Azərbaycan Respublikasının Abşeron Milli Parkının yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin, xüsusən pərayaqlı heyvanların yeganə nümayəndəsi olan suitinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədi ilə və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonu inzibati ərazisinin əlavə olunan xəritədə göstərilmiş 783 hektarlıq sahəsində Azərbaycan Respublikasının Abşeron Milli Parkı yaradılsın.
[1]
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2005-ci il
№ 622
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 13 avqust 2010-cu il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №08, maddə 724)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 avqust 2010-cu il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №08, maddə 724) ilə 1-ci bəndində "Əzizbəyov" sözü "Xəzər" sözü ilə əvəz edilmişdir.