AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.02.1992
QEYDİYYAT NÖMRƏSİ
566
ADI
Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-02-1992, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 77)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında

Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

1.  Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan respublika bankları bazasında Azərbaycan Respublikasının Milli Bankı yaradılsın, əvvəlki bankların 1992-ci il yanvarın 1-dək olan aktivləri və passivləri Milli Banka verilsin.

2.  Qalib Ağabala oğlu Ağayev Azərbaycan Respublikası Milli Bankının prezidenti təyin edilsin.

3.  Q. A. Ağayevə tapşırılsın ki, bir ay ərzində Azərbaycan Respublikası Milli Bankının Nizamnaməsinin layihəsini hazırlayıb onu təsdiq edilmək üçün müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etsin.

4. Bu Fərman dərc olunduğu andan qüvvəyə minsin.

 

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 11 fevral 1992-ci il.

                    № 566.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status