəsində isə adamların sağlamlığına zərər vuran müəssisələrin, qurğuların, digər obyektlərin işinin və hər hansı fəaliyyətin məhdudlaşdırılması, dayandırılması və ona xitam verilməsi barədə qərarlar qəbul etmək. Göstərilən qərarlar bütün nazirliklər, baş idarələr, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır. Bu qərarlar əsasında müvafiq bank idarələri qadağan olunmuş fəaliyyətin maliyyələşdirilməsini təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət nəzarəti orqanı qadağan haqqında qərarı ləğv edənədək dayandırır. Vəzifəli şəxslər, başqa işçilər, vətəndaşlar göstərilən qərarları yerinə yetirməməyə və pozmağa görə məsuliyyət daşıyırlar;

təbii ehtiyatlardan, o cümlədən meşə və qeyri-meşə bitkilərindən, dərman bitkilərindən, təbii müalicə amillərindən, heyvanlar aləmindən istifadə üçün müəssisələrə, təşkilatlara, kooperativlərə, vətəndaşlara norma (hədd) qoymaq və bunların çıxarılmasına (vurulmasına, yığılmasına, tədarükünə), habelə respublikadan kənara aparılmasına icazə (lisenziya) vermək.

Təbiəti mühafizə və təbiətdən istifadə  sahəsində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi qaydası onun haqqında  müvafiq Əsasnamə ilə tənzimlənir.

M a d d ə 26. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində idarə nəzarəti

Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində idarə nəzarətini nazirliklərin və baş idarələrin ekoloji və digər xidmətləri həyata keçirir. İdarə nəzarətinin vəzifəsi təbiətin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə, onların bərpasına, artırılmasına, ətraf təbii mühitin sağlamlaşdırılmasına dair idarə planlarının və tədbirlərinin yerinə yetirilməsini yoxlamaq, təbii ehtiyatların işlədilməsi normativlərinə, ətraf təbii mühitə təsirin həcminə, müvafiq təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilməsini yoxlamaqdır.

İdarə ekoloji xidmətlərinin və ya idarə ekoloji nəzarəti hüquqları verilmiş  xidmətlərin təşkili və fəaliyyət qaydası nazirlik və baş idarələrin Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırmaqla bu Qanun  əsasında   təsdiq  etdikləri  əsasnamələrlə  tənzimlənir.

M a d d ə 27. Təbiəti mühafizə  və təbiətdən istifadə sahəsində istehsalat nəzarəti

Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində istehsalat nəzarətini müəssisə, təşkilat və idarənin ekoloji xidməti həyata keçirir. İstehsalat nəzarətinin vəzifəsi təbiətin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə, onların bərpasına, artırılmasına, ətraf təbii mühitin sağlamlaşdırılmasına dair istehsalat planlarının və tədbirlərinin yerinə yetirilməsini yoxlamaq, təbii ehtiyatların işlədilməsi normativlərinə, ətraf təbii mühitə təsirin həcminə, təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilməsini yoxlamaqdır.

İstehsalat ekoloji nəzarəti xidmətinin təşkili və fəaliyyət qaydası müəssisə, təşkilat  və idarələrin və ya onların  yuxarı orqanlarının Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə  Nəzarət Komitəsi ilə razılaşdırmaqla bu Qanun əsasında təsdiq etdikləri əsasnamələrlə tənzimlənir.

M a d d ə 28. Təbiəti  mühafizə sahəsində ictimai nəzarət

Təbiəti mühafizə sahəsində ictimai nəzarəti Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin ictimai müfəttişləri, habelə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti, Ekologiya İttifaqı, Yaşıllar hərəkatı, Meşəçilər Cəmiyyəti və digər ictimai təşkilatlar, əmək kollektivləri, əhali həyata keçirir. İctimai nəzarətin vəzifəsi həyat və sağlamlıq üçün əlverişli olan ətraf təbii mühitin nazirliklər, idarələr, müəssisələr, təşkilatlar    vətəndaşlar tərəfindən təmin edilməsidir.

İctimai ekoloji nəzarətin həyata keçirilməsi qaydası bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik   aktları ilə, ictimai təşkilatlar    əmək  kollektivləri  haqqında qanunvericilik aktları, ictimai təşkilatların nizamnamələri ilə tənzimlənir.

 

VII   f ə s i l

DÖVLƏT EKOLOJİ EKSPERTİZASI

Maddə 29. Dövlət ekoloji ekspertizasının məqsəd və vəzifələri

Dövlət ekoloji ekspertizası təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətin təsiri nəticəsində ətraf təbii mühitə təsirin qiymətləndirilməsinin dolğunluğunu və düzgünlüyünü, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf təbii mühitin mühafizəsi barədə təklif olunan tədbirlərin səmərəsini yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən, dövlət sanitariya orqanlarının iştirakı ilə təşkil olunur və həyata keçirilir.

Dövlət ekoloji ekspertizası ətraf təbii mühitin mühafizəsi üçün zəruri tədbirdir və ətraf mühitə mənfi təsir göstərə biləcək təsadüfi qərarlar qəbul olunmasının qarşısını alır.

Dövlət ekoloji ekspertizasının vəzifələri  aşağıdakılardır:

nəzərdə tutulan və həyata keçirilən, ətraf təbii mühitin vəziyyətinə və əhalinin sağlamlığına hazırda və ya gələcəkdə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətin ekoloji təhlükəlilik səviyyəsini müəyyən etmək;

layihələşdirilən təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətin təbiəti mühafizə qanunvericiliyi tələblərinə, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğunu qiymətləndirmək;

nəzərdə tutulan təbiəti mühafizə tədbirlərinin keyfiyyəti normativlərinin nə dərəcədə əsaslı olduğunu müəyyən etmək.

M a d d ə 30. Dövlət ekoloji ekspertizasının əsasları və prinsipləri

Dövlət  ekoloji   ekspertizası  aşağıdakılara   əsaslanır:

respublikanın beynəlxalq hüquq öhdəlikləri;

qanunçuluq, elmi əsaslılıq, aşkarlıq priNsipləri, ekoloji, sosial, mühəndis. texnoloji, texniki, arxitektura—planlaşdırma, iqtisadi və başqa qiymətlərin inteqrasiyası prinsipləri;

təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin kompleks sosial-ekoloji-iqtisadi qiymətləndirilməsi nəticələri.

Dövlət  ekoloji ekspertizası  aşağıdakıları əsas tutur:

bütün insanların sağlamlıq və rifah üçün əlverişli ətraf mühitə malik olmaq hüququ;

indiki və gələcək nəsillərin mənafeyi naminə ekoloji tarazlığın, genofondun və canlı təbiətin rəngarəngliyinin qorunub saxlanmasını təmin etmək zərurəti;

təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəsi prezumpsiyası;

fərz edilən qəzaların baş verməsinin mümkünlüyü;

ətraf təbii mühiti qoruyub saxlamağın inkişafın ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməsi.

Maddə 31. Dövlət ekoloji ekspertizasının obyektləri

Dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır: respublikanın və xalq təsərrüfatı sahələrinin, Naxçıvan Muxtar Respublikasının məhsuldar qüvvələrinin inkişafına və yerləşdirilməsinə dair planqabağı və layihəqabağı sənədlərin bütün növləri (o cümlədən dövlət, respublika proqramlarının və beynəlxalq proqramların layihələri);

xalq təsərrüfatı obyektlərinin və komplekslərinin, o cümlədən xarici firmalarla birgə müəssisələrin tikintisinin (yenidən qurulmasının, genişləndirilməsinin, yeni texnika ilə təchiz edilməsinin) və ləğv olunmasının texniki-iqtisadi əsaslandırmaları (hesablamaları), layihələri;

sərbəst iqtisadi zonalarda təsərrüfat fəaliyyətini tənzimləyən sənədlər;

yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən başqa ölkələrdən idxal edilməsinə dair sənədlər;

təbiətdən istifadəni tənzimləyən qanunvericiliyin, direktiv, normativ-hüquqi, təlimat-metodik və normativ-texniki sənədlərin layihələri;

təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət nəticəsində yaranmış ekoloji şərait;

regionda, ayrı-ayrı təbii obyektlərdə, təbii kompleksdə (ekosistemdə) ekoloji şərait;

M a d d ə 32. Dövlət  ekoloji  ekspertizasının  təşkili

Dövlət ekoloji ekspertizasını Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi təşkil edir.

M a d d ə 33. Dövlət ekoloji ekspertizasının  keçirilməsi  qaydası

Dövlət ekoloji ekspertizasının keçirilməsi qaydasını, təqdim olunan sənədlərin həcmini və məzmununu, habelə ekspertizanın keçirilməsi müddətini və şərtlərini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi müəyyən edir.

M a d d ə 34. Dövlət  ekoloji ekspertizasının rəyi

Sənədlərin nəzərdən keçirilməsi nəticələri “Dövlət ekoloji ekspertizasının rəyi” şəklində rəsmiləşdirilir və onun müddəalarının icrası məcburidir.

M a d d ə 35.   Təsərrüfat fəaliyyəti layihələrinin həyata keçirilməsinin maliyyələşdirilməsi

Təsərrüfat fəaliyyəti layihələrinin həyata keçirilməsi yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi olduqda maliyyələşdirilməyə başlanır.

M a d d ə 36 Layihənin sifarişçisinin və hazırlayıcısının vəzifələri

Təsərrüfat fəaliyyəti layihəsinin sifarişçisi və hazırlayıcısı aşağıdakıları təmin etməyə borcludurlar:

bu Qanunun 31-ci maddəsində verilmiş siyahıya daxil olan obyektlər üzrə sənədlərin dövlət ekoloji ekspertizasına vaxtında təqdim   edilməsi;

dövlət ekoloji ekspertizasına təqdim edilən sənədlərin tələblərə uyğun şəkildə dolğunluğu;

dövlət ekspertizasının keçirilməsi prosesində zəruriliyi aşkara çıxmış elmi-tədqiqat və axtarış işlərinin (əlavə axtarışlar, nəzarət ölçmələri, sınaq nümunələrinin götürülməsi, analizi və i. a.) maliyyələşdirilməsi və keçirilməsi;

ekspertizanı keçirən ekspert orqanının tələbi. ilə ekspert komissiyasının (qrupunun, ekspertin) işi üçün zəruri olan əlavə məlumatın verilməsi.

