Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ MİLLİ ŞURASININ QƏRARI
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası əmək kollektivlərinin, ictimai təşkilatların, yerli hakimiyyət orqanlarının və əhalinin xahişlərini nəzərə alaraq qərara alır:
Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış; məntəqələrinə aşağıdakı yeni adlar verilsin və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilsin.
Bakı şəhəri üzrə
26 Bakı komissarı rayonu Səbail rayonu, Kirov rayonu Binəqədi rayonu, Lenin rayonu Sabunçu rayonu və Oktyabr rayonu Yasamal rayonu adlandırılsın.
Səbail rayonundakı Xanlar qəsəbəsinə Bibiheybət qəsəbəsi, Sabunçu rayonundakı Razın qəsəbəsinə Bakıxanov qəsəbəsi və Suraxanı rayonundakı Serebrovski qəsəbəsinə Qaraçuxur qəsəbəsi adları verilsin.
Ağdaş rayonu üzrə
İkinci Şordəhnə kəndi Bəylik kəndi adlandırılsın.
Bərdə rayonu üzrə
Leninabad kəndi Samuxlu, Abadlı kəndi Təhlə kəndi adlandırılsın.
Qobustan rayonu üzrə
Faktiki mövcud olan Cəngi kəndi dəqiqləşdirmə qaydasında Nabur kənd sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.
Leninabad kəndi Təklə kəndi adlandırılsın.
İmişli rayonu üzrə
1 May qəsəbəsi Bəhrəmtəpə qəsəbəsi, Kuybışev kəndi Ölcələr kəndi adlandırılsın.
İsmayıllı rayonu üzrə
Zeyvə kəndi Basqal qəsəbə sovetinin tərkibindən Xankəndi kənd sovetinin tərkibinə verilsin.
Yevlax rayonu üzrə
28 Aprel qəsəbəsi Aran qəsəbəsi adlandırılsın.
Gədəbəy rayonu üzrə
Çiçəkli kəndinin tarixi adı özünə qaytarılaraq Arıqıran kəndi, Komintern kəndi Soyuqbulaq kəndi adlandırılsın.
Goranboy rayonu üzrə
Şaumyanovsk qəsəbəsinin tarixi adı özünə qaytarılaraq Aşağı Ağcakənd qəsəbəsi adlandırılsın.
Lənkəran rayonu üzrə
Faktiki mövcud olan Bürcəli kəndi dəqiqləşdirmə qaydasında Avrora qəsəbə sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilsin.
Olxovka kəndi Göyşaban kəndi adlandırılsın.
Salyan rayonu üzrə
Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılsın.
Füzuli rayonu üzrə
Hoğa kəndi Üçbulaq kəndi adlandırılsın.
Xaçmaz rayonu üzrə
Aleksandrovka kəndi Ködəkli kəndi, Borispol kəndi Sərkarlı kəndi, Rodnikovka kəndi Ağtala kəndi, Nizovaya kəndi Niyazoba kəndi, Qasabovka kəndi Xaspoladoba kəndi, Aronovka kəndi Əzizli kəndi, Vasilyevka kəndi Ağçay kəndi adlandırılsın.
Cəlilabad rayonu üzrə
Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri, Andreyevka kəndi Qarazəncir kəndi, Novoqolovka kəndi Uzuntəpə kəndi adlandırılsın.
Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini
Z. SƏMƏDZADƏ.
Bakı şəhəri, 29 aprel 1992-ci il.
№ 112.