Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin təhlükəsizliyinin təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1.
Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarını mühafizə idarəsinə tapşırılsın.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu qərarın icrası ilə əlaqədar bütün maddi-texniki və maliyyə məsələlərini həll etsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
Bakı şəhəri, 2 iyul 1992-ci il.
№ 190.