M a d d ə 37.  Ekspert orqanlarının məsuliyyəti

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin ekspert orqanları dövlət ekoloji ekspertizasının keçirilməsi işlərinin respublikada təşkili, bu Qanunun 31-ci maddəsində verilmiş siyahıya daxil olan obyektlər üzrə sənədlərin tərtibi üçün, qüvvədə olan normaların, aktların, təbiəti mühafizə qanunvericiliyinin tələblərinə müvafiq surətdə əsaslı rəylərin verilməsi üçün, tabeliyində olan ekspertiza bölmələrinin işinə metodik rəhbərlik üçün tam məsuliyyət daşıyır və həmçinin aşağıdakılar üçün cavabdehdirlər:

ekspert komissiyalarının, qruplarının formalaşdırılması və ekspertlərin yığılması, onların əməyinin düzgün təşkil  edilməsi;

nəzərdən keçirilən təsərrüfat fəaliyyəti layihəsini yerinə yetirməyin nəzərdə tutulduğu (yaxud yerinə yetirildiyi) regionun ətraf mühitinin vəziyyəti haqqında mövcud məlumatla ekspertlərin təmin edilməsinə kömək göstərilməsi.

M ad d ə 38. Təsərrüfat  qərarının həyata   keçirilməsi   şərtlərini yerinə yetirməmək üçün məsuliyyət

Müəssisələrin, təşkilatların, idarələrin, nazirliklərin və baş idarələrin rəhbərləri, yerli hakimiyyət orqanlarının vəzifəli. şəxsləri və başqa işçiləri təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq layihələrdə və dövlət ekoloji ekspertizasının rəyində müəyyən edilmiş şərtləri tam həcmdə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar.

Göstərilən şərtlər pozulduqda Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə hüquq verilir ki, təsərrüfat qərarının həyata keçirilməsi prosesini dayandırsın (ona xitam versin).

M a d d ə 39. Layihədən sonrakı təhlilin məqsəd və vəzifələri

Təsərrüfat fəaliyyətinin layihədən sonrakı təhlili təbiətdən istifadəyə nəzarət sahəsində vacib tədbirdir və aşağıdakı məqsədləri güdür:

proqnozların verifikasiyası;

ekoloji vəziyyətin proqnozlaşdırılma strukturunun və metodlarının təkmilləşdirilməsi;

təsir amillərini müəyyənləşdirməyin əsas istiqamətlərinin aşkara çıxarılması üsulunun təkmilləşdirilməsi;

monitorinq sisteminin təkmilləşdirilməsi;

ekoloji ekspertiza üsulunun təkmilləşdirilməsi;

M a d d ə 40. Layihədən sonrakı təhlilin təşkili

Ətraf mühitə yüksək dərəcədə təsir göstərən obyektlərin təsərrüfat fəaliyyətinin layihədən sonrakı təhlilini Azərbaycan Respublikası Dövlət ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin qərarı ilə onun ekoloji ekspertiza orqanları müəssisələrin özlərinin apardığı ekoloji monitorinqin məlumatlarına, yoxlamaların, reydlərin nəticələrinə və nəzarət-müfəttişlik orqanlarından alınan başqa  operativ məlumata əsasən həyata  keçirirlər.

Layihədən sonrakı təhlil vaxtaşırı, hər 3—5 ildən bir keçirilməlidir.

Layihədən sonrakı təhlilin nəticələri ümumiləşdirilir, müəssisənin (zəruri hallarda konkret tədbirlər görmək üçün məcburi göstəriş şəklində) və respublika Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi   sisteminin nəzərinə çatdırılır.

Maddə 41. Tərəflərin fikir ayrılıqlarına baxılması qaydası

Dövlət ekoloji ekspertizasının nəticələri barəsində təsərrüfat fəaliyyəti layihəsinin sifarişçiləri ilə respublika Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi sisteminin ekspert orqanı arasında əmələ gələn fikir ayrılıqlarına Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində baxılır.

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində fikir ayrılıqlarına baxılması müddəti, bir qayda olaraq, 30 gündən çox olmamalıdır.

Fikir ayrılıqlarına baxılmasının nəticəsinə dair qərardan .müəyyən edilmiş qaydada məhkəməyə şikayət etmək olar.

M a d d ə 42. Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi

Dövlət ekoloji ekspertizasının təşkili və keçirilməsi üçün maliyyələşdirmə mənbələri, vəsaitin daxil olması həcmi və qaydası aşağıdakıları təmin etməlidir: .

ekspert orqanlarının   (bölmələrinin)   maliyyə müstəqilliyi;

dövlət ekoloji ekspertizasının yüksək keyfiyyəti və onun qərarlarının  əlaqədar   tərəflərin mövqelərindən  asılı olmaması;

dövlət ekoloji ekspertizası metodologiyasının inkişafı və təkmilləşməsi üçün şərait.

M a d d ə 43. Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi mənbələri

Dövlət ekoloji ekspertizası aşağıdakıların vəsaiti hesabına maliyyələşdirilir:

Azərbaycan Respublikasının dövlət büdcəsi;

sənədlərin sifarişçisi.

Xalq təsərrüfatının inkişafını idarəetmə sistemində dövlət ekoloji ekspertizasının statusu və onun nəzarət funksiyaları dövlət ekoloji ekspertizası işlərinin ödənişi zamanı Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi sisteminin ekspert orqanları ilə sənədlərin sifarişçisi və yaxud hazırlayıcısı, habelə əlaqədar şəxslər arasında təsərrüfat müqaviləsinə əsaslanan qarşılıqlı münasibətləri istisna edir.

M a d d ə 44.  Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi və ona ayrılan vəsaitdən istifadə edilməsi qaydası

Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi        ona ayrılan vəsaitdən istifadə edilməsi qaydası respublika Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən müəyyən olunur.

M a d d ə 45. Dövlət ekoloji ekspertizası orqanlarının saxlanması

Dövlət ekoloji ekspertizası orqanlarının aparatı yalnız Azərbaycan Respublikası dövlət büdcəsinin əməliyyat vəsaiti   hesabına saxlanılır.

M a d d ə 46. Dövlət ekoloji  ekspertizasının ödənilməsi

Dövlət ekoloji ekspertizasının təşkili və keçirilməsi ilə bağlı bütün xərcləri sənədlərin sifarişçisi və ya onun keçirilməsinə təşviq edən orqan (şəxs) ödəyir. Dövlət ekoloji ekspertizasının ödənilməsi məbləğləri sənədlərin mürəkkəbliyi kateqoriyası ilə müəyyən edilir və bu materialın dövlət ekoloji ekspertizasını keçirmək vəzifəsinin tapşırıldığı ekspert orqanının rəhbəri ilə qabaqcadan razılaşdırılır. Ayırmaların məbləğlərini respublika Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi müəyyən edir.

Xarici iqtisadi fəaliyyətlə bağlı obyektlər üzrə sənədlərin dövlət ekoloji ekspertizası qismən sərbəst dönərli valyuta ilə ödənilir. Bu zaman sərbəst dönərli valyuta şəklində ayırmaların miqdarı valyuta qoyuluşunun və ya müəssisənin mənfəətində onun payının nisbətinə əsasən müəyyən edilir.

Vəsait sənədlər baxılmağa verilənədək təbiəti mühafizə üzrə müvafiq dövlət idarəetmə orqanının hesabına köçürülür.

Maddə 47.     Dövlət ekoloji ekspertizası rəyinin yerinə yetirilməməsinin nəticələri və səhv rəyə kərə ekspertlərin məsuliyyəti

Müəssisə, təşkilat, idarə rəhbərləri, başqa vəzifəli şəxslər və digər işçilər dövlət ekoloji ekspertizasının rəsmi rəyini yerinə yetirməməyə görə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Göstərilən rəylərə zidd olan qərarlar etibarsızdır və yerinə yetirilə bilməz.

Dövlət ekoloji ekspertizası orqanlarının vəzifəli şəxsləri və digər işçiləri öz qərarlarının düzgünlüyü, əsaslılığı və dolğunluğu üçün məsuliyyət daşıyırlar.

M a d d ə 48. Dövlət ekoloji ekspertizasının ekspert komissiyaları

Ən mühüm xalq təsərrüfatı problemlərinin həlli, dövlət proqramları, çox iri və mürəkkəb obyektlərin və komplekslərin tikintisinin texniki-iqtisadi əsaslandırmaları (hesablamaları) və layihələri üzrə sənədlərin dövlət ekoloji ekspertizası alimlərdən, mütəxəssislərdən və ictimaiyyətin nümayəndələrindən ibarət ekspert komissiyalarının   (qruplarının)   köməyi ilə həyata keçirilə bilər.

VIII   fəsil

MÜƏSSİSƏLƏRİN,  QURĞULARIN  VƏ BAŞQA OBYEKTLƏRİN

YERLƏŞDİRİLMƏSİ,  LAYİHƏLƏŞDİRİLMƏSİ,  TİKİNTİSİ,  YENİDƏN

QURULMASI    İSTİSMARA VERİLMƏSİ ZAMANI  İRƏLİ SÜRÜLƏN

EKOLOJİ  TƏLƏBLƏR

M a d d ə 49.      Müəssisələrin, qurğuların və başqa obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi zamanı irəli sürülən ümumi ekoloji tələblər

Təsərrüfat obyektləri yerləşdirilərkən, onların tikintisi, yenidən qurulması və genişləndirilməsi texniki-iqtisadi cəhətdən əsaslandırılarkən, sənaye, nəqliyyat, energetika, kommunal-məişət, kənd, su təsərrüfatı müəssisələri, binaları, qurğuları layihələşdirilərkən, tikilərkən, yenidən qurularkən, istismara verilərkən, elektrik, rabitə xətləri, boru kəmərləri, kanallar və başqa xətlər çəkilərkən ekoloji normativlər, əhalinin ekoloji təhlükəsizliyi və sağlamlığının qorunması tələbləri yerinə yetirilməli, təbiətin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadə olunmasına, onların bərpasına və artırılmasına, ehtiyatlara qənaət edilməsinə, ətraf təbii mühitin sağlamlaşdırılmasına dair tədbirlər nə zərdə tutulmalıdır.

Ekoloji   normativlər sisteminə  aşağıdakılar  daxildir:

ətraf təbii mühitdə çirkləndirici maddələrin yol verilə bilən qatılıq həddi;

ətraf mühitə bir dəfəyə atılan və axıdılan çirkləndirici maddələrin yol verilə bilən son hədləri;

səs-küyün, elektromaqnit şüalanmasının və digər zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri, həmçinin radiasiya təhlükəsinin son həddi, Sanitariya normaları və qaydaları, gigiyena normativləri.

