240.000.000
İstehsalat tullantılarının axıdılması (atılması) qadağan edilən istehsalat və müəssisə növləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli, 266 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq istehsalat tullantılarının ümumi istifadədə olan kanalizasiya sisteminə axıdılması (atılması) qadağan edilən aşağıdakı istehsalat və müəssisə növləri təsdiq edilsin:
Neftçıxarma və neft emalı sənaye sahəsinin istehsalat və müəssisələri;
kimya sənaye sahəsinin istehsalat və müəssisələri;
neftkimya sənaye sahəsinin istehsalat və müəssisələri.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 iyul 2000-ci il
№ 122