340.000.000
Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:
Abdullayev Maşallah Babakişi oğlu—leytenant,
Əkbərov Rasim Ağa oğlu—kapitan,
Kərimov Kazımağa Mövsüm oğlu—baş leytenant (ölümündən sonra),
Tağıyev Şahin Talıb oğlu—kapitan,
Hacıyev Etibar Firuddin oğlu—sıravi (ölümündən sonra),
Həsənov Məhəmməd Ələsgər oğlu—baş leytenant,
Şikarov Şikar Şükür oğlu—podpolkovnik (ölümündən. sonra).
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 23 iyun 1992-ci il.
№ 6.