Göstərilən normativlərin və tələblərin pozulması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, yaxud Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitariya nəzarətinin, ya da Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin qərarlarına uyğun olaraq, ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, istismara verilməsi üzrə fəaliyyətin dayandırılmasına, yaxud məhdudlaşdırılmasına, ya da ona xitam verilməsinə, eyni zamanda qadağan olunmuş işlərin bank idarələri tərəfindən maliyyələşdirilməsinin pozuntular aradan qaldırılanadək kəsilməsinə səbəb olur.

Ekoloji normativlər Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər səlahiyyətli dövlət orqanları tərəfindən hazırlanır və tətbiq edilir.

Maddə 50.     Ətraf təbii mühitə əhəmiyyətli dərəcədə təsir göstərən layihələrin hazırlanması və həyata keçirilməsi

Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizi akvatoriyasındakı iqtisadi zonasının hüdudları daxilində ətraf təbii mühitin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən və ya göstərə bilən iri təsərrüfat layihələri dövlət ekoloji ekspertizasının rəyinə, zəruri hallarda isə ümumxalq müzakirəsinin nəticələrinə əsasən Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qərarla hazırlanır və həyata keçirilir.

Məhsuldar təbii ekoloji sistemlərin və təbii tarazlığın pozulması və ya dağılması, regional iqlimdə və ya mikroiqlimdə mənfi dəyişikliklər baş verməsi, bitkilərin və heyvanların genetik fondunun məhv olması, Yer kürəsinin ozon təbəqəsinə mənfi təsir göstərilməsi, adamların sağlamlığı, təbii mühit və cəmiyyətin sosial həyatı üçün digər ağır nəticələrin törənməsi ilə bağlı layihələrin hazırlanması və həyata keçirilməsi qadağandır.

Maddə 51.     Müəssisələrin,  qurğuların      başqa    obyektlərin yerləşdirilməsi zamanı verilən ekoloji tələblər

Ekoloji cəhətdən zərərli olan müəssisələr, qurğular və başqa obyektlər yerləşdirilərkən ətraf təbii mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə, onların bərpası və artırılması, göstərilən obyektlərin yaxın və uzaq ekoloji, genetik, iqtisadi, demoqrafik, mənəvi nəticələrinin nəzərə alınması tələblərinin yerinə yetirilməsi təmin olunmalıdır.

Ekoloji cəhətdən zərərli olan müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi üçün yerlər Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və onun yerli orqanlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müsbət rəyi olduqda müvafiq xalq deputatları Sovetlərinin razılığı ilə müəyyən edilir. Zəruri hallarda müəyyən ərazidə yaşayan əhalinin ekoloji mənafeyinə toxunan obyektlərin yerləşdirilməsi zamanı xalq deputatları Sovetinin qərarı göstərilən əhalinin müzakirəsinin nəticələrinə əsasən qəbul edilir.

Maddə 52.     Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinin texniki-iqtisadi əsaslandırılmasına və layihələşdirilməsinə verilən ekoloji tələblər

Müəssisələrin, qurğuların, başqa obyektlərin tikintisi, yenidən qurulması, genişləndirilməsi və layihələşdirilməsi texniki-iqtisadi cəhətdən əsaslandırılarkən ətraf təbii mühitin məruz. qaldığı gərginliyin yol verilə bilən son normaları nəzərə alınmalı və elmi texniki tərəqqinin müasir səviyyəsinə uyğun olaraq əsas texnologiyaları ekoloji cəhətdən təhlükəsiz texnologiyalarla əvəz etməyi, eyni zamanda təmizləmə sistemlərini təkmilləşdirməyi, ətraf təbii mühitin zərərli tullantılarla və çirkabla çirklənməsinin qarşısını almağı və bunu aradan qaldırmağı, enerjiyə və ehtiyatlara qənaət edən, az tullantılı və tullantısız texnologiyaların tətbiqi əsasında tullantıları və çirkabı zərərsizləşdirməyi, bunlardan təkrar istifadə etməyi, təbii ehtiyatları səmərəli işlətməyi, bərpa etməyi və artırmağı, ətraf təbii mühiti sağlamlaşdırmağı təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

Qanunvericiliklə müəyyənləşdirilmiş ekoloji tələblərə uyğun gəlməyən layihələr təsdiq edilməməli, müvafiq bank idarələri isə bu layihələrin həyata keçirilməsi işlərini maliyyələşdirməməlidirlər.

Maddə 53. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə, yenidən qurulmasına verilən ekoloji tələblər

Ekoloji cəhətdən zərərli olan müəssisələr, qurğular və başqa obyektlər dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə təsdiqlənmiş layihələr əsasında, qüvvədə olan təbiəti mühafizə, sanitar, habelə tikinti normalarına və qaydalarına ciddi əməl edilməklə-tikilməli və yenidən qurulmalıdır.

Layihə təsdiq edilənədək və torpaq sahəsi ayrılanadək ərazidə hazırlıq işlərinin görülməsi, obyektlərin tikintisi, yenidən qurulması qadağandır. Təsdiq edilmiş layihəni və ya layihə işlərinin dəyərini ekoloji təhlükəsizlik və ya təbiətdən səmərəli istifadə tələblərinə zidd olaraq dəyişdirməyə yol verilmir.

Layihənin təbiəti mühafizə bölməsində nəzərdə tutulmuş işlər ilk növbədə yerinə yetirilir.

Qanunun bu maddəsində göstərilmiş tələblərin pozulması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının, yaxud Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitar nəzarətinin qərarı ilə tikinti işlərinin qeyd olunmuş nöqsanlar aradan qaldırılanadək dayandırılmasına və müvafiq bank idarəsinin bu işləri maliyyələşdirməyə xitam verməsinə səbəb olur.

M a d d ə 54. Müəssisələr, qurğular və başqa obyektlər istismara verilərkən irəli sürülən  ekoloji tələblər

Müəssisələr, qurğular və başqa obyektlər layihədə nəzərdə tutulmuş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə, Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitar nəzarəti nümayəndələrinin iştirakı ilə yaradılan qəbul komissiyalarının aktları əsasında istismara verilir.

Dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan, zərərli tullantıların və çirkabın yol verilə bilən son normativlər səviyyəsində təmizlənməsinə, zərərsizləşdirilməsinə və təkrar işlədilməsinə imkan verən səmərəli qurğu və mexanizmlərlə, ətraf təbii mühitin çirklənməsinə nəzarət vasitələri ilə təmin edilmədən, habelə təbiətin mühafizəsi, torpaqların rekultivasiyası, digər təbii ehtiyatların bərpası, ətraf təbii mühitin sağlamlaşdırılması üzrə layihələşdirilmiş işlər istismaradək başa çatdırılmadan obyektlərin istismara verilməsi qadağandır.

Qəbul komissiyasının sədri və üzvləri qüvvədə olan qanunvericiliyə müvafiq surətdə obyektlərin istismara qəbulu qaydalarına əməl edilməsi üçün şəxsi məsuliyyət daşıyırlar.

 

IX  f ə s i l

MÜƏSSİSƏLƏRİN,  QURĞULARIN,  BAŞQA OBYEKTLƏRİN  İSTİSMARINA VƏ DİKƏR FƏALİYYƏTƏ VERİLƏN EKOLOJİ TƏLƏBLƏR

Maddə 55.     Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarına  verilən ümumi ekoloji tələblər

Müəssisələr, təşkilatlar, idarələr ətraf mühitin müəyyən olunmuş keyfiyyət normativlərinə əməl olunmasını təmizləmə qurğularının, mexanizmlərinin və onlara nəzarət vasitələrinin fasiləsiz və səmərəli işi, tullantıların zərərsizləşdirilməsi və təkrar işlədilməsi, ekoloji cəhətdən təhlükəsiz texnologiyalara keçid əsasında təmin edir, təbii ekosistemlərin məhsuldarlığını qoruyub saxlamaq və bərpa etmək sahəsində tədbirlər görürlər.

Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı zamanı ekoloji tələblərin pozulması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının, yaxud Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitar  nəzarətinin qərarları ilə müəssisələrin, qurğuların və başqa

obyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına, dayandırılmasına və ona xitam verilməsinə, eyni zamanda  bu qərarlar əsasında

bank idarəsinin qadağan olunmuş fəaliyyəti maliyyələşdirməyə müvafiq orqanlar həmin qərarları ləğv edənədək xitam verməsinə səbəb olur.

Ekoloji cəhətdən zərərli obyektlərin fəaliyyətinin profilini Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin və yerli xalq deputatları Sovetlərinin razılığı ilə nazirliklər, baş idarələr, müəssisələr, təşkilatlar, idarələr dəyişdirirlər.

M a d d ə 56. Kənd və meşə təsərrüfatında ekoloji  tələblər

Kənd və meşə təsərrüfatı ilə məşğul olan müəssisələr, təşkilatlar və idarələr, habelə vətəndaşlar torpaqları, sututarları, meşələri və digər yaşıllıqları, heyvanlar aləmini kortəbii qüvvələrin zərərli təsirindən, təbii torpaq və bitki ekosistemlərinin  vəziyyətini    məhsuldarlığını pisləşdirən, adamların sağlamlığına və ətraf təbii mühitə ziyan vuran texnikanı, kimyəvi və başqa maddələrin tətbiqinin mənfi nəticələrindən, digər amillərdən qorumaq üçün Meşə məcəlləsinin tələbləri əsasında tədbirlər kompleksi hazırlamağa və yerinə yetirməyə   borcludurlar.

Göstərilən tələblərin yerinə yetirilməməsi, ətraf təbii mühitə və adamların sağlamlığına ziyan vurulması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının, yaxud Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitar nəzarətinin qərarı ilə kənd təsərrüfatı obyektlərinin və başqa obyektlərin ekoloji cəhətdən zərərli fəaliyyətinin məhdudlaşdırılmasına, dayandırılmasına və ya ona xitam verilməsinə səbəb olur.

M a d d ə 57. Meliorasiya işlərinə  verilən   ekoloji tələblər

Meliorasiya işləri görülərkən, meliorasiya sistemləri istismar edilərkən təbii su obyektlərinin su balansının saxlanmasına, su və torpaq ehtiyatlarından səmərəli istifadə olunmasına, subasmanın, bataqlaşmanın, şoranlaşmanın, torpaq eroziyasının balıqların kürüləmə, yemləmə, qışlama və miqrasiya yerlərinin məhv. olmasının və ətraf təbii mühit üçün digər zərərli nəticələrin qarşısının alınmasına yönəldilən tədbirlər ilk növbədə təmin edilir.

Göstərilən tələblərin yerinə yetirilməməsi, Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının qərarı ilə meliorasiya sistemlərinin istismarının və meliorasiya işlərinin yerinə yetirilməsinin qusurlar aradan qaldırılanadək dayandırılmasına və ya bunlara xitam verilməsinə, eyni zamanda bank idarələrinin qadağan olunmuş işləri maliyyələşdirməyə xitam verməsinə səbəb olur.

