AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.05.1992
QEYDİYYAT NÖMRƏSİ
361-XII
ADI
“Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-05-1992, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 294)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikasının Milli Məclisi adlandırılsın və “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikasının 1991-ci il 30 oktyabr tarixli Konstitusiya Qanununda  Azərbaycan  Respublikası Ali Sovetinin Milli Şurası” sözləri “Azərbaycan Respublikasının Milli Məclis” sözləri  ilə əvəz edilsin.

2. Həmin Qanunun 3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“3. Keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə verilir”.

 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

Azərbaycan  Respublikası Ali  Sovetinin sədri

İ. QƏMBƏROV.

 

Bakı şəhəri, 19 may 1992-ci il.

      № 361—XII.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status