AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.01.1992
QEYDİYYAT NÖMRƏSİ
48
ADI
Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adının müəyyən edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-02-1992, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 29)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.01.1992
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adının müəyyən edilməsi haqqında

Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adının müəyyən edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan xalqı imperiya əsarətindən xilas olmaq və özünün ..dövlət müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparmışdır. 1988-ci ildən başlayaraq bu mübarizə Azərbaycan Respublikasında ümumxalq miqyası almışdır.

Azərbaycan Respublikasının imperiya buxovlarından qurtulmaq cəhdlərindən təşvişə düşən keçmiş SSR İttifaqının mərkəzi orqanları başlanmış ümumxalq azadlıq hərəkatını bu dəfə də yatırmaq məqsədilə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına qanunsuz olaraq qoşun yeridərək dinc əhalini gülləbaran edib yüzlərlə günahsız adamı qətlə yetirmiş və yaralamışlar. Bu qırğın zamanı bir çox vətəndaşlar Azərbaycan Respublikasının müstəqilliyi naminə yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmişlər.

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların və yaralananların adlarını əbədiləşdirməyin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:

1.    Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı müəyyən edilsin.

2.    Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSR İttifaqı Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara verilir.

3.   Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı Azərbaycan  Respublikası  Prezidentinin fərmanı  ilə  verilir.

Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı və fəxri adın vəsiqəsi təqdim olunur.

4.    Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adının verilməsi haqqında vəsatət "Azərbaycan SSR fəxri adlarının müəyyən edilməsi və Azərbaycan SSR dövlət təltifləri haqqında əsasnamənin təsdiq olunması barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1983-cü il 26 avqust tarixli fərmanında və Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1983-cü il 11 noyabr tarixli qərarı ilə təsdiq olunmuş  “Azərbaycan SSR dövlət təltifləri ilə təltif olunmağa təqdimetmə və təltifləri təqdimetmə qaydası haqqında” təlimatda müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli  hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə istintaq komissiyası, “20 yanvar” cəmiyyəti, digər ictimai təşkilatlar və təqdim edilənin işlədiyi əmək kollektivi tərəfindən verilə bilər.

5.    Təltifləri təqdimetmə qaydası Azərbaycan   SSR Ali    Soveti Rəyasət heyətinin 1983-cü il 11 noyabr tarixli qərarı ilə   təsdiq olunmuş “Azərbaycan SSR dövlət təltifləri ilə təltif     olunmağa təqdimetmə    təltifləri  təqdimetmə   qaydası haqqında” təlimatla nizama salınır.

6.    Bu Qanun qəbul edildiyi andan qüvvəyə minir.

 

Azərbaycan   Respublikasının   Prezidenti

A.   MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 13 yanvar 1992-ci il.

                            № 48.         

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status