M a d d ə 58. Energetika obyektlərinə verilən ekoloji tələblər

Su-elektrik stansiyaları və başqa energetika obyektləri yerləşdirilərkən, layihələşdirilərkən və tikilərkən Azərbaycan Respublikasının elektrik enerjisinə real tələbatı, obyektin yerləşdirilməsi üçün ərazinin relyefi, torpaqların, meşələrin, faydalı qazıntı yataqlarının, yaşayış məntəqələrinin, tarix, təbiət və mədəniyyət abidələrinin maksimum! qorunması, heyvanlar aləminin, o cümlədən balıq ehtiyatlarının səmərəli mühafizəsi üçün tədbirlər, dəryaçaların yataqları təmizlənərkən və doldurularkən torpağın münbit qatından, oduncaqdan vaxtında istifadə olunması, ətraf təbii mühitdə mənfi dəyişikliklərə yol verilməməsi üçün tədbirlər, energetika obyektindən ötrü ayrılmış meşə fondunun başqa torpaqlar hesabına  bərpa edilməsi tədbirləri nəzərə  alınmalıdır.

Azərbaycan Respublikasında atom-elektrik stansiyalarının yerləşdirilməsi qadağandır.

İstilik-elektrik stansiyaları layihələşdirilərkən, tikilərkən, istismara verilərkən və istismar edilərkən zərərli tullantıları və buraxılan qazları təmizləmək üçün onların yüksək səmərəli süzgəclərlə və başqa vasitələrlə təchiz edilməsi üçün tədbirlər görülməsi, ekoloji cəhətdən zərərsiz yanacaq növlərindən istifadə olunması nəzərdə tutulmalı və təmin edilməlidir.

Nazirliklər, baş idarələr, müəssisələr, təşkilatlar, idarələr ekoloji cəhətdən təmiz və təhlükəsiz olan qeyri-ənənəvi enerji növlərinin (günəş, külək, dəniz qabarması, bioenergetika və i. a.)nimsənilməsini və geniş miqyasda işlədilməsini inkişaf etdirməlidirlər.

Maddə 59. Radioaktiv  materiallardan istifadəyə verilən ekoloji tələblər

Müəssisələr, təşkilatlar, idarələr radioaktiv maddələrin (ionlaşdırıcı şüalanma mənbələrinin, nüvə materiallarının) istehsalı, saxlanması, daşınması, istifadəsi, kənar edilməsi, basdırılması qaydalarına əməl etməyə, müəyyən edilmiş son normalardan artıq radiasiyaya yol verməməyə, radiasiya yol verilə bilən son normalardan artıq olduqda isə dərhal respublikada radiasiya təhlükəsizliyinə nəzarət edən və onu təmin edən orqanlara məlumat verməyə, çirklənmə mənbələrinin ləğvi üçün tədbirlər görməyə borcludurlar.

Radioaktiv materiallarla işləmə qaydalarına əməl olunmasını təmin etməyən müəssisələr, təşkilatlar, idarələr Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi orqanlarının, habelə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının və Səhiyyə Nazirliyinin qərarına əsasən həmin maddələrdən istifadə etmək hüququndan məhrum edilir, yaxud belə materiallardan istifadə sahəsində onların fəaliyyəti qeyd olunan nöqsanlar aradan qaldırılanadək dayandırılır.

Başqa bölgələrdən və xaricdən radioaktiv tullantıların saxlamaq və basdırmaq məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsi, eləcə də Azərbaycan Respublikasında saxlanması və basdırılması qadağandır.

M a d d ə 60. Kimyəvi maddələrdən istifadəyə verilən    ekoloji tələblər

Müəssisələr, təşkilatlar, idarələr, onların vəzifəli şəxsləri və vətəndaşlar kənd təsərrüfatında, başqa sahələrdə bitkiqoruma, boyartırma vasitələri kimi işlədilən kimyəvi maddələrin, mineral gübrələrin istehsalı, saxlanması, daşınması və tətbiqi qaydalarına əməl etməyə, onlardan istifadə üçün müəyyən edilmiş normativləri yerinə yetirməyə, onların tətbiqinin insan sağlamlığı və ətraf təbii mühit üçün zərərli nəticələrinin qarşısının alınması və  aradan qaldırılması üçün tədbirlər görməyə borcludurlar.

Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində insan orqanizminə və ətraf təbii mühitə fəal təsir göstərən, habelə ətraf təbii mühitdə hansı miqdarda olduğunu müəyyən etmək üçün metodlar olmayan zəhərli kimyəvi maddələrin tətbiqi qadağandır.

Kimyəvi maddələrin tətbiqi qaydalarının pozulması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yaxud Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi orqanlarının qərarına əsasən müvafiq kimyəvi maddələrin istehsalının, saxlanmasının, daşınmasının qadağan edilməsinə səbəb olur.

Maddə 61. Ətraf təbii mühitin zərərli bioloji təsirlərdən qorunması

Ətraf təbii mühitə bioloji təsir göstərən və ya bioloji təsir göstərə bilən müəssisələr, təşkilatlar, idarələr bioloji mikroorqanizm növlərinin, həşəratların və maddələrin ekoloji cəhətdən zərərsiz istehsalını (yaradılmasını), saxlanmasını, daşınmasını, işlədilməsini və kənar edilməsini təmin etməyə, qəzalara və fəlakətlərə yol verilməməsi, ətraf təbii mühitə və insan sağlamlığına zərərli bioloji təsirin nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər  görməyə  borcludurlar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanları əhaliyə və ətraf təbii mühitə bioloji təsir mənbələrini müşahidə edir, uçota alır və bioloji təsirin səviyyəsinə nəzarət edirlər.

Ətraf təbii mühitə təsirin yol verilə bilən son səviyyəsinin pozulması, bioloji mikroorqanizm! növlərinin, həşəratların və maddələrin saxlanması və işlədilməsi qaydasının pozulması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sanitar nəzarəti orqanlarının qərarına əsasən bu çirklənmənin mənbəyi olan müəssisələrin və başqa obyektlərin işinin dayandırılmasına, işinə xitam verilməsinə səbəb olur.

Maddə 62. Ətraf təbii mühitin səs-küydən, vibrasiyadan, maqnit sahələrindən,  elektromaqnit    şüalanmasından və digər zərərli fiziki təsirlərdən    qorunması

Yerli xalq deputatları Sovetləri, icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, habelə vətəndaşlar zərərli istehsalat və məişət səs-küyünün, vibrasiyasının, maqnit

sahələrinin elektromaqnit şüalanmasının zərərli təsirinin və ətraf təbii mühitə digər zərərli fiziki təsirlərin qarşısının alınması və aradan qaldırılması sahəsində zəruri tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində normativlərin yerinə yetirilməməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sanitar nəzarəti orqanlarının, Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, yerli xalq deputatları Sovetlərinin və icra hakimiyyəti orqanlarının qərarına əsasən müəssisələrin, sexlərin, aqreqatların, başqa avadanlığın və aparatların işinin, nəqliyyat vasitələrinin, digər zərərli səs-küy, vibrasiya mənbələrinin, maqnit sahələrinin istismarının aşkara çıxarılmış qüsurlar aradan qaldırılanadək dayandırılmasına, bunlara xitam verilməsinə səbəb olur.

Maddə 63. Ətraf təbii mühitin istehsalat və məişət tullantılarından qorunması

Yerli xalq deputatları Sovetləri, icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, habelə vətəndaşlar istehsalat və məişət tullantıları əmələ kəlməsinin azaldılması, bunların zərərsizləşdirilməsi, emalı, təkrar işlədilməsi, anbara vurulması və ya basdırılması üçün səmərəli tədbirlər görməyə borcludurlar.

Yerli xalq deputatları Sovetləri, icra hakimiyyəti orqanları tullantıların anbara vurulması və basdırılması yerlərini müəyyən etmək üçün təbiəti mühafizə orqanları, sanitar nəzarəti, geologiya orqanları ilə qabaqcadan razılaşdırılmış qərarlar qəbul etməlidirlər. Sututarlara, yeraltı laylara, yaşayış massivlərinin, meşələrin ərazilərinə, kənd təsərrüfatı yerlərinə və başqa torpaq sahələrinə tullantıların atılması və tərkibində tullantı olan təmizlənməmiş çirkabın axıdılması qadağandır.

Göstərilən qaydalara əməl edilməməsi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi orqanlarının, yaxud yerli icra hakimiyyəti orqanlarının qərarına əsasən müəssisələrin müvafiq tullantıları əmələ gətirən fəaliyyətinin məhdudlaşdırılmasına, dayandırılmasına və ya fəaliyyətinə xitam verilməsinə səbəb olur.

 

X   f ə s i l

TƏBİƏTİN MÜHAFİZƏSİNDƏ ƏHALİNİN İŞTİRAKI

M a d d ə 64. Təbiətin mühafizəsində əhalinin iştirakı formaları

Təbiətin mühafizəsində əhali təbiəti mühafizə qanunvericiliyi pozuntularının qarşısının alınması və aradan qaldırılması tədbirlərinə şəxsən əmək sərf etmək yolu ilə (vətəndaşların arzusu üzrə), təbiəti mühafizə fondlarına könüllü surətdə vəsait vermək yolu ilə, əmək kollektivlərinin, ekoloji ictimai təşkilatların həyata keçirdikləri təbiəti mühafizə işinə qoşulmaq yolu ilə iştirak edir.

Maddə 65. İctimai  ekoloji  təşkilatların  səlahiyyətləri

İctimai ekoloji təşkilatlar, ekoloji vəzifələri yerinə yetirən digər ictimai təşkilatlar və birliklər aşağıdakı hüquqlara malikdir.

