Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin komissiyasının və “20 yanvar” cəmiyyətinin vəsatəti əsasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təqdimatını və ictimaiyyətin arzusunu nəzərə alaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSR İttifaqı Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərib yaralanmış aşağıdakı vətəndaşlara Azərbaycan Respublikasının. “Azadlıq uğrunda mübariz” fəxri adı verilsin:
Allahverdiyev Baxşəli Maqsud oğlu
Allahverdiyev Rəşid Məmməd oğlu
Babayev Şamil Səməd oğlu
Bağırova Samirə Camal qızı
Qədirli Qərib Müseyib oğlu
Qəribov Anar Şaiq oğlu
Əliyev Füzuli Əli oğlu
Əliyeva Almaz Əmirsayat qızı
Əsədzadə Əsəd İbrahiməjdər oğlu
Kərimov Yusif Əli oğlu
Məmmədov Yaşıl Abdulla oğlu
Məmmədov Fərman Hüseyn oğlu
Mehdiyev Əvəz Adil oğlu
Mənsur Əlisoy Mahmud oğlu
Musayev Qarakişi Ağaşirin oğlu
Muxtarov Asif Şahlar oğlu
Muxtarov Faiq Ağasəlim oğlu
Nəsirova Nailə Əkbər qızı
Rüstəmov Qədir Ziyad oğlu
Hacıyev Tərlan Fərhad oğlu
Həsənov İbadulla Zakulla oğlu
Həsənov Şahlar Şükür oğlu
Şıxnəbiyev Məmmədəli Mədət oğlu
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 21 yanvar 1992-ci il.
№ 557.