öz ekoloji proqramlarını hazırlamaq, təsdiq və təbliğ etmək, əhalinin və onun ayrı-ayrı qruplarının ekoloji hüquq və mənafelərini qorumaq, əhalinin ekoloji mədəniyyətini inkişaf etdirmək, vətəndaşları könüllülük əsasında fəal təbiəti mühafizə fəaliyyətinə cəlb etmək;

öz vəsaiti və cəlb olunmuş vəsait, əhalinin əməkdə iştirakı hesabına təbii ehtiyatların mühafizəsi, bərpası və artırılması, ətraf təbii mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması işlərini yerinə yetirmək, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar tərəfindən təbiəti mühafizə tədbirlərinin necə yerinə yetirildiyini öyrənmək və ya dövlət orqanlarının təşkil etdiyi və keçirdiyi belə yoxlamalarda iştirak etmək, təbiəti mühafizə qanunvericiliyinin pozuntularına qarşı mübarizədə dövlət təbiəti mühafizə orqanlarına hər vasitə ilə kömək Göstərmək, təbiəti mühafizə üzrə ictimai fondlar yaratmaq və bu fondları ekoloji tədbirlərin keçirilməsinə sərf etmək;

ekoloji cəhətdən təhlükəli və zərərli müəssisələrin, qurğuların və obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istismara verilməsi üzrə dövlət ekoloji ekspertizasında iştirak etmək, ictimai ekoloji ekspertiza təşkil etmək və keçirmək, ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsinə, tikintisinə, istismarına dair qərarların ləğv edilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, xitam olunması və ya profilinin dəyişdirilməsi barədə müəyyənləşdirilmiş qaydada məsələ qoymaq;

ətraf təbii mühitin vəziyyəti, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi tədbirləri haqqında, təbiəti mühafizənin əsas istiqamətləri, təbiəti mühafizə üzrə dövlət planları, proqramları, tədbirləri haqqında vaxtında, tam və düzgün məlumat verilməsini tələb etmək, onu almaq və əhali arasında yaymaq;

məhsuldar qüvvələrin, xalq təsərrüfatı sahələrinin və obyektlərin inkişafı və yerləşdirilməsi haqqında qəbul olunan qərarların dövlət ekoloji ekspertizasının və ümumxalq müzakirəsinin təyin olunmasını tələb etmək;

təbiəti mühafizə və təbiətdən istifadə məsələləri üzrə yığıncaqlar təşkil etmək və keçirmək, ekoloji platformasını mətbuatda, radio və televiziya ilə şərh etmək;

təbiəti mühafizə qanunvericiliyinin pozulması nəticəsində vətəndaşların sağlamlığına və əmlakına, ətraf təbii mühitə dəyən zərərin ödənilməsi barədə dövlət təbiəti mühafizə orqanları müəyyən edilmiş qaydada iddialar qaldırmırsa, məhkəmə və ya arbitraj vasitəsilə belə iddialar qaldırmaq.

İctimai təşkilatlar və digər ictimai birliklər öz nizamnamələrinə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə ekoloji fəaliyyət Göstərirlər.

M a d d ə 66.       Təbiətin mühafizəsində və təbiətdən istifadədə vətəndaşların hüquqları və vəzifələri

Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:

təbiətin mühafizəsində iştirak etmək, Azərbaycanın təbii sərvətlərini öz şəxsi əməyi ilə qorumaq və artırmaq;

təbiəti mühafizə sahəsində ictimai təşkilatlar, fondlar və başqa ictimai birliklər yaratmaq, belə təşkilatlara üzv olmaq;

ümumxalq müzakirəsinə (referenduma) çıxarılan qanunvericilik aktlarının və başqa aktların layihələrinin müzakirəsində iştirak etmək, təbiəti mühafizə və təbiətdən istifadə məsələləri barədə məktublar,  ərizələr, şikayətlər, təkliflər  ilə  müraciət  etmək;

ətraf təbii mühitin vəziyyəti və onun mühafizəsi    tədbirləri, barədə vaxtında, tam və düzgün məlumat verilməsini müvafiq orqanlardan tələb etmək;

 ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikintisi, yenidən qurulması, istismarı barədə qərarların ləğv edilməsinə, ətraf mühitə və insan sağlamlığına mənfi təsir Göstərən müəssisələrin, qurğuların və başqa obyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına, dayandırılmasına, xitam olunmasına dair təkliflər vermək;

ətraf təbii mühitə mənfi təsir nəticəsində öz sağlamlığına və əmlakına dəymiş zərərin ödənilməsi barədə müvafiq müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara məhkəmə vasitəsilə iddia vermək;

Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar təbiəti, onun sərvətlərini qorumalı, istifadəyə verilmiş təbii ehtiyatları səmərə ilə işlətməli, təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl etməlidirlər.

Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar təbiəti mühafizə sahəsində öz hüquq və vəzifələrini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə   müvafiq surətdə həyata keçirirlər.

Maddə 67. Təbiəti mühafizə sahəsində ictimai təşkilatların və vətəndaşların hüquqlarının təmin edilməsi

Azərbaycan Respublikası ictimai ekoloji təşkilatlara, ekoloji vəzifələri yerinə yetirən başqa ictimai təşkilatlara və vətəndaşlara təbiəti mühafizə sahəsində verilmiş hüquqların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə həyata keçirilməsinə təminat verir.

 

XI   f ə s i l

EKOLOJİ TƏHSİL VƏ TƏRBİYƏ, ELMİ TƏDQİQATLAR

Maddə 68. Ekoloji təhsilin və tərbiyənin ümumiliyi, kompleksliliyi və fasiləsizliyi

Azərbaycan Respublikasında cəmiyyətin ekoloji mədəniyyətini və mütəxəssis kadrların peşə hazırlığını yüksəltmək məqsədi ilə məktəbəqədər, məktəb təlim-tərbiyəsini, orta ixtisas və ali tədris müəssisələrində mütəxəssislərin peşə hazırlığını, onların ixtisasının artırılmasını əhatə edən ümumi, kompleks, fasiləsiz və müyəssər ekoloji təhsil və tərbiyə sistemi müəyyən edilir.

M a d d ə 69. Tədris müəssisələrində ekoloji biliklərin tədrisinin icbariliyi

Vətəndaşların ekoloji mədəniyyətinin formalaşmasında zəruri olan minimum ekoloji biliklərə yiyələnmək üçün Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün orta ixtisas və ali tədris müəssisələrində onların profilinə uyğun olaraq təbiəti mühafizə və təbiətdən səmərəli istifadə üzrə xüsusi kursların tədrisi nəzərdə tutulur.

M a d d ə 70. Rəhbər işçilərin və mütəxəssislərin peşəkar ekoloji hazırlığı

Ətraf təbii mühitə və insanın sağlamlığına zərərli təsir Göstərən fəaliyyətlə, habelə təbiətdən istifadə ilə bağlı olan, yaxud təbiəti mühafizə və ya təbiətdən istifadənin təşkili ilə bilavasitə və ya dolayısı ilə əlaqədar funksiyaları yerinə yetirən dövlət müəssisələrinin, təşkilatlarının və idarələrinin rəhbər işçiləri, digər vəzifəli şəxsləri və mütəxəssisləri zəruri ekoloji hazırlığa malik olmalıdırlar, işçi vəzifəyə təyin edilərkən, attestasiya və yenidən attestasiya keçərkən bu hazırlıq nəzərə alınır.

Göstərilən hazırlığa malik olmayan şəxslər müvafiq ekoloji biliklər tələb edən dövlət təşkilatlarında işləri yerinə yetirməyə buraxılmırlar.

Maddə 71. Ekoloji biliklərin təbliği

Azərbaycan təbiətinə qayğıkeş münasibətin tərbiyə olunması, onun sərvətlərindən səmərəli istifadə edilməsi. məqsədilə ekoloji biliklər və ekoloji mədəniyyət, habelə Azərbaycan Respublikasının təbiətdən istifadə qanunvericiliyi geniş təbliğ olunur.

Ekoloji biliklərin və ekoloji mədəniyyətin təbliği Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitar nəzarəti orqanlarına, digər dövlət və ictimai orqanlara və təşkilatlara, mətbuata, radio və televiziyaya, başqa kütləvi informasiya vasitələrinə, muzeylərə, sərgilərə, digər mədəniyyət idarələrinə həvalə edilir.

M a d d ə 72. Ekologiya sahəsində elmi tədqiqatlar

Azərbaycan Respublikasının Elmlər Akademiyası, sahə elmi tədqiqat təşkilatları, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri, ali tədris müəssisələri təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə, onların bərpası və artırılması, ətraf təbii mühitin sağlamlaşdırılması, ehtiyatların qənaətlə işlədilməsi, təbii komplekslərin və ekoloji sistemlərin əlverişli rejiminin saxlanması, ətraf mühitin insana və canlı təbiətə mənfi təsirinin qarşısının alınması sahəsində elmi tədqiqatları müqavilələr əsasında təşkil edir və həyata keçirir, səmərəli elmi tədqiqatlar aparılması və əldə edilmiş nəticələrin tətbiq edilməsi üçün lazımi şərait yaradırlar.

Təbiəti mühafizəni və təbiətdən istifadəni elmi cəhətdən təmin etmək məqsədilə üstünlük verilən elmi tədqiqatlar aşağıdakılara yönəldilir:

respublikanın təbiəti mühafizə siyasətinin elmi əsaslarının hazırlanması, sənaye, nəqliyyat, kənd təsərrüfatı və başqa müəssisələrin, qurğuların və obyektlərin istismarı zamanı onların ekoloji təhlükəsizliyini təmin edən az tullantılı və tullantısız mütərəqqi texnoloji proseslərin və müasir texniki vasitələrin yaradılması;

təbiətdən iqtisadi cəhətdən səmərəli istifadənin, xammalın qənaətlə işlədilməsinin təmin olunması;

ətraf təbii mühitin vəziyyətinə fasiləsiz nəzarət, istehsalatı idarəetmə, avadanlığın qəzasız və təhlükəsiz istismarı vasitələrinin yaradılması;

antropogen fəaliyyətin təsiri altında təbii mühitdə baş verən proseslərin həmin ərazini məruz qoyduğu ekoloji gərginliyin yol verilə bilən son həddinin müəyyən edilməsi;

ətraf təbii mühitə zərərli təsirin nəticələrini aradan qaldırmaq,  azaltmaq üçün mümkün üsulların müəyyən edilməsi;

təbii mühitin və təbii ehtiyatların keyfiyyətinin bərpa olunması.

Elmi idarələrin alim və mütəxəssislərin məqsədli, kompleks ekoloji proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir, təbiəti mühafizə üzrə elmi-texniki, ekspert və ictimai şuraların tərkibinə daxil olur, layihələrin ekoloji ekspertizası üzrə rəylər verir, təbii ehtiyatlardan səmərəli istifadə və təbiəti mühafizə sahəsində əməli  məsələlərin  həllinə   kömək  göstərir, cəmiyyətin  ekoloji mədəniyyətinin  formalaşmasında  iştirak edir və öz  araşdırmalarının  elmi  nəticələrinə  və ekspert rəylərinə görə şəxsi məsuliyyət daşıyır.

Ətraf mühiti çirkləndirən respublika nazirlikləri, baş idarələri, birlikləri və müəssisələri tabeliyindən asılı olmayaraq, birbaşa müqavilələr əsasında elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının gücü ilə ehtiyatlara qənaət edən və ekoloji cəhətdən təmiz texnologiyalar hazırlamağa və tətbiq etməyə, yaxud istehsalatda tətbiq etmək üçün belə texnologiyaları satın almağa borcludurlar.

 

XII   f ə s i l

FÖVQƏLADƏ EKOLOJİ VƏZİYYƏTLƏR

M a d də 73.     Qəzaların qarşısının alınması və onların zərərli ekoloji nəticələrinin aradan qaldırılması

Ətraf təbii mühitə zərərli təsirlə bağlı olan təsərrüfat obyektləri layihələşdirilərkən və istismar edilərkən qəzaların qarşısının alınması və onların zərərli ekoloji nəticələrinin aradan qaldırılması üçün tədbirlər hazırlanır və həyata  keçirilir.

Ətraf təbii mühit üçün zərərli nəticələr törədən fövqəladə ekoloji vəziyyətlərdə səmərəli iş aparılması üçün bölgə, hövzə və respublika planları hazırlanır. Müvafiq xalq deputatları Sovetlərinin təsdiq etdiyi bu planlarda fövqəladə ekoloji vəziyyətlərin qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq üçün nazirliklərin, baş idarələrin, müəssisələrin, təşkilatların, idarələrin və ixtisaslaşdırılmış bölmələrin qüvvə və vəsaitini səfərbər etmək sahəsində tapşırıqlar və tədbirlər nəzərdə tutulur.

Qəza baş verdikdə müəssisə, təşkilat, idarə fövqəladə ekoloji vəziyyətdə tədbirlər planına uyğun olaraq dərhal onun ləğvinə başlamalıdır. Eyni zamanda onlar qəza və qəzanı ləğv etmək üçün görülən tədbirlər barəsində yerli xalq deputatları Sovetlərinə, sənayedə işlərin təhlükəsiz görülməsinə nəzarət və dağ-mədən nəzarəti orqanlarına, habelə dövlət təbiəti mühafizə orqanlarına, dövlət sanitar  nəzarəti  orqanlarına    əhaliyə ləngimədən  məlumat  verməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə vəziyyətlər üzrə komissiyası respublikada qəzaların səbəblərini təhqiq edir və onların nəticələrini aradan qaldırır. Bundan əlavə, hökumət komissiyaları, xüsusi, o cümlədən ekoloji və başqa komissiyalar da yaradılır.

M a d d ə 74. Qəzaların ekoloji nəticələrini aradan qaldırmaq üzrə hazırlığı təmin etmək sahəsində müəssisələrin vəzifələri

Qəza zamanı ətraf təbii mühitə və adamların sağlamlığına zərər vura bilən müəssisələr, təşkilatlar və idarələr:

fövqəladə ekoloji vəziyyətlərdə tədbirlər planına malik olmalı;

qəza nəticələrinin aradan qaldırılması üçün texniki vasitələrlə təchiz edilmiş qəza xidmətini yaratmalı və hazır vəziyyətdə saxlamalı;

işçilərin təhlükəsizlik texnikası qaydalarına və texnoloji intizama əməl etməsini müntəzəm yoxlamalı;

qəza nəticələrinin aradan qaldırılmasını təmin etmək üçün işçiləri xüsusi proqramlar üzrə hazırlamalı;

ətraf təbii mühitə zərərli təsirlə bağlı olan obyektlərə dövlət nəzarəti orqanlarının, Dövlət təbiəti mühafizə və sanitar nəzarəti orqanlarının nümayəndələrini maneəsiz olaraq əraziyə buraxmalı və lazımi materiallarla tanış etməli;

ətraf təbii mühitə zərərli təsirlə bağlı olan obyektlərdə nəzərdə tutulan texnoloji proses dəyişiklikləri, yenidənqurma, təmir işləri, habelə təhlükəli maddələrlə iş qaydasında hər hansı dəyişikliklər haqqında dövlət orqanlarına (təbiəti mühafizə, sanitar nəzarəti və s.) qabaqcadan məlumat verməlidirlər.

M a d d ə 75. Fövqəladə  ekoloji  vəziyyət    ekoloji fəlakət zonaları

Təsərrüfat fəaliyyəti və başqa fəaliyyət, kortəbii qüvvələrin dağıdıcı təsiri, yaxud qəza və ya fəlakət nəticəsində ətraf təbii mühitdə sabit mənfi dəyişikliklərin baş verdiyi—adamların sağlamlığının təhlükəyə məruz qaldığı, əhali arasında xəstəliklərin yayıldığı, təbii ekoloji sistemlərin və komplekslərin vəziyyəti, bitkilərin və heyvanların genetik fondları üçün qorxu törəndiyi ərazi hissələri fövqəladə ekoloji vəziyyət zonaları elan olunur.

Təsərrüfat fəaliyyəti və başqa fəaliyyət, yaxud kortəbii qüvvələrin dağıdıcı təsiri nəticəsində ətraf mühitdə ekoloji tarazlığın pozulması, təbii ekoloji sistemlərin dağılması, torpağın korlanması, flora və faunanın məhvi ilə bağlı olan əhali arasında xəstəliklər törədən sabit və dönməz dəyişikliklərin baş verdiyi ərazi hissələri, su və hava fəzası hissələri ekoloji fəlakət zona-ları elan olunur.

Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları əhalinin, xalq deputatlarının, ictimai təşkilatların təşəbbüsü ilə, dövlət və ya ictimai ekoloji ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan və ləğv edilir.

Fövqəladə ekoloji vəziyyət zonasında ətraf təbii mühitə zərərli təsir göstərən hər cür fəaliyyət qadağan edilir, insan sağlamlığına və təbii mühitə əlverişsiz təsir göstərən müəssisələrin, təşkilatların, idarələrin, sexlərin, aqreqatların, avadanlığın işi dayandırılır, təbiətdən istifadənin ayrı-ayrı növləri məhdudlaşdırılır, təbii ehtiyatların bərpası və artırılması üçün operativ tədbirlər görülür.

Ekoloji fəlakət zonasında, həmin ərazidə yaşayan adamlara xidmət göstərən obyektlər istisna olmaqla, təsərrüfat obyektlərinin fəaliyyətinə xitam verilir, yeni təsərrüfat obyektlərinin tikintisi, yenidən qurulması və genişləndirilməsi qadağan edilir, təbiətdən istifadənin bütün növləri xeyli məhdudlaşdırılır, təbii ehtiyatların bərpası və artırılması, ətraf təbii mühitin sağlamlaşdıralması üçün operativ tədbirlər görülür.

Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonalarının sağlamlaşdırılması tədbirləri ilk növbədə qəza və ya fəlakətin baş verməsində müqəssir olan nazirliklərin, baş idarələrin, müəssisələrin təşkilatların, idarələrin hesabına, habelə məqsədli büdcə vəsaiti və təbiəti mühafizə fondları hesabına maliyyələşdirilir.

 

XIII   f ə s i l

XÜSUSİ  MÜHAFİZƏ  OLUNAN  TƏBİƏT  ƏRAZİLƏRİ    OBYEKTLƏRİ

Maddə 76.     Xüsusi mühafizə olunan təbiət ərazilərinin tərifi, kateqoriyaları və hüquqi statusu

Xüsusi mühafizə olunan təbiət əraziləri xüsusi ekoloji, elmi, mədəni, estetik, sanitar-sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, “Qırmızı kitab”a salınmış heyvan və bitki növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat istismarından tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq və su məkanı (akvatoriya) hissələridir.

Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı ilə respublika Prezidenti və ya Ali Soveti xüsusi mühafizə olunan təbiət ərazilərində dövlət qoruğu (o cümlədən biosfer qoruğu), dövlət təbiət rezervatı, milli park, qoruq yeri, dövlət yasaqlığı, mikroyasaqlıq, təbiət abidəsi, zooloji bağ, dendrari statusu verir.

Xüsusi mühafizə olunan təbiət əraziləri təbiətin rəngarəngliyini qorumaq, ekoloji tarazlığı saxlamaq və biosfer monitorinqini təşkil etmək üçün nəzərdə tutulan vahid sistem əmələ gətirir. Onların məcmusu Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri fondunu əmələ gətirir.

Bütün səviyyələrə və istiqamətlərə aid olan planlar, sxemlər və proqramlar, o cümlədən iqtisadi və sosial inkişaf planları, yer quruluşu və rayon planlaşdırması layihələri hazırlanarkən xüsusi mühafizə olunan təbiət əraziləri nəzərə alınır.

Xüsusi mühafizə olunan təbiət ərazilərini əlverişsiz antropogen təsirdən qorumaq məqsədilə ora bitişik olan torpaq və su sahələrində mühafizə zonaları yaradıla bilər; bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən fəaliyyət qadağan edilir.

Maddə 77. Xüsusi mühafizə olunan təbiət ərazilərinin məqsəd və vəzifələri

Dövlət qoruqları səciyyəvi və nadir təbiət komplekslərini, bitkilərin və heyvanların genofondunu qorumaq və öyrənmək, təbii proseslərin və hadisələrin dinamikasını izləmək mƏqsədi daşıyan təbiəti mühafizə və elmi tədqiqat idarələridir.

Təbii landşaft sahələrini təmsil edən və müəyyənləşdirilmiş qaydada beynəlxalq biosfer qoruqları şəbəkəsinə daxil olan dövlət qoruqları dövlət biosfer qoruğu statusuna malikdir.

Dövlət qoruğu ərazisinin torpağı, suyu yer təki bitkilər və heyvanlar aləmi təsərrüfat istismarından tamamilə və həmişəlik çıxarılıb təmənnasız olaraq qoruqların daimi istifadəsinə verilir. Dövlət qoruqlarının torpaqlarını və başqa təbii ehtiyatlarını icarəyə vermək qadağandır.

hər bir qoruq Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət Göstərir.

M a d d ə 78. Xüsusi mühafizə olunan təbiət əraziləri üzərində dövlət mülkiyyəti

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri dövlət mülkiyyətidir. Dövlət qoruqları, rezervatları və milli parklar respublika mülkiyyəti obyektlərinə aiddir. Başqa kateqoriyalı xüsusi mühafizə olunan təbiət əraziləri öz əhəmiyyətinə uyğun olaraq həmçinin Naxçıvan Muxtar Respublikasının, inzibati —ərazi qurumlarının mülkiyyəti obyektlərinə aid edilə bilər.

Respublika büdcəsinin və ya respublika ehtiyat təbiəti mühafizə fondunun vəsaiti hesabına saxlanan xüsusi mühafizə olunan təbiət əraziləri respublika mülkiyyəti obyektlərinə aiddir.

Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri üzərində dövlət mülkiyyəti hüququnu birbaşa və ya gizli şəkildə pozan hərəkətlər qadağandır.

Maddə 79. Xüsusi mühafizə olunan təbiət ərazilərinin  torpaqları

Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqları müəyyənləşdirilmiş qaydada verilən təbiəti mühafizə və başqa təyinatlı torpaqlara aiddir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqlarında onların məqsədli təyinatına zidd olan fəaliyyət qadağandır. Göstərilən torpaqlardan istifadə edilməsi və onların qorunması qaydası bu Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilir.

Xüsusi mühafizə olunan təbiət əraziləri torpaq haqqı verməkdən azad edilir.

Dövlət qoruqlarının torpaqlarını və xüsusi mühafizə olunan təbiət ərazilərinin (dövlət təbiət qoruqları, milli parkların qoruq zonaları) onlara bərabər tutulan başqa kateqoriyalarının və ya funksional  zonalarının  torpaqlarını  almaq qadağandır.

Dövlət qoruqlarının torpaqları və xüsusi mühafizə olunan təbiət ərazilərinin başqa kateqoriyalarının və ya funksional zonalarının torpaqları Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə mübadilə edilir.

Maddə 80. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması qaydası

Respublika əhəmiyyətli dövlət qoruqları, dövlət təbiət rezervatları, milli parklar, habelə qoruq yerləri, dövlət yasaqlıqları və təbiət abidələri. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı üzrə, Azərbaycan Respublikası Elmlər Akademiyasının tövsiyəsi əsasında, əlaqədar təşkilatların razılığı ilə yaradılır.

Yerli əhəmiyyətli qoruq yerləri, dövlət yasaqlıqları və təbiət abidələri Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı üzrə, Azərbaycan Respublikası Elmlər Akademiyasının tövsiyəsi əsasında, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə yaradılır.

Ərazidəki torpaq öz sahiblərindən və istifadəçilərindən alınmadan həmin ərazinin dövlət yasaqlığı, təbiət abidəsi və ya milli park zonası( qoruq zonasından başqa) elan edilməsinə yol verilir. Bu zaman torpaqlarında milli parklar, dövlət yasaqlıqları və ya təbiət abidələri yaradılan müəssisələr, idarələr və təşkilatlar xüsusi mühafizə olunan bu təbiət ərazilərində müəyyən olunmuş rejimə ciddi əməl etməlidirlər.

Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının və milli parkların təşkili üçün həmin ərazidə təsərrüfat fəaliyyəti göstərən və təbiətdən istifadə edən baş idarələrin, müəssisələrin, idarələrin və təşkilatların razılığı tələb edilmir, bu şərtlə ki, alınan torpaqlar onların sahibliyində və ya istifadəsində olmasın.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və torpaqların alınması, təbii ehtiyatlardan istifadə hüququnun xitamı nəticəsində müəssisələrə, idarələrə, təşkilatlara və vətəndaşlara dəyən bütün zərər (o cümlədən əldən çıxmış səmərə) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada tam həcmdə ödənilir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafına və yerləşdirilməsinə dair baş sxem Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən və ya təbiəti mühafizənin ərazi sxemi müvafiq yerli icra orqanları tərəfindən təsdiq edilməklə bir vaxtda dövlət qoruğunun, dövlət təbiət rezervatının və ya milli parkın təşkili üçün təklif olunan torpaq sahəsini ehtiyatda saxlamaq haqqında qərar qəbul edilir. həmin ərazidə torpaq istifadəçilərinin təsərrüfat fəaliyyəti məhdudlaşdırılır və ya xüsusi mühafizə olunan bu təbiət ərazilərinin təşkili haqqında qərar qəbul edilənədək xitam olunur.

Dövlət qoruqlarının, dövlət təbiət sahələrinin və dövlət milli parklarının təşkili layihələri müvafiq elm və layihə təşkilatları tərəfindən hazırlanır.

Məhdud, ənənəvi təbiətdən istifadə şəraitində elmi eksperimental tədqiqatlar aparılması, təbiətdə gedən proseslərin öyrənilməsi üçün dövlət biosfer qoruqlarının sınaq meydanları, o cümlədən torpaqdan istifadə hüququ olan sınaq meydanları yaradıla bilər.

Maddə 81.     Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, istifadəsi və mühafizəsi sahəsində Dövlət idarəetməsi və dövlət nəzarəti

Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini xüsusi səlahiyyət verilmiş orqan kimi Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, habelə müvafiq yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi və istifadəsi sahəsində Dövlət nəzarətini xalq deputatları Sovetləri (müvafiq səviyyələrdə) və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirirlər.

Maddə 82.     Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin dövlət kadastrı

Xüsusi mühafizə olunan təbiət ərazilərinin dövlət kadastrına həmin ərazilərin hüquqi statusu, coğrafi mövqeyi, kəmiyyət və keyfiyyət xarakteristikaları, ekoloji, elmi, maarifçilik və digər əhəmiyyəti, torpaq istifadəçiləri haqqında məlumat daxildir.

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin Dövlət kadastrı həmin ərazilər şəbəkəsinin planlaşdırılmasını təşkil etmək, onların mühafizəsini və elmi tədqiqatlar aparılmasını təmin etmək, onların təbiəti mühafizə rejiminə riayət olunmasına Dövlət nəzarəti səviyyəsini yüksəltmək, sosial-iqtisadi inkişaf və məhsuldar qüvvələrin yerləşdirilməsi planlaşdırılarkən bu əraziləri nəzərə almaq, habelə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin və belə ərazilərin ümumdünya sistemini təşkil edən digər oxşar ərazilərin təşkili, istifadəsi və mühafizəsi sahəsində fəaliyyəti əlaqələndirmək üçün aparılır.

Maddə 83. Xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsinin təşkili

Dövlət qoruqlarının və dövlət milli parklarının mühafizəsi dövlət qoruqlarının və dövlət parklarının təbiətini mühafizə edən xüsusi xidmət bölməsi tərəfindən həyata keçirilir və Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.

M a d d ə 84.  Nadir və kökü kəsilmək təhlükəsinə məruz qalan heyvanların və bitkilərin mühafizəsi

Azərbaycan Respublikasının təbii şəraitində daimi və ya müvəqqəti olan (bitən) heyvanların və bitkilərin nadir və kökü kəsilmək təhlükəsinə məruz qalan növləri xüsusi qorunmalıdır və Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilir. Azərbaycan Respublikasının “Qırmızı kitabı” haqqında Əsasnaməni Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi təsdiq edir.

“Qırmızı kitab”a salınmış nadir heyvan və bitki növlərini, habelə təbii şəraitdə bərpası mümkün olmayan növləri qoruyub saxlamaq məqsədilə yerli xalq deputatları Sovetləri, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində xüsusi səlahiyyət verilmiş dövlət idarəetmə orqanları göstərilən heyvan və bitki növlərinin mühafizəsini təmin etmək, onların yaşayış mühitini yaxşılaşdırmaq, törəyib artması və yetişdirilməsi üçün lazımi şərait yaratmaq məqsədilə zəruri tədbirlər görməlidirlər.

M a d d ə 85. Dövlət  qoruqlarında  elmi  tədqiqat  fəaliyyəti

Dövlət qoruqlarında elmi tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillk kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin qiymətləndirilməsi və proqnozlaşdırılması, təbiəti mühafizənin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin gen fondunun (biosferin bioloji rəngarəngliyinin) qorunub saxlanması, təbii ehtiyatların artırılması və səmərəli işlədilməsi məqsədi ilə təbiət komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin, təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilmişdir.

Bütün dövlət qoruqları hökmən “Təbiət salnaməsi” tərtib etməlidirlər.

Elmi tədqiqatların təşkili və aparılması üçün dövlət qoruqları elmi işçilər ştatı ilə təmin olunur. Elmi tədqiqatlar kənar təşkilatları və ayrı-ayrı mütəxəssisləri cəlb etməklə də aparıla bilər. Dövlət qoruqlarında elmi şuralar yaradıla bilər. Elmi şuranın tərkibini və onun haqqında Əsasnaməni Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi təsdiq edir.

Dövlət qoruqlarının elmi fondları müddətsiz saxlanmalıdır.

Dövlət qoruqlarına elmi əsərlər nəşr etmək hüququ verilir.

Maddə 86.     Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və dövlət milli parklarının təbiətini mühafizə üzrə dövlət müfəttişlərinin hüquqları

Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və dövlət milli parklarının təbiətini mühafizə üzrə dövlət müfəttişləri aşağıdakı hüquqlara malikdirlər:

dövlət qoruqlarının, Dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və Dövlət milli parklarının, onların mühafizə zonalarının ərazilərində və onlara tabe olan başqa ərazilərdə olmaq, təbiətdən istifadə etmək və başqa fəaliyyətlə məşğul olmaq hüququ barəsində vətəndaşların və vəzifəli şəxslərin sənədlərini. yoxlamaq;

qoruqların rejimini pozanları tutmaq və şəxsiyyətlərini müəyyənləşdirmək üçün onları milis şöbələrinə, yerli hakimiyyət orqanlarına gətirmək;

müəyyən olunmuş rejimin pozuntuları haqqında protokollar tərtib etmək;

müəyyən olunmuş rejimi pozanlardan məhsulları və təbiətdən qanunsuz istifadə alətlərini, nəqliyyat vasitələrini, habelə müvafiq sənədləri almaq;

şəxsi axtarış aparmaq, əşyalara, nəqliyyat vasitələrinə baxmaq, təbiətdən istifadə alətlərini və məhsullarını yoxlamaq;

təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilməsini yoxlamaq üçün dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının, dövlət milli parklarının, onların mühafizə zonalarının ərazilərində və onlara tabe olan başqa ərazilərdə yerləşən müəssisələrə, hidrotexniki qurğulara, idarələrə və təşkilatlara, gəmilərə və digər nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;

göstərilən ərazilərdə təsərrüfat fəaliyyəti və başqa fəaliyyətlə məşğul olan vəzifəli şəxslərin qüvvədə olan qanunvericiliyə və dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının, milli parkların, onların mühafizə zonalarının və onlara tabe olan digər ərazilərin müəyyən edilmiş rejiminə zidd olan Göstərişlərini dayandırmaq və ləğv etmək.

Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, Dövlət yasaqlıqlarının və milli parkların təbiətini mühafizə üzrə baş Dövlət müfəttişlərinə, habelə onların tabe olduğu orqanların rəhbərlərinə aşağıdakı hüquqlar verilir:

dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının, milli parkların, onların mühafizə zonalarının və onlara tabe olan başqa ərazilərin rejiminin pozulması haqqında inzibati işlərə müəyyən olunmuş qaydada baxmaq, həmin işlər üzrə müqəssirləri cərimə etmək;

dövlət qoruqlarının, milli parkların, onların mühafizə zonalarının və onlara tabe olan başqa ərazilərin müəyyən edilmiş rejiminin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi üçün dövlət qoruqlarının, milli parkların və mühafizə olunan digər ərazilərin mədaxilinə vəsait keçirmək barədə müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara iddia vermək.

Dövlət qoruqlarının və xüsusi mühafizə olunan başqa təbiət ərazilərinin rəhbərləri öz ərazisinin hüdudları daxilində dövlət təbiəti mühafizə müfəttişlərinin hüquqlarına   malikdirlər.

Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və milli parkların mühafizə işçiləri xidmət vəzifələrinin icrası zamanı silah və xüsusi vasitələr gəzdirmək hüququna malikdirlər.

Silah və fəal müdafiə vasitələri xüsusi mühafizə olunan təbiət ərazilərinin rejimini qorumaq sahəsində xidmət vəzifələrini və ya ictimai borcunu yerinə yetirən mühafizə işçilərinə və başqa şəxslərə basqını, habelə onların həyatını və sağlamlığını təhlükəyə məruz qoyan başqa basqını dəf etmək üçün son tədbir kimi tətbiq oluna bilər.     

Silah və xüsusi vasitələr silahlı müqavimət Göstərən şəxsin müqavimətini başqa vasitələrlə qırmaq və ya silahı vermək barəsində qanuni tələbi yerinə yetirməkdən boyun qaçıran silahlı cinayətkarı başqa vasitələrlə tutmaq mümkün olmadıqda da tətbiq edilə bilər.

Silah və fəal müdafiə vasitələri tətbiq olunmazdan əvvəl xəbərdarlıq edilməlidir. Silah və fəal müdafiə vasitələri qəfil basqın zamanı, odlu döyüş silahından, habelə nəqliyyat vasitələrindən istifadə etməklə basqın zamanı xəbərdarlıqsız tətbiq oluna bilər.

Silah və xüsusi vasitələr müəyyən olunmuş qaydalara əsasən verilir, saxlanılır, gəzdirilir və istifadə olunur.

Təbiət abidələri və xüsusi mühafizə olunan digər təbiət əraziləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada mühafizə edilir.

Maddə 87. Xüsusi mühafizə olunan təbiət ərazilərinin rejimini pozmağa görə məsuliyyət

Xüsusi mühafizə olunan təbiət əraziləri rejiminin pozulmasında müqəssir olan vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyəti, inzibati və başqa məsuliyyət daşıyırlar.

Müəssisələr, idarələr, təşkilatlar və vətəndaşlar, habelə birgə müəssisələr, xarici hüquqi və fiziki şəxslər xüsusi mühafizə olunan təbiət ərazilərinin rejimini pozaraq vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə və qaydada ödəməlidirlər.

M a d d ə 88. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilində, istifadəsində və mühafizəsində ictimaiyyətin iştirakı

İctimai təşkilatlar və ayrı-ayrı vətəndaşlar xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, istifadəsi və mühafizəsi tədbirlərini həyata keçirməkdə dövlət orqanlarına kömək Göstərirlər. Dövlət orqanları göstərilən tədbirləri həyata keçirərkən ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların təkliflərini hər vasitə ilə nəzərə alırlar.

M a d d ə 89.       Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin mühafizə rejimi və onun təmin edilməsi

Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin mühafizə rejimi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin müəyyənləşdirdiyi qaydalara əsasən təmin edilir.

 

XIV   f ə s i l

TƏBİƏTİ MÜHAFİZƏ SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

“TƏBİƏTİ MÜHAFİZƏ VƏ TƏBİƏTDƏN İSTİFADƏ HAQQINDA” QANUNUN

POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 90. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində mübahisələrin həlli qaydası

Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində mübahisələri Azərbaycan Respublikasının Ali Soveti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları, məhkəmə, Ali Arbitraj Məhkəməsi və digər səlahiyyətli orqanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş: qaydada həll edirlər.

Azərbaycan Respublikasının dövlət təşkilatları, digər təbiət istifadəçiləri ilə başqa dövlətlər, onların hüquqi və fiziki şəxsləri arasında mübahisələr Azərbaycan Respublikasının bağladığı ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər əsasında və bunlara müvafiq surətdə, yaxud münsiflər məhkəməsi tərəfindən həll edilir.

Maddə 91.     “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Qanunun pozulmasına görə məsuliyyət

Təbiəti mühafizə üzrə standartların və başqa normativ-texniki tələblərin pozulması; Dövlət ekoloji ekspertizası tələblərinin yerinə yetirilməməsi; müəssisələr, qurğular, səyyar    vasitələr və digər obyektlər planlaşdırılarkən, layihələşdirilərkən, yerləşdirilərkən, tikilərkən, yenidən qurularkən, işə salınarkən, istismar və ləğv edilərkən ekoloji tələblərin pozulması; sanitar normalarına, qaydalarına və gigiyena normativlərinə əməl edilməməsi; təbii mühitin normativdən artıq çirkləndirilməsi, ona fiziki və başqa zərərli təsir Göstərilməsi; təbii mühitə zərərli təsirin nəticələrini ləğv etmək üçün tədbirlər görülməməsi; təbiəti mühafizəyə Dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi; istehsalat, məişət tullantıları və digər tullantılar saxlanarkən, daşınarkən, işlədilərkən, zərərsizləşdirilərkən və basdırılarkən təbiəti mühafizə tələblərinin pozulması; radioaktiv və zəhərli kimyəvi maddələrlə işləyərkən ekoloji tələblərin pozulması; ətraf mühitin vəziyyəti, çirklənmə mənbələri haqqında vaxtında, tam, və düzgün məlumat verməkdən imtina edilməsi, çirkləndirici maddələrin normativdən artıq atılması və axıdılması, zərərli ekoloji nəticələr törədən qəzalar və ya fəlakətlər haqqında məlumatın gizlədilməsi; meşə fondu torpaqlarının özbaşına zəbt edilməsi; dərman bitkilərinin və başqa yabanı bitkilərin yığılması, tədarükü normalarının, qaydalarının pozulması; eroziyaya qarşı meşə zolaqları salmaq üçün müvafiq torpaq sahələrini ayırmaqdan boyun qaçırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Maddə 92.    “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Qanunun pozulmasına  görə  məsuliyyətin  labüdlüyü

Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozan müəssisələr, təşkilatlar və idarələr, onların vəzifəli şəxsləri, vətəndaşlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə mülki,  maddi,  inzibati  və cinayət  məsuliyyətinə  cəlb edilirlər.

Ətraf təbii mühitin mühafizəsi haqqında qanunvericiliyə əməl edilməsinə Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorluq orqanları nəzarət edirlər.

Prokurorluq orqanları nəzarəti həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş hüquqları, o cümlədən təbiəti mühafizə qanunvericiliyinin pozulması nəticəsində dəyən zərərin ödənilməsi barədə və ekoloji cəhətdən təhlükəli fəaliyyətin dayandırılması barədə məhkəmələrə və ya arbitraj məhkəmələrinə iddia ilə müraciət etmək hüquqlarını tətbiq edirlər.

 

XV   f ə s i l

TƏBİƏTİ MÜHAFİZƏ SAHƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI

M a d d ə 93. Təbiəti mühafizə sahəsində əməkdaşlıqda Azərbaycan Respublikasının   iştirakı  formaları

Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə məsələlərinə dair beynəlxalq müqavilələr bağlayaraq, ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatların fəaliyyətinə qoşularaq; BMT təşkilatlarının qeydə aldıqları tarixi, mədəni irsin və təbiət abidələrinin maliyyələşdirilməsinə kömək göstərərək təbiəti mühafizə sahəsində beynəlxalq əməkdaşlıqda iştirak edir.

Azərbaycan Respublikası təbiəti mühafizə sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə cavabdehdir.

Maddə 94.     Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının prinsipləri və əsas istiqamətləri

Azərbaycan Respublikası təbiəti mühafizə sahəsində beynəlxalq əməkdaşlıqda iştirak edərək, təbiəti mühafizənin hamılıqla qəbul olunmuş və elan edilmiş beynəlxalq prinsiplərini  rəhbər  tutur.

Azərbaycan Respublikası təbiəti mühafizə sahəsində başqa dövlətlərlə əməkdaşlıq  edərək  aşağıdakıları  öhdəsinə  götürür:

ümumi ekoloji təhlükəsizliyə can atmaq;

təbiəti mühafizəyə dair bölgə problemlərinin və qlobal problemlərin həllində fəal iştirak etmək;

başqa dövlətlərin öz təbii ehtiyatları üzərində suveren hüquqlarını pozmamaq;

respublikada ekoloji vəziyyət barədə əlaqədar tərəflərə obyektiv məlumat vermək;

ekoloji fəlakətlərin və qəzaların mənfi nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

ekologiya və təbiətdən istifadə sahəsində elmi və texniki əlaqələri genişləndirmək;

ətraf təbii mühitin mühafizəsi və təbiətdən istifadə məsələləri üzrə digər beynəlxalq öhdəlikləri yerinə yetirmək.                                                                                         

M a d d ə 95.  Azərbaycan Respublikasının təbiəti mühafizə və təbiətdən istifadə qanunvericiliyinin ətraf təbii mühitin mühafizəsinə dair beynəlxalq müqavilələrə uyğunluğu

Azərbaycan Respublikasının qanunları ətraf təbii mühitin mühafizəsi məsələlərinə dair Azərbaycan Respublikasının imzaladığı və təsdiqlədiyi beynəlxalq müqavilələrə və ətraf mühitin mühafizəsinin hamılıqla qəbul edilmiş beynəlxalq normalarına uyğun kəlməlidir.

Ətraf mühitin mühafizəsi məsələlərinə dair Azərbaycan Respublikasının imzaladığı və ya təsdiqlədiyi müqavilədə Azərbaycan Respublikasının təbiəti mühafizə və təbiətdən istifadə haqqında qanunlarında müəyyən olunmuş qaydalardan fərqli qaydalar qoyulduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

 

Azərbaycan Respublikası Prezidentinin  səlahiyyətini  həyata  keçirən

Azərbaycan  Respublikası Ali Sovetinin sədri

Y.       MƏMMƏDOV.

 

Bakı şəhəri, 25 fevral 1992-ci il.

№ 79.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status